Month: May 2025

  • İlqar Mustafayevin həbs müddəti beş ay uzadıldı

    Binəqədi Rayon Məhkəməsində Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

    Məhkəmə təqdimatı təmin edib və İ.Mustafayevin həbs müddəti beş ay uzadılıb.

    Qeyd edək ki, İlqar Mustafayev iki milyon manatı mənimsəməkdə ittiham olunub.

    Bir müddət əvvəl Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsində audit yoxlaması aparıb və çatışmazlıqlar aşkar olunub. Onunla bağlı toplanmış materiallar Baş Prokurorluğa göndərilib.

    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı geniş istintaqla isə ziyanın iki milyondan bir qədər çox olması təsdiqini tapıb.

    İstintaq orqanı sabiq idarə rəisinin həbsini tələb edib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Mustafayev barəsində 3 ay 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
    //oxu.az

  • Sakinləri qorxuya salan hadisə: Yasamalda külək ciddi fəsadlar törətdi – VİDEO

    Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsində, Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin həyətindəki irigövdəli ağaclardan biri yol kənarına aşıb.

    Hadisə nəticəsində iki avtomobilə ziyan dəyib.

    “Maşını burada saxlamışdım. Nömrəmi tapıb zəng vurdular. Gələndə gördüm ki, ağac avtomobilimin üstünə düşüb, onu kəsirlər”, – deyə zərərçəkənlərdən biri bildirib.

    Məlumata görə, ağac aşan zaman yaşlı qadınla uşaq onun altından keçirmişlər. Xoşbəxtlikdən onlar xəsarət almayıblar.

    Liseyin əməkdaşlarının sözlərinə görə, həyətdəki digər aşma təhlükəsi olan ağaclarla bağlı aidiyyəti qurumlara müraciət olunsa da, məsələyə baxılmayıb.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Фахреддин Манафов и Ильхам Гасымов назначены в ARKA

    Назначены члены Наблюдательного совета Агентства кино Азербайджанской Республики (ARKA), находящегося в подчинении Министерства культуры.

    Глава ведомства Адиль Керимли своими приказами назначил актера театра и кино, Народного артиста АР Фахреддина Манафова и директора Дворца Гейдара Алиева, режиссера и сценариста Ильхама Гасымова членами вышеупомянутого совета.

    Ф.Манафов родился в 1955 году в городе Ханкенди, Азербайджан. С 1975 по 1980 год он учился в Азербайджанском государственном институте искусств имени М.Алиева. Еще будучи студентом, Манафов работал актером в учебном театре вуза. С 1977 года он начал сниматься в фильмах киностудии “Азербайджанфильм” имени Джафара Джаббарлы.

    Помимо кино, Манафов долгие годы работал актером в Азербайджанском государственном академическом русском драматическом театре. В 1987 году ему было присвоено звание Заслуженного артиста, а в 2000 году – Народного артиста Азербайджана. С 2006 года он является персональным стипендиатом Президента.

    Ильхам Гасымов родился в 1977 году. С 1992 по 1996 год был членом Клуба веселых и находчивых (КВН). В 1994-1995 годах стал победителем межуниверситетского чемпионата КВН. В 1999-2000 годах работал автором проектов, режиссером и ведущим на телеканале ABA TV (Azerbaijan Broadcasting Agency).

    С 2000 года Гасымов реализовал множество телевизионных проектов, театральных постановок, концертных программ и рекламных роликов. С 2023 года руководит Дворцом Гейдара Алиева.

  • Fəxrəddin Manafov və İlham Qasımova vəzifə verildi

    Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına üzvlər təyin olunub.

    Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə görkəmli teatr və kino aktyoru, Xalq artisti Fəxrəddin Manafov və Heydər Əliyev Sarayının direktoru, rejissor, ssenari müəllifi İlham Qasımov Şuraya üzv təyin edilib.

    Qeyd edək ki, F.Manafov 1955-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Tələbəlik illərində tədris teatrında aktyor kimi çalışıb. 1977-ci ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında aktyor kimi filmlərə çəkilib.

    “Evləri köndələn yar”, “İşgüzar səfər”, “Park”, “Şeytan göz qabağında”, “Ölsəm… bağışla”, “Təhminə”, “Otel otağı”, “Dronqo”, “Qraf Krestovski”, “Əlvida, cənub şəhəri”, “Hökmdarın taleyi”, “Sübhün səfiri”, “Mahmud və Məryəm” və s. ekran əsərlərində rəngarəng obrazlar qalereyası yaradıb.

    Uzun illər Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında da aktyor kimi fəaliyyət göstərən F.Manafov 1987-ci ildə “Əməkdar artist”, 2000-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsüdür.

    İlham Qasımov 1977-ci ildə anadan olub. 1992-1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994-1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb. O, 1999-2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb.

    2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib. O, 2023-cü ildən Heydər Əliyev Sarayına rəhbərlik edir.

  • Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutulub

    Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən 39 yaşlı Rəvan Abdullayev saxlanılıb.

    O, şəhər sakini olan qadını dövlət qurumunda işə düzəldəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 10 min manat pulunu ələ keçirib.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

    R.Abdullayevin qanunsuz əməllərindən zərər görən digər vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.
    //oxu.az

  • Ötən ay sərhəddə 5 milyon manatlıq qaçaqmal tutulub

    Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2025-ci ilin aprel ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.

    Bu barədə DSX məlumat yayıb.

    Bildirilib ki, ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 55 nəfər saxlanılıb.

    Onların 12-si Azərbaycan, 21-i Pakistan, 5-i Əfqanıstan, 3-ü İran, 2-i Türkiyə, 2-i Çin, 2-i Banqladeş, 1-i Özbəkistan, 1-i Konqo Respublikası, 1-i Konqo Demokratik Respublikası, 1-i Əlcəzair, 1-i Nepal, 1-i Böyük Britaniya, 1-i Mərakeş, 1-i Şri-Lanka vətəndaşı olub.

    İran İslam Respublikasından 2 (iki) pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb, sərhəd naryadına qarşı odlu silahdan istifadə edən 2 (iki) nəfər sərhəd pozucusu zərərsizləşdirilib, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 22 nəfər saxlanılıb.

    Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 804 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

    Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 311 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan edilmiş 507 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 21 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

    Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 228 kiloqram 925 qram narkоtik vasitə, 14 965 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

    Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 793 min 692 manat оlan qaçaqmal, о cümlədən dron, patron, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

    Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

  • I ixtisas qrupu üzrə tələbə qəbulu qaydası dəyişdi

    “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.

    Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

    Qərara əsasən, I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib.

    İndiyə qədər I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməli idi.

    Qərara əsasən, bu tələb ləğv olunub.

    Dəyişikliyə əsasən, abituriyentlər hər sessiyada ali təhsil müəssisələrinə imtahanda iştirak üçün qeydiyyat zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməlidirlər.

  • Mədət Quliyevin vəzfiəsini icra edəcək yeni prezident seçildi

    Bu gün Azərbaycan Velosiped Federasiyasının (AVF) növbədənkənar ümumi yığıncağı keçirilib.

    Tədbirdə federasiya prezidenti Mədət Quliyev çıxış edərək təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verdiyini açıqlayıb və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

    Daha sonra AVF-nin rəhbərliyinə seçki keçirilib. “Silk Way” Şirkətlər Qrupunun prezidenti Zaur Axundov AVF-nin prezidenti seçilib. Sahib Ələkbərov I vitse-prezident, Robert Eyyubov və Fikrət Hüseynov vitse-prezidentlər, Rəşad Gülmaliyev, Emin Mustafayev, Albert Pitersma isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

    Sonda Zaur Axundov çıxış edərək göstərilən etimada görə təşəkkür edib, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini söyləyib.

  • Bakıda marşrut avtobuslarının sayı artırılacaq

    “Vaxtilə ictimaiyyətin ciddi narazılığına səbəb olan avtobus zolaqları bu gün artıq paytaxtda qəbul edilmiş reallığa çevrilib. Hazırda isə oxşar proses mikromobil nəqliyyat vasitələri – velosiped və skuterlər üçün nəzərdə tutulan zolaqlarla bağlı yaşanır”.

    Bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel müzakirə zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov deyib.

    Onun sözlərinə görə, agentlik yaxın zamanda ictimai nəqliyyatın əlçatanlığını artırmaq məqsədilə avtobusların sayını da artırmağı planlaşdırır.

    Taksi islahatlarına da toxunan V.Məmmədov bildirib ki, artıq prosesin birinci mərhələsi yekunlaşıb:

    “Hal-hazırda taksi fəaliyyəti ilə məşğul olmaq üçün 27 minə yaxın buraxılış kartı verilmiş avtomobil var. Bu rəqəm bir il əvvəl 67 min idi. Azalma aparılan islahatların nəticəsidir”, – deyə o qeyd edib.

    AYNA rəsmisi əlavə edib ki, hədəf qısa məsafələr üzrə taksi asılılığını azaltmaqdır:

    “Taksi xidməti o qədər ucuz idi ki, insanlar 0-3 km-lik məsafələrə belə taksi ilə gedirdilər. Bu, nə iqtisadi, nə də nəqliyyat baxımından effektiv deyil. Bu kimi məsafələrdə velosiped və skuterlər kimi alternativ mikromobil nəqliyyat növlərinin təşviqini məqsədəuyğun sayırıq”.
    //oxu.az

  • Sumqayıtda dəhşət: Külək hasarı maşının üzərinə aşırdı, sürücü öldü

    Sumqayıt şəhərində “KamAZ”ın üzərin hasar aşıb, sürücü hadisə yerində ölüb.

    Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

    1980-ci il təvəllüdlü Natiq Haqverdiyev ona məxsus 90-SL-568 dövlət nömrə nişanlı yük maşınını hündür hasarın kənarında saxlayan zaman güclü külək hasarı avtomobilin üzərinə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    //report