Month: May 2025

  • Məhkəmə 2.5 milyonluq dələduzluq edən sabiq polisin şikayətini rədd etdi

    Ali Məhkəmədə 2.5 milyon manatlıq dələduzluqda təqsirləndirilən keçmiş əməliyyat müvəkkili Elvin Həşimlinin barəsindəki qərardan verdiyi kassasiya şikayətinə baxılıb.

    Prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

    İttihama görə, Xətai Rayon Polis İdarəsinin sabiq əməliyyat müvəkkili Elvin Həşimli sahibkar Möhkəm Səmədova biznes qurmaq məqsədilə yalan vədlər verərək, onun 2.5 milyon manatını dələduzluq yolu ilə ələ keçirib.

    Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işi üzrə məhkəmə prosesinin sonunda dövlət ittihamçısı E.Həşimliyə 12 il həbs cəzası tələb etsə də, məhkəmə fakt sübuta yetirilmədiyi qənaətinə gələrək ona bəraət verib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlasa da, prokuror Ali Məhkəməyə kassasiya protesti verib. Ali Məhkəmə protesti təmin edib, iş yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

    Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Elvin Həşimli 10 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
    //oxu.az

  • Azər Qasımovun xanımı da işdən çıxdı

    Azərbaycan Prezidentinin sabiq mətbuat katibi Azər Qasımovun xanımı Aytən Qasımova vəzifəsindən ayrılıb.

    Median.Az Demokrat.az-a istinadən xəbər verir ki, Aytən Qasımova uzun illər çalışdığı Azərbaycan Dövlət Xəbər Agentliyi (AZƏRTAC) ilə yollarını ayırıb.

    O, 20 ilə yaxın idi ki, AZƏRTAC-da çalışırdı.

    Qeyd edək ki, Prezidentin sabiq mətbuat katibi Azər Qasımov da bu yaxınlarda tutduğu vəzifədən azad edilmişdi.

  • Azər Qasımovun xanımı da işdən çıxdı

    Azərbaycan Prezidentinin sabiq mətbuat katibi Azər Qasımovun xanımı Aytən Qasımova vəzifəsindən ayrılıb.

    Median.Az Demokrat.az-a istinadən xəbər verir ki, Aytən Qasımova uzun illər çalışdığı Azərbaycan Dövlət Xəbər Agentliyi (AZƏRTAC) ilə yollarını ayırıb.

    O, 20 ilə yaxın idi ki, AZƏRTAC-da çalışırdı.

    Qeyd edək ki, Prezidentin sabiq mətbuat katibi Azər Qasımov da bu yaxınlarda tutduğu vəzifədən azad edilmişdi.

  • Qubada DƏHŞƏT: 77 yaşlı qadın sübh tezdən özünü asdı

    Qubada intihar olub.

    Hadisə səhər saat 7 radələrində Dağlı kəndində baş verib.

    Kənd sakini 77 yaşlı Marusa Əli qızı Rəhimova yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.//Lent.az

  • Sosial yardım təklif edən bu səhifəyə inanmayın!

    “Feysbuk sosial şəbəkəsində “Azərbaycan Sosial Yardım 2025” adlı saxta profil altında guya 3399 manat ünvanlı sosial yardım almağa kömək göstərən, əslində isə dələduzluq yolu ilə insanları aldadaraq vəsaitlərini ələ keçirmək məqsədi daşıyan səhifə təqdim edilir”.

    Median.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili paylaşım edib.

    “İstifadəçiyə sosial yardım əldə etmək üçün ərizə ilə qeydiyyatdan keçmək təklif olunur.

    Vətəndaşları diqqətli olmağa və həmin saxta profilli səhifəyə inanmamağa, yalan, şirnikləndirici vədlərə aldanaraq fərdi məlumatları barədə dələduzlara məlumat verməməyə çağırırıq.

    Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, aztəminatlı ailələrə ünvanlı yardım həmin ailələrin təmsilçiləri tərəfindən elektron qaydada edilmiş müraciət əsasında təyin olunur. Kiminsə müdaxiləsi və ya hər hansı bir sosial şəbəkə səhifəsinin köməyi ilə də təyinat aparılmır”, – deyə Rəşad Mehdili qeyd edib.

  • Leyla və Arzu Əliyeva Polad Həşimovun evində olublar – FOTOLAR

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva Milli Qəhrəman Polad Həşimovun ailəsi ilə görüşüblər.

    Median.Az xəbər verir ki, görüşdə 44 günlük müharibədəki şanlı Zəfərimiz, Vətən oğullarının qəhrəmanlığından danışılıb, qəhrəmanlar yetişdirən analara minnətdarlıq ifadə olunub.

  • Зеленский раскрыл детали сделки с США о минералах

    Встреча президента Украины Владимира Зеленского с американским лидером Дональдом Трампом была содержательной и продуктивной на 100%.
    Как сообщает report со ссылкой на “РБК-Украина”, об этом украинский лидер заявил во время вечернего обращения.
    По словам политика, в документе отсутствует долг Киева перед Вашингтоном, две страны будут работать друг с другом на справедливых условиях, чтобы каждая из них смогла зарабатывать.
    “Мы говорили с президентом США о нашей готовности к заключению соглашения – говорили на встрече в Ватикане. Фактически сейчас мы имеем первый результат ватиканской встречи, который делает ее действительно исторической”, – сказал украинский лидер.
    По его словам, соглашение направлено для ратификации в Верховную раду: “Мы заинтересованы, чтобы с соглашением не было задержек”.
    “Соглашение значительно изменилось в процессе подготовки. Теперь это действительно равноправное соглашение, которое создает возможность для инвестиций в Украину – довольно весомых, а кроме того – еще и для существенной модернизации производств в Украине и – что не менее важно – модернизации юридических практик в нашем государстве”, – рассказал Зеленский.
    Ранее первый вице-премьер, министр экономики Украины Юлия Свириденко подтвердила подписание соглашения с США о полезных ископаемых, предусматривающее создание фонда восстановления, который будет инвестировать в Украину.

  • Zelenski minerallara dair sazişin detallarını açıqlayıb

     
    Volodimir ZelenskiUkrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşün 100% mənalı və məhsuldar keçdiyini bildirib.
    Report RBC-Ukraynaya istinadən xəbər verir ki, o, bu barədə çıxışında söyləyib.
    “Biz Vatikanda ABŞ prezidenti ilə saziş bağlamağa hazır olduğumuz barədə danışdıq. Əslində, indi biz Vatikan görüşünün ilk nəticəsini əldə etdik ki, bu da onu həqiqətən tarixi edir”, – Ukrayna lideri bildirib.
    Onun sözlərinə görə, minerallara dair saziş ratifikasiya olunmaq üçün Ali Radaya göndərilib:
    “Biz sazişlə bağlı gecikmələrin olmamasında maraqlıyıq. Artıq sənəd Ukraynaya sərmayələr üçün imkan yaradan həqiqətən bərabərhüquqlu müqavilədir. Bu, Ukraynada istehsalın əhəmiyyətli dərəcədə modernləşdirilməsi və ondan daha az vacib olmayan ölkəmizdə hüquqi təcrübənin müasirləşdirilməsi ilə bağlıdır”.
    “Politico” nəşri isə mənbələrə istinadla məlumat yayıb ki, ABŞ və Ukrayna təbii resurslarla bağlı saziş çərçivəsində ümumilikdə üç sənəd imzalanıb.
    Bundan əvvəl Ukraynanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Yuliya Svırıdenko ABŞ ilə minerallara dair sazişin imzalandığını təsdiqləyib. Bu saziş Ukraynaya sərmayə qoyacaq bərpa fondunun yaradılmasını nəzərdə tutur.

  • Gədəbəydə 49 yaşlı qadın bıçaqlanıb

    Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

    Apa-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Miskinli kəndində qeydə alınıb.

    1976-cı il təvəllüdlü N. Əsədova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə hələlik məlumat verilmir.

    Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

  • Более 80 мертвых тюленей обнаружены на берегу Каспия в Казахстане

    В Тупкараганском районе Мангистауской области Казахстана обнаружены 88 мертвых тюленей, выброшенных на побережье Каспия.

    Как передает report, об этом сегодня сообщает Комитет рыбного хозяйства Минсельхоза страны.
    По его информации, туши тюленей обнаружены 29 апреля в ходе мониторинга побережья сотрудниками Жайык-Каспийской межобластной бассейновой инспекции. Факт гибели животных, включенных в Красную книгу, зарегистрирован отделом полиции Тюбкараганского района в едином реестре досудебных расследований.
    “По данным Казгидромета, за прошедший период в акватории региона преобладали западные ветра, которыми были принесены к берегу туши мертвых тюленей. По информации Института гидробиологии и экологии, туши животных находятся в крайней стадии разложения”, – говорится в сообщении комитета.

    Следовательно, причины гибели тюленей установить затруднительно в связи со значительным временем, прошедшим с момента предполагаемой смерти животных (2-3 недели).
    Туши собраны и утилизированы на полигоне Тюбкараганского района с соблюдением санитарных норм. Мониторинг береговой полосы Каспийского моря продолжается.