Month: May 2025

  • Qazaxıstanın Xəzər sahillərində 80-dən çox ölmüş suiti tapılıb

    Qazaxıstanın Mangistau vilayətinin Tupkaraqan rayonunda Xəzər dənizinin sahilinə vurmuş 88 suiti cəsədi tapılıb.

    Report xəbər verir ki, bu barədə bu gün Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsi məlumat yayıb.

    Məlumata görə, suiti cəmdəkləri aprelin 29-da sahilyanı monitorinqlər zamanı aşkar edilib. “Qırmızı kitab”a daxil edilmiş heyvanların tələf olması faktı ibtidai araşdırmaların vahid reyestrində qeydə alınıb.

    “Qazaxıstan Hidrometeorologiya Xidmətinin məlumatına görə, ötən müddət ərzində regionun akvatoriyasında qərb küləyi üstünlük təşkil edib ki, bu da suitilərin cəsədlərini sahilə çıxarıb. Hidrobiologiya və Ekologiya İnstitutundan verilən məlumata görə, heyvanların cəmdəkləri çürümə prosesinin ağır mərhələsindədir”, – Komitənin məlumatında deyilir.

    Müvafiq olaraq, suitilərin ehtimal olunan ölümündən xeyli vaxt (2-3 həftə) keçdiyindən heyvanların ölüm səbəblərini müəyyən etmək çətindir.

    Cəmdəklər sanitar normalara uyğun olaraq Tupkaraqan rayon poliqonunda toplanaraq utilizasiya edilib. Xəzər dənizinin sahil zolağının monitorinqi davam edir.

  • “Zəlzələdə uşaqları çağırdım, Ceyhun yadıma da düşmədi”

    Axşam.az xəbər verir ki, “Xəzər axşamı” verilişində qonaq olan sənətçi həmin an ailəsi ilə Türkiyədəki evində olduğunu bildirib:

    “Təbii fəlakətlər heç kimin qarşısına keçə bilməyəcəyi bir andır. Allahla baş-başa qaldığınız bir məqamdır, dua etməkdən başqa çarə yoxdur. Yaxşı ki, 13 saniyə davam etdi. Zəlzələ zamanı evdə idik. Və çox qəribədir ki, həmin anda mən donub qalıram. İnsanlar nəsə tədbir görürlər, qaçırlar. Amma mən donuram və ağappaq ağarıram. Əslində həyət evində yaşadığım üçün təhlükəsizlikdəyəm, amma o zəlzələni necə də hiss etdik. Bir dəqiqə davam etsəydi, pis hadisələrə səbəb ola bilərdi. Zəlzələ anında uşaqları çağırdım, həyat yoldaşım Ceyhun heç yadıma da düşmədi. Niyə yalan deyim ki? Deyəsən, evdə yatırdı”.

    Qeyd edək ki, İradə İbrahimova Ceyhun İzər adlı Türkiyə vətəndaşı ilə ailəlidir. Cütlüyün İpək və Əli adlı iki övladı var.

  • İlahiyyatçı gündəmi zəbt edən hadisədən DANIŞDI

    Dəmrov xəstəliyindən əziyyət çəkən azyaşlının xəstəxana əvəzinə molla yanına aparılması geniş müzakirələrə səbəb olub. Müzakirənin əsas məğzi odur ki, valideyn uşağının dərdinə əlacı niyə dərmanda yox, duada görüb?

    Baku TV məsələyə din xadimlərinin münasibətini öyrənməyə çalışıb.

    İlahiyyatçı Tural İrfan hesab edir ki, bu, mövhumatdan və xurafatdan başqa bir şey deyil:

    “Doğrudur, “Qurani-Kərim”də buyurulur ki, “Quran” bəzi xəstəliklərə şəfadır, ancaq burada konkret olaraq tibbi xəstəliklərdən söhbət getmir. Çünki “Quran” tibbi kitab deyil. O yazıda da nədən bəhs olunduğunu oxumaq olmur. Bəlkə də, oxunmasın deyə qarışıq yazıblar və yaxud da mənasız bir şeydir. Ərəb hərflərinə oxşasa da, cümlə heç bir mənanı ifadə etmir”.

    Ətraflı süjetdə:

  • Похищенный ранее в Украине азербайджанский бизнесмен освобожден

    Бизнесмен и представитель азербайджанской диаспоры в Украине Вугар Фархад оглу Османов, ранее похищенный в Одессе, сегодня вечером был освобожден.

    Как сообщает восточноевропейское бюро report, точной информации о том, кем был похищен и впоследствии освобожден В.Османов, нет.
    Отметим, что 16 апреля неизвестные лица принудительно посадили В. Османова в автомобиль при выходе из спортзала в Одессе и увезли его в неизвестном направлении. После этого с бизнесменом не было никакой связи.

    Местная полиция ведет розыск правонарушителей.

  • Ukraynada oğurlanan azərbaycanlı iş adamı sərbəst buraxılıb

    Ukraynanın Odessa şəhərində oğurlanan azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov bu gün sərbəst buraxılıb.

    Report-un Şərqi Avropa bürosunun məlumatına görə, həmyerlimiz bu gün axşam saatlarında onu aparan naməlum şəxslər tərəfindən sərbəst buraxılıb.
    V.Osmanovun kimlər tərəfindən aparılıb sonradan buraxılması ilə bağlı dəqiq məlumat yoxdur.

    Qeyd edək ki, aprelin 16-da 1972-ci il təvəllüdlü V. Osmanov Odessada idman zalından çıxarkən naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək məlum olmayan istiqamətə aparılıb. Ondan sonra Vüqarla heç bir əlaqə olmayıb. Yerli polis dərhal rəsmi axtarışa başlayıb.

  • Günəş yanığı dəri xərçəngi yaradırmış

    İngiltərədə aparılan araşdırma hər iki nəfərdən birinin ildə ən azı bir dəfə günəş yanığı yaşadığını ortaya çıxarıb.

    Median.Az xəbər verir ki, bu da dəri xərçənginin bilinməyən səbəbləri arasındadır.

    Melanoma dəri xərçənginin ən ölümcül növlərindən biridir və yalnız beş günəş yanığı xəstəliyin inkişaf riskini iki dəfə artırır. Gənclərin 65 faizi ən azı ildə bir dəfə günəşdən yanır.

    Bildirilib ki, sorğuya əsasən hər 41 qadından və 35 kişidən birində melanoma diaqnozu qoyulub. Ekspertlər isə bununla bağlı bəzi xəbərdarlıqlar edir. Ekspertlər bildirir ki, günəşdən qorunmaq üçün kölgə seçmək, şapka taxmaq, 30+ SPF günəş kremindən istifadə etmək və günün ən isti saatlarında günəşdən uzaq durmaq  lazımdır. 

  • Bu istiqamətdə əlavə qatar reysləri təyin olundu

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə mayın 9-dan 11-dək əlavə qatar reysləri təyin edir.

    Median.Az xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb. 

    Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

    “Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, – deyə məlumatda qeyd edilib.

  • Bakının bu əraziləri plana düşür – Komissiya yaradıldı

    Bakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar iki komissiya yaradılıb.

    Median.Az xəbər verir ki, aidiyyəti qurumların təmsil olunduğu Komissiya Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq paytaxtda və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis-kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınaraq köçürülməsi sahəsində səlahiyyətli olacaq.

    Komissiya Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsi, 4 saylı ünvanda fəaliyyət göstərir. Yuxarıda göstərilən ərazidə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə Komissiyaya müraciət etmələri xahiş olunur.

    Ümumi prosesə, şəffaflığın təmin olunmasına nəzarəti isə Nazirlər Kabineti yanında yaradılmış xüsusi Komissiya həyata keçirəcək.

  • Bakıda “Bədii gimnastika üzrə Avropa kuboku”nun açılış mərasimi keçirilib – FOTO

    Bakıda “Bədii gimnastika üzrə Avropa kuboku”nun açılış mərasimi keçirilib.

    Median.Az trend-ə istinadən xəbər verir ki, 1-4 may tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək yarışın açılışı zamanı iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

    Daha sonra gənclər və idman naziri, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov açılışı nitqi ilə çıxış edib.

    Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Yarışın açılışı şou-proqramla davam edib. Yarışın ilk günündə fərdi yarışlar keçirilib. Böyüklər yaş kateqoriyasında gimnastlar halqa və topla çıxışlar ediblər. Fərdi yarışda Azərbaycanı Gövhər İbrahimova və Kamilla Seyidzadə təmsil edib.

    Qeyd edək ki, Avropa kubokunda ümumilikdə 25 ölkədən 170-dən çox gimnast mübarizə aparacaq.

  • Antalyada zəlzələ oldu

    Türkiyənin Antalya vilayətinin Serik ilçəsində 3,9 bal gücündə zəlzələ baş verib.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

    Yerin 7 km dərinliyində meydana gələn təkanlar ətraf yaşayış məntəqələrində də hiss edilib.

    İlkin məlumata görə, dağıntı və tələfat yoxdur.