Month: May 2025

  • Suriyada şəhər meri və oğlu öldürülüb

    Naməlum şəxslər Suriya paytaxtının cənub-qərbində yerləşən Saxnaya şəhərinin merini güllələyiblər, onunla birlikdə oğlu da öldürülüb.

    Median.Az “Report”a istinadən verdiyi məlumata görə, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.

    Hakimiyyət orqanları qətlin baş verdiyi şəraitlə bağlı araşdırma aparır.

  • Запланированные на 3 мая переговоры между Ираном и США не состоятся

    Продолжение непрямых переговоров между Ираном и США перенесено из-за несовпадения планов делегаций.

    Об этом написал в четверг в соцсетях министр иностранных дел Омана Бадр аль-Бусайди.

    “Из соображений логистики мы пересмотрели сроки проведения встречи между США и Ираном, которая изначально была запланирована на 3 мая”, – говорится в сообщении.

    По словам главы МИД, новые сроки будут объявлены после того, как обе стороны их согласуют.

    Непрямые переговоры между Ираном и США начались в середине апреля. Посредником в них выступает Оман.

  • İran-ABŞ danışıqları təxirə salındı

    “İran və ABŞ arasında dolayı danışıqların davam etdirilməsi nümayəndə heyətlərinin planlarının uyğunsuzluğu səbəbindən təxirə salınıb”.

    Bbunu Omanın xarici işlər naziri Bədr Əl-Busaidi sosial şəbəkə hesabında yazıb.

    Məlumatda deyilir: “Logistikanı götür-qoy edərək, ABŞ və İran arasında əvvəlcə mayın 3-nə planlaşdırılan görüşün vaxtını yenidən nəzərdən keçirdik”.

    XİN rəhbərinin sözlərinə görə, yeni tarix hər iki tərəf onu razılaşdırdıqdan sonra açıqlanacaq.

    Xatırladaq ki, İran və ABŞ arasında dolayı danışıqlar aprelin ortalarında başlayıb. Oman danışıqlarda vasitəçi kimi çıxış edir.

  • Bakıda görüntüsü yayılan çadralı şəxs POLİSƏ ÇAĞIRILDI

    Paytaxtın Qaradağ rayonunda məktəblərdən birinin ətrafında naməlum şəxsin uşaqları hüquqazidd əməllərə məruz qoyması ilə bağlı yayılan iddialar araşdırılıb.

    Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında bildirib.

    O qeyd edib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən naməlum şəxs müəyyən olunaraq polis idarəsinə dəvət olunub. Qadının hər hansı kriminal hadisə ilə əlaqəsi olmadığı müəyyən edilib, barəsində yayılan iddiaların əsassız olması sübuta yetirilib:

    “Sosial şəbəkə üzərindən həmin görüntülərlə bağlı təşviş yaradan digər qadın da müəyyən olunaraq polis idarəsinə çağırılıb, onunla profilaktik iş aparılaraq məsuliyyət tədbirləri görülüb. Vətəndaşlara tövsiyə edirik ki, faktsız, əsası olmayan məlumatları paylaşmaqdan çəkinsinlər, şübhə doğuran hallar varsa, dərhal polisi məlumatlandırsınlar”, – E.Hacıyev bildirib.

  • AZAL Füzuli istiqamətində aviabiletlərin alışı qaydalarını dəyişib

    Bu gündən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən Bakı-Füzuli-Bakı marşrutu üzrə həyata keçirilən uçuşlara aviabilet alışı qaydalarında dəyişikliklər qüvvəyə minir.

    Median.Az AZAL-a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları bu istiqamətdə aviabiletləri AZAL-ın rəsmi internet saytından və ya mobil tətbiqindən xüsusi icazə təqdim etmədən birbaşa əldə edə bilərlər. Bu imkan həm bir istiqamətdə, həm də gediş-dönüş uçuşlarına şamil olunur.

    Səfər üçün tələb olunan zəruri icazələr sistem tərəfindən avtomatik şəkildə təqdim olunur. Bu səbəbdən “Yolumuz Qarabağa” portalı vasitəsilə əlavə müraciət göndərilməsinə ehtiyac qalmır.

    Sözügedən dəyişikliklər Azərbaycan vətəndaşları üçün prosedurların sadələşdirilməsi və səfər prosesinin daha da rahat keçməsi məqsədilə tətbiq olunub. Xarici ölkə vətəndaşlarının isə Füzuli istiqamətində səfər etmələri üçün müvafiq dövlət qurumlarından əvvəlcədən icazə almaları tələb olunur.

    Qeyd edək ki, Bakı-Füzuli-Bakı reysləri həftədə iki dəfə – şənbə və bazar günləri həyata keçirilir.

  • Лейла Алиева и Арзу Алиева на музыкально-художественном вечере “Только культура” – ФОТО

    30 апреля на сцене Оперной студии при Бакинской музыкальной академии выступил народный артист Азербайджана Эйюб Ягубов с музыкально-художественной программой под названием “Только культура”.

    Как сообщает Median.Az со ссылкой на АЗЕРТАДЖ, в мероприятии, посвященном памяти поэта, великого драматурга Гусейна Джавида, также приняли участие вице-президент Фонда Гейдара Алиева Лейла Алиева и Арзу Алиева.

    На мероприятии Эйюб Ягубов и творческие друзья артиста выступили перед зрителями с интересным представлением, объединившим магию музыки, гармонию песен и глубину поэзии.










  • Leyla və Arzu Əliyevalar “Yalnız mədəniyyət” adlı musiqili-bədii gecədə iştirak ediblər – FOTO

    Aprelin 30-da Bakı Musiqi Akademiyası nəzdində Opera studiyasının səhnəsində Azərbaycanın Xalq artisti Eyyub Yaqubov “Yalnız mədəniyyət” adlı musiqili-bədii proqram ilə çıxış edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, şair, böyük dramaturq Hüseyn Cavidin xatirəsinə həsr olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak ediblər.

    Tədbirdə Eyyub Yaqubov və ifaçının sənət dostları musiqinin sehri, mahnıların ahəngi və şeirlərin dərinliyinin bir araya gəldiyi maraqlı bir təqdimatla tamaşaçıların qarşısına çıxıblar.










  • Bəzi ölkələrdən quş və ət məhsullarının tranzit və idxalına məhdudiyyət qoyulub

    Küveyt Dövlətinin Əl-Cəhra əyalətində dabaq, Kamboca Krallığının Kratex əyalətində, Liberiya Respublikasının Bonq bölgəsində, Vyetnam Sosialist Respublikasının Nqhe An, Tiyen Gianq, Tuyen Quanq, Lonq An, Quanq Tri əyalətlərində, Polşa Respublikasının Pomorsk inzibati ərazisində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Bildirilib ki, bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (ÜHST) AQTA-ya rəsmi məlumatlar daxil olub.

    Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, dabaq xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan ərazilərdən cütdırnaqlı heyvanların, habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, quş qripi xəstəliyi baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən isə diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • В Баку пьяная “гонщица” на Porsche совершила автохулиганство – ВИДЕО

    Арестована женщина-водитель, которая в нетрезвом состоянии совершала автохулиганство на Porsche.

    В Насиминском районе Баку сотрудники Отдела государственной дорожной полиции РУП задержали женщину-водителя, которая в нетрезвом состоянии совершала опасные маневры на автомобиле Porsche, постоянно нарушая правила дорожного движения (ПДД).

    Она на высокой скорости грубо нарушила ПДД и проигнорировала требование правоохранителей остановиться, продолжая свои безрассудные действия. При проверке состояния опьянения у водителя А.Гасановой было установлено, что она находилась под воздействием алкоголя.

    Собранные в ее отношении материалы были направлены в суд. Решением суда А.Гасанова арестована в административном порядке на 20 суток с ограничением водительских прав сроком на один год.

  • Bakıda “Porsche” ilə sərxoş halda avtoxuliqanlıq edən qadın sürücü həbs olundu – VİDEO

    Bakıda “Porsche” ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub.

    Bakının Nəsimi rayonunda sərxoş vəziyyətdə “Porsche” markalı nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər edərək davamlı qayda pozuntusu törədən sürücü qadın Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

    Sürücü yüksək sürətlə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozub və polisin “saxla” işarəsinə əməl etməyərək təhlükəli hərəkətini davam etdirib. Sərxoşluq vəziyyəti yoxlanılan sürücü A.Həsənovanın spirtli içkinin təsiri altında olması müəyyən edilib.

    Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Həsənova sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub.