Month: May 2025

  • BBC-ni məhkəməyə verdi, 100 min təzminat qazandı

    İrlandiyanın “Sinn Fein” partiyasının sabiq lideri Cerri Adams Britaniyanın BBC telekanalını məhkəməyə verib.

    Median.Az bu barədə “Sky News”a istinadə xəbər verir.

    Məlumata görə, buna səbəb “Sinn Fein”nin keçmiş rəsmisi, Böyük Britaniya agenti Denis Donaldsonun qətli ilə bağlı yayımlanan material olub.

    Belə ki, 2016-cı ildə “BBC Northern Ireland” kanalında yayımlanan “Spotlight” proqramında anonim mənbə Adamsın Denis Donaldsonun qətlinə icazə verdiyini iddia edib. 76 yaşlı Adams bu ittihamları qətiyyətlə rədd edib.

    Dublin məhkəməsi məqalənin Cerrinin reputasiyasına xələl gətirdiyinə qərar verib.

    Beləliklə, 76 yaşlı Adams 84 min funt sterlinq (təxminən 100 min avro) təzminat qazanıb.

    Qeyd edək ki, Denis Donaldsonun 2005-ci ilin dekabrında Britaniya kəşfiyyatına işləyən ikiqat agent olduğu ifşa edilib. O, 2006-cı ildə Doneqal qraflığında kottecdə güllələnib.

  • Şəhid atası: Oğlumun döyüşdüyü torpaqlarda gəzdikcə bir daha qürur hissi keçirdim

    Vətən müharibəsinin şəhidi Əli Quluyevin atası Turac Quluyev oğlunun döyüşərək həlak olduğu torpaqlarda gəzdikcə bir daha qürur və fəxr hissi keçirdiyini söyləyib.

    O, “Report”un Ağdama ezam olunmuş əməkdaşına açıqlamasında bildirib ki, işğaldan azad edilən ərazilərə daxil olandan qeyri-ixtiyari göz yaşlarını saxlaya bilməyib:

    “Bu torpaqlarda gördüklərim məni dəhşətə gətirdi. Düzdür, həmişə xəbərlərdə görürdüm, amma burada canlı olaraq şahidi oldum. Azad olunan ərazilərdə gördüklərim ermənilərin bizim xalqa qarşı nə qədər əzazil və qəddar bir mövqedə olduqlarını deməyə əsas verir. Amma qürur duyulacaq hisslər də yaşadım. Ərazilərin təmizlənmə işlərinin şahidi olduq. Hər tərəfdə canlanma hiss olunur”.

    T.Quluyev vurğulayıb ki, oğlum Əli Quluyev 44 günlük Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub:

    “İndi burada gördüklərim mənə bir də ona görə təsəlli verir ki, xalqımızın başına açılan bu müsibətlərin sona çatmasında mənim də oğlumun qanıyla yazdığı imzası var”.

  • Завтра ожидается 36 градусов тепла

    1 июня в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Сообщается, что будет преобладать умеренный северо-западный ветер. Температура воздуха ночью составит 19-22°, днем 28-33° тепла. Атмосферное давление будет в пределах нормы – 760 мм ртутного столба. Относительная влажность ночью составит 60-65%, днем 40-45%.

    В районах Азербайджана преимущественно без осадков. Однако днем в некоторых горных районах возможен кратковременный небольшой дождь, грозы. Утром местами возможен слабый туман. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит 16-21°, днем 31-36° тепла, в горах ночью 10-15°, днем 22-27° тепла.

  • Sabah 36 dərəcə isti olacaq

    Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.

  • Nabranda təmizlik aksiyası keçirilib

    Yay mövsümünə hazırlıq məqsədi ilə Nabranda yerləşən çimərlik ərazilərində Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təmizlik aksiyası təşkil edilib.

    Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, yerli icra nümayəndələri, bələdiyyələr eləcədə gənc könüllülər iştirak ediblər.

    İməcilik zamanı sahilyanı ərazilər plastik qabalardan və digər tullantılardan təmizlənib.

    Aksiyanın keçirilməsində məqsəd sahilyanı ərazilərin daimi təmizliyini təmin etmək, təbiət ərazilərində əhali tərəfindən təmizliyə riayət olunmasını təbliğ və təşviq etmək, müəyyən olunmayan ərazilərə məişət tullantıları atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

    Çimərlik mövsümünün başlanmasına az qalmış belə təmizlik aksiyalarının təşkili sakinlər tərəfindən razılıqla qarşılanıb.

  • Пять человек погибли в результате взрыва на химзаводе на севере Китая

    Пять человек погибли, двое получили ранения в результате взрыва на химическом заводе в уезде Уи провинции Хэбэй на севере Китая в пятницу.

    Как передает Median.Az со ссылкой на Xinhua, об этом сообщили в субботу местные власти.

    По данным департамента по управлению чрезвычайными ситуациями уезда Уи, взрыв произошел около 18:30 в пятницу в цехе, где взорвался контейнер для очистки.

    На данный момент спасательная операция на месте завершена. Двое раненых, как сообщается, находятся в стабильном состоянии. Причины взрыва выясняются.

  • Çində kimya zavodunda partlayış nəticəsində beş nəfər ölüb

    Cümə günü Çinin şimalındakı Hebey əyalətinin Ui qəzasında yerləşən kimya zavodunda baş verən partlayış nəticəsində beş nəfər həlak olub, iki nəfər yaralanıb.

    Bu barədə şənbə günü yerli hakimiyyət orqanları məlumat yayıb.

    Ui qəzasının Fövqəladə halların idarə edilməsi departamentinin məlumatına görə, partlayış cümə günü saat 18:30 radələrində sexdə baş verib.

    Hazırda hadisə yerində xilasetmə əməliyyatı başa çatıb. Yaralıların vəziyyətinin sabit olduğu bildirilir. Partlayışın səbəbləri araşdırılır.

  • UEFA Avropa Liqasının qalibi olan klub dörd futbolçu ilə vidalaşıb

    UEFA Avropa Liqasının qalibi olan İngiltərənin “Tottenhem” klubu dörd futbolçu ilə vidalaşıb.

    Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Freyzer Forster, Serxio Reqilon, Alfi Uaytmenin başa çatan müqavilələrinin müddəti uzadılmayıb.

    İcarə əsasında komandada çıxış edən Timo Verner isə Almaniyanın “Leyptsiq” klubuna qayıdıb.

    Qeyd edək ki, “Tottenhem” Avropa Liqasının finalında “Mançester Yunayted”i minimal hesabla üstələyib – 1:0.

  • Kürdəmirdə həmkəndlisini bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

    Kürdəmir rayonunda həmkəndlisini bıçaqlayaraq öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarnın keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fəqan Əzizov saxlanılaraq istintaqa təhvil verilib.

    Qeyd edək ki, hadisə mayın 30-da Sığırlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1966-cı il təvəllüdlü Nuriyev Hafiz Çümşüd oğlu münaqişə zamanı həmkəndlisi tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan yaralı elə hadisə yerindəcə dünyasını dəyişib.

  • Компания United Airlines объявила о возобновлении полетов в Тель-Авив с 5 июня

    Авиакомпания United Airlines c 5 июня возобновит полеты из Нью-Йорка в Тель-Авив.

    Как передает Median.Az со ссылкой на издание Times of İsrael, об этом говорится в сообщении авиакомпании.

    Сообщается, что решение об этом принято после детальной оценки ситуации, а также “тесной работы с профсоюзами, которые представляют интересы бортпроводников и пилотов”.

    United Airlines прекратила авиасообщение между нью-йоркским аэропортом Ньюарк и тель-авивским Бен-Гурион 4 мая после того, как баллистическая ракета из Йемена попала на территорию главной воздушной гавани Израиля.