Month: May 2025

  • Həccə gedən üçüncü zəvvar qrupunun bir hissəsi Ciddəyə çatıb

    Azərbaycandan Həccə gedən üçüncü zəvvar qrupunun bir hissəsi Ciddəyə çatıb.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

    Qeyd edək ki, üçüncü zəvvar qrupu 135 nəfərdən ibarət olmaqla 3 qrupa bölünüb.

  • В Азербайджане мужчина сгорел заживо, когда пытался сжечь мусор во дворе

    В поселке Самед Вургун Шамкирского района произошел несчастный случай.

    Местный житель Намиг Гурбанов (1967 г.р.) проявил неосторожность при сжигании бытовых отходов во дворе своего дома. Сначала он поджег мусор, но тот горел слабо. Н.Гурбанов вылил на огонь бензин из 2-литровой емкости. В результате емкость с бензином в его руке воспламенилась. Хозяин дома растерялся и уронил емкость на себя, в результате чего загорелась одежда. Члены семьи пытались его спасти, но не смогли. Его доставили в больницу с тяжелыми ожогами, но там он скончался.

    По данному факту ведется расследование.
    //oxu.az

  • Zibilliyə od vuran kişi yanaraq öldü

    Şəmkir sakini ehtiyatsızlıqdan yanaraq ölüb.

    Hadisə rayonunun Səməd Vurğun qəsəbəsində baş verib.

    Qəsəbə sakini 1967-ci il Namiq Qurbanov qəsəbə ərazisindəki evinin həyətində məişət tullantıları yandıran zaman ehtiyatsızlıq edib. O, əvvəlcə tullantıya od vursa da, həmin tullantılar zəif yanıb. N.Qurbanov həmin tullantıların tez alışması üçün avtomobilindən çəkdiyi 2 litrlik qabda olan benzini odun üstünə töküb. Nəticədə onun əlindəki benzin qab alışıb. Ev sahibi özünü itirərək benzin qabını əlindən öz üstünə atıb və nəticədə əynindəki paltarlar alışıb. Ailə üzvləri onu xilas etmək istəsələr də, mümkün olmayıb. O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, orada ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

    Mayın 28-29-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Naxçıvan MR, Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Yevlax, Bərdə, Tərtər, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabad, Quba, Xızı, Siyəzəndə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Xaçmaz, Qusar və Şabranda da şərq küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.

  • MN-də 143 milyonluq mənimsəmə: “Sənəti Vətəni talamaq deyil, qorumaq üçün seçmişdim”

    Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cəlal Kazımovun vəkili vəsatət verərək birinci instansiyanın, yəni Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdən narazı olduğunu bildirib. Vəkilin vəsatətinə münasibət bildirən Cəlal Kazımov bildirib ki, onun işi ilə bağlı birinci instansiya düzgün qərar çıxarmayıb.

    “Mən əsgərəm. Mənə nə əmr edilibsə, onu da etmişəm. Buna baxmayaraq, istintaq məni təqsirləndirilən olaraq elan edib, amma o pulu həqiqətən mənimsəyənlər – bu işin başında olan Rafael Xələfov, 4 milyon 526 min mənimsəyən N.Poladov, R.İbrahimov və S.Abbasov ittihamdan kənarda qalıblar. Mən demirəm ki, etməmişəm. Mən deyirəm ki, vəsait almamışam və heç bir sənəddə imzam yoxdur. Mən sənəti seçəndə Vətəni qorumaq üçün seçmişdim, Vətəni talamaq üçün yox”.

    Məhkəmə təqdim edilən vəsatəti iclas protokollarına əlavə edib.

    Digər təqsirləndirilən Vüsal Əlizadə büdcə ilə bağlı ekspertiza rəyini Ədliyyə Nəzirliyinin ekspertizasına göndərilərək yenidən yoxlanılması ilə bağlı vəsatət verib. Bu vəsatət də həmçinin təmin olunmayıb.

    Növbəti iclas iyunun 12-nə təyin edilib.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında həbs ediliblər.

    Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb.

    Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulub və əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul olunub.
    //oxu.az

  • Культурное уничтожение: власти Афганистана сожгли более 100 музыкальных инструментов

    В уезде Алингар провинции Лагман на востоке Афганистана местные власти провели публичное сожжение музыкальных инструментов, конфискованных у населения.

    Как сообщает Median.Az со ссылкой на портал Afghanistan International, огню были преданы более сотни барабанов и гитар, изъятых во время праздничных мероприятий.

    По информации источников, “по меньшей мере 109 музыкальных инструментов были собраны за последние несколько месяцев с различных праздничных мероприятий и впоследствии сожжены”. Акция проведена в рамках действующего в стране запрета на музыку, введенного после прихода к власти движения “Талибан”.

  • Əfqanıstanda mədəniyyət qətliamı: 100-dən çox musiqi aləti yandırılıb

    Əfqanıstanın şərqindəki Laqman əyalətinin Əlinqar rayonunda yerli hakimiyyət orqanları əhalidən müsadirə olunmuş musiqi alətlərini yandırıblar.

    Median.Az “Afganistan International” portalına istinadən xəbər verir ki, bayram tədbirləri zamanı ələ keçirilən yüzdən çox zərb aləti və gitara yandırılıb.

    Mənbələrin məlumatına görə, son bir neçə ay ərzində müxtəlif bayram tədbirlərindən ən azı 109 musiqi aləti toplanıb və sonradan yandırılıb. Tədbir “Taliban” hərəkatı hakimiyyətə gəldikdən sonra ölkədə mövcud musiqi qadağası çərçivəsində keçirilib.

  • Masallının bəzi kəndlərində iki gün qaz olmayacaq

    Mayın 29-30-da Masallı rayonu ərazisində qazın verilişində fasilələr olacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Masallı rayonu Qəzvinoba kəndində küçə qaz xəttinin təmir edilməsi məqsədilə “Tüklə” qazpaylayıcı stansiyasından qidalanan Boradigah qəsəbəsi, Bədəlan, Babaser kəndləri və Türkoba kəndinin bir hissəsi də daxil olmaqla ümumilikdə 2 700 abonentin qaz təchizatının mayın 29-da saat 10:00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.

    Həmçinin, rayonun Qəriblər kəndində yeni inşa edilmiş qaz kəmərinin mənbəyə qoşulması ilə əlaqədar Qəriblər, İsilər və Məmmədrzaküçə kəndləri üzrə 700 abonentin qaz təchizatının mayın 30-da saat 10:00-dan işlər yekunlaşanadək dayandırılması nəzərdə tutulur.

  • Главы правительств ряда стран поздравили Али Асадова

    Главы правительств ряда стран поздравили премьер-министра Азербайджана Али Асадова с Днем независимости, который отмечается в нашей стране ежегодно 28 мая.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Кабинета министров.

    По случаю национального праздника в адрес премьер-министра Али Асадова поступили поздравительные письма от вице-президента Турецкой Республики, глав правительств Китайской Народной Республики, Республики Узбекистан, Республики Казахстан, Республики Беларусь, Украины, Республики Польша, Чешской Республики, Словацкой Республики, Республики Северная Македония, Алжирской Народной Демократической Республики и Малайзии.

  • Bir sıra ölkələrin hökumət başçıları Əli Əsədovu təbrik ediblər

    Bir sıra ölkələrin hökumət başçıları Baş nazir Əli Əsədovu Müstəqillik Günü münasibətilə təbrik ediblər.

    Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova 28 May – Müstəqillik Günü münasibətilə Türkiyə Respublikasının vitse-prezidenti, Çin Xalq Respublikasının, Özbəkistan Respublikasının, Qazaxıstan Respublikasının, Belarus Respublikasının, Ukraynanın, Polşa Respublikasının, Çex Respublikasının, Slovakiya Respublikasının, Şimali Makedoniya Respublikasının, Əlcəzair Xalq Demokratik Respublikasının, Malayziyanın hökumət başçıları tərəfindən təbrik məktubları ünvanlanıb.