Month: May 2025

  • ABŞ-də hər beşinci uşaq piylənmədən əziyyət çəkir

    ABŞ-də hər beşinci uşaq piylənmədən əziyyət çəkir.

    Bunu Ağ Evdə çıxışı zamanı Amerika prezidenti Donald Tramp deyib.

    Onun sözlərinə görə, son vaxtlar ölkədə uşaqlar arasında piylənmə hallarının artması müşahidə olunur.

    “Əgər altmışıncı illərdə uşaqların beş faizindən azı piylənmədən əziyyət çəkirdisə, indi bu, 20 faizdən çoxdur. Ölkədə uşaqların 40 faizində ən azı bir xroniki xəstəlik aşkarlanıb. Hər 31 uşaqdan birində autizm var, baxmayaraq ki, bir neçə onilliklər əvvəl bu nisbət on mində bir idi”.

  • Названы симптомы рака почки, заболеваемость которым растет среди молодых

    Кровь в моче, тупая боль в боку и спине могут быть признаками рака почки.

    Как передает Median.Az со ссылкой на издание HuffPost, об этом заявил генеральный директор британской благотворительной организации по борьбе с раком почки Малкольм Паркер.

    По его словам, уровень заболеваемости раком почки неуклонно растет, особенно среди людей младше 50 лет. При этом большинство пациентов недостаточно информированы о возможных симптомах. По данным некоторых исследований, в Великобритании с 1970-х годов уровень смертности от этого заболевания увеличился на 73%.

    Одним из первых признаков рака почки Паркер назвал тупую или тянущую боль в боку или ниже ребер, ближе к позвоночнику. Такая боль может не иметь очевидной причины и сохраняться длительное время.

    Еще одним тревожным симптомом специалист назвал изменение цвета мочи: она может приобретать розовый, красный или коричневый оттенок из-за примеси крови. В некоторых случаях это изменение едва заметно, однако игнорировать его нельзя.

    Кроме того, у части пациентов может прощупываться уплотнение в области почки. Однако, по словам Паркера, чаще всего этот симптом обнаруживается случайно во время других обследований. Также рак почки может сопровождаться внезапной потерей веса без изменения рациона или образа жизни.

  • Gənclər arasında artan böyrək xərçənginin yeni simptomları açıqlanıb

    “Sidikdə qan, yan və arxada küt ağrılar böyrək xərçənginin əlaməti ola bilər”.

    Bunu böyrək xərçəngi ilə mübarizə aparan Britaniya xeyriyyə təşkilatının baş direktoru Malkolm Parker “HuffPost”a deyib.

    Onun sözlərinə görə, xüsusilə 50 yaşdan kiçik insanlar arasında böyrək xərçənginə tutulma halları durmadan artır. Eyni zamanda, xəstələrin əksəriyyəti mümkün simptomlar haqqında kifayət qədər məlumatlandırılmır. Bəzi araşdırmalara görə, İngiltərədə bu xəstəlikdən ölüm nisbəti 1970-ci illərdən bəri 73% artıb.

    Mütəxəssis bildirib ki, böyrək xərçənginin ilk əlamətlərindən biri, onurğaya daha yaxın olan yan və ya qabırğaların altındakı küt və davamlı ağrıdır. Belə ağrının açıq bir səbəbi olmaya bilər və uzun müddət davam edə bilər.

    O, qeyd edib ki, sidiyin rənginin dəyişməsi başqa bir narahatedici əlamətdir: “Qan qarışığına görə çəhrayı, qırmızı və ya qəhvəyi rəng əldə edə bilər. Bəzi hallarda bu dəyişiklik demək olar ki, nəzərə çarpmır, lakin onu gözardı etmək olmaz.

    Bundan əlavə, bəzi xəstələr böyrək bölgəsində bir parça hiss edə bilərlər. Ancaq əksər hallarda bu simptom digər müayinələr zamanı təsadüfən aşkar edilir. Böyrək xərçəngi pəhriz və ya həyat tərzini dəyişdirmədən ani kilo itkisi ilə də müşayiət oluna bilər”.

  • WSJ: США могут вывести около 4,5 тыс. своих военных из Южной Кореи

    Соединенные Штаты рассматривают возможность вывода порядка 4,5 тыс. своих военнослужащих из Южной Кореи.

    Об этом сообщила газета The Wall Street Journal (WSJ).

    По ее сведениям, Вашингтон может перебросить войска из Южной Кореи в другие районы Индо-Тихоокеанского региона, в том числе на Гуам. Такая инициатива еще не была представлена на рассмотрение президенту США Дональду Трампу и находится на стадии обсуждения среди высокопоставленных должностных лиц американской администрации, отмечает газета.

    В настоящее время, как указывает издание, в Южной Корее размещено порядка 28,5 тыс. американских военнослужащих.

    По данным The Wall Street Journal, решение о переброске войск может быть отложено до тех пор, пока у Вашингтона не появится ясность относительно перспектив мирного урегулирования конфликта в Украине.

  • ABŞ Cənubi Koreyadan minlərlə hərbçisini çıxara bilər

    ABŞ prezidenti Donald Trampın administrasiyası 4,5 minə yaxın amerikalı hərbçinin Cənubi Koreyadan Hind-Sakit okean regionuna, o cümlədən Sakit okeandakı Quam adasına köçürülməsi imkanını öyrənir.

    Bu barədə məlumatlı mənbələrə istinadən Wall Street Journal (WSJ) məlumat yayıb.

    Qeyd olunub ki, təşəbbüs Pentaqon tərəfindən hazırlanır. Plana əsasən, kontingentin bir hissəsi ABŞ-ın Sakit okeandakı strateji bazası olan Quama və regionun digər məntəqələrinə köçürülə bilər.

    Təklif Vaşinqtonun KXDR ilə bağlı siyasətinin qeyri-rəsmi baxışının bir hissəsi kimi Trampın nəzərdən keçirməsi üçün hazırlanır.

    Bununla belə, yekun qərar Ukrayna ətrafında vəziyyətin inkişafından asılı olacaq: Amerika rəsmiləri vurğulayırlar ki, Kiyevə hərbi dəstək perspektivləri aydınlaşdırılmayana qədər Asiyada qoşunların azaldılması məsələsi həll olunmayacaq.

  • Bakıdan Sumqayıta gedən sürət qatarlarında yubanma var

    Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt qatarlarının hərəkətində yubanma var.

    Oxu.az-a bu barədə paytaxtdan “Gənclər şəhəri”nə gedən sərnişinlər xəbər veriblər.

    Onların sözlərinə görə, hər iki istiqamətdə qatarın olmaması Bakı Dəmiryol Vağzalına çox sayda insanın toplanmasına səbəb olub.

    Bakıdan Xırdalan istiqamətində 18:35-də yola düşməli olan qatar platformaya gəlməyib, bütün sərnişinlər 18:45 qatarına minməli olublar.

    Digər istiqamətə qatar verilməyib.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;

    3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    6. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;

    7. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;

    9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

    10. Babək prospekti, mərkəz istiqamətində;

    11. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

    12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    13. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

    14. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    15. Koroğlu Rəhimov küçəsi, Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    16. Fətəli xan Xoyski prospekti, metronun “Gənclik” stansiyasının qarşısından Həsənoğlu küçəsi istiqamətində;

    17. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Həsən Əliyev küçəsi istiqamətində;

    18. Binəqədi şosesi, metronun “Azadlıq prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    19. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

    20. Şəmsi Bədəlbəyli küçəsi, “Qış parkı”nın qarşısından Mərkəzi Bank istiqamətində;

    21. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

  • İlqar İsmayılov həbsdə qaldı

    “İdeal” (indiki “Adore”) mağazalar şəbəkəsinin mənimsəmə ittihamı ilə məhkum olunmuş keçmiş rəhbəri İlqar İsmayılovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciəti təmin edilməyib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsi onun cəzasının qalan hissəsinin şərti hesab edilməsinə razılıq verməyib.

    Qərarda göstərilib ki, İsmayılovun cəzanın yarıdan çoxunu çəkməsinə baxmayaraq, digər əsaslarla azadlığa buraxılması məqsədəuyğun deyil.

    Qərara əsasən, ərizə təmin edilməyib və İ.İsmayılov həbsdə qalıb.

    Qeyd edək ki, o, 2021-ci ilin aprel ayında həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib.

  • “Medilandia Hospital”da uşaq ölümünə görə yoxlama aparıldı, pozuntu AŞKARLANDI

    Yeni doğulan uşağın ölümü ilə bağlı açılan cinayət işi üzrə Lənkəran şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən “Medilandia Hospital”da aparılan araşdırma zamanı ciddi nöqsanlar müəyyən edilib.

    Median.Az “Qaynarinfo”ya istinadla xəbər verir ki, hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən aparılan yoxlamalar zamanı bəzi işçilərin əmək müqaviləsi qüvvəyə minmədən müxtəlif işlərə və xidmətlərə cəlb edilməsi faktı aşkar edilib.

    Məlum olub ki, klinikada 15 oktyabr 2024-cü ildən 3 fevral 2025-ci ilədək tibb bacısı vəzifəsində çalışan A.S. ilə ümumiyyətlə əmək müqaviləsi bağlanmayıb.

    Aşkarlanmış qanun pozuntuları ilə əlaqədar olaraq klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə “Medilandia Hospital” rəhbərliyi sözügedən inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 000 manat məbləğində cərimələnib.

  • İcra başçısı özünə yeni müavin təyin etdi

    Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısı Adil Vəliyevə yeni müavin təyin edilib.

    Median.Az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə 1983-cü il təvəllüdlü Ramil Əliyev təyinat alıb.

    Qeyd edək ki, Ramil Əliyev bundan əvvəl Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsində çalışıb.