Month: May 2025

  • Elnur Şükürov barəsində qərar verildi

    Xəzər Rayon Məhkəməsində “Xural TV” internet kanalının rəhbəri, həbsdən azad edilmiş Əvəz Zeynallı ilə birlikdə həbs olunan “Səda TV” “YouTube” kanalının aparıcısı Elnur Şükürovun vaxtından əvvəl azadlığa buraxılması və ya cəza növünün dəyişdirilməsi ilə bağlı müraciətinə baxılıb.

    Prosesdə müraciətə baxılıb və məhkəmə qərarı elan olunub.

    Qərara əsasən, Elnur Şükürovun müraciəti təmin edilməyib.

    Qeyd edək ki, Elnur Şükürov 2022-ci il sentyabrın 12-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Şükürov dörd il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlasa da, Ali Məhkəmə cəzanı üç ilə endirmişdi.

    Qeyd edək ki, Elnur Şükürova Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
    //oxu.az

  • Lökbatan dairəsində “Vito” YANDI – VİDEO

    Lökbatan dairəsində avtomobil yanıb.

    Bildirilib ki, bu gün saat 16 radələrində “Mercedes Vito” markalı avtomobil yanmağa başlayıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib, yanğın söndürülüb.

    Görüntülərdən də aydın olur ki, avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

    Yanğının görüntülərini təqdim edirik:
    //Baku.ws

  • Ölkədən çıxışına “stop” qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat – Borc daha çoxdu

    Keçmiş səhiyyə naziri Rahim Hüseynovun ölkədən çıxışına “stop” qoyulması barədə məlumat vermişdik.

    Qaynarinfo xatırladır ki, Rahim Hüseynovun qanuni təmsilçisi olduğu Təfəkkür Universitetinin 24 415,41 manat vergi borcu olduğuna görə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib. Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Həşimova da borc ödənilədək Rahim Hüseynovun ölkədən çıxışının məhdudlaşdırılması barədə qətnamə çıxarıb.

    Əldə etdiyimiz yeni məlumatlarda isə deyilir ki, Təfəkkür Universitetinin dövlətə borcu 24 415,41 manatla məhdudlaşmır. Universitetinin Dövlət Sosial Müdafiə Fonduna 345 271,08 manat, işsizlikdən sığorta fonduna 1 862,63 manat, İcbari Tibbi Sığorta Fonduna isə olan 4 739,46 manat borcu var.

    Beləliklə, aydın olur ki, universitetin ümumilikdə dövlətə 376 288,58 manat borcu var.

    Təfəkkür Universiteti 21 oktyabr 1998-ci ildə vergi qeydiyyatına alınıb. Nizamnamə kapitalı 470 808,4 manat olub.

    Rahim Hüseynov bu universitetinin təsisçilərindən biridir. O, “Təfəkkür”də prorektor vəzifəsində çalışıb. 2016-cı ildə universitetin akkreditasiya müddəti bitib. Bundan sonra Elm və Təhsil Nazirliyi universitetin akkreditasiyasının keçirilməməsi barədə qərar qəbul edib.

    2023-cü ildə Təfəkkür Universitetinin rektoru Müşfiq Atakişiyev həbs edilib. Universitetin təsisçilərindən olan Tariyel Əhmədovun qətlinin sifariş etməkdə təqsirləndirilən Müşfiq Atakişiyev 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

  • Левон Мнацаканян подтвердил на суде участие в оккупации суверенных территорий Азербайджана

    Подсудимый Левон Мнацаканян, допрошенный в ходе продолжающегося судебного процесса в Бакинском военном суде, подтвердил свое участие в оккупации суверенных территорий Азербайджана.

    Л.Мнацаканян заявил, что в разные годы занимал должности командира батальона, командира дивизии и начальника артиллерии в составе так называемой структуры.

    Отвечая на вопросы государственных обвинителей, он признался, что в составе воинской части под командованием Самвела Карапетяна участвовал в оккупации суверенных территорий Азербайджана, заявив: “Я участвовал в боевых действиях в Агдамском, Джебраильском, Агдеринском, Физулинском и других районах”.

    Отметим, что суд над гражданами Армении, обвиняемыми в преступлениях против мира и человечности, военных преступлениях, в том числе в подготовке и ведении агрессивной войны, геноциде, нарушении законов и правил войны, а также в терроризме, финансировании терроризма, насильственном захвате власти, насильственном ее удержании и других многочисленных преступлениях, совершенных в результате военной агрессии Армении, продолжается.

  • Levon Mnatsakanyan Azərbaycanın ərazilərinin işğalında iştirak etdiyini təsdiqləyib

    Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dindirilən təqsirləndirilən şəxs Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqləyib.

    L.Mnatsakanyan müxtəlif illər qondarma qurumda tabor komandiri, diviziya komandiri və artilleriya rəisi olduğunu bildirib.

    Dövlət ittihamçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs Samvel Karapetyanın rəhbərlik etdiyi hərbi hissənin tərkibində Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini etiraf edərək deyib:

    “Ağdamda, Cəbrayıl, Ağdərədə, Füzulidə və digər ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmişəm”.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

  • Azərbaycan və İtaliya XTQ mənsubları görüşüb

    Azərbaycan və İtaliya Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) nümayəndələri arasında ekspert görüşü keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
    Bildirilib ki, səfər çərçivəsində qonaqlar XTQ-nin “N” hərbi hissəsini ziyarət ediblər.
    Əvvəlcə Ulu Öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü və şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzülüb.
    İtaliya nümayəndə heyətinə XTQ-nin yaranma tarixi və keçdiyi döyüş yolundan bəhs edən brifinq təqdim edilib. Qonaqları maraqlandıran suallar cavablandırılıb.
    Ekspert görüşü zamanı birgə əməkdaşlıq və maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
    Nümayəndələr XTQ mənsublarının təchizatı və istifadəsində olan PUA, silah və digər vasitələrlə tanış olublar.
    İtaliya nümayəndə heyəti, həmçinin Azərbaycan XTQ mənsublarının döyüş hazırlığı üzrə nümunəvi çıxışlarını izləyib.

  • Növbəti iki gündə güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Mayın 24-ü axşam və 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Culfa, Ordubad, Siyəzən, Şabran, Xaçmaz, Xızı, Qusar, Qobustan, Neftçala, Salyan, Naftalan, Gəncə, Goranboy, Göygöl, Yevlax, Hacıqabul, Daşkəsən, Mingəçevir və Şəkidə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Bu gündən bağçalara qəbulda növbələrin yaradılması müvəqqəti dayandırılıb

    Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi üzrə növbələrin yaradılması müvəqqəti dayandırılıb.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
    Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq ilə əlaqədar olaraq bu gün saat 15:00-dan etibarən qəbul sistemi (bq.edu.az) üzrə növbələrin yaradılması müvəqqəti dayandırıldı.
    Növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul ilə bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.
    Bizim Telegram kanalımıza abunə

  • Rusiyada helikopter qəzaya uğrayıb

    Rusiyanın Oryol vilayətində helikopter qəzaya uğrayıb.

    Bu barədə Rusiya KİV-ləri xəbər verir.
    Helikopter Narışkino qəsəbəsi yaxınlığında tərk edilmiş kimya müəssisəsinin ərazisinə düşüb.
    “Mash Telegram” kanalının məlumatına görə, qəzaya uğrayan Mi-8 helikopterinin göyərtəsində pilot və bort mexaniki olub.

  • Məhkəmə Türkiyənin tanınmış aktyoru Halit Ergenc barəsində həbs qərarı çıxarıb

    Məhkəmə Türkiyənin tanınmış aktyorları Halit Ergenç ilə Rıza Kocaoğlu barəsində azadlıqdan məhrumetmə qərarı çıxarıb.

    Bu barədə “Haber Global” məlumat yayıb.
    Bildirilib ki, məhkəmə Halit Ergenci 1 il 10 ay 15 gün, Rıza Kocaoğlunu isə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edib.
    Məlumata görə, onlar “Gəzi parkı” hadisələri ilə əlaqədar cəzalandırılıblar.
    Qeyd edək ki, Halit Ergenç “Muhteşem yüzyıl”, “Min bir gece” və “Babil” kimi nüfuzlu seriallarda əsas rolları ifa edib.
    Rıza Kocaoğlu isə “Kuzey Güney”, “Karadayı” və “Ezel” kimi ekran işlərində rol alıb.