Month: May 2025

  • “Vaqa” ləqəbli tiktokerin həbs müddəti uzadıldı

    “Vaqa” ləqəbli tiktoker Vüqar Zeynalzadənin barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

    Median.Az Apa-ya istinadən xəbər verir ki, Bakı şəhər Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

    Qərara əsasən, Vüqar Zeynalzadənin həbs müddəti 1 ay müddətinə uzadılıb.

    Xatırladaq ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, V. Zeynalzadə “TikTok”da əxlaqsızlığın təbliğinə qarşı polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

  • Öz adına 14 kedit götürüb işi dələduzların üzərinə atmaq istədi – ALINMADI

    Rusiyada, Moskva vilayətinin Litkarino sakini 163 min rublluq (Təqribən 3400 manat) 14 mikrokredit götürüb və hadisəni fırıldaqçıların üzərinə atmağa çalışıb.

    Baku.ws Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə cümə günü, mayın 23-də Moskva vilayəti Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

    Məlum olub ki, dələduzların baş verənlərlə heç bir əlaqəsi yoxdur və kişi sadəcə borclarını ödəməyə çalışıb.

    “Həmin şəxs polisə ərizə ilə müraciət edib ki, naməlum şəxslər onun adına 14 mikrokredit veriblər və qanunsuz hərəkətlər nəticəsində ona 163 min rubl məbləğində ziyan dəyib. Onun adına heç kimin kredit götürmədiyini bilən şəxs cinayət işi açıb. Departamentin rəsmi Telegram kanalı xəbər verir ki, istintaq zamanı məlum olub ki, həmin şəxs özü kreditləri götürüb və ödənişlərin dayandırılması barədə ərizə yazıb.

    Nəticədə həmin şəxsə yalan danışdığına görə cinayət işi açılıb. Təqsirləndirilən şəxs özünü təqsirli bilib və 80 saat ictimai işlərə cəlb edilib.

  • Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

    Azərbaycan Mərkəzi Bankının Bakının Nizami rayonunda yerləşəcək yeni inzibati binasının inşasına 477,348 milyon manat xərclənib.

    Baş podratçı və digər təşkilatlarla bağlanılmış müqaviləyə əsasən 434,703 milyon manat, digər kapital qoyuluşları kimi isə 42,735 milyon manat xərclənib.

    Bundan sonra daha 153,883 milyon manat xərclənməsi nəzərdə tutulur. Beləliklə, bina AMB-yə 631,231 milyon manata başa gəlməlidir.

  • Xalq artisti şikayət etdi, keçmiş əri həbs edildi: Xaçmazda nə baş verib?

    Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayılov həbs olunub.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Yusif İsmayılov Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Naibə Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb.

    O, Naibə Allahverdiyevaya qarşı zor tətbiq etməkdə ittiham olunub. Hadisə Xaçmaz rayonunun Turist kəndində yerləşən, Xalq artistinə məxsus evdə baş verib. Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.

    Məhkəmə araşdırmaları zamanı məlum olub ki, 5 may 2025-ci il tarixində cütlük evdə təmir-bərpa işləri aparmaq məqsədilə birlikdə Bakıdan Xaçmaza gediblər. Orada aralarında mübahisə yaranıb.

    Naibə Allahverdiyeva ifadəsində bildirib ki, mübahisə Yusif İsmayılovun işləməkdən imtina etməsi və evdən getmək istəməsi ilə başlayıb. Daha sonra Yusif onu əvvəlcə sillə ilə vurub, sonra isə saçından və yaxasından dartaraq itələyib. Nəticədə aktrisanın üzü qapıya çırpılıb və xəsarət alıb.

    Təqsirləndirilən şəxs isə 9 may 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhərinə qayıtmaq istəyərkən zərərçəkmiş şəxs ilə aralarında mübahisə düşdüyünü deyib. O, Naibə Allahverdiyevaya əl qaldırmadığını və onu qəsdən vurmadığını bildirib.

    Məhkəmə onun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli olduğuna qərar verib və Yusif İsmayılov 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

    Məhkəmənin qərarı ilə Yusif İsmayılov İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 15 gün müddətinə həbs edilib.

  • Расследование крушения самолета AZAL находится на этапе исследования материалов – ВИДЕО

    Расследование крушения самолета ЗАО Azerbaijan Airlines (AZAL) вблизи аэропорта Актау в Казахстане находится на втором этапе, в рамках которого специалисты проводят исследование собранных материалов.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил журналистам министр транспорта Казахстана Марат Карабаев.

    “В целом расследование делится на несколько этапов. Первый этап – это сбор материалов, соответствующих. Этот этап завершен, теперь второй этап – исследование собранных материалов. Вот мы находимся сейчас на этапе исследования”, – сказал он.

  • AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumatların toplanması başa çatıb – VİDEO

    Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın ikinci mərhələsi aparılır.

    Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev çıxış edib.

    Onun sözlərinə görə, artıq məlumatların toplanması başa çatıb və hazırda mütəxəssislər onu araşdırırlar.

    Xatırladaq ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında AZAL-a məxsus sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və beş ekipaj üzvü olub. 27 sərnişin və iki ekipaj üzvü sağ qalıb, qalanları isə həlak olublar.

  • Bakıda icra başçısı məktəb direktorunu özünə müavin təyin etdi

    Pirallahı Rayon İcra Hakimiyyətinin (RİH) icra başçısı Vasif İmanov özünə yeni müavin təyin edib.

    Median.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, icra başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.

    Sərəncama əsasən, Zülfiyyə Xası qızı Məmmədhüseynova başçının müavini təyin olunub. O, mayın 21-dən yeni vəzifəsinin icrasına başlayıb.

    Qeyd edək ki, Z.Məmmədhüseynova yeni təyinatadək Xəzər rayonu E.Əliyev adına 234 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. 1988-cü il təvəllüdlü Z.Məmmədhüseynova ixtisasca Azərbaycan dili və Ədəbiyyat müəlliməsi olub.

    Hazırda qeyd olunan məktəbə direktor vəzifəsinə isə təyinat olmayıb.

    Xatırladaq ki, bununla da son bir ayda üçüncü qadın müəllim icra hakimiyyətlərində yüksək vəzifə təyinatı alır. Belə ki, daha əvvəl Şəki Şəhər Uşaq İncəsənət məktəbinin tədris işləri üzrə direktor müavini Xəyalə Töhrablı Şəki Şəhər İcra Hakimiyyəti başçısının, Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin tədris işləri üzrə direktor müavini Aliyə Osmanova isə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

  • Nuranə niyə öldürülüb? – Hadisə yerindən (VİDEO)

    ARB TV-nin əməkdaşı Sabirabadda öldürülərək Kür çayına atılan 16 yaşlı Nuranənin qətlinin təfərrüatları barədə sujet hazırlayıb.

    Seyidrəsul Nuranənin yaşadığı Şirvan şəhərinə gedərək onu Sabirabad rayonunun Kür çayının keçən hissəsinə aparıb. Onlar arasında mübahisə yaşanıb, nəticədə Seyidrəsul əvvəlcə Nuranəni boğub, sonra Kür çayına atıb. Meyit suya atıldığı yerdə ağaca ilişdiyindən elə həmin yerdə aşkarlanıb.

    Qətli törətməkdə şübhəli bilinən Seyidrəsulun atası hadisənin başvermə səbəbini Nuranənin sosial şəbəkədə şəkil paylaşmasını ehtimal kimi səsləndirib:

    “Hər ailədə söz söhbət olur, istəmirdi ki, həyat yoldaşının o vəziyyətdə şəkli olsun. Kişiyə xas olan hərəkətdir, olmaz, olmaz da. Qadın kişiyə məxsusdur. Kimsə nəyə görə “mayka”da görməlidir? Seyidrəsul ona telefon işlətməyə qadağa qoymuşdu”.

    Nuranənin anası isə deyilənləri təkzib edib:

    “Oğlanın anasıgil balamı yola vermirdi. Bir xəstə baldızı var, balamın üstünə şər atırdı. Qızım heç bir yerdə şəkil paylaşmayıb. Bir səhifə var idi, ər-arvad ikisi bir yerdə işlədirdilər. Dedim ki, Rəsul, telefonu işlətməyə icazə vermirsənsə, gətir mənə, satma. Rəsul qızımın birinci telefonunu da satmışdı”.

    Qeyd edək ki, Seyidrəsul Talıbzadə mayın 17-si qeyri-rəsmi nikahda yaşadığı 16 yaşlı Nuranəni Kür sahilində qətlə yetirib. Sonra polisə gedərək əməlini etiraf edib və təslim olub.

    Ətraflı reportajda:

  • Məleykə Abbaszadədən abituriyentlərə – Xəbərdarlıq

    “2025-ci ildə imtahanda iştirak edən orta statistik şagirdin balı 132.33, 2024-cü ildə isə 132.09 olub. Bu mərhələdə toplanıla biləcək maksimal bal 300-dür”.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

    DİM sədri, həmçinin gələcək imtahan iştirakçılarına davranış qaydalarına xüsusi diqqət yetirmələri ilə bağlı çağırış edib: “Bir daha imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, qayda pozuntularına yol verən şəxslərin bütün nəticələri ləğv olunur və onlar ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək şanslarını itirirlər. Yəni qayda pozuntusuna yol verənlər qəbul imtahanlarının ikinci cəhdinə də buraxılmırlar, həmçinin onlar birinci mərhələnin (buraxılış imtahanının) nəticəsinə əsasən V ixtisas qrupunun müsabiqəsində iştirak hüququnu itirirlər”.

  • Король Нидерландов поздравил Президента Азербайджана Ильхама Алиева

    Король Нидерландов Виллем-Александр направил Президенту Азербайджанской Республики Ильхаму Алиеву поздравительное письмо.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Господин Президент,

    Поздравляю Ваше превосходительство с национальным праздником Вашей страны – 28 Мая – Днем независимости.

    По случаю этого праздника желаю народу Азербайджана более процветающего будущего и передаю наилучшие пожелания”.