Month: May 2025

  • Bakıda 17 yaşlı qız itkin düşdü

    Bakıda 17 yaşlı qız itkin düşüb.

    Oxu.az-ın məlumatına görə, 2008-ci il təvəllüdlü Aydan Faiq qızı Rzayeva yaşadığı Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 160A, mənzil 48 ünvanında yerləşən mənzildən dərsə getmək adı ilə çıxaraq, bir daha geri qayıtmayaraq itkin düşüb.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Bakıda yas mərasimi üçün 11-21 min manat lazımdır – Xərclərin tam siyahısı

    Məlum olduğu kimi, son illər Azərbaycanda yas mərasimlərinin təşkilində kommersiya elementləri artıb və bu sahə artıq bir sıra şirkətlərin, fərdi şəxslərin daimi qazanc mənbəyinə çevrilib. Median.Az “Yeniavaz”a istinadən xəbər verir ki, bir çox hallarda “yas biznesi” adlandırılan bu sahədə sahibkarlıq fəaliyyətiylə məşğul olanlar insanların “el içində biabır olmamaq” qorxusundan istifadə edərək müxtəlif yeni və bahalı xidmətlər təqdim edirlər. Hər il Azərbaycanda on minlərlə insanın vəfat etdiyini nəzərə alsaq, bu “biznesin” kifayət qədər geniş müştəri bazasına sahib olduğu görülür. Əhalinin təxminən yarıya yaxınının Bakıda yaşadığını nəzərə alaraq paytaxt ərazisində yas mərasimlərində təklif olunan xidmətlərin orta qiymətlərini təqdim edirik.

    Vəfat edənin dəfn olunduğu ilk günün xərcləri:

    – Meyitin yuyulması, kəfənlənməsi – 100–200 manat
    – Nəqliyyat xidməti – 200–300 manat
    – Molla xidməti (qadın və kişi molla üçün) – 100–200 manat
    – Qəbir yeri – 300–800 manat
    – Qəbirin qazılması və dəfndən sonra üzərinin örtülməsi – 400–600 manat
    – Dəfnin ilk günündə verilən ehsan – 300–700 manat

    Vəfat edən üçün 3–7 mərasimi:

    – Bu mərasim əvvəllər kirayə götürülən çadırlarda olduğu halda, son zamanlar sayları sürətlə artan “Mərasim evləri”ndə baş tutur. “Mərasim evləri”ndə isə qiymətlər “Şadlıq evləri”ndə olduğu kimi hər oturacaq sayına görə hesablanır. “Mərasim evləri”ndə bir oturacağın orta qiyməti 10-20 manat arasında dəyişir və 3–7 mərasiminə orta hesabla 300 nəfərin gəldiyini nəzərə alsaq o zaman, ortalama xərc 3000–6000 manat arasında dəyişir.

    Vəfat edən üçün qəbir daşının hazırlanması:

    – Bu xərc qəbir daşının növündən, ölçülərindən, üzərində görülən dekorativ işlərin həcmindən asılı olaraq dəyişir. Qəbir daşının hazırlanması üçün çəkilən ortalama xərc təxminən 2000–3000 manat təşkil edir.

    Vəfat edən üçün “cümə axşamları” mərasimi:

    – 3–7 mərasimindən sonra 40 mərasiminə kimi olan 37 gün ərzində həftənin cümə axşamı günlərində evdə ehsan məclisləri təşkil olunur. Adətən bu mərasimdə ailə üzvləri, yaxın tanışlar iştirak edir. 40 mərasiminə kimi təxminən 4–5 “cümə axşamı” olur ki, bu zamanda orta hesabla 1500–2000 manat xərclənir.

    Vəfat edən üçün 40 mərasimi:

    – 40 mərasimləri də 3–7 mərasimlərinə bənzər şəkildə təşkil olunur. 40 mərasiminə gələnlərin sayı 3–7 mərasiminə gələnlərin sayından bir qədər az olduğu üçün xərclər də nisbətən az olur. Nəticədə 40 mərasimində ortalama xərc 2000–4000 manat arasında dəyişir.

    Vəfat edən üçün “İl” mərasimi:

    – İl mərasimi də 3–7 və 40 mərasimi kimi keçirilir və bu zaman da orta hesabla 1000–2000 manat xərclənir.

    Təqdim etdiyimiz məlumatlardan da göründüyü kimi, Azərbaycanda bir insanın vəfat etməsi ailəyə təxminən 11 min manatdan 21 min manatadək xərcə başa gəlir.

    Onu da qeyd edək ki, bu xərclər paytaxt Bakı üçün nəzərdə tutulan orta xərclərdir. Ailələrin maddi imkanlarından asılı olaraq bu xərclər arta və azala bilər.

  • Azərbaycanın veteran cüdoçusu Avropa çempionatında qızıl medal qazandı

    Azərbaycan cüdoçusu Fərhad Rəcəbli Latviyanın paytaxtı Riqada keçirilən veteranlar arasında Avropa çempionatında qızıl medal qazanıb.

    90 kq çəki dərəcəsində mübarizə aparan tatami ustası bütün rəqiblərinə qalib gələrək 11-ci dəfə Avropa çempionu titulunu qazanıb.

    M-8 yaş kateqoriyasında mübarizə aparan F.Rəcəbli finalda ukraynalı Oleksandr Ranqayevi ipponla məğlub edib. Təmsilçimiz həmçinin 12 qat dünya çempionudur.

    Qeyd edək ki, Azərbaycan yarışda 30 idmançı ilə təmsil olunur. Qitə birinciliyində 37 ölkədən 855 cüdoçu mübarizə aparır.

  • “OpenAI”dan yeni cihaz: Süni intellekt yardımçısı

    Süni intellekt sahəsində inqilabi nailiyyətlərə imza atan “OpenAI” bu dəfə tamamilə yeni bir cihaz kateqoriyası yaratmağa hazırlaşır.

    Qaynarinfo xəbər verir ki, bu dəfə hədəf nə ağıllı eynək, nə də geyilə bilən texnologiyadır.

    “OpenAI” şirkətinin baş direktoru Sem Altman işçilərinə etdiyi açıqlamada, növbəti böyük məhsulun ekranı olmayan, olduqca kompakt və ətraf mühiti dərk edə bilən bir cihaz olacağını bildirib. Bu cihaz masa üzərində dayana biləcək qədər kiçik və ya cibə yerləşəcək qədər daşına bilən olacaq.

    Sem Altman bu texnologiyanı “iPhone” və “MacBook Pro” ilə yanaşı, gündəlik həyatın ayrılmaz hissəsi olacaq üçüncü əsas cihaz kimi təsvir edir və onu “süni intellekt yardımçısı” kimi təqdim edir.

    Bu iddialı layihənin arxasında diqqətçəkən bir əməkdaşlıq dayanır. “OpenAI”, keçmiş “Apple” dizayneri Coni Ayv tərəfindən yaradılmış və ötən il təsis olunmuş “io” adlı startapı 6,5 milyard dollarlıq səhmlərlə satın aldığını elan edib. Ayv “Apple”da çalışdığı dövrdə “iPhone”, “iMac” və “iPad” kimi inqilabi məhsulların dizaynında əsas rol oynamışdı. Artıq o, “OpenAI” çərçivəsində bu yeni cihazın dizaynına rəhbərlik edəcək.

    Altmanın açıqlamasına görə, bu satınalma “OpenAI”a potensial olaraq 1 trilyon dollarlıq bazar dəyəri qazandıra bilər. Çünki hazırlanan cihaz, indiyədək mövcud olan əl cihazları, ağıllı eynəklər və geyilə bilən texnologiyalardan tamamilə fərqli olub, yeni bir texnoloji kateqoriyanı formalaşdıracaq.

    Altman layihənin rəqiblər tərəfindən kopyalanmaması üçün məxfilik məsələsinin həyati əhəmiyyət daşıdığını vurğulasa da, onun açıqlamasının qeydləri sızıb. Bu hadisə şirkət daxilində etibar problemlərinə səbəb ola və Altmanın gələcəkdə komandaya qarşı nə dərəcədə açıq olacağı ilə bağlı suallar doğura bilər.

  • “Atlant” istirahət mərkəzi satıla bilər: Qalmaqallı dələduzluq işi

    Dələduzluq və digər cinayət əməllərində təqsirləndirilən – “Təbriz” MTK-nın rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə kecirilən iclasda müdafiə tərəfləri cavabdeh olan MTK-nın balansına aid bütün daşınmaz əmlakların siyahıya alınaraq üzərlərinə həbs qoyulması ilə bağlı vəsatət təqdim ediblər.

    Prosesdə iştirak edən zərərçəkənlər də vəsatəti müdafiə edərək məhkəmədən onun təmin olunmasını, cinayət yolu ilə əldə edilmiş əmlakların satılaraq dəymiş zərərlərin ödənilməsinə yönləndirilməsini istəyiblər.

    Vəkillər və müdafiəçilərin əsas tələbi “Atlant” istirahət mərkəzinə qoyulmuş həbsin götürülərək, satılıb pulunun zərərçəkənlərə ödənilməsi olub.

    Prosesdə eyni mənzilin satıldığı iki zərərçəkən ifadə verərək bildiriblər ki, müqavilələrdən biri 2018-ci il, digəri isə 2029-ci ildə bağlanılıb. Təqsirləndirilən Nofəl Hacıyev isə eyni mənzilin hər iki sahibini tanımadığını deyib.

    İstintaq materiallarında yazılıb ki, Nofəl Hacıyev 2018-2022-ci illər ərzində “Tərbiz” MTK-nın Nərimanov rayonu ərazisindəki tikilmiş binasından bir mənzili bir neçə nəfərə satıb. Nəticədə, 172 vətəndaşın 14 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirilib.

    Qeyd edək ki, Nofəl “Atlant” İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşovun kürəkəni, eyni zamanda istirahət mərkəzinin şərikidir. İttihama görə, o, vətəndaşlardan alınan 14 milyon manatı “Atlant”ın təmir-tikinti işlərinə yatırıb.

    Onu da qeyd edək ki, məhkəmə istintaqı ilə əlaqədər “Təbriz” MTK-nın Nərimanov rayonu ərazisində sözügedən yaşayış binası və Nabran qəsəbəsində, dəniz sahilində yerləşən “Atlant” İstirahət Mərkəzinə həbs qoyulub.

    İstirahət mərkəzinin sahibi Tahir Qədəşov da həmçinin şahid kimi prosesə dəvət edilərək sualları cavablandırıb.
    //oxu.az

  • Qadın məhkum üçün telefon keçirən həbsxana işçisinə cinayət işi açıldı

    Naxçıvanda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya keçirən, həmçinin həmin əşyanı istifadə edən şəxslər aşkarlanıb.

    Bu barədə MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bildirilib.

    Qeyd olunub ki, Penitensiar Xidmətin Əməliyyat-rejim şöbəsinə xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Qadın məhkumlar bölməsində məhkumlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyanın (mobil telefon) mövcud olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Penitensiar Xidmətin aidiyyəti əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb.

    Araşdırma zamanı cəzaçəkmə müəssisəsi əməkdaşının öz qulluq mövqeyindən istifadə edərək özünə məxsus çantada iki ədəd mobil telefonu və onlara aid aksesuarları yoxlamadan gizlətməklə müəsissəsinin daxilinə keçirərək cəzaçəkən qadın məhkuma verməsi və həmin məhkum tərəfindən qeyd edilən qadağan olunmuş əşyalardan istifadə edilməsi faktı müəyyən edilib.

    Törədilmiş əməllərdə Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olduğundan, aidiyyəti üzrə araşdırmanın aparılması və hüquqi qiymətin verilməsi üçün toplanmış materiallar və maddi sübutlar Penitensiar Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin İstintaq bölməsinə göndərilib.

    İstintaq bölməsi tərəfindən toplanmış materiallar istintaq aidiyyəti üzrə Muxtar Respublika Prokurorluğuna göndərilib, faktla bağlı Cinayət Məcəlləsinin 308.1, 317-1.2 və 317-2.2 maddələri ilə cinayət işi başlanmış və istintaq aparılıb.

    Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli hökmü ilə həmin iş üzrə cəzaçəkmə müəssisəsinin adı keçən əməkdaşı Cinayət Məcəlləsinin 317-1.2-ci maddəsinə, cəzaçəkmə müəssisəsində cəzaçəkən məhkumlar isə Cinayət Məcəlləsinin 317-2.2-ci maddəsinə əsasən məhkum edilərək, onlara qanunda nəzərdə tutulmuş cəzalar təyin edilib.

    Hökm qanuni qüvvəsini almış və icraya yönəldilib.

    Qeyd olunub ki, cəzaçəkmə müəssisələrinin etibarlı mühafizəsinin təmin edilməsi, qadağan olunmuş əşyaların müəssisələrə keçirilməsinın qarşısının alınması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən daim nəzarətdə saxlanılır.

  • Владимир Путин сообщил о решении создать буферную зону вдоль границы с Украиной

    Принято решение о создании буферной зоны безопасности вдоль границы РФ и Украины.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом президент России Владимир Путин сообщил на оперативном совещании с членами правительства.

    “Было принято решение о создании необходимой буферной зоны безопасности вдоль границ. Наши Вооруженные силы сейчас эту задачу решают”, – отметил глава государства.

    Путин обратил внимание, что с учетом ситуации в Курской, Белгородской, Брянской областях надо разворачивать работу, чтобы восстановить и отстроить все разрушенное, помочь людям вернуться в родные поселки, села, там, где это позволяют условия безопасности. Кроме того, необходимо восстановить всю транспортную и другую инфраструктуру, устойчивую работу промышленных и сельхозпредприятий, поддержать предпринимателей и их коллективы.

  • Putin: “Rusiya-Ukrayna sərhədi boyu bufer zona yaradılacaq”

    “Rusiya-Ukrayna sərhədi boyu təhlükəsizlik bufer zonasının yaradılması barədə qərar qəbul edilib, Rusiya qoşunları bu tapşırığı həll edir”.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə operativ müşavirədə bildirib.

    “Sərhəd boyu zəruri təhlükəsizlik bufer zonasının yaradılması barədə qərar qəbul edilib. Hazırda silahlı qüvvələrimiz bu tapşırığı yerinə yetirir”, – deyə o qeyd edib.

  • Арестован мужчина, убивший 16-летнюю супругу и сбросивший ее тело в Куру

    Арестован 21-летний Сеидрасул Талыбзаде, обвиняемый в убийстве своей 16-летней супруги в Сабирабадском районе.

    Как сообщает Oxu.Az, сегодня Сабирабадский районный суд рассмотрел ходатайство следственного органа о применении меры пресечения в отношении С.Талыбзаде. Ходатайство было удовлетворено, и в отношении обвиняемого избрана мера пресечения в виде заключения под стражу сроком на 4 месяца.

    Напомним, что 20 мая в реке Кура, на территории Сабирабадского района, было обнаружено тело Нураны Алекперовой (2009 г.р.).

    В ходе предварительного расследования было установлено, что 18 мая в результате возникшего конфликта в селе Гедаджухюр Сеидрасул Талыбзаде (2004 г.р.) умышленно убил свою супругу и сбросил ее тело в реку.

    По данному факту районная прокуратура возбудила уголовное дело по статье 120.1 (умышленное убийство) Уголовного кодекса АР. С.Талыбзаде был задержан в качестве подозреваемого.

  • 16 yaşlı Nuranəni öldürüb Kürə atan əri HƏBS EDİLDİ

    Sabirabadda 16 yaşlı gəlini qətlə yetirməkdə təqsirləndirilən 21 yaşlı həyat yoldaşı Seyidrəsul Talıbzadə barədə həbs qətimkan tədbiri seçilib.

    Oxu.az-ın məlumatına görə, bu gün Sabirabad rayon məhkəməsi S.Talıbzadə barədə həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq orqanının təqdimatına baxıb. Təqdimat təmin edilib və S.Talıbzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanın meyiti tapılıb.

    İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.