Month: May 2025

  • DİN-dən silsilə əməliyyatlar: 75 kq narkotik dövriyyədən çıxarılıb – VİDEO

    Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçiriblər.

    Bu barədə DİN məlumat yayıb.

    Bildirilib ki, tədbirlər zamanı əvvəllər məhkum olunmuş 45 yaşlı Əli Əliyev və tanışı Zamik Əliyev, 60 yaşlı Telman Məmmədov, 34 yaşlı Tural Cəfərov, 35 yaşlı Hüseyn Məmmədov, 32 yaşlı Hikmət Axundov, 37 yaşlı Rəvan Baxışov, 28 yaşlı Arzu Əsgərov, 43 yaşlı Vüsal Məmmədov və əvvəllər məhkum olunmuş 24 yaşlı Ayaz Usubov saxlanılıblar. Bu şəxslərdən 75 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

    Faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

    Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • В Азербайджане ожидается сильный ветер – ПРЕДУПРЕЖДЕНИЕ

    В связи с ожидаемой 21 мая ветреной погодой в Баку и на Абшеронском полуострове, а также в некоторых регионах страны объявлено желтое и оранжевое предупреждение.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии.

    В Кельбаджаре, Лачыне, Зангилане, Джебраиле, Губадлы, Гедабее, Гёйгёле, Шамкире, Товузе, Газахе, Самухе, Агстафе, Гёйчае, Загатале, Шеки, Гахе, Балакене, Огузе, Исмайыллы, Ширване, Шамахы, Агсу, Габале, Саатлы, Сабирабаде, Агдаше, Уджаре, Имишли, Кюрдамире, Нефтчале, Сальяне, Гаджигабуле, Губе, Гусаре, Хачмазе, Шабране, Сиязане, Хызы, Билясуваре, Джалилабаде, Лерике и Ярдымлы ожидается северо-западный ветер, скорость которого составит 13.9-20.7 м/с.

    В столице и на Абшероне, Гяндже, Нафталане, Гёранбое, Дашкесане, Мингячевире, Евлахе, Барде, Тертере и Гобустане скорость северо-западного ветра усилится до 20.8-28.4 м/с.

  • Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Qubadlı, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Qazax, Samux, Ağstafa, Göyçay, Zaqatala, Şəki, Qax, Balakən, Oğuz, İsmayıllı, Şirvan, Şamaxı, Ağsu, Qəbələ, Saatlı, Sabirabad, Ağdaş, Ucar, İmişli, Kürdəmir, Neftçala, Salyan, Hacıqabul, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Biləsuvar, Cəlilabad, Lerik və Yardımlıda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Bakıda və Abşeron yarımadasında, Gəncə, Naftalan, Goranboy, Daşkəsən, Mingəçevir, Yevlax, Bərdə, Tərtər və Qobustanda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

  • Генпрокуратура призывает общественность помочь в расследовании убийства Эльгюна Ибрагимова

    Тайна убийства Эльгюна Ибрагимова (2007 г.р.), произошедшего вечером 13 мая, привела к появлению различных версий.

    Старший прокурор-методист Управления Генпрокуратуры по надзору за следствием в прокуратуре Сабир Мусаев в эфире İTV заявил, что после возбуждения уголовного дела по факту смерти Эльгюна в ходе предварительного расследования были проведены первичный и повторный осмотры места происшествия.

    Он отметил, что тело погибшего было подвергнуто внешнему и внутреннему осмотру.

    “С трупа, а также с места происшествия были взяты определенные образцы. По этим образцам назначены многочисленные экспертизы, которые направлены по назначению”, – сказал он.

    С.Мусаев отметил, что также были изъяты определенные кадры с камер видеонаблюдения, установленных на территориях, близких к месту происшествия, и эти видео уже просмотрены.

    Представитель Генеральной прокуратуры обратился с призывом к обществу:

    “Если у кого-то есть обоснованная версия, он может не задумываясь обратиться в прокуратуру и представить её, а также документы и доказательства, на которых она основана”.

    Он добавил, что распространение неуточненной информации вызывает серьезную обеспокоенность.

  • Elgünün qətli ilə bağlı Baş Prokurorluqdan ÇAĞIRIŞ: “Kiminsə əsaslı versiyası varsa, təqdim etsin”

    Mayın 13-də axşam saatlarında 2007-ci il təvəllüdlü Elgün İbrahimovun qətlindəki sirr müxtəlif versiyaların gündəmi zəbt etməsinə səbəb olub.

    Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin böyük prokuror-metodisti Sabir Musayev İTV-nin efirində Elgünün ölümü ilə bağlı cinayət işi başlandıqdan sonra ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirildiyini bildirib.

    O qeyd edib ki, mərhumun meyiti xarici və daxili müayinələrdən keçirilib:

    “Mərhumun meyitindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyəti üzrə göndərilib”.

    S.Musayev qeyd edib ki, hadisə yerinə yaxın ərazilərdə quraşdırılmış müşahidə kameralarından müəyyən görüntülər də götürülüb və həmin görüntülərə artıq baxış da keçirilib.

    Baş Prokurorluq rəsmisi cəmiyyətə çağırış edib:

    “Kiminsə əsaslı versiyası varsa, çəkinmədən prokurorluğa müraciət edib, həmin versiyanı və onun əsaslandığı sənədləri, dəlilləri təqdim edə bilər”.

    O əlavə edib ki, dəqiqləşdirilməmiş məlumatların yayılması ciddi narahatlıq doğurur.

  • Президент Азербайджана Ильхам Алиев прибыл с рабочим визитом в Венгрию

    20 мая Президент Азербайджанской Республики Ильхам Алиев по приглашению премьер-министра Венгрии Виктора Орбана прибыл с рабочим визитом в Венгрию.

    Как сообщает АЗЕРТАДЖ, в будапештском международном аэропорту имени Ференца Листа в честь главы нашего государства был выстроен почетный караул.

    Президента Азербайджана встречали министр Венгрии по делам Европейского союза Янош Бока и другие официальные лица.

  • Prezident İlham Əliyev Macarıstana işgüzar səfərə gedib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə mayın 20-də Macarıstana işgüzar səfərə gedib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, paytaxt Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidentini Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşılayıblar.

  • Король Великобритании Чарльз III поздравил Президента Азербайджана Ильхама Алиева

    Король Великобритании и Северной Ирландии Его Величество Чарльз III направил Президенту Азербайджанской Республики Ильхаму Алиеву поздравительное письмо.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент.

    Моя супруга и я рады передать Вашему превосходительству и народу Азербайджана самые теплые поздравления по случаю вашего национального праздника.

    Я очень рад, что наши страны связывают такие тесные узы, и с нетерпением жду дальнейшего укрепления нашей дружбы.

    Надеюсь и уверен, что наши страны могут сотрудничать во имя положительного решения проблем изменения климата и окружающей среды, влияющих на всех нас в глобальном масштабе.

    Моя супруга и я очень рады передать Вам и всем азербайджанцам наилучшие пожелания по случаю праздника”.

  • Britaniya kralı İlham Əliyevi təbrik etdi

    Böyük Britaniya və Şimali İrlandiyanın Kralı III Çarlz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Həyat yoldaşım və mən Zati-alinizə və Azərbaycan xalqına milli bayramınız münasibətilə ən səmimi təbriklərimizi çatdırmaqdan məmnunuq.

    Mən çox şadam ki, ölkələrimiz belə sıx əlaqələrə malikdir və dostluğumuzun daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

    Ümidvaram və əminəm ki, ölkələrimiz qlobal miqyasda hamımıza təsir edən iqlim dəyişikliyinin və ətraf mühit problemlərinin müsbət həlli üçün əməkdaşlıq edə bilərlər.

    Həyat yoldaşım və mən bayram münasibətilə Sizə və bütün azərbaycanlılara ən xoş arzularımızı yetirməkdən böyük məmnunluq duyuruq”.

  • В Сумгайыте на заводе произошел взрыв: есть пострадавшие (ОБНОВЛЯЕТСЯ)

    Стали известны некоторые подробности взрыва на заводе в Сумгайыте.

    По полученной Oxu.Az информации, инцидент произошел на предприятии, принадлежащем Государственной нефтяной компании Азербайджана (SOCAR).

    Согласно предварительным данным, взрыв произошел во время сварочных работ.

    * * * * *

    На одном из промышленных предприятий в городе Сумгайыт произошел взрыв.

    Как сообщает Report, инцидент зафиксирован на одном из заводов, расположенных на улице Сахиль.

    На место происшествия немедленно прибыли силы Министерства по чрезвычайным ситуациям, живая сила и техника Государственной службы пожарной охраны.

    По предварительной информации, в результате происшествия пострадали три человека.

    Причины взрыва выясняются, на территории принимаются меры безопасности.