Month: May 2025

  • Sumqayıtda zavodda partlayış: Yaralıların sayı artdı, üçü Bakıya gətirilir (YENİLƏNİR)

    Sumqayıtda zavodda baş verən partlayışda xəsarət alanların sayı artıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, partlayış səbəbilə 20.05.2025-ci il tarixində saat 12:20-də beş nəfər (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

    “Müxtəlif dərəcəli yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti ağır qiymətləndirilən üç nəfər Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.

    Digər iki nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağırdır”, – məlumatda bildirilir.

    * * * * *

    Sumqayıtda zavodda baş verən partlayışla bağlı bəzi məqamlar bəlli olub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisənin SOCAR-a məxsus müəssisədə qeydə alındığı bildirilir.

    İlkin məlumata əsasən, partlayış qaynaq işləri aparılan zaman baş verib.

    * * * * *

    Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb.

    Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

    İlkin məlumata əsasən, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

    Partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülür.

  • Когда в школах Азербайджана пройдет “Последний звонок”?

    “Последний звонок” 2024/25 учебного года во всех государственных общеобразовательных учреждениях Азербайджана пройдет 14 июня.

    Об этом сообщает Median.Az со ссылкой на информацию, распространенную Государственным агентством дошкольного и общего образования (MÜTDA).

  • “Son zəng”in keçiriləcəyi tarix AÇIQLANDI

    2024-2025-ci tədris ilinin bütün dövlət ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri iyunun 14-də keçiriləcək.

    Median.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi( MÜTDA) məlumat yayıb.

  • СМИ: В Швеции пройдет новая акция с сожжением Корана

    Полиция города Йёнчёпинг в южной части Швеции выдала разрешение на проведение акции с сожжением Корана в эти выходные.

    Об этом сообщает газета Jönköpings-Posten.

    “Мы оцениваем все риски и выделяем ресурсы для обеспечения безопасности. Тогда свобода слова будет надежно защищена. Если на месте происшествия произойдет нечто, что можно расценивать как преступление, мы, конечно же, составим протокол”, – объяснила изданию исполняющая обязанности начальника полиции Йёнчёпинга Мария Виберг.

    Заявление на проведение манифестации подало частное лицо.

    Летом 2023 года уровень террористической угрозы был повышен в Швеции до четырех баллов из пяти. Причиной этого стали заявления террористических организаций, в том числе “Исламского государства” и “Аль-Каиды”, в которых они указывали на Швецию как на “приоритетную цель” после целого ряда проведенных акций сожжения Корана. Осквернивший тогда Коран 38-летний беженец из Ирака Салван Момика был убит в январе этого года в квартире дома во время прямой трансляции в TikTok, преступники до сих пор не найдены.

  • İsveç hökumətindən Quranı təhqir edən qərar

    İsveçdə bu həftəsonu Quranyandırma aksiyası keçiriləcək.

    Median.Az yerli “Jönköpings-Posten” nəşrinə istinadən xəbər verir ki, hökumət aksiyanın keçirilməsinə icazə verib.

    Bildirilir ki, aksiyanın keçirilməsi ilə bağlı bir nəfər hökumət qurumuna müraciət edib. Yönköpinq şəhər polisi isə aksiyanın keçirilməsinə etiraz etməyib.

    Yönköpinq polisinin rəisi vəzifəsini icra edən Mariya Viberq qeyd edib ki, təhlükəsizlik qüvvələri bütün riskləri qiymətləndirir və təhlükəsizliyi təmin etmək üçün resurslarını səfərbər edəcək.

  • 104 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb

    Bu günə qədər 104 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

    Məlumata görə, rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə 6 may tarixindən etibarən başlanılıb və 20 may 2025-ci il saat 18:00-da başa çatacaq. 05 iyun saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə, 17 iyul saat 11:00 tarixindən isə rus bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçimi həyata keçiriləcək.

    Proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

    İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

    – Alternativ qeydiyyat mərkəzlərinə

    – Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

    – ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

    Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.

  • Axtarışda olan Hüseyn Həsənova qarşı iddia – Milyonlarla təzminat tələb olunur

    “İnsayt lyudi” prodüser agentliyi bloqer Hüseyn Həsənova qarşı 21 milyon rubl (təxminən 445 min manat) məbləğində iddia qaldırıb.

    Bu barədə “KP-Peterburq” nəşri məlumat verib.

    Nəşr qeyd edir ki, sənəd arbitraj məhkəməsinə hələ 2025-ci il aprel ayının sonunda daxil olub. Məhkəmənin saytında göstərilib ki, bloqer “müəyyən ödənişli xidmətlərin göstərilməsi üçün müqavilələr üzrə öhdəlikləri” yerinə yetirməyib. Digər detallar məlum deyil.

    İş üzrə məhkəmə iclası iyulun 2-nə təyin olunub.

    Nəşrin verdiyi məlumata görə, Həsənov “İnsayt lyudi” firması ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. 2022-ci ildə bloqer şirkət tərəfindən Sankt-Peterburq və Moskvada təşkil edilən bir neçə tədbirdə iştirak edib.

    Mayın 14-də məlum olub ki, bloqer qiyabi həbs edilib və onu 7 ilə qədər həbs cəzası gözləyir. Hüseyn Həsənova qarşı xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması maddəsi ilə cinayət işi açılıb. Bloqerin özü vergi borcunun olmadığını bildirib.

    İstintaqın versiyasına görə, 2019-2021-ci illərdə bloqer ümumilikdə 170 milyon rubldan (3 milyon 600 min manatdan çox) çox məbləğdə vergi ödəməyib. Eyni zamanda o, vəsaitlərin bir hissəsini – 20 milyon rubldan (təxminən 424 min manat) çox pulu maliyyə əməliyyatları vasitəsilə leqallaşdırıb.
    //oxu.az

  • В Баку проходит очередное судебное заседание по уголовному делу Рубена Варданяна

    Началось судебное заседание по уголовному делу Рубена Вардяняна, обвиняемого в нарушении законов и обычаев войны, терроризме, финансировании терроризма и по другим статьям.

    Как сообщает Report, судебный процесс проходит в Бакинском судебном комплексе под председательством судьи Бакинского военного суда Зейнала Агаева.

    Отметим, что на предыдущем процессе потерпевшие по делу дали показания.

    Напомним, Рубену Варданяну предъявлены обвинения в совершении деяний, предусмотренных статьей 100 (планирование, подготовка, развязывание или ведение агрессивной войны), 107 (депортация или принудительное переселение населения), 109 (преследование), 112 (лишение свободы в нарушение норм международного права), 113 (применение пыток), 114 (наемничество), 115 (нарушение законов и обычаев войны), 116 (нарушение норм международного гуманитарного права во время вооруженных конфликтов), 214 (терроризм), 214-1 (финансирование терроризма) УК АР.

    Кроме того, он обвиняется в совершении деяний, предусмотренных статьями 218 (организация преступного сообщества (преступной организации), 228 (незаконные приобретение, передача, сбыт, хранение, перевозка или ношение оружия, комплектующих деталей к нему, боеприпасов, взрывчатых веществ и взрывных устройств), 270-1 (деяния, создающие угрозу авиационной безопасности), 278 (насильственный захват власти или насильственное удержание власти, насильственное изменение конституционного строя государства), 279 (создание не предусмотренных законодательством вооруженных формирований или групп), 318 (незаконное пересечение государственной границы Азербайджанской Республики) УК АР.

  • Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir

    Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.

    Median.Az “Report”a istinadla xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

    Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə veriblər.

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.

    O, həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

  • Paytaxtın bir küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırıldı

    Соответствующей госструктурой проводятся ремонтные работы на дороге на улице Зангезур в Бинагадинском районе Баку.

    Как сообщает Median.Az со ссылкой на Центр интеллектуального управления транспортом (ЦИУТ) Министерства внутренних дел (МВД) Азербайджана, по этой причине движение транспортных средств в направлении бинагадинского шоссе полностью ограничено.

    “В связи с этим водителям рекомендуется использовать улицы Ниджата Мустафаева и Бабадаг”, – говорится в сообщении.