Month: May 2025

  • Paytaxtın bir küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırıldı

    Binəqədi rayonu, Zəngəzur küçəsində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

    Vurğulanıb ki, bu səbəbdən Binəqədi şosesi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb:

    “Bununla bağlı sürücülərin Nicat Mustafayev və Babadağ küçələrindən istifadə etmələri tövsiyə olunur”.

  • İlham Əliyev Bakıda keçirilən beynəlxalq tədbirin iştirakçılarına müraciət ünvanlayıb

    Prezident İlham Əliyev BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (“GlobE” Şəbəkəsi) 6-cı plenar iclasının iştirakçılarına müraciət ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

    “Sizi BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin Bakı şəhərində keçirilən 6-cı plenar iclasında salamlayıram.

    Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir. Dünyanın müxtəlif hüquq sistemlərini təmsil edən peşəkarları bir araya gətirən bu toplantı korrupsiyaya qarşı mübarizədə ortaq iradənin təcəssümüdür.

    Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul etmişdir. Bu istiqamətdə hüquqi və institusional çərçivə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əsasında formalaşmışdır. Bu qurumlar rəqəmsal transformasiya, açıq hökumət prinsipləri və beynəlxalq əməkdaşlıq vasitəsilə şəffaflıq və hesabatlılığın möhkəmləndirilməsində vacib rol oynayır.

    Azərbaycan uzun illər ərzində Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı müharibə və insanlığa qarşı cinayətlər törədilmişdir. Bu faktlar beynəlxalq hüququn fundamental prinsiplərinin və insan haqlarının açıq tapdalanması idi.

    İşğal olunmuş ərazilərdə illər ərzində təbii sərvətlərimizin qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürmüşdür. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunmuşdur. İşğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı həmin ərazilərə həyatın və qanunçuluğun qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olmuşdur. Azad edilmiş torpaqların tərəqqi məkanına çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir.

    Bakıda ötən ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilmişdir. Bu mötəbər tədbirə ev sahibliyi edən Azərbaycan dünya liderlərini, beynəlxalq təşkilatların nümayəndələrini və müvafiq sahələrin mütəxəssislərini bir araya gətirməklə qlobal iqlim çağırışlarına qarşı mübarizədə həmrəylik nümayiş etdirmiş, çoxtərəfli diplomatiyaya sadiqliyini bir daha təsdiqləmişdir.

    Azərbaycan Respublikası müstəqilliyindən ötən dövr ərzində böyük yol qət etmişdir. Bütün sahələrdə, o cümlədən hüquq-mühafizə sistemində aparılmış genişmiqyaslı islahatlar nəticəsində davamlı inkişafa, sabitliyə nail olunmuş, qanunun aliliyi, insan hüquq və azadlıqlarının qorunması təmin edilmişdir. Bu gün ölkəmizin hüquq-mühafizə orqanları xarici tərəfdaşları ilə səmərəli əməkdaşlıq edərək transmilli cinayətkarlığa və bütün növ təhdidlərə qarşı mübarizəyə töhfə verirlər.

    Ötən ilin payızında dünyanın müxtəlif ölkələrini təmsil edən hüquqşünasları birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik Konfransı və Ümumi Yığıncağının Bakıda keçirilməsi cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizə aparmaq və bunun üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək əzmimizi bir daha nümayiş etdirdi.

    Hazırda süni intellekt, rəqəmsal maliyyə sistemləri və kibermühitlə bağlı texnoloji inkişaf korrupsiya və digər cinayətlərin yeni formalarının yaranmasına səbəb olmuşdur. Bu mürəkkəb və sürətlə dəyişən çağırışlar hüquq-mühafizə orqanları üçün qlobal miqyasda yeni və çoxşaxəli vəzifələr müəyyən edir. Azərbaycan bu təhlükələrin qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində öz imkanlarını gücləndirməyə sadiqdir.

    Ölkəmiz BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Qlobal Əməliyyat Şəbəkəsi ilə əməkdaşlığa xüsusi önəm verir. Gənc platforma olmasına baxmayaraq, “GlobE” Şəbəkəsi qısa müddət ərzində müxtəlif ölkələrdən anti-korrupsiya sahəsində çalışan peşəkarları birləşdirən səmərəli və inklüziv beynəlxalq mexanizmə çevrilmişdir.

    Əminəm ki, bu Plenar iclas korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açaraq bu sahədə qarşıya qoyduğumuz vəzifələrin icrasına və ortaq məqsədlərin reallaşmasına əhəmiyyətli töhfə verəcəkdir.

    Bir daha hamınızı Azərbaycanda salamlayır, iclasın işinə uğurlar arzulayıram”.

  • Предложены изменения в Налоговый кодекс Азербайджана

    Налогоплательщики будут обязаны подавать заявление в налоговый орган в течение 15 дней при смене места нахождения или проживания.

    Как сообщает Oxu.Az, это отражено в проекте предлагаемых изменений в Налоговый кодекс.

    Согласно проекту, при изменении места нахождения или проживания налогоплательщик должен подать заявление в налоговый орган в течение 15 дней с момента такого изменения. Налоговый орган должен в тот же срок осуществить перерегистрацию лица (то есть снятие с учета в предыдущем налоговом органе и регистрацию в новом).

    Также в документе отмечается, что при любых изменениях в сведениях налогоплательщик должен предоставить информацию в налоговый орган в течение 15 дней с момента изменения.

    Согласно действующему законодательству, при изменении места проживания и нахождения, а также при любых изменениях в сведениях налогоплательщик должен уведомить налоговый орган в течение 40 дней с этого момента.

    Оптимизация сроков позволит более оперативно отражать изменения в данных налогоплательщиков в их учетной информации, что в конечном итоге обеспечит более быструю адаптацию как налогового учета, так и реестровых данных юридических лиц к реальной ситуации (изменениям). Поскольку идентификационный номер налогоплательщика присваивается юридическим лицам при их государственной регистрации, и с этого момента они считаются поставленными на налоговый учет, изменение одновременно служит точности данных налогового учета.

    Кроме того, физические лица, занимающиеся предпринимательской деятельностью без регистрации юридического лица, а также юридические лица в случае признания банкротом должны будут уведомлять налоговый орган в течение 15 дней с момента начала или завершения процедуры банкротства.

    Законопроект обсуждался на сегодняшнем заседании Комитета по экономической политике, промышленности и предпринимательству Милли Меджлиса.

  • Vergi Məcəlləsinə dəyişiklik TƏKLİF OLUNUB

    Vergi ödəyicisi olduğu və ya yaşadığı yeri dəyişdikdə, vergi orqanına bununla bağlı 15 gün müddətində ərizə verməli olacaqlar.

    Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

    Layihəyə əsasən, vergi ödəyicisinin olduğu və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 15 gün müddətində ərizə verməlidir. Vergi orqanı isə həmin müddətdə şəxsi yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.

    Həmçinin sənəddə qeyd olunub ki, vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 15 gün müddətində vergi orqanına məlumat təqdim olunmalıdır.

    Mövcud qanunvericiliyə görə, vergi ödəyicisi yaşadığı və olduğu yeri dəyişdikdə, həmçinin uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, həmin gündən 40 gün ərzində vergi orqanına məlumat verməlidir.

    Müddətlərin optimallaşdırılması vergi ödəyicilərinin məlumatlarında baş verən dəyişikliklərin onların uçot məlumatlarında daha operativ şəkildə əks etdirilməsinə, son nəticədə həm vergi uçotu, həm də hüquqi şəxslərin reyestr məlumatlarının real vəziyyətə (dəyişikliklərə) daha sürətli şəkildə uyğunlaşdırılmasına imkan yaradır. Hüquqi şəxslərə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi onların dövlət qeydiyyatına alındığı zaman verildiyindən və həmin andan onlar vergi uçotuna alınmış hesab olunduğundan dəyişiklik eyni zamanda vergi uçotu məlumatlarının da dəqiqliyinə xidmət etmiş olur.

    Bundan başqa, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir.

    Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.
    //oxu.az

  • Prezident: “Azərbaycan davamlı sülh və sabitlik üçün konstruktiv səylərini qətiyyətlə davam etdirir”

    “Azərbaycan uzun illər ərzində Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Torpaqlarımızın işğalı dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, çoxsaylı müharibə və insanlığa qarşı cinayətlər törədilib. Bu faktlar beynəlxalq hüququn fundamental prinsiplərinin və insan haqlarının açıq tapdalanması idi”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin (GlobE Network) altıncı plenar iclasının iştirakçılarına müraciətində deyilir.

    Dövlətimizin başçısı müraciətində, həmçinin qeyd edib: “İşğal olunmuş ərazilərdə illər ərzində təbii sərvətlərimizin qanunsuz istismarı, genişmiqyaslı korrupsiya və infrastrukturun məqsədli şəkildə dağıdılması hökm sürüb. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olunub. İşğala son qoyulması suverenliyin və ədalətin bərpası ilə yanaşı, həmin ərazilərə həyatın və qanunçuluğun qayıdışı ilə müşayiət olunan yeni bir mərhələnin başlanğıcı olub. Azad edilmiş torpaqların tərəqqi məkanına çevrilməsi dövlət siyasətimizin əsas sütunlarından biridir. Azərbaycan bu gün də regionda davamlı sülh və sabitliyə nail olmaq üçün öz konstruktiv səylərini qətiyyətlə davam etdirir”.

  • İki məktəb direktoru işdən çıxarıldı – SƏBƏB

    Paytaxt məktəblərində monitorinqlər davam etdirilir.

    Bu barədə MÜTDA-dan məlumat verilib.
    Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələrində aparılan monitorinqlər nəticəsində Agentlik tərəfindən verilən təlimatların icra vəziyyəti, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması ilə bağlı istiqamətlər araşdırılır, məktəb direktorlarının fəaliyyəti peşəkar meyarlar əsasında qiymətləndirilir.
    May ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib.
    Belə ki, Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva ilə bağlanmış əmək müqaviləsinə 16 may 2025-ci il tarixdən xitam verilib.
    Bununla yanaşı, İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova ilə də bağlanmış əmək müqaviləsi 19 may 2025-ci il tarixdən ləğv edilib.
    Ümumi təhsil müəssisəsinin normal fəaliyyətinin təmin olunması, idarəetmənin və tədrisin keyfiyyətinin təşkili məqsədilə hər iki müəssisənin fəaliyyəti nəzarətə götürülməklə, direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
    Qeyd edək ki, bir neçə gün öncə 207 nömrəli tam orta məktəbin direktorunun da yayılan səs yazısından sonra dərhal tərəfimizdən müəssisədə yoxlama aparılmış, həmin direktorla olan əmək münasibətlərimizə son verilmişdir.
    Nəzarət tədbirləri nəticəsində qanunvericiliyin tələblərinə əməl etməyənlərlə bağlı ölçü götürülür.

  • Polis bu qadını axtarır

    İtkin düşən 64 yaşlı qadın axtarılır.

    Bakı şəhər sakini fiziki məhdudiyyəti olan 64 yaşlı Suvar Qaraxanova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.  
    Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Xətai Rayon Polis İdarəsinin (012) 422-02-02 şəhər və (+994)99-448-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

  • Elçin Quliyev III Çarlzla bir arada

    Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” uğurla başa çatıb.

    Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı sayəsində Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı ölkəmizi “Vindzor Kral Atçılıq Şousu”nda növbəti dəfə uğurla təmsil edib.

    Tədbir çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı III Çarlzla görüşüb.

  • Президент США раскрыл детали разговора с российским коллегой

    Россия и Украина в самое ближайшее время начнут переговоры о режиме прекращения огня и завершении конфликта.

    Об этом написал в социальной сети Truth Social президент США Дональд Трамп по итогам телефонного разговора с российским коллегой Владимиром Путиным.

    “Только что завершился мой двухчасовой разговор с президентом России Владимиром Путиным. Я считаю, что он прошел очень хорошо. Россия и Украина немедленно начнут переговоры о прекращении огня и, что более важно, об окончании войны”, – отметил он.

    “Условия для этого будут обсуждаться между двумя сторонами, как это только и может быть, потому что они знают детали переговоров, о которых никто другой и не подозревает. Тон и дух беседы были великолепны”, – добавил глава Белого дома.

    По его словам, Ватикан в лице Папы Римского весьма заинтересован в том, чтобы принять переговоры.

    Трамп также заявил, что потенциал торгово-экономического сотрудничества РФ и США после завершения конфликта неограничен.

    “Россия хочет вести с Соединенными Штатами крупномасштабную торговлю, когда завершится это катастрофическое кровопролитие, и я согласен. У России имеется огромная благоприятная возможность создать благосостояние и число рабочих мест. Потенциал этого неограничен”, – написал глава вашингтонской администрации.

  • Tramp Putinlə söhbətinin təfərrüatını açıqlayıb

    “Rusiya və Ukrayna ən yaxın zamanda atəşkəs və münaqişəyə son qoyulmasına dair danışıqlara başlayacaqlar”.

    Bunu ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra “Truth Social” platformasında yazıb.

    “Rusiya Prezidenti Vladimir Putinlə iki saatlıq söhbətim elə indicə başa çatdı. Onun çox yaxşı keçdiyini hesab edirəm. Rusiya və Ukrayna dərhal atəşkəs və ən əsası müharibənin bitirilməsi barədə danışıqlara başlayacaqlar”, – deyə o, sosial şəbəkə hesabında vurğulayıb.