Month: May 2025

  • Dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisi Vətənə qayıdıb

    İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.

    Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

    “Light sanda” növü üzrə mübarizə aparan idmançılarımız yarışı 5-i qızıl, 2-si gümüş olmaqla, ümumilikdə 7 medalla başa vurublar.

    Qızların yarışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva (11 yaş, 38 kiloqram) dünya çempionu olub.

    Oğlanlar arasında isə Rəsul Əsgərov (11-12 yaş, 36 kiloqram), Hüseyn Əliyev (13-15 yaş, 48 kiloqram), Toğrul Mikayılov (böyüklər, 65 kiloqram), Eller Orucov (böyüklər, 75 kiloqram) qızıl, Əli Baxışov (11-12 yaş, 33 kiloqram) və Əkbər Əhmədzadə (13-15 yaş, 70 kiloqram) gümüş mükafata yiyələniblər.

    Azərbaycan yığması bu nəticə ilə komanda hesabında isə 3-cü yerin sahibi olub.
    //oxu.az

  • Putin: Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür

    Ukrayna ilə atəşkəs müvafiq razılaşmalar əldə edildikdən sonra mümkündür.

    Bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, Rusiya Ukraynada döyüşlərin dayandırılmasının tərəfdarıdır, lakin sülhə doğru ən səmərəli yolları inkişaf etdirmək lazımdır.

    Putin deyib ki, Rusiya Ukrayna ilə atəşkəs də daxil olmaqla memorandum üzərində işləməyə hazırdır:

    “Rusiya və Ukrayna arasında memorandum atəşkəs və nizamlanma prinsiplərini ehtiva edə bilər. Rusiya və Ukrayna bütün tərəflərə uyğun kompromislər tapmalıdır”.

    Tərəflər razılaşıblar ki, Rusiya gələcək sülh müqaviləsi ilə bağlı Ukraynaya memorandum təklif edəcək və onunla işləməyə hazırdır.

    “Memorandum nizamlanma prinsiplərini, sülh sazişlərinin mümkün bağlanma vaxtını, o cümlədən müvafiq razılaşmalar əldə edildikdən sonra mümkün atəşkəs rejimini müəyyən edəcək. İstanbulda danışıqların iştirakçıları arasında təmaslar bərpa olunub ki, bu da düzgün yolda olduğumuza inanmağa əsas verir. Rusiya və Ukrayna üçün kompromislər tapmaq vacibdir. Moskvanın mövqeyi aydındır. Onun üçün əsas məsələ böhranın əsas səbəblərini aradan qaldırmaqdır”, – Rusiya Prezidenti vurğulayıb.

    Putin əlavə edib ki, Trampla telefon danışığı barədə ətraflı məlumatı Kremlin sözçüsü Dmitri Peskov və ya prezidentin köməkçisi Yuri Uşakov verəcək.

    Kreml rəhbəri Moskva və Kiyev arasında birbaşa danışıqların bərpasına verdiyi dəstəyə görə Trampa təşəkkür edib.

    /APA

  • Davit İşxanyanın vaxtilə işğalda olmuş ərazilərdəki döyüş əməliyyatlarında iştirakı sübut edilib

    Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Davit İşxanyanın Azərbaycanın vaxtilə işğalda olmuş ərazilərindəki fəaliyyətini, döyüş əməliyyatlarında iştirak etməsini sübut edən videomaterial nümayiş olunub.

    Videomaterialda D.İşxanyanın döyüş yoldaşları və onu tanıyanlar təqsirləndirilən şəxs barədə danışırlar.

    Alik Sarqsyan onun əlinə ilk silah götürənlərdən biri olaraq, ilk könüllülər dəstəsinin təsisçilərindən, həmçinin ilk bölük və tabor komandirlərindən biri olduğunu vurğulayıb: “O, tarixi bir tapşırığı yerinə yetirib, bunu belə demək olar. Əlinə silah götürməklə, xalqın içində özünümüdafiə ideologiyasını yaymaqla, hamı üçün şəxsən nümunə kimi görünməklə tarixi bir vəzifəni yerinə yetirib”.

    Videoda Movses Akopyan isə əminliklə deyib: “Erməni ordusunun yaradılmasının əsasını və ya bünövrəsini qoyanlardan biri bizim döyüş yoldaşımızdır – Davitdir”.

    Videomaterialda Araz Koçaryan bildirib: “Bir gün təsadüfən qarşılaşdıq və təəccübləndim, Davit İşxanyanın boynunda “sərkərdə Andranik”in medalyonu asılmışdı”.

    Hmayak Haroyan onların “Aşan” bölüyü və Monte Melkonyan ilə birlikdə Gülablını mühasirəyə aldığını, nəticədə isə azərbaycanlıların mühasirəyə düşdüyünü vurğulayıb.

    Abrik Hayrapetyan da deyib ki, “Avo” qoşunda tabor komandiri kimi, Daviti yüksək səviyyədə dəyərləndirib.

    Ermənilər tərəfindən çəkilən kadrlarda Davit İşxanyan “azadlıq uğrunda mübarizə aparan tələbə hərəkatı” qabaqcıllarından biri, “Aşan” kəndinin “özünümüdafiə dəstəsi”nin komandiri, “özünümüdafiə ordusu”nun 28-ci taborunun komandiri, müharibədən sonra isə ictimai və siyasi xadim kimi təqdim edilir.

    Kadrlarda Davit İşxanyan bildirib: “Artıq çoxları tərəfindən hiss olunurdu və nəzərə çarpırdı ki, bu hərəkat öz məntiqi sonluğuna yalnız silahlı toqquşmalar və müharibə yolu ilə çatacaq. Çalışırdıq ki, azərbaycanlılar üçün o dəhşəti atmosferi yaradaq. Bizim əsas tapşırığımız müdafiə xəttini təmin etmək idi. Biz o əməliyyatda iştirak etməyi çox arzulayırdıq, lakin bizim tapşırığımız başqa idi. Monte Melkonyan tərəfindən Abdal Gülablı əməliyyatı təşkil olundu, lakin çox təəssüf ki, o gün biz 6 döyüş yoldaşımızı itirdik. Onların sırasında, həmçinin Armen Avakyan da var idi. Bundan sonra çox ağır bir dövr oldu. 1992-ci il sentyabrın 4-5-də o kəndi azad edə bildik. Qarşımıza qoyulan tapşırıq Xocavənd bölgəsində qüsursuz yerinə yetirildi və Ağdam bizim ümumi nəzarətimizə keçdi. Azadlıq uğrunda gedən döyüşlər bitdikdən sonra taborun uşaqları Ağdərə rayonunda gedən döyüşlərdə də iştirak etdilər və demək olar ki, 1994-cü ilin may ayında atəşkəs təsdiq olunana qədər davam edən döyüş əməliyyatlarında iştirak etdilər”.

    Dövlət ittihamçısının suallarını cavablandıran D.İşxanyan Abdal Gülablı, Füzulinin Aşağı Veysəlli ilə Cardar arasındakı təpənin, Ağdərənin işğal olunması əməliyyatlarında iştirak etdiyini təsdiq edib.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 22-də davam etdiriləcək.

  • В Имишлинском районе приостановлено газоснабжение 280 абонентов

    Прекращена подача газа в село Гаралар Имишлинского района.

    Об этом сообщили в Сальянском региональном управлении эксплуатации газа.

    Согласно информации, с целью устранения утечки, обнаруженной в подземной части газопровода диаметром 108 мм, обеспечивающего село Гаралар голубым топливом, приостановлено газоснабжение в общей сложности 280 абонентов.

    Подача газа будет возобновлена после завершения ремонтных работ.

  • İmişlidə 280 abonentin qaz təminatı KƏSİLDİ

    İmişli rayonunun Qaralar kəndinin qazla təchizatı dayandırılıb.

    Bu barədə Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

    Bildirilib ki, Qaralar kəndini təbii qazla təmin edən 108 mm-lik qaz kəmərinin yeraltı keçid hissəsində aşkar edilmiş qaz sızmasının aradan qaldırılması məqsədilə təmir işləri başa çatanadək ümumilikdə 280 abonentin qaz təminatı kəsilib.

  • ABŞ-ın vitse-prezidenti: Ukrayna üzrə danışıqlar dalana dirənib

    Ukraynada müharibənin başa çatması ilə bağlı danışıqlar dalana dirənib.

    Bu barədə “Fox news” ABŞ-ın vitse-prezidenti Cey Di Vensə istinadən məlumat yayıb.

    “Ukraynadakı müharibə ilə bağlı danışıqların müəyyən bir çıxılmaz vəziyyətə düşdüyünü başa düşürük”, – ABŞ-ın vitse-prezidenti deyib.

    Eyni zamanda, o əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin “müharibədən necə çıxacağını tam bilmir”.

    “Əgər Rusiya iştirak etmək istəmirsə, nəticədə ABŞ bunun bizim müharibəmiz olmadığını söyləməlidir”, Vens vurğulayıb.//Apa

  • Baş Prokuror üç ölkənin nümayəndə heyəti ilə görüşüb

    Baş Prokuror üç ölkənin nümayəndə heyəti ilə görüş keçirib.

    Baş Prokurorluqdan apa-ya verilən xəbərə görə,
    Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev mayın 19-da Tanzaniya Birləşmiş Respublikasının Korrupsiyanın Qarşısının Alınması və Mübarizə Bürosunun direktoru Krispin Şalamilanın, Madaqaskar Respublikasının Müstəqil Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Baş direktoru Qabi Nestor
    Razakamanantsoanın və Əlcəzair Xalq Demokratik Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Mərkəzi İdarəsinin Baş direktoru Moxtar Laxdarinin rəhbərlik etdiyi nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.

    Görüşlər zamanı Baş prokuror Kamran Əliyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional islahatlar, prokurorluq orqanlarında tətbiq olunan müasir idarəçilik mexanizmləri və beynəlxalq əməkdaşlıq təşəbbüsləri barədə ətraflı məlumat verib. O, transmilli korrupsiya ilə mübarizədə qlobal həmrəyliyin vacibliyini qeyd edərək, GlobE Şəbəkəsinin bu istiqamətdə əhəmiyyətli platforma olduğunu vurğulayıb.
    Tanzaniya, Madaqaskar və Əlcəzair nümayəndələri ilə aparılan müzakirələrdə korrupsiyaya qarşı fəaliyyətin həm regional, həm də qlobal səviyyədə koordinasiyası, institusional potensialın gücləndirilməsi və şəffaflığın təmin olunması məsələləri diqqət mərkəzində olub. Tərəflər hüquq-mühafizə orqanları arasında birbaşa əlaqələrin genişləndirilməsi, habelə təcrübə və informasiya mübadiləsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.

    Qarşılıqlı etimada əsaslanan bu dialoqlar çərçivəsində qonaqlar Azərbaycanın elektron idarəçilik, etik davranış prinsiplərinin təşviqi, şəffaflıq və hesabatlılıq sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib, bu təcrübədən faydalanmaqda maraqlı olduqlarını ifadə ediblər.

    Görüşlərin sonunda nümayəndə heyətləri Baş Prokurorluğun Tarix Muzeyində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə ilə tanış olub və Azərbaycan Prokurorluğunun tarixi inkişaf mərhələlərini əks etdirən eksponatlarla maraqlanıblar.
    Nümayəndə heyətlərinin Azərbaycana səfərləri çərçivəsində işgüzar görüşləri davam edir.

  • Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

    ​​​

    Sabah Şirvan şəhəri və Hacıqabul rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, “Ələt-Astara” dəmiryol xəttinin “Ələt-Osmanlı” hissəsinin yenidən qurulması ilə əlaqədar Şirvan şəhəri, Bayramlı qəsəbəsinin M.Ə.Sabir və H.Cavid küçələrini təbii qazla təmin edən 108 mm-lik ortatəzyiqli yerüstü qaz xəttinin yeri dəyişdiriləcək.

    Bu səbəbdən, mayın 20-də saat 10:00-dan etibarən işlər başa çatanadək Bayramlı qəsəbəsi M.Ə.Sabir və H.Cavid küçələrində (522 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

    Bundan başqa, Hacıqabul rayonu, Navahi qəsəbəsini təbii qazla təmin edən 250 mm-lik ortatəzyiqli yeraltı qaz xəttində kipliyin sınağı ilə əlaqədar, sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Navahi qəsəbəsi, Navahi kəndi və Pirsaat qəsəbəsində (1 231 abonent) qaz təchizatı daxildən dayandırılacaq.

  • В Нахчыванской АР объявлено желтое предупреждение

    В связи с ожидаемой ветреной погодой в Нахчыванской Автономной Республике (НАР) объявлено желтое предупреждение на 19-25 мая.

    Как сообщили в Центре гидрометеорологии Министерства экологии и природных ресурсов НАР, в соответствии с желтым предупреждением во всех районах автономной республики, а также в городе Нахчыван будет с перерывами дуть западный ветер, скорость которого составит 13.9-20.7 м/с.

    Отметим, что желтое предупреждение предусматривает средний уровень риска для общественной безопасности, жилых районов и имущества.

  • Naxçıvanda küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib

    Mayın 19-dan 25-dək Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq muxtar respublikanın bütün rayonlarında, eləcə də Naxçıvan şəhərində fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13,9-20,7 m/san təşkil edəcək.

    Sarı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka risklər gözlənilir.