Month: June 2025

  • İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib

    İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib.

    Prosesdə zərərçəkmiş tərəfin nümayəndəsinin ifadəsi dinlənilib. Həmçinin şahidlər dindirilib və sənədlər elan olunub.

    Növbəti proses iyulun 3-nə təyin edilib.

    Xatırladaq ki, yanvarın 18-də İmişlidə Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol qəzası baş verib. Belə ki, ərazidə xidmət aparan yol polisi avtomobilinin qarşısına qəflətən digər avtomobil çıxıb və qəza nəticəsində yol kənarında olan 3 məktəbli dünyasını dəyişib.

    İstintaqla müəyyən olunub ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlı qohumuna məxsus olan avtomobili qanunsuz ələ keçirməklə qaçıraraq, sürücülük hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olub. Daha sonra qəzada xəsarət alan uşaqlardan biri də Bakıda müalicə olunduğu klinikada vəfat edib.

    Həmçinin ittihama görə o, idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq hadisə yerindən qaçıb.

    Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

    Hadisədən sonra qəzaya səbəb olan avtomobili idarə edən şəxs, eləcə də qəzaya düşən Yol Patrul Xidməti avtomobilinə zərər vuraraq hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər saxlanılıblar.

    Məhkəmənin qərarı ilə saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barələrində həbs qətimkan tədbiri seçilib.

    Qəzaya düşən Yol Patrul Xidməti avtomobilinə zərər vuraraq hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

  • Зелим Коцоев поборется за бронзовую медаль ЧМ по дзюдо в Венгрии

    Азербайджанский дзюдоист Зелим Коцоев (100 кг) выйдет на поединок за бронзовую медаль на чемпионате мира в столице Венгрии Будапеште.

    Как сообщает Report, олимпийский чемпион победил представителя Испании Николоза Шеразадишвили в утешительном поединке.

    Отметим, что Азербайджан на мундиале представляют 13 дзюдоистов, включая четырех женщин, в 10 весовых категориях в индивидуальных соревнованиях. Сборная также будет соревноваться в смешанных командных соревнованиях.

    Зелим Цкаев (81 кг) и Эльджан Гаджиев (90 кг) завоевали бронзовые медали чемпионата.

  • Dünya çempionatı: Azərbaycanın olimpiya çempionu bürünc medal uğrunda görüşə çıxacaq

    Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

    1/4 finalda məğlub olan olimpiya çempionu təsəlliverici qarşılaşmada İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə qalib gəlib.

    Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

    Cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.
    //report

  • Bakıda 10 nəfərin partlayış nəticəsində öldüyü sexdə əksəriyyət qanunsuz işləyib – MƏHKƏMƏ

    “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verib.

    Zərərçəkən Mehriyar Həqqi ifadəsində qeyd edib ki, partlayış baş verən zaman sexə alət götürməyə gedib:

    “Qəfil partlayış baş verdi, sifətimdən müxtəlif xəsarətlər aldım. Mənə dəyən ziyan ödənilib, təqsirləndirilən şəxslərdən şikayətçi deyiləm”.

    Digər zərərçəkən Rahib Babayev partlayış vaxtı qardaşının çalışdığı sexə ona kömək etməyə getdiyini bildirib:

    “Partlayış zamanı avtomobilim ciddi zərər görüb. Qiymətləndirmə aparılarkən zərərin 6500 manat olduğu müəyyən edilib. Bu günədək zərər ödənilməyib”.

    Təqsirləndirilən Tağı İbrahimov dəyən zərərdən məlumatlı olduğunu və yaxın günlərdə həmin məbləğin zərərçəkənə ödəniləcəyini deyib.

    Prosesdə zərərçəkənlər dindirilən zaman müəyyən olunub ki, orada çalışanların əksəriyyətinin fəaliyyəti qanunsuz olub.

    İcarə müqaviləsindən başqa fəaliyyətlə bağlı hər hansı sənədləşmə mövcud olmadığından dəymiş zərərlərin müəyyənləşməsində problem yaranıb.

    Bu səbəbdən də zərərçəkənlər dəymiş zərərləri şəxsi hesablamaları ilə müəyyənləşdirərək təqdim etdiklərindən tərəflər arasında məbləğ məsələsinə görə müəyyən narazılıqlar yaranıb.

    Daha sonra Tağı İbrahimovun səhhətində problem olduğu üçün vəkil həkim rəylərini məhkəməyə təqdim edib.

    Bununla yanaşı, təqsirləndirilənin ailə üzvləri də onun səhhəti ilə bağlı məhkəməyə ərizə göndəriblər.

    Təqdim olunan sənədlər iclas protokoluna əlavə olunub.

    Məhkəmənin növbəti iclası iyulun 2-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 15-də Bakının Binəqədi rayonunda baş verib.

    İstintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.

    İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.

    Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.
    //report

  • Названо число граждан, покинувших Украину после начала войны с РФ

    В настоящее время за пределами Украины находится 6 млн граждан этой страны, и новый закон о множественном гражданстве вводится, чтоб сохранить их.

    Как сообщает восточноевропейское бюро Report, об этом в украинском парламенте заявил один из авторов нового законопроекта, депутат депутат Верховной рады Украины от правящей партии “Слуга народа” Руслан Горбенко.

    Он отметил, что данный закон имеет особое значение для лиц, вынужденно покинувших страну из-за войны с Россией. “Закон также охватывает защищающих нашу страну лиц без гражданства и иностранных граждан, в том числе российских, и позволяет им получить украинское гражданство. В нашей стране много военных легионов, состоящих из граждан России и Беларуси. Поскольку они защищали Украину в этой войне, мы даем им и их родственникам право получить гражданство”, – сказал он.

    Депутат Верховной Рады Украины Владимир Вятрович подчеркнул, что новый закон позволяет получить украинское гражданство также родившимся за пределами Украины, но имеющим украинские корни.

  • Ukraynanı tərk edən ölkə vətəndaşlarının sayı açıqlanıb

    Çoxsaylı vətəndaşlıq haqqında qanun iki və daha çox pasporta sahib olmaq hüququnu nəzərdə tutur. Hazırda xaricdə altı milyon vətəndaşımız var. Bu qanun məhz onlar üçün, onları itirməmək üçündür.

    Bunu bu gün Ukrayna parlamentində Ali Radanın hakim “Xalqın xidmətçisi” partiyasından olan deputat, yeni qanun layihəsinin müəlliflərindən olan Ruslan Qorbenko bildirib.

    O bildirib ki, bu da xüsusilə Rusiyanın hücumu səbəbindən xaricə köçən köçkünlər üçün vacibdir:

    “Qanun hazırda ölkəmizi müdafiə edən və vətəndaşlığı olmayan və ya başqa ölkənin, o cümlədən Rusiyanın vətəndaşlığına sahib olanları da nəzərdə tutur. Yəni ölkəmizdə bu kateqoriyadan olanlara Ukrayna vətəndaşlığı almaq imkanı verir. Ölkəmizdə Rusiya və Belarus vətəndaşlarından ibarət çoxlu hərbi legionlar var. Onlar bu müharibədə Ukraynanı müdafiə etdikləri üçün biz onlara vətəndaşlıq almaq hüququ veririk. O cümlədən onların qohumlarına da bu imkanı veririk”.

    Ukrayna Ali Radasının deputatı Volodimir Vyatroviç da bildirib ki, yeni qanun Ukraynadan kənarda doğulmuş, lakin əcdadları Ukraynada yaşamış insanlara da Ukrayna vətəndaşlığı almaq imkanı verir:

    “Xarici ukraynalı statusuna malik olan ukraynalılar Ukrayna ərazisində bir il yaşadıqdan sonra sadələşdirilmiş prosedurla Ukrayna vətəndaşlığı ala bilərlər”.

    “Bu qanun artıq başqa ölkələrin vətəndaşlığını almış ukraynalıların geri qayıtması üçün imkanlar yaradır. Söhbət həm çoxdan gedənlərdən, eləcə də, 2022-ci ildə gedənlərdən gedir”, – deputat əlavə edib.
    //report

  • Казахстан эвакуировал 109 граждан из Ирана транзитом через Азербайджан и Туркменистан

    Казахстан эвакуировал своих граждан из Ирана, в том числе 20 человек через территорию Азербайджана.

    Об этом передает казахстанское бюро Report со ссылкой на министерство иностранных дел Казахстана.

    “Благодаря слаженной работе и высокому уровню межведомственного взаимодействия министерством иностранных дел, профильных государственных органов и дипломатических представительств Казахстана за рубежом обеспечена эвакуация 109 казахстанцев”,- говорится в сообщении внешнеполитического ведомства.

    В министерстве отметили, что эвакуация осуществлялась транзитом через территории Туркменистана (89 человек) и Азербайджана (20 человек).

    “Всем эвакуированным была оказана консульско-правовая помощь и созданы необходимые условия для возвращения на Родину”, – говорится в заявлении.

    Министерство иностранных дел также выражает признательность властям Ирана, Туркменистана и Азербайджана за оказанное содействие и конструктивное взаимодействие, “сыгравшие ключевую роль в обеспечении безопасного и своевременного перемещения казахстанцев по всему маршруту”.

  • Qazaxıstan İrandan 109 vətəndaşını Azərbaycan və Türkmənistan vasitəsilə təxliyə edib

    Qazaxıstan İrandakı vətəndaşlarını, o cümlədən 20 nəfəri Azərbaycan ərazisindən təxliyə edib.

    Bu barədə “Report”un Qazaxıstan bürosu ölkənin Xarici İşlər Nazirliyinə istinadən bildirib.

    “Qazaxıstanın Xarici İşlər Nazirliyi, müvafiq dövlət orqanları və xaricdəki diplomatik nümayəndəliklərinin uzlaşdırılmış işi və yüksək səviyyəli qarşılıqlı fəaliyyəti sayəsində 109 qazaxıstanlının təxliyəsi təmin edilib”, – XİN-dən bildirilib.

    Qeyd olunub ki, təxliyə Türkmənistan (89 nəfər) və Azərbaycan (20 nəfər) ərazilərindən tranzitlə həyata keçirilib.

    “Təxliyə olunanlara konsulluq və hüquqi yardım göstərilib, ölkələrinə qayıtmaları üçün zəruri şərait yaradılıb”, – bəyanatda deyilir.

    Xarici İşlər Nazirliyi həmçinin qazaxıstanlıların bütün marşrut boyunca təhlükəsiz və vaxtında hərəkətinin təmin edilməsində mühüm rol oynayan İran, Türkmənistan və Azərbaycan hökumətlərinin göstərdiyi yardıma və konstruktiv qarşılıqlı fəaliyyətinə görə minnətdarlığını bildirir.

  • Araz Supermarket оштрафован за обман потребителей

    Государственное агентство по антимонопольному контролю и надзору за потребительским рынком составило протокол об административном правонарушении в отношении сети супермаркетов “Araz Supermarket”.

    Как сообщили Report в Госагентстве, мера принята в соответствии с Законом “О защите прав потребителей”.

    По информации ведомства, компания реализовывала продовольственные товары по цене, превышающей указанную на упаковке, тем самым совершив правонарушение, предусмотренное статьей 447.0.1. КоАП (Обман потребителей в незначительной мере относительно стоимости товара).

  • “Araz Supermarket”də qiymət fərqinə görə inzibati protokol tərtib edilib

    Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən “Araz Supermarket” MMC barəsində inzibati xəta protokolu tərtib edib.

    Bu barədə “Report”a Agentlikdən məlumat verilib.

    Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərilmiş qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci bəndinə (Malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.