Month: June 2025

  • Prezident İlham Əliyev Böyük Britaniya kralını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza təbrik məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadla xəbər verir ki, təbrikdə deyilir:

    “Əlahəzrət,

    Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasında xoş ənənələrə əsaslanan əlaqələrin inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında dostluq münasibətlərinin, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığın gündən-günə genişlənməsi bizi sevindirir. Mühüm iqtisadi tərəfdaşlarımızdan biri olan ölkənizin şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edirlər.

    Enerji sahəsində uzun illərdən bəri davam edən ənənəvi əməkdaşlığımız strateji xarakter daşıyır. Eyni zamanda bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, yaşıl enerjiyə keçid və dekarbonizasiya məsələlərinin bu gün Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyində aparıcı yer tutmasını məmnunluqla qeyd etmək istərdim.

    Əminəm ki, qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ölkələrimiz arasında dostluq əlaqələrinin və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

    Əlahəzrət, bu bayram günündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ali fəaliyyətinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına daim rifah və firavanlıq arzulayıram”.

  • В Лянкяране подросток утонул в море

    В Лянкяране подросток утонул в море.

    Инцидент произошел на территории, известной как “Малый базар”.

    На место происшествия была привлечена водолазно-поисковая группа. Тело утонувшего подростка было извлечено из воды и передано на медицинскую экспертизу.

    По факту проводится расследование.

  • Lənkəranda yeniyetmə dənizdə boğulub

    Lənkəranda yeniyetmə dənizdə boğulub.

    Hadisə şəhərin “Kiçik Bazar” adlanan ərazisində baş verib.

    Hadisə yerinə dalğıc-axtarış qrupu cəlb olunub. Batan yeniyetmənin meyiti sudan çıxararaq Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • В Джалилабаде задержан водитель-наркоман

    В Джалилабаде задержан водитель, управлявший автомобилем под воздействием наркотиков.

    Сотрудники дорожной полиции подали сигнал “остановиться” водителю А.Алиеву за нарушение правил дорожного движения на автомобиле марки BMW.

    Поскольку его действия вызвали подозрение, водитель был направлен на соответствующее медицинское освидетельствование, в результате которого было установлено, что он употреблял наркотические средства.

    В отношении А.Алиева был составлен протокол, который направлен в районный суд для рассмотрения.

  • Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

    Cəlilabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

    Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “BMW” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü A.Əliyevə “saxla” işarəsi verilib.

    Hərəkətləri şübhə doğurduğu üçün müvafiq tibbi müayinədən keçirilməsi təmin edilən sürücünün narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

    A.Əliyev barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

  • Кочарян подал в суд на Пашиняна и Симоняна

    Экс-президент Армении Роберт Кочарян подал в суд на премьер-министра Никола Пашиняна и спикера парламента Алена Самоняна.

    Как передает Median.Az со ссылкой на Sputnik-Армения, об этом сообщается на сайте судебной информации.

    Кочарян требует обязать Пашиняна опровергнуть информацию поста в социальных сетях от 5 июня 2025 года о том, что он является взяточником и об этом принято уже решение суда.

    Также Кочарян требует изъять у Пашиняна 6 млн драмов ($15 тыс.) в качестве компенсации за причиненный нематериальный ущерб.

    Что касается спикера парламента Алена Симоняна, то Кочарян требует обязать его публично извиниться (на официальной странице в социальной сети) за брифинг, в ходе которого глава законодательного органа “опорочил честь и достоинство второго президента”. Экс-президент также требует от спикера публичных извинений за клеветнические высказывания. Кочарян требует взыскать с Симоняна 6 млн драмов ($ 15 тыс.) за клевету и 3 млн ($ 7,5 тыс.) за оскорбление и моральный ущерб.

    Ален Симонян в ходе брифинга заявлял, что граждане голосуют, чтобы “этот чужак, этот убийца, этот коррумпированный человек, который приехал в Армению на заработки со своей группировкой, не вернулся к власти. Он чужак, его мышление и действия чужды армянам”. Спикер парламента заявил, что считает Кочаряна “убийцей, у которого руки в крови, и грабителем”.

  • Köçəryan Paşinyan və Simonyanı məhkəməyə verib

    Ermənistanın keçmiş prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyan və parlamentin sədri Alen Samonyanı məhkəməyə verib.

    “Report” “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məhkəmə informasiyası saytında məlumat verilib.

    R.Köçəryan tələb edir ki, N.Paşinyan 2025-ci il iyunun 5-dən sosial şəbəkədəki paylaşımında onun rüşvətxor olması və bununla bağlı artıq məhkəmə qərarının verildiyi barədə məlumatı təkzib etsin.

    Köçəryan, həmçinin qeyri-maddi ziyana görə Paşinyanın 6 milyon dram (15 min ABŞ dolları) ödəməsini tələb edir.

    Parlamentin sədri Alen Simonyana gəlincə, Köçəryan ondan qanunverici orqanın rəhbərinin ikinci prezidentin şərəf və ləyaqətini ləkələdiyi brifinqə görə açıq şəkildə üzr istəməyi tələb edir. Eks-prezident həmçinin spikerdən böhtan xarakterli bəyanatlara görə ictimaiyyət qarşısında üzr istəməsini tələb edir. Köçəryan Simonyanın böhtana görə 6 milyon dram (15 min ABŞ dolları), təhqir və mənəvi ziyana görə isə 3 milyon dram (7,5 min ABŞ dolları) ödəməsini tələb edir.

    Xatırladaq ki, Simonyan brifinq zamanı vətəndaşların bu yad adamın, bu qatilin, öz dəstəsi ilə Ermənistana pul qazanmağa gələn bu korrupsionerin hakimiyyətə qayıtmamasına səs verdiyini bəyan edib. “O, yad adamdır, onun düşüncəsi, hərəkətləri ermənilərə yaddır. Köçəryan əli qanlı qatil və quldurdur”, – parlamentin sədri söyləyib.

  • Израиль: Воздушная дорога к Тегерану фактически открыта

    В Израиле заявили, что воздушная дорога к Тегерану фактически открыта.

    Как передает Report, об этом сообщает Sky News со ссылкой на военного представителя Израиля.

    “Воздушный путь в Тегеран фактически открыт”, – подчеркнул источник.

    По его словам, два ядерных объекта в Иране (в Исфахане и Натанзе) получили значительные повреждения во время авиаударов и на восстановление этих объектов уйдут недели.

    Он также добавил, что Израиль поразил более 150 целей на территории Ирана.

  • İsrail: Tehrana doğru hava yolu faktiki olaraq açıqdır

    İsrail Tehrana doğru hava yolunun faktiki olaraq açıq olduğunu bəyan edib.

    Bu barədə İsrail hərbi nümayəndəsinə istinadən “Sky News” məlumat yayıb.

    “Tehrana doğru hava yolu faktiki olaraq açıqdır”, – mənbə vurğulayıb.

    Onun sözlərinə görə, hava hücumları zamanı İranda iki nüvə obyekti (İsfahan və Natanzda) xeyli zədələnib və bu obyektlərin bərpası həftələr çəkəcək.

    O, həmçinin əlavə edib ki, İsrail İranda 150-dən çox hədəfi vurub.
    //report

  • Азербайджан обеспокоен ситуацией вокруг ядерных объектов Ирана

    Азербайджан обеспокоен ситуацией вокруг ядерных объектов Ирана на фоне израильских атак.

    Как сообщили в МИД Азербайджана, об этом заявил министр иностранных дел Джейхун Байрамов в ходе телефонного разговора иранским коллегой Аббасом Арагчи.

    Министр Байрамов отметил обеспокоенность Азербайджана обострением ситуации в регионе. Он выразил соболезнования Ирану в связи с гибелью начальника Генерального штаба, ряда официальных лиц и граждан.

    Байрамов также отметил, что ситуация вокруг ядерных объектов вызывает беспокойство и подчеркнул важность решения существующих проблем в рамках норм и принципов международного права, путем диалога и дипломатическими методами.

    “Принимая во внимание опасность распространения конфликта на широкий регион, вновь была отмечена важность восстановления дипломатических усилий”, – говорится в заявлении МИД.