
Xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs barədə axtarış elan olunub.

Xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs barədə axtarış elan olunub.
Bakı şəhər Təhsil İdarəsi 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb.
“Wikipedia” ensiklopediyasını idarə edən qeyri-kommersiya təşkilatı “Wikimedia Foundation” süni intellektin iştirakı ilə başlatdığı məqalə xülasələrinin yaradılması eksperimentini cəmi iki gün ərzində – 2 iyunda başladıb, 4 iyunda isə dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “404 Media” nəşri məlumat yayıb.
Məqsəd – AI tərəfindən yaradılmış qısa xülasələr vasitəsilə mürəkkəb məqalələri daha geniş auditoriyaya çatdırmaq və fərqli hazırlıq səviyyəsində olan oxucular üçün materialları əlçatan etmək olub. Bu prosesdə “Cohere” şirkətinin “Aya” modeli istifadə olunub.
“Wikimedia Foundation” nümayəndəsi bildirib ki, əsas niyyət süni intellektin potensialından istifadə edərək məqalələrin öyrədici dəyərini artırmaq və eyni zamanda, insanlar tərəfindən aparılan məzmun nəzarətinin saxlanmasını təmin etmək olub. Lakin “Wikipedia” redaktorlarının etirazları səbəbindən eksperiment təxirə salınıb.
“Biz daim könüllülərdən müxtəlif fikirlər alırıq və bu rəy əsasında bəzən qərarlarımızı dəyişirik. Belə düşünülmüş geribildirimlər bizi daha yaxşı qərarlar almağa vadar edir və “Wikipedia”nı ümumbəşəri biliklərin platformasına çevirən əsas amillərdəndir”, deyə təşkilatın nümayəndəsi açıqlamasında vurğulayıb.
O həmçinin etiraf edib ki, ideya daha əvvəl – bir neçə ay əvvəl – “Wikipedia”nın texniki forumunda (Village Pump Technical) müzakirəyə çıxarılmalı idi. Bu çatışmazlıq eksperimentin icrası zamanı yaranan narazılıqların əsas səbəblərindən biri olub.
“Wikimedia” rəsmisi əlavə edib ki, internetdən istifadə formaları dəyişdiyinə görə, təşkilat gələcək nəsilləri maarifləndirmək üçün yeni və təhlükəsiz yollar axtarmağa davam edir, lakin bu yanaşmalar həm oxucuların, həm də icmanın maraqlarına uyğun olmalıdır.
Qarpız mövsümünün hələ başlamamasına baxmayaraq, bazarlarda satışı artmaqda davam edir.
Ancaq vaxtından əvvəl yetişdirilən və düzgün şəraitdə saxlanılmayan qarpızlar sağlamlıq üçün ciddi risklər yaradır.
Mətbuatda da qarpızda zəhərlənən şəxslərin olduğu barədə xəbərlər yayılıb.
Qaynarinfo xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Kliniki Tibbi Mərkəzin mətbuat xidməti ilə əlaqə saxlayıb.
Qurumdan verilən məlumata görə, bu il may-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qarpızdan zəhərlənmə diaqnozu ilə 8 nəfər müraciət edib.
“Hər birinə ilkin tibbi yardım göstərilib, ölüm halı qeydə alınmayıb”, – Mərkəzdən verilən məlumatda belə deyilir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) kiberspesialistləri kiberaktivistlərin dəstəyi ilə uğurlu əməliyyat həyata keçirərək Sibirin ən iri internet-provayderlərindən biri olan “Orion Telekom”un fəaliyyətini iflic ediblər.
UNİAN-a danışan xüsusi xidmət orqanlarındakı mənbənin sözlərinə görə, bu provayderin şəbəkələrindən Rusiya güc strukturları Ukraynaya qarşı təcavüz əməliyyatları üçün fəal istifadə edir. “Orion Telekom”un yeganə provayder olduğu və uran hasilatı ilə məşğul olan qapalı bir şəhər rabitəsiz qalıb.
Mənbənin bildirdiyinə görə, elə səhər saatlarından etibarən Krasnoyarsk, İrkutsk, Bratsk və Abakan şəhərlərinin yerli sosial şəbəkə səhifələrində internet və televiziya xidmətlərinin kəsilməsi ilə bağlı narazılıqlar yayılıb. Yerli teleqram qruplarında internet-provayderə guya ukraynalı hakerlər tərəfindən göndərilmiş məktub dolaşır.
“Bayramınız mübarək, hörmətsiz ruslar, tezliklə daş dövründə yaşayacaqsınız və biz sizə kömək edəcəyik. Ukraynaya eşq olsun!” – deyə “BO Team” haker qrupunun adından imzalanmış məktubda qeyd olunub.
Şirkət də texniki nasazlıqların DDoS hücumu ilə əlaqəli olduğunu təsdiqləyib. İnternetin günün sonunadək bərpa olunacağı vəd edilib.
Kəşfiyyat mənbələrindən əldə olunan məlumata əsasən, kibertəhlükəsizlik əməliyyatı nəticəsində 370 server və təxminən 500 şəbəkə kommutatoru sıradan çıxarılıb, həmçinin ehtiyat nüsxələr (backup) silinib. Bu isə provayderin işini tez bir zamanda bərpa etməsinə imkan verməyəcək.
Eyni zamanda “Rusiya Dəmir Yolları” da kibermüdaxilədən şikayətlənib.
“Vebsaytımız və mobil tətbiqimiz DDoS hücumuna məruz qalıb. Gün ərzində fasilələr ola bilər. Mütəxəssislərimiz saytı və tətbiqi bərpa etmək üçün çalışırlar”, deyə bu dövlət şirkətinin Teleqram kanalında qeyd olunub.
//qaynar.az
Bakıda avtomobillər üçün dövlət nömrə nişanı almaq adı ilə külli miqdarda dələduzluq edən Novruz Əskərovun cinayət işinin məhkəmə araşdırması başlayıb.
Oxu.Az-ın məlumatina görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması elan olunduqdan sonra prokuror Rauf Malışov təqsirləndirilənin 9 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Təqsirləndirilənin yaxınları zərərçəkənə dəymiş zərəri ödəmək üçün məhkəmədən vaxt istəyiblər.
Növbəti proses iyulun-3-nə təyin olunub.
Qeyd edək ki, Novruz Əskərov Bakı sakini, iş adamı Fərid İmanovun etibarından sui-istifadə edərək, avtomobil dövlət nömrə nişanlarını alıb baha satmaq adı ilə onu aldadıb. Bu məqsədlə o, iş adamından dəyəri 23 000 AZN olan avtomobil nömrə nişanı ilə birlikdə ümumilikdə 106 600 AZN alıb.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.
Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən “Şəki” kafesi satışa çıxarılıb.
İqtisadiyyat.az xəbər verir ki, iaşə müəssisəsi 2 milyon 950 min manata təklif olunur.
Ümumi sahəsi 0,6 ha əraziyə malik xüsusi mülkiyyətdə olan torpaq sahəsinin daxilindəki kafenin sahəsi 300 kv.m-dir.
Kafenin 1 VİP, 4 adi kabineti və geniş zalı mövcuddur. İaşə müəssisəsinin parkinqi də vardır.
Şəki rayonu Babaratma kənd tibbi məntəqəsinin müdiri işləmiş D.Kərimova dələduzluq əməli törədib.
O, vətəndaşlardan birini Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Dövlət Universitetinə işə düzəldəcəyini vəd edib. Bunun müqabilində isə həmin şəxsdən 3500 manat pul alıb.
Sonradan onun yalan danışdığı üzə çıxıb. Qarşı tərəf polisə müraciət edib. D.Kərimova saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işinin məhkəmə istintaqı Bərdə Rayon Məhkəməsində aparılıb.
Məhkəmə prosesi zamanı məlum olub ki, D.Kərimova zərərçəkənlə ortaq tanışları vasitəsi ilə tanış olub. Müəllimlərin İşə Qəbulu üzrə müsabiqədən kəsilən zərərçəkmiş Qarabağ Dövlət Universitetində işə düzəlmək istəyib.
Tanışı bu işdə ona yardım edə biləcəyini deyib. Məlum olub ki, bu məsələni D.Kərimova həll edəcək.
Məhkəmə prosesi zamanı D.Kərimova verilmiş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin aydın olub ki, dəymiş ziyan ödənilib. Məhkəmənin hökmü ilə D.Kərimova 1500 manat cərimələnib.//qaynar.az
Bakıda və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata əsasən, havanın temperaturu gecə 20-22° isti, gündüz 26-30° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Bakı Metropolitenində azyaşlı uşağa qeyri-etik hərəkətlər etməkdə təqsirləndirilən şəxs həbs edilib.
1991-ci il O.M. 7 iyun 2025-ci il tarixdə, saat 18:48 radələrində metronun 28 may stansiyasında qatarda və platformada azyaşlı uşağa qarşı qeyri-əxlaqi hərəkətlər edərək narahat etdiyinə və sərxoş halda polisin qanuni tələbinə tabe olmadığına görə saxlanılıb.
O.M.-nın qeyri-əxlaqi hərəkətlərinə görə C.V. adlı azyaşlı uşaq metropoliten işçisindən kömək istəyib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Təqsirləndirilən şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
O.M. məhkəmədə içkili olduğu üçün metroda törətdiyi cinayətdən xəbəri olmadığını deyib: “İçkili olduğum üçün hadisə yadımda qalmayıb. Arada içirəm. Bir səhvdir etmişəm”.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib.
//qaynar.az