Month: June 2025

  • Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi – 202 minlik iddia

    Bakıda 30 yaşlı rejissor Kamran Hüseynov (soyad şərtidir) 60 yaşlı sürücünü döydüyü üçün həbs olunub.

    Qaynarinfonun məlumatına görə, 1995-ci il təvəllüdlü Kamran Hüseynov barəsində Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb və məhkəmə icraatına verilib.

    İstintaqla müəyyən olunub ki, hadisə Nərimanov rayonu, M.F.Axundzadə 41/47 ünvanında baş verib. Kamran Hüseynov bir qadının azyaşlı övladı ilə yolu keçdiyini, bu zaman “Mitsubishi Pajero” markalı avtomobilin onlara yaxınlaşdığını, sürücünün isə telefondan istifadə etdiyini görüb. Qadın sürücüyə irad bildirərək ərazidən uzaqlaşıb.

    Hadisədən sonra Kamran avtomobilə yaxınlaşaraq sürücüyə “Korsan, uşağın gəldiyini görmürsən? Sürə bilmirsənsə, sürmə” deyə irad bildirib. 1965-ci il təvəllüdlü sürücü Elxan isə “Gələnlərin hamısını görürəm, buna görə avtomobili saxladım. Oğlum yaşındasan, niyə mənimlə belə danışırsan?” cavabını verib. Bu sözlərdən sonra Kamran əsəbləşərək Elxanı sifət nahiyəsindən vurub və onun burnunu sındırıb.

    Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə çıxış edərək maddi ziyana görə 2.630 manat, mənəvi ziyana görə isə 200.000 manat, ümumilikdə 202.630 manat təzminat tələb edib.

    Məhkəmənin hökmü ilə Kamran Hüseynova 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

    Qeyd edək ki, Kamran Hüseynov əvvəllər fəaliyyətini dayandırmış “Lider TV” və digər televiziya kanallarında rejissor kimi çalışıb.

  • Alim Qasımov rep deməsinə görə onu tənqid edənlərə belə cavab verdi (VİDEO)

    Xalq artisti Alim Qasımov dəvət aldığı toy məclisində rep deməsi böyük rezonans doğurub. Alim Qasımovu bu ifasına görə tənqid ediblər.

    Xalq artisti Alim Qasımov Qaynarinfoya açıqlamasında bu çıxışın zarafat olduğunu deyib:

    “Səhnəyə çıxanda kefimə düşdü, zarafat etdim. Bu zarafatı da camaat min yerə yozur, Allah işlərini avand eləsin. Amma hamı bilsin ki, bu, gülməli və söyüşlü bir çıxış deyil. Mənim ifalarım, sənətim qalıb bir yanda, zarafatyana bir rep demişəm, hamı düşüb onun ardınca. Özləri bilər, nə istəyirlər desinlər. Alqışlayanlara salam deyirəm, bu zarafatdır. Öz dostlarımla etdiyim zarafatı səhnədə etdim. Mən nə bilim çəkəcəklər? Bu öz dostumuzun toyudur. Zarafat etdim, ardınca da muğam oxudum. Onu yayanda bunu da yayın da. Bundan sonra daha çox zarafatlar hazırlayacağam”.

    “Dünya şöhrətli xanəndə niyə repə baş qoşur, axı bu Alim Qasımov sənəti deyil” deyənlərə Alim Qasımov belə cavab verib:

    “Çünki selə düşmüşük. Sel bizim ayağımızı yerdən üzüb aparır. Bir də baxırıq ki, su üzərindəyik və gedirik. Palaza bürün, elnən sürün. Mən də sürünməyə hazırlaşıram”.

  • Günəşin cənub qütbü ilk dəfə görüntüləndi

    Alimlər bəşər tarixində ilk dəfə olaraq Günəşin əvvəllər müşahidə üçün əlçatmaz olan cənub qütbünü görüblər – unikal təsvirlər “Solar Orbiter” kosmik zondu tərəfindən əldə edilib.

    Avropa Kosmik Agentliyinin (ESA) NASA-nın iştirakı ilə hazırladığı cihaz Günəş ekvatorundan 15° aşağı enib və bu, ulduzun cənub qütb bölgəsini qeydə almağa imkan verib.

    Yeni görüntülər bəzi yerlərdə temperaturu bir milyon dərəcəyə çatan parlaq atmosferi göstərir. O daha tünd qaz buludları ilə kəsişir, soyuq olsa da, hələ də yüz min dərəcə istiliyə malikdir.

    “Bu gün bəşər tarixində ilk dəfə olaraq Günəşin cənub qütbünün şəkillərini yayımlayırıq. Ən yaxın ulduzumuz, həyat verən və mövcud kosmos və yer enerjisi sistemlərinin potensial pozucusu olaraq, onun necə işlədiyini anlamaq və onun davranışını təxmin etməyi öyrənmək çox vacibdir.

    “Solar Orbiter” missiyamızdakı bu yeni, bənzərsiz görüntülər Günəşin öyrənilməsinin yeni dövrünün başlanğıcıdır”, – ESA-nın elmi direktoru Kerol Mandell deyib.

    ESA qeyd edib ki, ulduzun qütblərinin maqnit strukturunda dəyişikliklərin müşahidəsi Günəş dövrünün, o cümlədən Yerdəki elektrik şəbəkələrinə və peyk rabitəsinə təsir edə biləcək alovlar və maqnit qasırğalarını proqnozlaşdırmaq üçün açardır.

    1,3 milyard dollarlıq “Solar Orbiter” missiyası 2020-ci ildə buraxılıb.
    //report

  • Bir kiloqramı 450 manata yerli çay – VİDEO

    Lənkəran rayonunun mərkəzi bazarında bir kiloqramı 400-450 manata çay satılır.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu bazarda yerli istehsal olan çayların satışına geniş yer ayrılıb, müxtəlif keyfiyyətdə və çeşiddə çaylar müştərilərə təklif olunur. Qiymətlər isə fərqlidir.

    Satıcılar deyirlər ki, kiloqramı 15, 20, 25 manat civarında olan çaylara tələbat isə daha yüksəkdir. Bahalı çaylar isə daha çox hədiyyə məqsədilə alınır.

    Qeyd edək ki, Lənkəran Azərbaycanın çayçılıq ənənələrinin qorunduğu əsas rayonlardan biridir və burada istehsal olunan çaylar həm yerli, həm də xarici bazarda satışa çıxarılır.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

  • Azərbaycana 8 milyondan çox həşərat gətirildi: Əsas səbəb nədir?

    Azərbaycana bu il 8 milyon 509 mindən çox həşərat gətirilib. İdxalın 95 %-i Rusiyanın payına düşüb. Mərakeşdən və Belçikadan da az həşərat gətirilməyib.

    Maraqlıdır, 8 milyon həşərat ölkəyə hansı məqsədlə gətirilib?

    Mütəxəssislər bu həşəratların qida məqsədilə gətirildiyini istisna etmirlər.

    Belə ki, Qərbi Afrika ölkələri, Çin, Yaponiya kimi Şərqi Asiya ölkələrinin mətbəxində də həşəratlardan təam kimi istifadə olunur. O ki qaldı 8 milyondan çox həşəratı Azərbaycana kim və hansı məqsədlə gətirib, bu barədə Gömrük Komitəsindən bildirilib ki, məsələ kommersiya sirri olduğu üçün heç bir məlumat verilə bilməz.

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə Baku TV-nin suallarını belə cavablandırıb:

    “Bu faydalı həşərat və orqanizmlər elmi-tədqiqat, kənd təsərrüfatı və təbii ekosistemlərdə zərərvericilərə qarşı mübarizə aparmaq və ətraf mühitin sağlamlığının qorunması məqsədilə istifadə olunur. Bioloji mübarizə məqsədilə istifadə edilən bu həşəratların üstünlükləri ondan ibarətdir ki, kimyəvi mübarizədən fərqli olaraq bitkilərə qalıcı təsir göstərmir, ekoloji zərər vermir, torpağın münbitliyi qorunduğu üçün növbəti illərdə məhsuldarlıq artır. Bundan əlavə, ixrac üçün yetişdirilən məhsullarda pestisid qalığı riski sıfıra yaxın olur”.

    Ətraflı süjetdə:

  • Azərbaycanda daha 12 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

    İyulun 29-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı 5-ci dəfə 50 % endirimlə təkrar hərrac keçirəcək.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 45 min manat olan 12 nəqliyyat vasitəsi çıxarılacaq.

    Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

    Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

  • МИД Азербайджана ознакомил иностранных дипломатов с внешнеполитическими приоритетами страны

    Министерство иностранных дел проинформировало иностранных дипломатов из 27 стран о внешнеполитических приоритетах Азербайджана.

    Об этом пресс-секретарь МИД страны Айхан Гаджизаде написал в соцсети “X”.

    “Рад предоставить информацию о внешнеполитических приоритетах Азербайджана иностранным дипломатам из 27 стран в рамках Программы усовершенствованной дипломатической службы, совместно организованной Азербайджанским агентством международного развития и Университетом ADA”, – отметил он.

  • Azərbaycan XİN xarici diplomatları ölkənin xarici siyasət prioritetləri haqqında məlumatlandırıb

    Azərbaycan Xarici İşlər Nazirliyi 27 ölkədən olan xarici diplomatları Azərbaycanın xarici siyasət prioritetləri haqqında məlumatlandırıb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X”də yazıb.

    “Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi və ADA Universiteti tərəfindən birgə təşkil olunan Təkmilləşdirilmiş Xarici Xidmət Proqramı çərçivəsində 27 ölkədən olan xarici diplomatlara Azərbaycanın xarici siyasət prioritetləri haqqında məlumat verməkdən məmnunam”,-deyə o qeyd edib.

  • Названо количество умерших от онкологических заболеваний в Азербайджане в прошлом году

    В прошлом году количество умерших от онкологических заболеваний в Азербайджане составило 9 681 человек.

    Об этом в ответ на запрос Report сообщили в Государственном комитете статистики.

    5 546 из них – мужчины, 4 135 – женщины.

    По данным ведомства, в 2024 году у 15,164 тыс. человек впервые обнаружено онкологическое заболевание: 7,113 тыс. – мужчины, 8,051 тыс. – женщины.

  • Ötən il Azərbaycanda xərçəngdən ölənlərin sayı açıqlanıb – RƏSMİ

    Ötən il ölkə üzrə yenitörəmələrdən (xərçəng şişlərindən) ölənlərin sayı 9 min 681 nəfər olub.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

    Bildirilib ki, onların 5 min 546 nəfərini kişilər, 4 min 135 nəfərini qadınlar təşkil edib.

    2024-cü ildə 15 min 164 nəfərdə isə ilk dəfə xərçəng xəstəliyi aşkarlanıb. Onlardan 7 min 113 nəfəri kişi, 8 min 51-i isə qadındır.

    Bununla yanaşı xəstəlik aşkarlananlardan 139-u 13 yaşadək, 70-i 14-17 yaş, 323 nəfəri 18-29 yaş, 398 nəfəri 30-34, 608-i 35-39, 6 min 463-ü 40-59, 7 min 163 nəfəri isə 60 və yuxarı yaşda insanlardır.

    Beləki, ötən il 267 nəfərdə ağız boşluğunun və udlağın, 25 nəfərdə dodaqların, 528 nəfərdə qida borusunun, 1 437 nəfərdə mədənin, 854 nəfərdə düz bağırsağın, onunla siqmavari bağırsaq birləşməsinin, anusun, 249 nəfərdə qırtlağın, 1 525 nəfərdə traxeya, bronx, ağciyərin, 2 min 674 nəfərdə süd vəzisinin, 50 nəfərdə isə dərinin melanomasının xərçəngi aşkarlanıb.