Month: June 2025

  • Azərbaycan özünü aqrar məhsullarla tam təmin edə bilərmi?

    Kənd təsərrüfatı hər bir ölkənin iqtisadi inkişafının, sosial sabitliyinin və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

    Bu sahə xüsusilə inkişaf etməkdə olan ölkələr üçün strateji əhəmiyyət daşıyır.

    Azərbaycanda da aqrar sektor regionların inkişafı, əhalinin məşğulluğunun artırılması, daxili bazarda qiymətlərin sabitləşdirilməsi baxımından vacibdir. Ölkənin əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim zonaları və münbit torpaq resursları kənd təsərrüfatı məhsullarının geniş spektrdə istehsal olunmasına imkan yaradır.

    Bəs Azərbaycan özünü aqrar məhsullarla tam təmin edə bilərmi? “Report” bu suala cavab tapmağa çalışıb.

    Aqrar sahə üzrə ekspert Xaliq Məmmədov hesab edir ki, Azərbaycanın bütün kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin etməsi real deyil: “Hər bir məhsul üzrə vəziyyət fərqlidir və çoxsaylı amillərlə – iqlim dəyişiklikləri, əkin texnologiyaları, torpaq eroziyası, bazar tələbləri, insan resurslarının səmərəliliyi və texniki təminatla əlaqədardır”.

    Məsələn, onun sözlərinə görə, 2023-cü ildə ət və ət məhsulları ilə özünütəminetmə göstəriciləri mal əti üzrə 85,4 %, qoyun və keçi əti üzrə 94,9 %, quş əti üzrə isə 81,7 % olub, bununla belə, Azərbaycan burada 100 %-lik göstəriciyə nail ola bilər.

    “Eyni sözü arıçılıq məhsulları, o cümlədən bal haqqında da demək olar. Adambaşına düşən orta istehlak normativləri nəzərə alındıqda, Azərbaycanda bu sahə üzrə 100 %-lik təminat potensialı mövcuddur. İntensiv texnologiyalar əsasında istehsal olunan quşçuluq məhsulları üzrə təminat saəviyyəsi isə 100 %-i keçib. Məsələn, yumurtaya gündəlik tələbat təqribən 4 milyon ədəd təşkil etsə də, faktiki istehsal 6 milyon ədəddir. Bu isə ixrac potensialı yaradıb. Hazırda Azərbaycan ABŞ və Rusiya kimi ölkələrə yumurta satır”, – deyə o qeyd edib.

    Eskpertin sözlərinə görə, meyvə-tərəvəz və göyərti məhsulları üzrə də Azərbaycan yüksək istehsal potensialına malikdir: “Mövsümi dəyişkənliklərə baxmayaraq, bu sahədə daxili tələbat əsasən yerli istehsal hesabına ödənilir, hətta bəzi məhsullar – kələm, kök, pomidor və s. üzrə ixrac yönümlü fəaliyyət həyata keçirilir. Amma bəzi sahələrdə – xüsusilə kartof və paxlalı bitkilər üzrə – tam özünütəminetmə səviyyəsinə çatmaq hələ də mümkün olmayıb. Kartof istehsalı sahəsində ölkə müəyyən mövsümlərdə daxili bazarı tam şəkildə təmin etsə də, illik kəsimdə idxal tələbi qalır. Xüsusilə gec məhsuldarlıq dövründə qonşu ölkələrdən idxal ehtiyacı yaranır. Dənli və paxlalı bitkilər üzrə problem müşahidə olunur. 2023-cü ilin statistik məlumatlarına əsasən, Azərbaycanın bu məhsullarla özünütəminetmə səviyyəsi 62,8 % təşkil edib. Bu sahədə inkişaf yalnız elmi əsaslara söykənən, genişmiqyaslı dövlət proqramları həyata keçirməklə mümkündür. Toxumçuluğun inkişaf etdirilməsi, müasir əkin texnologiyalarının tətbiqi, gübrələmə və dərmanlama sistemlərinin optimallaşdırılması məhsuldarlığın yüksəldilməsinə xidmət edəcək əsas vasitələrdir”.

    Nəticə etibarilə, Azərbaycanın kənd təsərrüfatı sektorunda bəzi məhsul qrupları üzrə – məsələn, yumurta, ət məhsulları, bəzi meyvə-tərəvəz və arıçılıq məhsulları üzrə – 100 % və daha artıq səviyyədə təminetmə mümkündür və bu sahələrdə ixrac potensialı da mövcuddur. Bununla yanaşı, kartof və paxlalılar kimi məhsul növlərində isə strateji planlaşdırma və davamlı dövlət dəstəyi tələb olunur. Əgər texnoloji modernləşmə, elmi yanaşma və kənd təsərrüfatı kooperasiyalarının gücləndirilməsi həyata keçirilərsə, yaxın perspektivdə bu sahələrdə də 100 % təminat səviyyəsinə nail olunması mümkündür.

  • Завтра в четырех селах Бабека не будет света

    Завтра в четырех селах Бабекского района НАР не будет электричества.

    Об этом сообщает местное бюро Report.

    В связи с текущими ремонтными работами 13 июня с 10:00 до 12:00 перебои в подаче электроэнергии произойдут в селах Керимбейли, Гадживар, Бадашган и Ярымджа.

  • Sabah Babəkin dörd kəndində işıq olmayacaq

    Babək rayonunun kəndlərində elektrik enerjisinin verilişində sabah qısamüddət fasilə olacaq.

    İyunun 13-də 35/10 kV-luq Kərimbəyli yarımstansiyasından qidalanan 10 kV-luq “Kərimbəyli” hava elektrik verilişi xətti cari təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

    Bununla əlaqədar Kərimbəyli, Hacıvar, Badaşqan və Yarımca kəndlərində elektrik enerjisinin verilişində iyunun 13-də saat 10:00-dan 12:00-dək müvəqqəti fasilə yaranacaq.

  • Сильный пожар охватил 10 судов на юге Ирана

    На юге Ирана в провинции Хормозган произошел крупный пожар, охвативший десять коммерческих судов.

    Об этом сообщает информационное агентство Mehr.

    Отмечается, что для тушения пожара были задействованы все логистические ресурсы провинции.

    Причина пожара неизвестна, ведется расследование.

  • İranda 10 gəmini əhatə edən güclü yanğın olub

    İranın cənubunda Hörmüzgan əyalətində 10 ticarət gəmisini əhatə edən iri yanğın baş verib.

    Bu barədə “Mehr” informasiya agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, əyalətin bütün logistika resursları yanğının söndürülməsinə cəlb edilib.

    Yanğının səbəbi məlum deyil, araşdırma aparılır.

  • Жительница Хырдалана: Дом, который мы обустраивали 35 лет, сгорел за мгновение

    В Хырдалане в результате пожара полностью сгорел жилой дом, который семья обустраивала в течении 35 лет.

    Об этом в беседе с корреспондентом Report заявила владелица дома Замина Аббасова.

    Она рассказала, что дом сгорел за мгновение.

    “Моя дочь была дома одна. По ее словам, все вспыхнуло внезапно. Когда мы прибыли, огонь уже охватил крышу. Сделать ничего не успели. Сгорело все, что мы годами создавали”, — сказала она.

    По ее словам, пожар уничтожил строение и все имущество внутри него.

  • Xırdalan sakini: 35 ilə tikib-qurduğumuz ev bir anda külə döndü

    Xırdalan sakini 35 il ərzində əziyyətlə tikib ərsəyə gətirdikləri evlərinin bir anda yanıb külə döndüyünü bildirib.

    Bu barədə “Report”un yerli bürosunun əməkdaşı ilə söhbətdə iyunun 12-də Xırdalanda baş verən yanğın zamanı evi yanan sakin Zəminə Abassova deyib.

    Onun sözlərinə görə, yanğın baş verən zaman evdə qızından başqa heç kim olmayıb:

    “Yanğın vaxtı içəridə tək olan qızım deyir ki, ev qəfildən yanmağa başlayıb. Biz gələndə artıq evlərin yuxarı hissəsi alışmışdı. Heç nə edə bilmədik.

    35 il ərzində əziyyətlə tikib-qurduğumuz ev bir anda yanıb kül oldu. Evdəki əşyaların da hamısı yanıb. O ev üçün çəkilən bütün zəhmətim hədər getdi”.

    Xatırladaq ki, bu gün Xırdalanda fərdi yaşayış evində güclü yanğın baş verib.

  • В Ханкенди и Ходжалы прошли обследование около 200 граждан

    Министерство здравоохранения Азербайджана в рамках программы “Великое возвращение” продолжает цикл мероприятий на освобожденных от оккупации территориях с целью проведения комплексного медицинского обследования местного населения.

    Как сообщили Report в министерстве, очередное подобное мероприятие состоялось 11-12 июня.

    В ходе акции медперсонал Научно-исследовательского института медицинской реабилитации Министерства здравоохранения оказал медицинские услуги населению города Ханкенди и Ходжалинского района.

    Артрологи, неврологи, гастроэнтерологи, дерматовенерологи, физиотерапевты-реабилитологи и медсестры в специально оборудованной мобильной клинике института обследовали около 200 граждан.

    По результатам обследований лицам, у которых выявлены проблемы со здоровьем, даны медицинские консультации и назначено соответствующее лечение.

  • Xankəndi və Xocalıda 200-ə yaxın vətəndaş müayinələrdən keçirilib

    Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.

    Bu barədə nazrilikdən məlumat verilib.

    Bildirilib ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir iyunun 11-12-si baş tutub. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti, o cümlədən artroloq, nevroloq, qastroenteroloq, dermatoveneroloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən Xankəndi şəhəri və Xocalı rayonunda əhali üçün səyyar müayinələr keçirilib.

    İkigünlük aksiya çərçivəsində Elmi-Tədqiqat İnstitutunun mütəxəssis briqadası tibbi reabilitasiyanın müxtəlif istiqamətləri – nevroloji, artroloji, qastroenteroloji və fizioterapevtik müayinələri keçirib. Eyni zamanda, nevroloqlar tərəfindən EMQ (Elektromioqrafiya) və EEQ (Elektroensefaloqrafiya) müayinələri aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

    Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq, dəri-zöhrəvi, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 3-16, 16-65 yaş əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb.

    Aksiya iştirakçılarına İnstitutun fizioterapevt və reabilitoloqlar tərəfindən profilaktik tövsiyələr verilib. Bildirilib ki, fizioterapiya zamanı yaş, əsas və yanaşı gedən xəstəliklər və həyat fəaliyyəti nəzərə alınmalıdır. Eyni zamanda, medikamentoz terapiya ilə yanaşı, fizioterapiyanın həm təbii, həm də süni fiziki faktorlarını fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə olunmasına köməklik etdiyi diqqətə çatdırılıb.

    Aksiya zamanı 200-ə yaxın vətəndaş müayinələrdən keçirilib.

  • “Kərimə” dövləti qurmaq istəyən və terror aktları planlaşdıran şəxslərə hökm oxunub

    “Kərimə” dövləti qurmaq istəyən və müəyyən şəxslərə qarşı terror aktları törətməyi planlaşdıran şəxslərə hökm oxunub.

    “Report”un məlumatına görə, məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilib.

    Məhkəmədə elan olunan hökmə əsasən, cinayət işi üzrə təqsirləndirilənlər – Faiq Zeynalov 17 il, Hüseyn Hüseynzadə 16 il, Etibar Məmmədzadə 16 il, İlham Şıxaliyev 17 il, İlkin Bağırov 16 il, Vüqar Mədətov 16 il, Elvin Cəfərov 15 il 6 ay, Elgün Ağayev 16 il, Yusif Mirzəyev 15 il 6 ay, Ruslan Əliyev 15 il 6 ay, Savalan Hüseynli 15 il 6 ay, Məhərrəməli Musayev 15 il 6 ay, Mir Vasid Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıblar.

    Onlara qarşı Cinayət Məcəlləsinin 170.3, 234.1-1, 274, 28,277 və 278.2-ci maddələri ilə ittiham irəli sürülüb.

    Təqsirləndirilən şəxslər, həmçinin sabiq təhsil naziri Misir Mərdanov və “Real TV”nin rəhbəri Mirşahin Ağayevə qarşı sui-qəsd planı hazırlayırmışlar. Adıçəkilən şəxslər cinayət işi üzrə zərərçəkən qismində tanınıblar.