Month: June 2025

  • İlham Əliyev Kir Starmerə başsağlığı verib

    Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə başsağlığı məktubu ünvanlayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Baş nazir,

    Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla, çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

    Bu ağır anlarda dərdinizi bölüşür, baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

  • İmişli rayonunun bir sıra ərazilərində qazın verilişində fasilələr yaranacaq

    İmişli rayonun bir hissəsində qazın verilişində fasilələr yaranacaq.

    Bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, “Otuzikilər” ölçü qovşağından qidalanan diametri PE 315 mm-lik “Otuzikilər-Məzrəli-Məcburi köçkünlər qəsəbəsi” və diametri PE 225 mm-lik “Aranlı kənd” orta təzyiqli yeraltı daşıyıcı qaz kəmərləri və üzrərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar, 13.06.2025-ci il saat 09:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun 21 kəndində – Yuxarı Qaralar, Otuzikilər, Murğuzallı, Muradallı, Mürsəlli, Xoşçobanlı, Qaraqaşlı, Ölcələr, Nurulu, Sultanmuradlı, Qaradonlu, Çahar, Gövhərli, Məzrəli, Çaxırlı, Xubyarlı, Qızılkənd, Aranlı, Hacırüstəmli, Hacalmuradlı, Kürmahmudlu kəndlərində, Biləsuvar rayonunun izibati ərazisində yerləşən 11 “Məcburi köçkünlər” qəsəbəsində (ümumi 10591 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

  • Xaricdə dövlət hesabına təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

    2025/2026-cı tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu davam edir.

    Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
     
    Proqrama son müraciət tarixi 15 iyun 2025-ci il tarixi olaraq müəyyən edilib.
     
    Dövlət Proqramına müraciət zamanı sənədlərini düzgün şəkildə təqdim edən namizədlər növbəti mərhələ olan müsahibə mərhələsinə dəvət olunacaq.

     
    Müvafiq Qaydaların tələblərinə uyğun olaraq, namizədlərə şəxsi kabinet üzərindən sənədlərin natamamlığı və ya uyğunsuzluğu barədə məlumat göndərildikdən sonra onlara daha 3 (üç) iş günü vaxt verilərək sənədlərini düzgün şəkildə təqdim etmələri üçün imkan yaradılacaq.
     
    Bildirilib ki, müsahibələrə 25 iyun 2025-ci il tarixindən etibarən start veriləcək. Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az-da yer alan şəxsi kabinetləri üzərindən məlumat veriləcək.
     
    Qeyd edək ki, 2025/2026-cı tədris ili üçün Dövlət Proqramı çərçivəsində yekun nəticələrin iyul ayının sonunda açıqlanması nəzərdə tutulur.

  • Usta işlədiyi binadan yıxılaraq öldü

    Ağdaş rayonunda usta işlədiyi binadan yıxılaraq ölüb.

    Hadisə rayon mərkəzində qeydə alınıb.
    Məlumata görə, 1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov rayon Mədəniyyət Evində aparılan təmir işləri zamanı hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılan yaralı orada həyatını itirib.
    Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
    Hadisənin baş vermə səbəbləri araşdırılır.

  • Bu şəxslərə 2200 manat veriləcək

    Vətən Müharibəsi Qəhrəmanlarına 2200 manat veriləcək.

    Bu Azərbaycan Prezidentinin bəzi fərmanlarında və Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
    Fərmana əsasən, Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə 2200 (iki min iki yüz) manat veriləcək.
    Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 (iki min) manat veriləcək.

  • Doğum və ölüm üçün müavinət – 600 manat oldu

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin fərmanı ilə sosial müavinətlər artırılıb.

     Fərmanda uşağın anadan olmasına görə və dəfn üçün müavinət 600 (altı yüz) manat müəyyən edilib.
    Beləliklə, sözügedən müavinət növünün məbləği 100 manat artırılıb. 
    Qeyd edək ki, uşağın anadan olmasına görə və dəfn üçün müavinət 500 manat idi.

  • Prezidentdən Şuşa ilə bağlı – Sərəncam

    Şuşanın “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” olması ilə bağlı tədbirlər planı hazırlanacaq.

    Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
    Sərəncamda qeyd edilib ki, 2023-cü il oktyabrın 5-də İranın Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilib.
    Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşaya xüsusi ehtiramın ifadəsidir və üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın daha da genişlənməsində özünəməxsus rol oynayacaqdır.
    Sərəncama əsasən, Azərbaycanın Nazirlər Kabineti Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, həmçinin bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

  • Təyyarənin üzərinə düşdüyü yataqxanadan 30 meyit TAPILDI – VİDEO

    Hindistanda qəzaya uğrayan təyyarənin göyərtəsində olan 242 nəfərin hamısı həlak olub. 

    Bu barədə “Ntws 18” telekanalı məlumat yayıb.
    Bundan əlavə, təyyarənin üzərinə düşdüyü yataqxana binasından 30 nəfərin meyiti aşkar edilib.
    Qeyd edək ki, Hindistanın Əhmədabad şəhərində sərnişin təyyarəsi yaşayış məntəqəsinə düşüb. Əhmədabaddan Londona uçan “Air İndia” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində 230 sərnişin və 12 ekipaj üzvü olub.

  • Paşinyan Ərdoğanla görüşmək üçün Ankaraya gedəcək

    Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Ankaraya gedəcək və orada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

    Bu barədə erməni KİV-i diplomatik mənbələrə istinadən məlumat yayıb.
    Qeyd olunub ki, Ərdoğan və Paşinyan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edəcəklər.

  • Hikmət Hacıyev: Azərbaycan İordaniya ilə iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır

    Azərbaycan İordaniya Krallığı ilə ticari-iqtisadi əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir.

    Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Jordan News Agency” nəşrinə bildirib.