Month: İyun 2025

  • Azərbaycan-Avstriya Qarışıq Komissiyasının yeni tərkibi təsdiq edilib

    Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirini Azərbaycan-Avstriya Qarışıq Komissiyasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini əvəz edib.

    Bundan başqa, mədəniyyət nazirinin müavini və Dövlət Turizm Agentliyi sədrinin müavini komissiyanın tərkibinə daxil edilib.

    “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti isə komissiyanın tərkibindən çıxarılıb.

  • Həbsdən çıxıb Ağsuya getdi, xalasının pensiyasını oğurladı

    Həbsdən yeni çıxmış şəxs Ağsuda qəribə oğurluq edib.

    Dəfələrlə oğurluq cinayətinə görə həbs edilən, Hövsan qəsəbə sakini Səbuhi Əliyev (soyad şərtidir) bir müddət əvvəl azadlığa çıxıb. Səbuhi qalmağa yeri olmadığı üçün Ağsu rayonuna – xalası Rayanın evinə gedərək onunla yaşamağa razılıq alıb.

    Bir neçə gün xalasının evində qalan Səbuhi Rayanın telefonundakı mobil tətbiq vasitəsilə xalasının pensiya kartındakı 164 manat pulu tanışının kartına, oradan isə öz kartına köçürüb.

    Hadisənin səhəri gün Səbuhi evdən çıxaraq Bakıya qayıdıb və paytaxtda yaşamağa başlayıb.

    Kreditini ödəmək istəyən Raya kartında pul olmadığını görüb polisə müraciət edib.

    Keçirilən əməliyyat nəticəsində pulun Səbuhi tərəfindən oğurlandığı müəyyən edilib və faktla bağlı cinayət işi başlanıb.

    Məhkəmənin qərarı ilə Səbuhi 2 il 6 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
    //oxu.az

  • Müdafiə Nazirliyindən əhaliyə çağırış: “Döyüş sursatları məhv ediləcək”

    Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, sözügedən döyüş sursatları iyunun 2-5-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • İlham Əliyev minifutbol üzrə dünya çempionu olan Azərbaycan millisini qəbul edib

    İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.

    Bununla bağlı Median.Az AZƏRTAC-a istinadən xəbər verir.

  • Sürücülərin NƏZƏRİNƏ – İçərişəhərlə bağlı yeni məhdudiyyət tətbiq edildi

    İçərişəhərin nadir tarixi simasını qorumaq, burada yaşayan sakinlər və ziyarətçilər üçün daha sakit, təhlükəsiz və piyadayönümlü bir mühit yaratmaq məqsədilə nəqliyyatın hərəkətinə dair bəzi yeniliklər tətbiqinə başlanılıb.

    Median.Az xəbər verir ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən “Trend”in sorğusuna cavab olaraq bildirilib ki, yeni tənzimləməyə əsasən, Qoruq ərazisində rahat hərəkətin təmin edilməsi məqsədilə nəqliyyat vasitələrinin eyni anda olma sayı 300 avtomobillə məhdudlaşdırılıb.

    “Ərazidə maşın sayı müəyyənləşdirilmiş limiti keçmədiyi halda qeyri rezindentlərin girişi aşağı tariflərə uyğun olaraq həyata keçirilir: ilk 15 dəqiqə üçün 3 AZN, bu müddətdən sonra növbəti hər saat üçün 5 AZN. Ödənişlər yalnız nağdsiz qaydada (“Azparking”, post terminal və s.) mümkündür”, – məlumatda bildirilib.

    Vurğulanıb ki, bu addımlar İçərişəhərin UNESCO Ümumdünya İrs Siyahısındakı statusuna uyğun olaraq tarixi və memarlıq irsini qorumağa, eyni zamanda müasir şəhər idarəçiliyinə uyğun piyadayönümlü məkan yaratmağa xidmət edir.

    “Zərurət olmadıqda şəxsi nəqliyyat vasitələri ilə Qoruq ərazisinə daxil olunmaması xahiş olunur. Anlayış və dəstəyiniz üçün təşəkkür edirik”, – məlumatda qeyd edilib.

  • Paşinyan erməni generalı işdən qovdu

    Ermənistanın daxil işlər nazirinin müavini, Ermənistan polisinin rəisi general-mayor Aram Ovanisyan vəzifəsindən azad edilib.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə qərarı ölkənin baş naziri Nikol Paşinyan imzalayıb.

    Onun Paşinyanın təzyiqi ilə istefa ərizəsi yazdığı qeyd edilib.

  • Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında aparılan genişmiqyaslı tikinti və bərpa işləri çərçivəsində ərazilərdə işğal dövründə inşa edilmiş qanunsuz tikililərin söküntüsü aparılır.

    Median.Az report-a istinadən xəbər verir ki, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda çıxışı zamanı bildirib ki, 30 ildən artıq işğal altında olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər tərəfindən xeyli sayda özbaşına tikinti işləri aparılıb.

    O qeyd edib ki, pərakəndə tikintilər şəhər və rayonların memarlıq üslubuna xeyli zərər gətirib:

    “Azərbaycanın memarlıq üslubuna aid olmayan bu tikililərin əksəriyyəti tikinti qaydalarına və normalarına görə çox keyfiyyətsiz inşa edilib. Bu səbəbdən də həmin tikililər sökülür”.

    E.Yusubov vurğulayıb ki, hazırda Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinin böyük şəhərciyi salınır:

    “Buna görə universitet ətrafında da böyük ərazidə söküntü işləri həyata keçirilir. Ərazidə tikinti normalarına cavab verən tikililər isə saxlanılır”.

    Prezidentin xüsusi nümayəndəsi çıxışında keçmiş məcburi köçkünlərlə bağlı görülən işlərə də toxunub:

    “Xocalı rayonunun Ballıca kəndində 200 ev bərpa olunub. Hazırda həmin kənddə bərpa işləri davam edir. Ağdərə rayonunun Talış, Suqovuşan və Həsənriz kəndlərində yenidənqurma işləri və həmin kəndlərə köç prosesi aparılıb. Bundan başqa Ağdərə rayonunun bir çox yaşayış məntəqələrində tikinti bərpa işləri həyata keçirilir. Şəhər, kənd və qəsəbələrə köç edən əhalinin məşğulluq məsələləri xüsusi diqqətdə saxlanılır. Bura özəl sektor tərəfindən 45 milyon manata yaxın investisiya qoyulub. Nəticədə burda xeyli iş yerləri yaradılıb”.

    Xüsusi nümayəndə əlavə edib ki, Xankəndi şəhərində emal müəssisələrinin yaradılması, Ağdərə və Xocalı rayonlarında kənd təsərrüfatının inkişaf etdirilməsi də nəzərdə tutulub.

  • Şərurun bir neçə kəndində qaz olmayacaq

    Şərur rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə olacaq.

    Median.Az report-a istinadən xəbər verir ki, yeni siyirtmə quraşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun Çərçiboğan, Arbatan, Çomaxtur və Xələc kəndlərində qaz təchizatı iyunun 2-də saat 14:00-dan müvəqqəti dayandırılacaq.

    Qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

  • İlham Əliyev “Schlumberger Overseas S.A” şirkətinin baş icraçı direktorunu qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də “Schlumberger Overseas S.A” (SLB) şirkətinin baş icraçı direktoru Olivye Le Peşi qəbul edib.

    Bununla bağlı Median.Az AZƏRTAC-a istinadən xəbər verir.

  • Neymar azarkeşlərdən üzr istəyib

    “Santos” klubunun hücumçusu Neymar Braziliya çempionatının 11-ci turunda “Botafoqo” ilə matçda (0:1) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmasından sonra azarkeşlərdən üzr istəyib.

    33 yaşlı futbolçu bu barədə öz sosial şəbəkə hesabında yazıb.

    “Qol vurmaq şövqü bizi bəzən səhvlər etməyə məcbur edir. Həm komanda yoldaşlarımdan, həm də azarkeşlərdən üzr istəyirəm. Səhv etdim, məni bağışlayın! Əminəm ki, meydandan qovulmasaydım, qalib gələcəkdik. İtirilmiş bu üç xalı mənim ayağıma yaza bilərsiniz”, – Neymar qeyd edib.

    Xatırladaq ki, hücumçu “Botafoqo”ya qarşı matçın son dəqiqələrində əli ilə qol vurduğuna görə ikinci sarı vərəqə alıb və meydandan qovulub. Oyunun son saniyələrində isə “Botafoqo” say üstünlüyündən istifadə edərək həlledici qola imza atıb.