Month: June 2025

  • Azərbaycanda 5 ayda vətəndaşlara geri qaytarılan ƏDV-nin məbləği açıqlanıb

    Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 78,319 milyon manatlıq hissəsi fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Bundan başqa, “ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçıların ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldığı yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam etdirilir. Ötən 5 ayda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan məbləği 12,848 milyon manat olub.

  • В Азербайджане выявлен факт предоставления платежных услуг без лицензии

    Центральный банк Азербайджана (ЦБА) выявил факт осуществления платежных услуг без соответствующей лицензии, получаемой в установленном законодательством порядке.

    Об этом сообщает Median.Az со ссылкой на ЦБА.

    Согласно информации, в рамках надзорных мероприятий, проводимых в соответствии с законом “О платежных услугах и платежных системах”, выявлено, что ОАО “Katech” предоставляло платежные услуги без лицензии. В этой связи в отношении компании приняты меры, предусмотренные статьей 51.3 закона “О Центральном банке” и статьей 62.10 закона “О платежных услугах и платежных системах”, в том числе организации направлено уведомление о немедленном прекращении предоставления платежных услуг.

  • Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub

    Azərbaycan Mərkəzi Bankı (AMB) qanunla müəyyən edilmiş qaydada lisenziya alınmadan ödəniş xidmətlərinin göstərilməsi faktı aşkar edib.

    Median.Az bu barədə AMB-yə istinadən xəbər verir.

    Məlumata görə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna uyğun olaraq həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Katech” QSC-nin lisenziya almadan ödəniş xidmətləri göstərdiyi üzə çıxıb. Müvafiq pozuntu halı ilə əlaqədar şirkət barədə “Mərkəzi Bank haqqında” qanununun 51.3-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 62.10-cu maddələrində nəzərdə tutulan tədbirlər görülüb, o cümlədən quruma ödəniş xidmətlərinin göstərilməsinin dərhal dayandırılması barədə bildiriş göndərilib.

  • Пассажирский самолет разбился в Индии

    Пассажирский самолет, по предварительным данным, разбился в жилом районе у аэропорта Ахмедабада в Индии.

    Об этом сообщает телеканал NDTV.

    Сообщается, что разбился самолет авиакомпании Air India. На борту находились 130 пассажиров.

    На видеозаписях с места происшествия видно, как от земли поднимается густой столб дыма.

    На место происшедствия прибыло не менее десятка машин скорой помощи, некоторые из них увезли раненых в больницу. Полиция перекрыла движение транспорта в этом районе.

    По данным телеканала News18, разбился самолет Boeing 787-8 Dreamliner, на борту которого находилось около 250 пассажиров. Предположительно, инцидент произошел, когда самолет вылетал в Лондон.

  • Hindistanda 250 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb

    Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı yaşayış məntəqəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.

    Bu barədə NDTV telekanalı məlumat yayıb.

    Məlumata görə, qəzaya uğrayan təyyarə “Air India” aviaşirkətinə məxsusdur.

    Hadisə yerindən çəkilmiş videogörüntülərdə yerdən qatı tüstünün qalxdığı görünür.

    Çoxlu sayda təcili yardım maşını hadisə yerinə gəlib. Polis həmin ərazidə nəqliyyatın hərəkətini tam məhdudlaşdırıb.

    “News18” telekanalının məlumatına görə, qəzaya uğrayan təyyarə göyərtəsində təxminən 250 sərnişinin olduğu “Boeing 787-8 Dreamliner” təyyarəsidir.

    Hadisənin təyyarə Londona uçarkən baş verdiyi ehtimal olunur.

  • В Азербайджане за сутки с банковских карт граждан похищено более 6 тыс. манатов

    За минувшие сутки с банковских карт граждан Азербайджана кибермошенники похитили более 6 тыс. манатов.

    Об этом заявили в Министерстве внутренних дел.

    Отмечается, что 11 июня с использованием различных киберметодов – в основном через звонки с неизвестных номеров, сообщения о выигрыше, а также поддельных веб-сайтов и страниц в социальных сетях – с банковских карт граждан были похищены средства в размере от 48 до 2 594 манатов и 89 евро. Общая сумма ущерба превысила 6 тыс. манатов.

    В МВД напомнили, что CVV/CVC-кодов, OTP-пароли, логины, пароли и PIN-коды являются конфиденциальными данными, которые нельзя передавать третьим лицам. В случае утечки этой информации злоумышленники могут причинить финансовый ущерб, в том числе через оформление кредита на имя владельца карты.

    В ведомстве призвали граждан быть особенно осторожными при получении подозрительных звонков или сообщений с предложениями о “выгодных сделках”, страховках, визовых услугах и подтверждении банковских операций, а при малейших сомнениях — немедленно блокировать контакт.

  • Ötən gün bank kartlarından 6 mindən çox pul vəsaiti oğurlanıb

    Ötən gün vətəndaşların bank kartlarından 6 mindən çox məbləğində pul vəsaitləri kiber üsulla oğurlanıb.

    Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, oğurlanan pul vəsaitlərinə 2594, 1500, 820, 400, 306, 300, 104, 60, 48 manat və 89 avro daxildir.

    Bildirilib ki, bu hallar, əsasən, naməlum nömrələrdən gələn zənglər, “sizin adınız, nömrəniz uduşa düşüb” kimi mesajlar, saxta saytlar və sosial platformalar vasitəsilə həyata keçirilir:

    “Zərərə məruz qalmamaq üçün bank kartının CVV kodu (kartın arxa hissəsindəki 3 rəqəm), OTP – mobil telefonunuza gələn təsdiq şifrəsi, PIN kodunu paylaşmayın, verməyin. Bu məlumatları istəyəni bank işçisi kimi tanımayın, cinayətkardır. Daxili İşlər Nazirliyi vətəndaşları bir daha diqqətli olmağa, şübhəli hallarla rastlaşdıqda dərhal polis orqanlarına və banklara müraciət etməyə çağırır”.

  • Bu ilin 5 ayında 21 mindən çox şəxsə pensiya təyin olunub

    2025-ci ilin yanvar-may ayları ərzində 21 mindən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

    Bildirilib ki, onların 55,87%-ni kişilər, 44,13%-ni isə qadınlar təşkil edib.

  • В Вене прошло 11-е заседание Азербайджано-Австрийской экономической комиссии

    В Вене прошло 11-е заседание Азербайджано-Австрийской совместной комиссии по экономическому, сельскохозяйственному, промышленному, техническому и технологическому сотрудничеству.

    Об этом сообщает Median.Az со ссылкой на публикацию посла Азербайджана в Австрии Ровшана Садигбейли в соцсети Х.

    Согласно информации, заседание состоялось накануне, 11 июня. В тот же день в Вене состоялся деловой круглый стол с участием представителей бизнеса двух стран.

    “Хорошая возможность подвести итоги развития двусторонних отношений и наметить путь вперед. Наше двустороннее экономическое сотрудничество многогранно и охватывает строительство, сельское хозяйство, машиностроение, транспорт, медицинские технологии, услуги, банковское дело, энергетику и туризм, что подчеркивает динамичность и развитие двусторонних отношений”, – написал Садигбейли.

  • Vyanada Azərbaycan-Avstriya iqtisadi komissiyasının 11-ci iclası keçirilib

    Vyanada Azərbaycan-Avstriya iqtisadi, kənd təsərrüfatı, sənaye, texniki və texnoloji əməkdaşlıq üzrə birgə komissiyasının 11-ci iclası keçirilib.

    Bu barədə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəylinin “X” sosial şəbəkə hesabında bildirilib.

    Məlumata görə, iclas iyunun 11-də keçirilib. Həmin gün Vyanada iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə işgüzar dəyirmi masa da baş tutub.

    “Bu, ikitərəfli münasibətlərin inkişafını nəzərdən keçirmək üçün yaxşı fürsətdir. Bizim ikitərəfli iqtisadi əməkdaşlığımız çoxşaxəlidir. Buraya inşaat, kənd təsərrüfatı, nəqliyyat, tibbi texnologiyalar, xidmətlər, energetika, turizm və digər sahələrdə əməkdaşlıq daxildir. Bu isə ikitərəfli münasibətlərin dinamikliyini və inkişafını vurğulayır”, – R.Sadıqbəyli yazıb.