Month: İyun 2025

  • Uşaqlar arasında təhlükəli virus yayılıb – VİDEO

    Son zamanlar uşaqlar arasında virus infeksiyalarına yoluxma halları artıb.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, infeksionistlərin sözlərinə görə, beş yaşınadək uşaqlar arasında rota virusun yayılması müşahidə olunur.

    Qeyd olunub ki, bu uşaqların yoluxduğu ən yayılmış mədə-bağırsaq infeksiyalarından biridir.

    Virusun təhlükəli olmasına səbəb isə bəzi hallarda ölümlə nəticələnə bilməsidir.

    Ətraflı süjetdə:

  • Polşanın yeni prezidenti məlum oldu

    Polşada keçirilən prezident seçkisinin ikinci turunda müxalif Hüquq və Ədalət partiyasının namizədi Karol Navroçki 50.9% səs toplayaraq qalib gəlib.

    Bunu “TVP İnfo” telekanalı Respublika Dövlət Seçki Komissiyasının seçki bülletenlərinin 100 faizinin hesablanmasından əldə olunan məlumatlarına istinadən bildirib.

    Hakim Vətəndaş Koalisiyasının namizədi və Varşava meri Rafal Trzaskovski 49.1% səs toplayıb.

  • Avtomobil satışı ilə məşğul olan şəxslər bəzi təhlükəli üsula əl atıblar – VİDEO

    Avtomobildəki hansısa problemi bildirən xəbərdarlıq işıqları kustar üsulla söndürülür.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, ustalar bildiriblər ki, bu üsullardan əsasən avtomobil alqı-satqısı ilə məşğul olan şəxslər istifadə edirlər.

    Məqsəd isə maşının texniki vəziyyətini gizlədərək onu daha asan və baha qiymətə satmaqdır. Amma bu cür hallar sonralar böyük təhlükələr yaradır.

    Avtomobil ustası Anar Əliyev bildirib ki, bəzən oksigen sensoruna da müdaxilə edilir. Bu isə yalnız xəbərdarlıq siqnalının yox olması ilə deyil, həm də mühərrik sisteminin zədələnməsi ilə nəticələnir. Hazırda ölkədə baş verən avtomobil yanğınlarının əksəriyyətinin səbəbi də məhz budur.

    Usta qeyd edib ki, avtomobil alarkən elektron sistem mütləq düzgün və hərtərəfli yoxlanmalıdır.

    Ətraflı süjetdə:

  • Qaraçıların qeyri-adi həyat tərzi: Evdar kişilərdən etiraflar – VİDEO

    Baku TV Bakının Sabunçu rayonunda, “Qaraçılar məhəlləsi” kimi tanınan ərazidə olub.

    Burada qadınlar dilənçiliklə məşğul olur, kişilər isə evdə oturub gətiriləcək azuqəni gözləyirlər. Sakinlərin əksəriyyətinin şəxsiyyət vəsiqəsi, bank kartı, təhsili və icbari tibbi sığortası yoxdur.

    Burada formalaşmış adətlər belədir: evlən, uşaq dünyaya gətir, dilən. “21 yaşım var, həyat yoldaşım da 20 yaşındadır. Yeddi ildir evliyik, üç övladımız var. Bizim ailədə qadınlar dilənir, biz isə evdə otururuq”, – deyə Sabunçu sakini bildirib.

    Daha ətraflı videomaterialda:

  • Leyla Əliyeva minifutbol üzrə çempion olan yığmamızı təbrik edib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva sosial şəbəkədə Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı ilə bağlı paylaşım edib.

    Median.Az
    həmin paylaşımı təqdim edir:

  • Dünyanın ən gözəl qızı seçildi – FOTO

    Hindistanın Heydərabad şəhərində “Miss World” gözəllik müsabiqəsində Tailand gözəli Suçata Çuanqsri qələbə qazanıb.

    Bu barədə xarici KİV məlumat verir.


    İkinci yerə Efiopiya gözəli Hasset Drij Admassu, üçüncü yerə polşalı Maya Klayda layiq görülüb.

    Bu il müsabiqədə 108 ölkədən qızlar iştirak edib.


  • Salyanda 10 uşaqlı ailə: Ən böyüyünün 14, balacasının 1 yaşı var – VİDEO

    Salyanın Qaracalar kəndində həyat dolu bir ev var.

    Söhbət 10 uşaqlı Abdullayevlər ailəsindən gedir. Ən böyüyün 14, ən kiçiyin isə cəmi 1 yaşı var. Ailə başçısı Əflan Abdullayev deyir ki, altı qız və dörd oğlan atası olmaq elə də asan deyil:

    “Bu, Allahın verdiyi paydır. Düzdür, çətindir – yeməyi, geyimi, səs-küyü var. Hər bir uşaq fərqli xarakterdədir. Amma mənim üçün bu, xoşbəxtlikdir. Allah arzusunda olanlara da qismət etsin”.

    Daha ətraflı Baku TV-nin videomaterialında:

  • Mahir Məmmədov yenidən Azərbaycan Şahmat Federasiyasının prezidenti seçilib

    Azərbaycan Şahmat Federasiyasının (AŞF) hesabat-seçki konfransı keçirlib.

    Median.Az report-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Himinin səsləndirilməsi, Vətən uğrunda canından keçən şəhidlərin ruhunun yad edilməsi ilə başlayıb.

    Konfransda Gənclər və İdman Nazirliyinin, AŞF-nin rəsmiləri, tanınmış şahmatçılar və digər rəsmi şəxslər iştirak ediblər.

    Federasiya prezidenti Mahir Məmmədov son 3 il ərzində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

    Gənclər və İdman Naziri Fərid Qayıbov çıxışında AŞF-nin gördüyü işləri yüksək qiymətləndirib.

    Hesabat videosundan sonra büdcə və gündəlikdə duran məsələlər müzakirə olunub.

    Ardınca AŞF-nin tərkibinə daxil olan bütün komissiyaların – Hakimlər Komissiyasının, Məşqçilər Komissiyasının, Uşaq və Gənclər Komissiyasının, Bəstəçilik Komissiyasının hesabatları dinlənilib.

    Hesabat dinlənildikdən sonra İcraiyyə Komitəsinə yeni üzvlər seçilib. Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva, Elnur Əliyev, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov İcraiyyə Komitəsində yer alacaqlar. Ardınca AŞF-nin vitse-prezidentləri və prezidenti seçilib. Mahir Məmmədov yenidən qurumun prezidenti seçilib.

  • Nüsrəti qapıdan qovublar? – Video

    Duztökmə hərəkətiylə dünyada “Salt Bae” kimi tanınan türkiyəli aşpaz Nüsrət Gökçe UEFA-nın Çempionlar Liqasının finalından sonra Münhendə təşkil etdiyi ziyafətə dəvətsiz girməyə çalışıb.

    Bu barədə görüntülər sosial mediada yayılıb. Belə ki, aşpaz tədbirə buraxılmayıb.

    Bu zaman Nüsrəti müşayiət edən şəxslə məkanın mühafizəçisi arasında mübahisə yaranıb, onlar bir-birilərini itələyiblər.

    Nüsrət hadisə ilə bağlı sosial media hesabında açıqlama yayıb:

    “Sosial şəbəkələrdə yayılan “Nüsrət qovuldu” xəbəri həqiqətə uyğun deyil. Əslində orada heç bir şənlik təşkil olmayıb. Mən heç bir məclisə getmirdim. Məclisə buraxılmamağımla bağlı çıxan xəbərlərinin hamısı yalandır”.

    Qeyd edək ki, N.Gökçe 2022-ci il dünya çempionatının final oyunundan sonra meydana icazəsiz daxil olaraqn, Argentina millisinin futbolçuları və Lionel Messi ilə şəkil çəkdirib. Onun davranışı kəskin tənqidlərə səbəb olub, FİFA isə aşpazın bunun icazəsi olmadığını açıqlayıb. Nüsrət o vaxtdan bəri rəsmi futbol tədbirlərinə dəvət almayıb.
    //axsam.az

  • Vətəndaşın icazəsi olmadan küçədə fotosu çəkilə bilərmi?

    Son vaxtlar paytaxtın mərkəzi küçələrində və ictimai yerlərində rast gəlinən yeni bir hal ictimaiyyət arasında narahatlıq doğurur.

    Özünü fotoqraf kimi təqdim edən şəxslər təsadüfi insanları icazəsiz şəkildə çəkərək, sonradan bu fotoları onlara nümayiş etdirir və pul qarşılığında satmağa çalışırlar.

    Vətəndaşların iradəsi nəzərə alınmadan aparılan bu cür çəkilişlər bir sıra etik və hüquqi suallar doğurur.

    Maraqlıdır, bəs görəsən, vətəndaşın icazəsi olmadan onun şəkillərinin çəkilməsi düzgündürmü? Bu hal qanunvericilikdə hansı məsuliyyət yaradır?

    Məsələ ilə bağlı oxu.az-ın suallarını cavablandıran hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, şəxsin razılığı olmadan çəkiliş hüquq pozuntusudur:

    “Azərbaycan Respublikasının qanunvericiliyinə görə, şəxsin fotoşəkli onun şəxsi məlumatı sayılır. Fərdi məlumatlar haqqında qanunun 2-ci maddəsinə görə, fərdi məlumat müəyyən edilmiş və ya müəyyən edilə bilən fiziki şəxsə birbaşa və dolayı yolla aid edilən istənilən məlumatdır. Şəxsin razılığı olmadan çəkiliş və ondan istifadə hüquq pozuntusudur. Sözügedən qanunun 8-ci maddəsinə əsasən, fərdi məlumatların toplanması, işlənməsi və yayılması yalnız şəxsin yazılı razılığı əsasında mümkündür. Əgər şəklin çəkilməsi və istifadəsi kommersiya məqsədi daşıyırsa, bu, şəxsin şəxsi hüquqlarının pozulması kimi də qiymətləndirilə bilər”.

    O qeyd edib ki, qanunvericilikdə bu kimi hallarda inzibati məsuliyyət də nəzərdə tutulub:

    “İnzibati Xətalar Məcəlləsinə görə, fərdi məlumatların toplanması və işlənməsi qaydalarının pozulması fiziki şəxslər üçün 100-500 manat cərimə, pozuntu davamlı və məqsədli xarakter daşıyırsa, daha ağır hüquqi nəticələrə gətirib çıxara bilər. Əgər foto məqsədli şəkildə şəxsin nüfuzuna xələl gətirmək, şəxsi həyata müdaxilə və ya şantaj üçün istifadə olunarsa, Cinayət Məcəlləsinin 156-cı maddəsi pozulmuş hesab olunur. Bu zaman 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”.

    Hüquqşünasın sözlərinə görə, küçə fotoqrafiyası icazəsiz təşkil edilirsə, şəkillər pullu satışa yönəldilirsə, artıq hobbi deyil, fərdi məlumatların kommersiya məqsədilə qanunsuz istifadəsi deməkdir:

    “Belə olan halda vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edə, fotoşəkilin dərhal silinməsi tələb oluna bilər. İstifadə edilib, yayımlanıbsa, mülki iddia qaldırmaq mümkündür. Şəxsin icazəsi olmadan fotosu çəkilər, saxlanar və satılar, yayılarsa, qanunvericiliyə zidd addım hesab edilərək hüquqi məsuliyyət, bəzi hallarda cinayət məsuliyyəti yarada bilər”.