Month: İyun 2025

  • Qubada bir nəfər suvarma kanalında batıb

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Quba şəhərində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.

    Bu barədə FHN məlumat yayıb.

    Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Əlavə məlumat veriləcək.

  • Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərlə tanış olub (Yenilənir)

    İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.

    Median.Az
    AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

    Sonra Azərbaycan Prezidenti sərgilərlə tanış olub.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib.

    Median.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edir.

    Median.Az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Goranboyda minaya düşən şəxsin vəziyyəti açıqlanıb

    Mayın 31-i Goranboy rayonunun Yenikənd kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

    Bildirilib ki, sözügedən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir:

    “Mayın 31-i saat 15:30-da 1980-ci il təvəllüdlü şəxs (kişi cinsli) sol ayağın topuqdan amputasiyası və bədənin müxtəlif nahiyələrinin qəlpəsi yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir”.

  • Azərbaycan Prezidenti: “Bizim yaşıl enerji gündəliyimiz çox genişdir”

    “Bizim yaşıl enerji gündəliyimiz çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da bizim məsuliyyətimizi nümayiş etdirir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında səsləndirib.

    Dövlətimizin başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpa olunan enerji hesabına təmin edəcəyik.

  • Beyləqanda 32 yaşlı müəllim vəfat etdi – FOTO

    Beyləqanda 32 yaşlı müəllim vəfat edib.

    Mil-Muğan Regional Mədəniyyət İdarəsi, Beyləqan şəhəri Niyazi adına Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi Fərqanə Sadıqova dünən dünyasını dəyişib.

    Onun uzunmüddətli xəstəlik səbəbindən həyatını itirdiyi bildirilir.

  • Prezident: “Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir”

    “Bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında deyib.

    Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.

  • İlham Əliyev: “Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi”

    “Artıq qeyd edildiyi kimi, 1994-cü ildə ilk sərgi təşkil olunmuşdur və həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə müqavilə bağladı. Daha sonra bu, “Əsrin müqaviləsi” adlandırıldı. O, əslində, regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi”.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışında deyib.

    “Bu, Prezident Heydər Əliyevin baxışına uyğun idi”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • Bakıda beşotaqlı ev yanıb

    Bakıda beşotaqlı ev yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli beşotaqlı kürsülü evin yanar konstruksiyaları 150 kv.m sahədə yanıb.

    Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • İsti havada yorğunluq hansı xəstəliyə işarədir?

    “İsti havalarda yorğunluq dağınıq sklerozun əlaməti ola bilər”.

    Median.Az “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin həkimi Asif Əhməd xəbərdarlıq edib.

    Ekspert qeyd edib ki, dağınıq sklerozlu xəstələr fiziki fəaliyyətdən, saunada olduqdan və ya isti vanna qəbul etdikdən sonra baş ağrısı, başgicəllənmə və digər simptomların kəskinləşməsindən tez-tez şikayət edirlər.

    Həkimin sözlərinə görə, dağınıq sklerozlu insanların 60-80%-i bu halla qarşılaşır:

    “Bu cür simptomların olması bir insanın mütləq bu xəstəliyə tutulduğu anlamına gəlmir, bu cür reaksiya daha diqqətli müayinə üçün səbəb ola bilər”.

    Doktor Əhməd xatırladıb ki, dağınıq skleroz beyin və onurğa beyninin sinir hüceyrələrinin membranlarının zədələndiyi xroniki xəstəlikdir.
    //oxu.az

  • Bakıda cəzaçəkmə müəssisəsinin dam örtüyünün uçması nəticəsində bir məhkum ölüb

    İyunu 1-i 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumları üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyünün uçması nəticəsində bir nəfər vəfat edib.

    Bu barədə oxu.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

    “İyunun 1-i saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mövlam Muxtar oğlu Mustafayevin iyunun 2-si aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.

    Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

    Faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır”, – məlumatda qeyd olunub.