Month: June 2025

  • Зеленский заявил, что понимает Путина лучше, чем Трамп

    Президент Украины Владимир Зеленский заявил, что официальные лица в Киеве понимают российского лидера Владимира Путина лучше, чем американцы и хозяин Белого дома Дональд Трамп.

    Об этом он заявил в интервью телеканалу ABC.

    “При всем уважении к президенту Трампу, я думаю, что это всего лишь его личное мнение [о готовности России к миру]. Поверьте мне, мы понимаем русских гораздо лучше, менталитет русских, чем американцы понимают русских”, – заявил Зеленский.

    По его утверждению, Россия якобы не готова останавливать боевые действия.

  • Volodimir Zelenski: “Biz Vladimir Putini Donald Trampdan daha yaxşı tanıyırıq”

    Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Kiyevin rəsmi şəxsləri Rusiya lideri Vladimir Putini amerikalılardan və Ağ Evin sahibi Donald Trampdan daha yaxşı tanıyırlar.

    Ukrayna prezidenti bunu ABC telekanalına müsahibəsində bildirib.

    O deyib: “Prezident Trampa bütün ehtiramıma baxmayaraq, düşünürəm ki, bu (Rusiyanın sülhə hazır olması – red.), yalnız onun şəxsi fikridir. İnanın ki, biz rusları, onların mentalitetini amerikalılardan daha yaxşı başa düşürük”.

    Ukrayna prezidentinin fikrincə, Rusiya hərbi əməliyyatları dayandırmağa hazır deyil.

  • Həftəsonu xeyli sayda silah-sursat aşkarlanıb

    İyunun 7-də və 8-də polis əməkdaşları növbəti əməliyyat tədbirləri həyata keçirib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 2 qumbara, 1 qumbaraatan, 2 alışdırıcı, 4 tüfəng, 12 patron darağı və 2176 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

  • Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılıb.

    IDEA İctimai Birliyindən bildirilib ki, “Bizim mətbəx” sosial layihəsi çərçivəsində həyata keçirilən bu xeyriyyə aksiyasının növbəti ünvanı Bakı şəhərinin Nizami rayonu olub. Burada yaşayan 100 aztəminatlı ailəyə bayram münasibətilə qurban payları təqdim edilib.

    Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim mətbəx” sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək, cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən “Bizim mətbəx” könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək, onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.

    Qeyd edək ki, “Bizim mətbəx” layihəsinin veb-saytı istifadəyə verilib və insanlar üçün ianə etmə və könüllü kimi qoşulma imkanları yaradılıb.

  • “Real” 16 yaşlı futbolçunu transfer edəcək

    İspaniya təmsilçisi “Real” (Madrid) 16 yaşlı Abdella Uazanı transfer edəcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, mərakeş əsilli niderlandlı yarımmüdafiəçi “Kral klubu”na azad agent kimi keçəcək.

    İlk vaxtlarda o, paytaxt təmsilçisinin ikinci komandası olan “Kastilya”da çıxış edəcək.

    Qeyd edək ki, Abdella Uazan ötən mövsümü “Ayaks”ın (Niderland) gənclərdən ibarət komandasında keçirib.

  • Azərbaycan HHQ komandanı Özbəkistana səfər edib

    Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanovun dəvəti ilə Özbəkistana səfər edib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əvvəlcə Daşkənddə yerləşən Heydər Əliyev park-meydanında Ulu Öndərin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

    General-leytenant Namiq İslamzadə Özbəkistanın müdafiə naziri general-mayor Şuhrat Xalmuxamedov və özbək həmkarı general-mayor A.Burxanov ilə görüşüb.

    Keçirilən görüşlərdə hər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, Azərbaycanın Özbəkistanla hərbi aviasiya və hava hücumundan müdafiə sahəsində təcrübə mübadiləsinin inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin “Çirçik” aerodromu və hərbi hissələrdən birini ziyarət edib, müəssisələrin fəaliyyəti və orada yaradılmış şəraitlə tanış olub.

    Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub, suallar cavablandırılıb.

  • Dünya bazarlarında neft ucuzlaşıb

    ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 0,23% azalaraq 1 barelə görə 66.32 ABŞ dolları təşkil edib.

    Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0.19% azalaraq 64.46 ABŞ dollarına bərabər olub.

    ///APA

  • Задержанного в Красноярске мэра Владислава Логинова этапируют в Москву

    Задержанного по делу о взятке мэра Красноярска Владислава Логинова этапируют в Москву.

    Как передает Median.Az, об этом ТАСС сообщили в правоохранительных органах.

    “Меру [пресечения] будут избирать в Москве”, – отметил собеседник агентства.

    57-летний Логинов был задержан по делу о взятке. Он занимает пост мэра Красноярска с 2022 года.

    * * * * *

    Мэр российского города Красноярска Владислав Логинов задержан сотрудниками силовых структур.

    Как передает Median.Az, об этом ТАСС сообщили в правоохранительных органах региона.

    “Да, задержание [Логинова] есть”, – отметил собеседник агентства. Как позже он уточнил, глава города был задержан по подозрению в получении взятки.

    Другой источник также подтвердил информацию о задержании, добавив, что в настоящее время проводятся оперативные мероприятия.

  • Rusiya şəhərinin meri rüşvət almaqda şübhəli bilinərək SAXLANILDI

    Rusiyanın Krasnoyarsk şəhərinin meri Vladislav Loqinov güc strukturlarının əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə TASS agentliyinə regionun hüquq-mühafizə orqanlarından məlumat verilib.

    Agentliyin bildirilib ki, mer rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

    Saxlanılan mer Moskvaya göndəriləcək. Onun barəsində hansı qətimkan tədbirinin seçilməsinə paytaxtda qərar veriləcək.

    Hazırda əməliyyat tədbirləri davam etdirilir.

    Qeyd edək ki, 57 yaşlı V.Loqinov 2022-ci ildən Krasnoyarskın meri vəzifəsini tutur.

  • Rəna Soltanovanın daha bir qurbanı danışdı: “İşimdən oldum, külli miqdarda pul itirdim”

    Estetik cərrahiyyə sahəsində qalmaqallar davam edir. Bu günə qədər yüzlərlə qadın qeyri-peşəkar kosmetoloq və həkimlərin həyata keçirdiyi prosedurların qurbanı olub. Prosedurların düzgün icra edilməməsi, qeyri-peşəkarlıq və digər səbəblər nəticəsində zərərçəkənlərin bədənində çürümə və irinləmə halları müşahidə olunur.

    Adı tez-tez qalmaqallarda hallanan klinikalardan biri olan “Laser Beauty Klinikası”nın estetik kosmetoloqu Rəna Soltanova ilə bağlı demək olar ki, hər gün yeni məlumatlar yayılır. Onun prosedurlarının qurbanı olmuş şəxslər davamlı olaraq açıqlamalar verir, ittihamlar səsləndirirlər.

    Rəna Soltanovanın zərər vurduğu şəxslərdən biri də turizm sahəsində çalışan Nərmin İsmayılovadır. O, burun dolğusu proseduru üçün Rəna Soltanovaya müraciət edib. Lakin prosedur nəticəsində ciddi fəsadlarla üzləşib və səhhətində yaranan problemləri aradan qaldırmaq üçün uzun müddət müalicə almalı olub. Bu müddət ərzində həm işindən olub, həm də böyük maliyyə itkisi ilə qarşılaşıb.

    Nərmin xanım başına gələnləri “Qaynarinfo”ya danışıb:

    “Ötən ilin 19 noyabr tarixində Rəna Soltanovaya müraciət etmişdim. Bu, üçüncü dəfə burun dolğusu proseduru idi, əvvəlkiləri də o etmişdi. İlk iki prosedurdan sonra problem yaşamamışdım. Amma sonuncuda fəsad baş verdi. Dolğu vurulan anda göyərmə yarandı. Evə getdim və sonradan bu barədə Rəna Soltanovaya məlumat verdim. “Problem deyil, belə hallar olur”, – dedi. Ertəsi gün köməkçilərinə vəziyyətin görüntüsünü göndərdim, “heç bir problem olmayacaq” cavabını verdilər. Ancaq dörd gün sonra burnum qaralmağa başladı və içindən ağ sızanaqlar çıxdı. Bu zaman mənə dedilər ki, təcili xəstəxanaya gedim. İlk günlərdə isə problemin olmadığını deyirdilər. Halbuki, bunu adi bir insan belə görə bilərdi ki, ciddi problem var – nekroz başlayıb. Bunu bir mütəxəssis olaraq Rəna Soltanova bilməli idi.

    Sonra dedi ki, mən xaricə uçuram, qızların yanına get. Yanında işləyən 3-4 qız var, onların yanına getdim, kömək edə bilmədilər. Bu müddət ərzində 5 ay işləyə bilmədim və işimi itirdim. Ondan təzminat tələb etmədim, amma heç olmasa deyə bilərdi ki, mənə görə bu vəziyyətə düşmüsən, nəsə kömək edim. Əvəzində məni başqasının yanına göndərdi. Safura xanım vardı, qaş və tatu silir – onun da əziyyəti oldu, amma bu, onun sahəsi deyildi. Özüm Dilqəm Məhərrəmovun yanına getdim. O soruşdu ki, sənin burnun çürüyür, bunun qarşısını almaq üçün antibiotiklər, dərmanlar olunurmu? Cavab verdim ki, heç nə olunmur. O da telefonu götürüb çölə çıxdı, Rəna Soltanova və ya köməkçisi ilə danışdı. Sonra özü mənə resept yazdı və Fidan xanıma zəng edib dedi ki, təcili şəkildə bu müalicə başlanmalıdır, əks halda burun tamamilə itə bilər. Bu reseptlə müalicə başladı. Demək olar ki, 7 ay süründüm, çox əziyyət çəkdim. Gördüm nəticə yoxdur, insanlarla ünsiyyət qura bilmirəm, vəziyyətim düzəlmir. Rəna Soltanovanın özünə də dedim ki, siz də qadınsız, bu vəziyyətdə cəmiyyət içinə çıxa bilərsiniz? Cavab verdi ki, sən danışığını bilmirsən. Bu qədər hadisədən sonra heç nə təklif etmədi. Bütün xərcləri özüm qarşıladım – aparatlara getdim, dərmanlar, vitaminlər vuruldu. Nə qədər pul xərclədiyimi dəqiq bilmirəm, amma əsas məsələ pul deyil. Mənəvi zərbə və göstərilən laqeydlik daha ağırdır. Həm zərər çək, həm də işindən ol. Ən ağrılı məqam budur”.

    Nərmin xanım bildirib ki, Rəna Soltanova ilə bağlı heç yerə şikayət etməyib:

    “Heç yerə şikayət etməmişəm. Amma bu qədər laqeydlik göstərdi, heç bir məsuliyyət hiss etmədi. Mənə lazım deyil ki, həftədə bir dəfə mesaj yazıb “necəsən?” deyə soruşsun. Əsas məsələ məsuliyyətini dərk etmək və yaranmış ziyanı aradan qaldırmaq idi. Amma heç nə etmədi. Turizm sahəsində çalışıram, yaxşı maaşım var. Amma azı 5 ay işsiz qaldım, külli miqdarda maddi zərər gördüm”.

    Nərmin xanım həmçinin Rəna Soltanovanın daha bir qeyri-qanuni davranışını da açıqlayıb:

    “Burnuma iynə vurdu və dərmanın yarısını soyuducuya qoydu. 3-4 həftə sonra yenidən yanına getdim. Soyuducuda saxladığı yarımçıq preparatı mənə yenidən vurmaq istədi. Dedim ki, “onsuz da burnum zədəlidir, bunu niyə vurursan? Başqasını istifadə et”. Dedi ki, “sən bilmirsən, biz preparatları soyuducuda saxlayıb sonra istifadə edirik, problem olmur”. Flakonun üzərində adımın yazıldığını görmədim, amma preparat da yarımçıq idi. Vurmağa icazə vermədim, yeni iynə açdırdım”.

    Qeyd edək ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən “Laser Beauty Estetik Klinikası”nda aparılan yoxlamalar zamanı bir sıra qanun pozuntuları aşkarlanıb. Bundan əlavə, klinikanın lisenziyasız fəaliyyət göstərməsi və qeyri-peşəkar işçilərin tibbi prosedurlar həyata keçirməsi kimi ciddi qanun pozuntuları da müəyyən edilib. Bu hallar nəticəsində klinikanın fəaliyyəti dayandırılıb.

    Mövcud vəziyyət bir daha sübut edir ki, estetik sahədə fəaliyyət göstərən şəxslərin peşəkarlığı və tibbi səlahiyyətləri ciddi şəkildə yoxlanmalı, insanların sağlamlığına cavabdeh olan bu sahədə nəzarət tədbirləri daha da sərtləşdirilməlidir. Həm pasiyentlərin hüquqları, həm də cəmiyyətin ümumi sağlamlığı naminə bu məsələ diqqətlə izlənilməli və cavabdehlik mexanizmləri daha təsirli şəkildə tətbiq olunmalıdır.