Month: June 2025

  • Возбуждено уголовное дело по факту смерти 18-летнего военнослужащего Госпогранслужбы

    Сотрудники прокуратуры предприняли необходимые шаги в связи с фактом смерти военнослужащего срочной действительной военной службы Государственной пограничной службы (ГПС) Азербайджанской Республики (АР), солдата Расима Рамаддин оглу Гасанли. Для установления причины смерти назначена экспертиза, а также выполнены другие действия.

    Как сообщили в пресс-службе Военной прокуратуры АР, по данному факту в Бакинской военной прокуратуре возбуждено уголовное дело по статье 342.1-1 (халатное отношение к службе, повлекшие по неосторожности смерть потерпевшего или иные тяжкие последствия) Уголовного кодекса Азербайджанской Республики и проводится предварительное следствие.

    В настоящее время предварительное следствие продолжается, в соответствии с требованиями законодательства будут приняты все меры, в том числе дана правовая оценка каждому действию и факту.

  • 18 yaşlı əsgərin ölməsi faktı üzrə CİNAYƏT İŞİ BAŞLANILDI

    Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Həsənli Rasim Raməddin oğlunun ölüm faktı əsasında prokurorluq əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri hərəkətlər icra edilib.

    Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən  verilən məlumata görə, faktla bağlı Bakı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

    Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

  • Владимир Зеленский подтвердил обмен пленными между Украиной и Россией

    Президент Украины Владимир Зеленский Владимир Зеленский подтвердил обмен пленными между Украиной и Россией.

    “Украинцы возвращаются домой из российского плена. Сегодня начался обмен, который продлится в несколько этапов в ближайшие дни”, – написал он в своем Telegarm-канале.

  • Rusiya və Ukrayna arasında hərbi əsir mübadiləsi olub

    İstanbul razılaşmaları çərçivəsində Rusiyanın yaşı 25-dək olan hərbi əsirlərinin birinci qrupu geri qayıdıb.

    Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilir ki, bunun əvəzində Ukrayna Silahlı Qüvvələrinin eyni sayda hərbi əsiri qarşı tərəfə təhvil verilib.

    Əsir mübadiləsi iştirakçılarının dəqiq sayı barədə məlumat verilmir.

    Rusiyanın əsirlikdən qaytarılan hərbçiləri hazırda Belarusdadırlar və onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Daha sonra onlar Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiyaya aparılacaqlar.

    Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsinin baş tutduğunu təsdiqləyib.

    “Ukraynalılar Rusiya əsirliyindən evlərinə qayıdırlar. Mübadilə bu gün başlayıb, yaxın günlərdə bir neçə mərhələdə davam edəcək”, – deyə o, ” Telegram” kanalında yazıb.

  • Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

    Salyanda zorla qız qaçırdıqlarına və həmin qızın atasına ağır xəsarət yetirdiklərinə görə təqsirləndirilən Abdullah İbişov, Zabil Mehrəliyev və Rəvan Məmmədovun (ad və soyad şərtidir – red.) Cinayət Məcəlləsinin 144.2.3 (adam oğurluğu bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə başladılan cinayət işinin məhkəməsi yekunlaşıb.

    Lənkəran Ağır Cinayətlər məhkəməsində keçirilən son prosesdə təqsirləndirilənlərə hökm oxunub. Hökmə əsasən, Abdullah İbişov və Zabil Mehrəliyevin hər biri 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər. Rəvan Məmmədov isə 3 il sınaq müddəti olmaqla şərti cəza alıb.

    Qeyd edək ki, hadisə 2024-cü ilin iyununda Salyan rayonunun Peyk kəndində baş verib. Kənd sakini Abdulla İbişov dostları Zabil və Rəvanla görüşərək onlardan sevdiyi qızın qaçırılmasına yardım etmələrini istəyib. O buna görə qızla yanaşı anasının da məlumatlı olduğunu dostlarına deyərək onların arxayın hərəkət etmələrini istəyib.

    Onlar planlaşdırıldığı kimi Ləmanın yaşadığı ünvana gələrək qarşılarına çıxan ev sahibi Ələskər İmanova özülərini “elektrik şəbəkəsi”nin işçiləri kimi təqdim edərək əvvəlcə içməyə su istəyiblər. Ev sahibi gedib çağırılmamış qonaqlara su gətirib. Abdullah suyu içdikdən sonra stəkanı Ələskərin başına vuraraq onun tutub saxlanılmasını Zabilə həvalə edib. Ev sahibini müqavimətsiz vəziyyətə gətirdikdən sonra Abdullah evə daxil olaraq zorla Ləmanı evdən çıxararaq avtomobilə əyləşdirib. Bundan sonra hər üçü hadisə yerindən uzaqlaşaraq Abdullanın yaşadığı evə gəlib qızı Abdullanın anasına təhvil veriblər.

    Daha sonra Abdulla qızın ailəsinin polisə şikayət etdiyini bilib Salyanı tərk edərək Bakıya qaçıb. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisədə iştirak etmiş hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.
    //oxu.az

  • Şəmkirdə 29 yaşlı oğlanı elektrik cərəyanı vurub

    Şəmkirdə 29 yaşlı oğlanı elektrik cərəyanı vurub.

    Rayonun Dəllər Cəyir kəndində 1996-cı il təvəllüdlü İntiqam Əsgərov evində ehtiyatsızlıq nəticəsində ölüb.

    Hadisə İ.Əsgərovun evinin çardağında elektrik naqilini təmir edərkən baş verib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • В Малайзии в ДТП погибли 15 человек

    В результате столкновения автобуса и легкового автомобиля в малайзийском штате Перак погибли по меньшей мере 15 студентов университета образования Султана Идриса, еще 33 пострадали.

    Как передает Median.Az, об этом информирует ТАСС со ссылкой на источники.

    Как сообщается, 13 пострадавших погибли на месте, еще 2 человека умерли в больнице.

    По данным местных властей, авария произошла около 1:10 по местному времени. Транспортные средства двигались в попутном направлении. В результате столкновения автобус перевернулся, а легковой автомобиль вылетел в кювет.

    Министр высшего образования Малайзии Замбри Абдул Кадир выразил соболезнования пострадавшим и пообещал, что ведомство окажет им всю необходимую помощь.

  • Malayziyada dəhşətli qəza: Xeyli sayda tələbə həlak oldu

    Malayziyanın Perak ştatında avtobus və minik avtomobilinin toqquşması nəticəsində azı 15 universitet tələbəsi ölüb, daha 33-ü xəsarət alıb.

    Bu barədə Median.Az TASS-a istinadla xəbər verir.

    Məlumata görə, 15 nəfərdən 13-ü hadisə yerində, daha ikisi isə xəstəxanada ölüb.

    Nəqliyyat vasitələri eyni istiqamətdə hərəkət ediblər. Toqquşma nəticəsində avtobus aşıb, minik avtomobili isə çuxura düşüb.

  • NBA final seriyasında ümumi hesab bərabərləşdi

    NBA-da 2024/2025 mövsümünün pley-off final seriyasının ikinci oyununda “Oklahoma-Siti Tander” evdə “İndiana Peysers” üzərində inamlı qələbə qazanıb.

    Median.Az sovsport.ru-ya istinadla xəbər verir ki, qarşılaşma ev sahiblərinin 123:107 hesablı qələbəsi ilə yekunlaşıb.

    Bununla da final seriyasında ümumi hesab bərabərləşib – 1:1.

    “Oklahoma”nın heyətində ən məhsuldar oyunçu Şey Qilces Aleksandr olub. Kanadalı basketbolçu 34 xal toplayıb, beş ribaund edib və səkkiz məhsuldar ötürmə verib.

    Qonaqlardan isə 17 xal, üç ribaund və səkkiz məhsuldar ötürmə ilə Tayriz Haliberton fərqlənib.

  • Sabah bu ərazilərə yağış yağacaq

    Bakıda və Abşeron yarımadasında iyunun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
     
    Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
     
    Havanın temperaturu gecə 20-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % olacaq.
     
    Azərbaycanın rayonlarında əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman. Şərq küləyi əsəcək.
     
    Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.