Month: June 2025

  • AZAL Qurban bayramı ilə əlaqədar Naxçıvan istiqamətində reyslərin sayını artırıb

    Qurban bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq, Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

    Bu barədə AZAL məlumat yayıb.

    7-15 iyun tarixləri arasında bu istiqamətdə ümumilikdə 121 reys həyata keçiriləcək. Reyslərin ən çox həyata keçiriləcəyi gün 9 iyun tarixidir – həmin gün 20 reysin icrası nəzərdə tutulur. Bu tarixdə pik sərnişin axını gözlənilir, çünki bayram günlərindən sonra vətəndaşların Bakıya geri dönüşü məhz həmin günə təsadüf edir.

    Digər tarixlər üzrə reyslərin sayı belədir: 7 iyun tarixində 15 reys, 8 iyunda 14 reys, 10 iyunda 13 reys, 11 iyunda 14 reys, 12 və 13 iyun tarixlərində hər birində 12 reys, 14 iyunda 10 reys və 15 iyun tarixində 11 reys yerinə yetiriləcək.

    Bu göstərici adi günlərdə Naxçıvan istiqamətdə orta hesabla yerinə yetirilən 8-9 reyslə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.

    Əlavə reyslər Qurban bayramı günlərində sərnişinlərin yaxınlarını ziyarət edə bilmələri üçün təşkil olunub. AZAL bu məqsədlə bütün zəruri tədbirləri həyata keçirir.

    Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

  • Признанные виновными по “делу о талассемии” подали апелляционную жалобу

    Признанные виновными в присвоении денег, выделенных на лечение детей с талассемией, подали апелляционную жалобу на приговор.

    Об этом сообщает Median.Az со ссылкой на Qafqazinfo.

    Согласно информации, апелляционную жалобу подали две фигурантки дела – Айнур Байрамова и Айсель Мамедова. Обе утверждают, что не признают себя виновными и настаивают на том, что судебное разбирательство было проведено с нарушениями. Они требуют полного оправдания.

    В то же время третья осужденная, Нурида Сеидова, частично признала предъявленные ей обвинения, однако считает назначенное ей наказание – 8 лет и 6 месяцев лишения свободы – чрезмерно строгим. В своей жалобе она просит апелляционную инстанцию смягчить приговор.

    Напомним, что решением Бакинского суда по тяжким преступлениям Н.Сеидова приговорена к 8 годам и 6 месяцам, А.Байрамова к 7 годам и 6 месяцам, А.Мамедова к 6 годам и 6 месяцам лишения свободы. В ходе расследования показания в качестве свидетелей давали также известные врачи.

    Все жалобы поступили в Бакинский апелляционный суд. В ближайшее время начнется новое судебное разбирательство.

    Отметим, что Нурида Сеидова была владелицей компаний Urmedhelp и My Doc Tour, а А.Байрамова и А.Мамедова были ее сотрудницами. Они взяли на себя обязательство собирать пожертвования для покрытия расходов на операции детей с талассемией, но присвоили большую часть собранных средств. По делу 36 потерпевшим был нанесен ущерб на сумму около 1 млн манатов.

  • “Talassemiya işi”nə görə təqsirli bilinən qadınlar apellyasiya şikayəti veriblər

    Talassemiyalı uşaqların müalicəsinə ayrılmış pulları ələ keçirməkdə təqsirli bilinən qadınlar hökmdən apellyasiya şikayəti veriblər.

    Median.Az bu barədə “Qafqazinfo”ya istinadən xəbər verir.

    Həbs olunan qadınlardan ikisi – Aynur Bayramova və Aysel Məmmədova özlərini ümumiyyətlə təqsirli bilmirlər. Onlar hesab edirlər ki, verilmiş ittihamlara münasibətdə günahkar deyillər, amma birinci instansiya məhkəməsində işlərinə düzgün baxılmayıb. Hər ikisi bəraət qazanmasını istəyir.

    Nuridə Seyidova isə digərlərindən fərqli olaraq, bəzi ittihamlarla razıdır. Amma ona təyin edilmiş 8 il 6 ay həbs cəzasını ağır hesab edir. O, yuxarı instansiyadan cəzasının yüngülləşdirilməsini istəyir.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Seyidova 8 il 6 ay, A.Bayramova 7 il 6 ay, A.Məmmədova 6 il 6 ay azadlıqdan məhrum ediliblər. Araşdırma dövründə tanınmış həkimlər də şahid qismində ifadə veriblər.

    Bütün şikayətlər Bakı Apellyasiya Məhkəməsinə daxil olub. Yaxın zamanlarda yeni məhkəmə başlayacaq.

    Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova ilə A.Məmmədova isə onun işçiləri olublar. Onlar talassemiyalı uşaqların əməliyyat xərclərinin qarşılanması məqsədilə ianə toplamaq öhdəliyi götürüblər, lakin toplanan vəsaitlərin çoxunu mənimsəyiblər. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.

  • Ожидается ли сильное землетрясение в Азербайджане? – ВИДЕО

    В последние дни в различных регионах страны, таких как Лерикский, Шамахинский и Хызынский районы, а также в Каспийском море, регистрируются подземные толчки.

    Вчера же было зафиксировано землетрясение магнитудой 3.6 в Шамахинском и Хызынском районах, в 15 км к северо-востоку от станции Пиргулу. Об этом сообщал Республиканский центр сейсмологической службы.

    Было отмечено, что подземные толчки ощущались в эпицентре силой в 4 балла, а в близлежащих населенных пунктах указанных районов – до 4.3 баллов. Очаг природного явления, зафиксированного в 10:18 по местному времени, находился на глубине 5 км.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, по словам генерального директора Республиканского центра сейсмологической службы при Национальной академии наук Азербайджана Гурбана Етирмишли, эти толчки следует рассматривать как положительное явление.

    “Население не должно беспокоиться, возможны незначительные подземные толчки. Положительным является то, что происходит высвобождение энергии. Это говорит о том, что сильного землетрясения не ожидается”, – добавил он.

    Подробнее – в сюжете:

  • Azərbaycanda güclü zəlzələ gözlənilir? – VİDEO

    Bir neçə gündür ölkənin müxtəlif bölgələrində – Lerikdə, Xəzər dənizində, Şamaxıda, Xızıda – yeraltı təkanlar qeydə alınır.

    Bu gün də Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı və Xızı rayonlarında 3.6 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Respublİka Seysmoloji Xİdmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4.3 bala qədər hiss olunub. Yerli vaxtla 10:18-də qeydə alınmış yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişlinin sözlərinə görə, bu təkanları müsbət hal kimi dəyərləndirmək lazımdır:

    “Əhali narahat olmasın, xırda təkanlı zəlzələlər ola bilər. Müsbət hal odur ki, enerji boşalması gedir. Bu da onu göstərir ki, güclü zəlzələdən söhbət gedə bilməz”.

    Ətraflı süjetdə:

  • Sumqayıtda azyaşlı avtoqəzada ölüb

    Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

    İlkin məlumata əsasən, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsində olan 12 yaşlı oğlan hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Şokoladlı çay təzyiqə necə təsir edir?

    Tədqiqatçılar müəyyən ediblər ki, çay və şokoladın birlikdə istifadəsi ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər. Bu təsirin əsas səbəbi onların tərkibində olan flavan-3-ol adlı birləşmənin arterial təzyiqi aşağı salmaq qabiliyyətidir.

    Bu barədə “Verywell Health” nəşri yazır.

    Flavan-3-olların faydaları

    Flavan-3-ol yalnız çay və şokoladda deyil, üzüm, alma, armud və bəzi giləmeyvələrdə də mövcuddur. Sürrey Universitetinin ürək-damar təbabəti üzrə professoru Kristian Xayssın dediyinə görə, yüksək təzyiqdən əziyyət çəkən insanlarda bu maddənin təsiri, bəzən təzyiq salan dərmanların təsiri qədər güclü ola bilər.

    Əksinə, təzyiqi normal və ya aşağı olan insanlarda bu maddə çox cüzi dəyişiklik yaradır.

    Təkcə çay və şokolad kifayətdirmi?

    Diyetoloq Kevin Park isə bildirir ki, yüksək arterial təzyiqi olan insanlar üçün yalnız çay və şokolad kifayət etməyə bilər. Onun sözlərinə görə, təzyiqi nəzarətdə saxlamaq üçün ümumi həyat tərzi və qidalanma vərdişlərini də dəyişmək lazımdır. Lakin flavan-3-ollarla zəngin qidaların gündəlik rasiona daxil edilməsi bu prosesə müsbət təsir göstərə bilər.

    Effekt nə qədər müddətə yaranır?

    Təzyiqdə nəzərəçarpacaq dəyişikliklər üçün flavan-3-ol qəbulunu müntəzəm davam etdirmək lazımdır. Tədqiqatlara əsasən, təsirin özünü göstərməsi üçün bu maddələrin qəbulu 4–8 həftə ərzində həyata keçirilməlidir.

    Professor Xayss qeyd edir ki, araşdırmada iştirak edənlərin gündəlik qəbul etdiyi flavan-3-ol miqdarı təxminən 500–600 milliqram olub. Bu miqdara nail olmaq üçün gündə 2–3 fincan çay, 1–2 porsiya tünd şokolad, 2–3 xörək qaşığı kakao tozu və ya 2–3 ədəd alma istehlak etmək kifayətdir. Bu komponentlər başqa flavan-3-ol mənbələri ilə – məsələn, üzüm, armud və giləmeyvələrlə də əvəz edilə bilər.

    Qeyd: Digər çay növlərinin də sağlamlığa faydası var. Məsələn, yaşıl, qara, ağ və çobanyastığı çayı ürək-damar sağlamlığını dəstəkləyə, immun sistemini gücləndirə və xroniki xəstəliklərin riskini azalda bilər.
    //qaynar.az

  • Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlandı

    Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 33,559 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

    “Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,5 % azdır.

    Təkcə mayda Türkiyə Azərbaycana 7,49 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 5,9 % azdır.

    Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri 5 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artaraq 16 milyard 581 milyon ABŞ dollarına, mayda isə 22,9 % artaraq 3,948 milyard ABŞ dollarına çatıb.

  • Ağaclar vulkan püskürmələrini əvvəlcədən xəbər verə bilər

    Vulkan püskürmələrindən əvvəl ağac yarpaqlarında müşahidə edilən rəng dəyişiklikləri yeni bir erkən xəbərdarlıq sistemi ideyasını gündəmə gətirib. ABŞ-ın Aerokosmik Tədqiqatlar Agentliyi (NASA) və Smitsonian İnstitutu bu müşahidələri peyk məlumatları ilə dəstəkləmək üçün birgə işləyir.

    Qaynarinfo xəbər verir ki, alimlər vulkan hərəkətə keçmədən əvvəl onun ətrafındakı ağaclarda nəzərəçarpacaq dəyişikliklərin baş verdiyini müşahidə ediblər: yarpaqların rəngi tündləşir, yaşıllığın tonu daha doymuş hala gəlir. Bu müşahidə, kosmosdan əldə edilən məlumatlarla birləşdirildikdə, vulkanların erkən xəbər siqnallarını müəyyən etmək üçün maraqlı bir metod təqdim edir.

    NASA və Smitsonian İnstitutu bu rəng dəyişikliklərini kosmosdan izləmək üçün birgə əməkdaşlıq edir. Onlar “Landsat 8” kimi peyklərdən və AVUELO adlı hava müşahidə sistemlərindən istifadə edirlər. Tədqiqatçılar bu təbii reaksiyanın vulkan püskürmələrindən əvvəl atmosferə yayılan karbon qazı (CO₂) ilə əlaqəli olduğunu düşünürlər. Ağaclar bu qazı udduqca, yarpaqlar daha parlaq yaşıl rəng alır.

    Əlbəttə, vulkan püskürmələrini hər zaman əvvəlcədən təxmin etmək mümkün olmur. Lakin Yer üzərində təxminən 1.300 aktiv və ya potensial olaraq aktiv vulkanın olduğu nəzərə alınsa, erkən xəbərdarlıq çox zaman həyati əhəmiyyət daşıyır. Çünki təkcə püskürmənin baş verdiyi ərazi deyil, ətraf bölgələrdəki insanlar da risk altındadır. Səpələnən daşlar, kül buludları və ya sızan zəhərli qazlar birbaşa təhlükə yaradarkən, palçıq axınları və hətta sunami kimi dolayı nəticələr uzaq bölgələrə belə təsir edə bilir.

    İlk siqnal: karbon qazı

    Vulkanlardan yüksələn karbon qazı kimi qazlar, bu prosesin ilkin xəbərdarlıq əlamətlərindən biri hesab olunur. Lakin bu qazı kosmosdan aşkar etmək asan deyil. Məsələn, kükürd dioksid kimi qazlar daha asan izlənilə bilsə də, karbon qazının xüsusilə dağlıq və ya meşəlik ərazilərdə təqibi daha çətin olur.

    Ənənəvi metodlarda tədqiqatçılar birbaşa vulkanın yaxınlığına gedərək ölçmələr aparmalı olurlar. Amma bu hər zaman mümkün olmur, çünki vulkanlar adətən əlçatmaz yerlərdə yerləşir və bu cür müşahidələr zaman və avadanlıq tələb edir. Bu səbəbdən, ağacların göstərdiyi reaksiyalar alternativ yol kimi dəyərləndirilir.

    Bu sahədəki araşdırmalardan birinə Hyuston Universitetindən vulkanoloq Nikol Quinn rəhbərlik edib. Quinn Siciliyada yerləşən Etna vulkanının ətrafındakı ağacları araşdırmaq üçün “Landsat 8” ilə yanaşı, NASA-nın “Terra” və Avropa Kosmik Agentliyinin “Sentinel-2” peyklərinin görüntülərindən istifadə edib. Araşdırma nəticəsində yarpaq rəngindəki dəyişikliklə atmosferdəki karbon qazı səviyyəsi arasında birbaşa əlaqə olduğu təsdiqlənib.

    Sahə tədqiqatları ilə dəstəklənməlidir

    Peyklərlə toplanan məlumatların dəqiqliyini yoxlamaq üçün sahədə də tədqiqatlar aparılmalıdır. İqlim alimləri Coş Fişerin rəhbərlik etdiyi bir qrup 2025-ci ilin mart ayında Kosta Rikadakı “Rincon de la Vieja” vulkanı ətrafında sahə işi həyata keçirib. Burada karbon qazı ölçülüb və ağac yarpaqlarından nümunələr toplanıb. Fişer bu cür tədqiqatların ekologiya ilə vulkanologiyanın kəsişdiyi nöqtədə dayandığını bildirir.

    Hər yerdə keçərli olmaya bilər

    Bununla belə, bu metodun hər bir bölgədə tətbiq edilə bilməyəcəyi qeyd olunur. Ağacların olmadığı vulkan ərazilərində və ya fəsillərin təsir etdiyi bölgələrdə bu metod məhdudiyyətlərlə qarşılaşa bilər. Həmçinin ekoloji xəstəliklər və quraqlıq kimi amillər də yarpaq rənglərinə təsir edə bilər. Buna baxmayaraq, uyğun şəraitdə bu dəyişikliklərin potensial erkən xəbər vasitəsi ola biləcəyi düşünülür.

    Bu sahədə görülən tədbirlərin təsiri keçmişdə də özünü göstərib. Məsələn, 2017-ci ildə Filippinlərdəki Mayon vulkanında aparılan ölçmələr, gözlənilən püskürməni bir neçə gün əvvəlcədən müəyyən etmişdi. Verilən xəbərdarlıqlar əsasında təxminən 56 min insan ərazidən təxliyə edilmiş və 2018-ci ilin əvvəlində baş verən püskürmədə ciddi insan itkisi yaşanmamışdı.

    NASA-dan Florian Şvandner məsələni belə yekunlaşdırır: “Vulkanlar mövzusunda heç bir siqnal təkbaşına kifayət deyil. Amma bu da əlimizdəki parçaları tamamlamağa kömək edə bilər”.

  • Azərbaycanda ömür qısalır – Dünya üzrə 166-cı yerdəyik

    Azərbaycanda gözlənilən ömür uzunluğu dünyada ən aşağı səviyyələrdən biri olaraq qeydə alınıb. “Global Relocate” beynəlxalq təşkilatının yeni hesabatına əsasən, Azərbaycan 69.4 il göstəricisi ilə 197 ölkə arasında 166-cı yerdə qərarlaşıb. Bu göstərici ilə ölkəmiz ömür uzunluğu üzrə nəinki dünya üzrə, hətta regionda da ən geridə qalan ölkələrdən biri hesab olunur.

    Hesabatda göstərilir ki, ən yüksək gözlənilən ömür uzunluğu Monakoda qeydə alınıb – 85.9 il. Ən aşağı göstərici isə 52.5 illə Nigeriyaya məxsusdur.

    Azərbaycanla eyni göstərici (69.4 il) Rusiya və Qazaxıstanda da qeydə alınıb. Onlardan sonra gələn Türkmənistanda isə bu rəqəm bir qədər aşağı – 69.3 il olaraq müəyyən edilib.

    BMT-nin İnkişaf Proqramı bu statistik göstəriciləri müxtəlif yaş qruplarında ölüm hallarını analiz etməklə hesablayır. Gözlənilən ömür uzunluğu səhiyyə xidmətlərinin keyfiyyəti, sosial müdafiə sistemi, təhsil səviyyəsi və ümumi yaşayış standartlarının göstəricisi kimi qəbul olunur.

    “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan dünyada gözlənilən ömür uzunluğuna görə nəinki inkişaf etmiş ölkələrdən, hətta region ölkələrinin əksəriyyətindən də geri qalır: “Ömrün uzunluğu yaşam keyfiyyətinin, səhiyyə sisteminin effektivliyinin, əhalinin rifah səviyyəsinin, təhsil və məlumatlılıq səviyyəsinin barometridir. Əgər ölkədə insanlar orta hesabla 70 yaşa belə çatmırsa, deməli, bu, təkcə tibbi məsələ deyil, həm də iqtisadi və sosial problemidir. Əhalinin gözlənilən ömrü aşağıdırsa, deməli, səhiyyə sistemi ya yetərsizdir, ya da əlçatmazdır. Azərbaycanda son illərdə səhiyyəyə külli miqdarda vəsait ayrılsa da, real nəticələr bunu təsdiq etmir. Özəl klinikalar çoxalır, amma əhalinin böyük hissəsi bu xidmətlərdən istifadə edə bilmir. Dövlət xəstəxanalarında isə keyfiyyətli xidmət hələ də istisna haldır. Sosial müdafiə sistemi də oxşar vəziyyətdədir. Pensiya yaşı artırılır, amma orta ömür uzunluğu 70-ə çatmır. Bu nə deməkdir? Vətəndaşın pensiya yaşına qədər yaşaya bilməməsi gözardı edilir. Başqa sözlə, vətəndaş ömrü boyu işləyir, ödəyir, amma sonda dövlətdən haqqını ala bilmir”.

    Natiq Ələsgərov deyib ki, Birləşmiş Millətlər Təşkilatının da qeyd etdiyi kimi, gözlənilən ömür uzunluğu təkcə səhiyyə yox, həm də sosial rifahın, təhsilin və ümumi həyat səviyyəsinin göstəricisidir: “Gəlin etiraf edək ki, Azərbaycanda orta statistik ailənin yaşayış səviyyəsi, gəlir imkanları, stress səviyyəsi, qida keyfiyyəti və psixoloji rifahı ürəkaçan deyil. Bunların hamısı insan orqanizminə tədricən təsir edən faktorlardır. Ölüm halları, xüsusilə gənc yaşda baş verənlər, əmək miqrasiyası nəticəsində ölkədən çıxanların statistikada “itirilməsi”, səhiyyədə diaqnoz və məlumat sisteminin problemləri reallığın ortaya qoyulmasına xidmət etmir”.

    Natiq Ələsgərov deyib ki, Azərbaycanla eyni göstərici Rusiyada və Qazaxıstanda da müşahidə olunur. Bu ölkələr də postsovet travması, sistemli problemlərlə üz-üzədir: “Gürcüstanda və ya Ermənistanda bu göstəricilər bir qədər yaxşıdır. Niyə biz hətta Türkmənistanla “burun-buruna” gedirik? Azərbaycanda sistemli islahatlar aparılmalıdır. Vətəndaşın real rifahı prioritet götürülməlidir. Ölkədə ömrün qısalması həyəcan zəngidir. Düzdür, hər kəs öz sağlamlığına cavabdehdir, amma dövlət də vətəndaşına cavabdehdir. Əgər bu ölkədə ömrün uzunluğu 69 ilə qədər qısalıbsa, bu, təkcə genetika və ya həyat tərzi ilə izah oluna bilməz. Bu, sosial durumun bərbadlığının nəticəsidir”.

    Sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a deyib ki, əgər bir cəmiyyətin insanları uzun yaşamırsa, bu, təkcə bioloji yox, həm də mənəvi-ictimai intihardır: “Çünki ömrün uzunluğu təkcə tibbin və ya genetikanın deyil, həm də ruhun, ümidin, ictimai dəyərlərin göstəricisidir. Azərbaycanın “Global Relocate” hesabatında 69.4 il gözlənilən ömür uzunluğu ilə 166-cı yerdə qərarlaşması faktı bizi bir daha düşündürməlidir. Bu rəqəm adi bir statistik göstərici deyil. Bu, insan kapitalı dəyərsizləşdirilən bir toplumun səssiz fəryadıdır. İnsan ömrü onun bioloji varlığı qədər sosial mənasını da daşıyır. Uzun yaşamaq yalnız nəfəs almaq deyil, bu, dəyərli yaşamaq, yaşadığı cəmiyyətin mənəvi gücündən qidalanmaqdır. Əgər bu cəmiyyətin fərdi ömrünü sevə bilmirsə, deməli, biz hələ cəmiyyət olmağı tam bacarmamışıq”.

    Sosioloq deyir ki, Azərbaycanda son onilliklərdə baş verən dəyərlərin aşınması, kollektiv yaddaşın pozulması, ailə institutunun zəifləməsi və vətəndaş-məmur münasibətləri insanın iç dünyasına və ömrünə təsir edir: “İnsan yalnız orqanizmi ilə yox, ruhu ilə də yaşayar. Bu ruh isə hazırda yorğundur. Bəlkə də bir çox insan bu ömrün qısalmasını qida rasionu, ekologiya və ya səhiyyə ilə izah etməyə çalışacaq. Bəli, bunlar da mühümdür. Amma daha dərin səbəb sosial depressiyadır. Ümumi ümidsizlik var. Gənc gələcəyinə inanmır, yaşlı isə ötənlərə ağlayır. İctimai durum insana nəfəs deyil, yük verir. Sosial ədalətsizlik, işsizlik, sistemsizlik, məmur toxunulmazlığı, əxlaqi boşluq və mənəvi ifliclik səssizcə insanı içdən yeyən amillərdir. Bu, fiziki intihar deyil, mənəvi tərk etmə halıdır. İnsan bir gün qərara gəlir ki, bu durumda ömrüm nəyə yarayır?”

    Sosioloq mədəniyyətin və mənəviyyatın rolunu da qeyd edir: “Mədəni irsi, zəngin folkloru, dərin mənəvi kökləri olan bir xalq bu qədər qısa ömürlə niyə razılaşmalıdır? Çünki biz bu mirası yaşatmırıq. Cəmiyyət bəlkə də ən böyük səhvini burada edir. İnsanı sadəcə “fəhlə”, “vergi ödəyicisi”, “statistik rəqəm” kimi görür. Biz insana mənəvi yük yükləmirik, ona ümid vermirik. Məktəb tənqidə qapalıdır, ailə maddi çətinlik içindədir, televiziya şoudan ibarətdir, ictimai müzakirə isə susqundur. Bu şəraitdə insan niyə uzun yaşasın ki? Əslində bu 69.4 illik ömür təkcə az deyil, həm də tələsik yaşanmış bir ömürdür. İnsanlar nəfəs almadan yaşayır. Kreditlərlə, işsizliklə, təzyiqlə, riyakarlıqla, sosial maskalarla ömür sürür. Bu ömür insanın özü ilə dialoquna imkan vermir. Ona görə də bu rəqəmi dəyişmək üçün yalnız tibbi islahat yetərli deyil. Biz ictimai ömrü dəyişməliyik. İnsan özü üçün yox, dəyər üçün yaşamalıdır. Cəmiyyət insanı təkcə işlədən yox, düşünməyə, sevməyə və özünü axtarmağa təşviq edən bir sistemə çevrilməlidir. Əgər bir xalqın ömrü qısalırsa, bu, yaddaşın və ruhun susdurulmasıdır”.