Month: June 2025

  • Çoxmərtəbəli binalar təbii qazla təmin olunmaya bilər (VİDEO)

    Bir neçə ildən sonra çoxmərtəbəli binalara təbii qaz daxil olmayacaq.

    Bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisdə “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə zamanı bildirib. Nazir müavininin sözlərinə görə yeni qanunun qəbulu çoxmərətəbli binalarda daha təhlükəsiz mühitin yaranmasına səbəb olacaq.

    Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyir ki, son illər qaz sızmaları nəticəsində baş verən partlayışların sayı artıb. Bu cür hadisələr zamanı insan təlafatının qaçılmaz olması da müəyyən addımların atılmasını zəruri edir.

    İnşaat məsələləri üzrə mütəxəssis Muxtar Ərturan isə sözügedən məsələnin kütləvi şəkildə tətbiqini hazırda müMkün hesab etmir. Onun sözlərinə görə yeni binalar mərkəzləşmiş istilik sistemi ilə təchiz edilsə belə, mavi qazın verilməməsi elektrik enerjisində yüklənmələrə, həmçinin kommunal ödənişlərdə ciddi artımlara səbəb olacaq.

    Mütəxəssisin sözlərinə görə, problemdən çıxış yolu qaz təchizatının dayandırılması deyil, mavi yanacağa aid normativlərin düzgün tətbiqidir.

    Mütəxəsisin fikrincə, gələcəkdə çoxmənzilli binalara mavi qaz buraxılmasa doldurulma qaz balonlarının da istifadəsinə yol aça bilər.

    Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.

  • Azərbaycanda 2 milyon manatlıq mənimsəməyə görə həbs edilən direktora daha bir İTTİHAM

    “Şəmkir Un-Yem” MMC-nin 2 milyon manatdan çox yeyintidə ittiham olunan direktoru Aslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xüsusilə ağır cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

    Hazırlıq iclasında müttəhimin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib.

    Qeyd edək ki, o, xüsusilə külli miqdarda mənimsəmədə, torpaq sahələri üzərində mülkiyyət hüququnun pozulmasında, xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmaqda və vəzifə saxtakarlığında təqsirləndirilir.

    Məhkəmədə məlum olub ki, A.Əliyevə bunlardan əlavə, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılması maddəsi ilə də ittiham verilib. İstintaqla müəyyən edilib ki, mənimsənilən dövlət vəsaitləri müxtəlif yerlərə köçürülərək həqiqi mənbəyini gizlətmək məqsədilə leqallaşdırılıb.

    Prokuror cinayət işinin ağırlığını və işdə dəyişən halların qeydə alınmadığını əsas gətirərək seçilmiş həbs formasında qətimkan tədbirinin dəyişdirilməməsini istəyib. İlk iclasın qərarına əsasən, qətimkan tədbiri olduğu kimi saxlanılıb. İş məhkəmə baxışına verilib.

    Baxış iclasında ittiham aktı oxunacaq, müttəhimin özünü təqsirli bilib-bilmədiyi məlum olacaq.

    Qeyd edək ki, A.Əliyev Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. “Şəmkir Un-Yem” 2018-ci ildə fəaliyyətə başlayıb. İnvestisiya dəyəri 6 milyon manat olan müəssisədə istehsal olunan məhsullar əsasən Şəmkir, Gəncə, Gədəbəy, Tovuz və Qazax rayonlarında satışa çıxarılır.

  • Минобороны Армении сообщило о смерти военнослужащего

    Военнослужащий одной из воинских частей Армении Нарек Арманович Маргарян погиб в результате удара молнии.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщает пресс-служба Минобороны страны.

    Отмечается, что инцидент произошел 6 июня, около 13:00 (время совпадает с бакинским – ред.).

    Ведется расследование для полного выяснения обстоятельств инцидента.

  • Ermənistan Müdafiə Nazirliyi hərbçisinin öldüyü barədə məlumat yaydı

    Ermənistanda hərbi hissələrdən birinin hərbi qulluqçusu Narek Marqaryan ildırım vurması nəticəsində həyatını itirib.

    Bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Qeyd olunur ki, hadisə iyunun 6-da saat 13 radələrində (Bakı vaxtı ilə eynidir – red.) baş verib.

    Hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

  • Azərbaycan millisi Qazaxıstanı məğlub edib

    Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

    Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasını məğlub edib.

    Oyun yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

    Qeyd edək ki, millimizin növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.

  • Bu ixtisaslara qəbul olmaq asandır

    I-IV ixtisas qrupları daxilində (dövlət sifarişi üzrə) ən aşağı keçid ballı ixtisasların siyahısı (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) təqdim edilib.

    Median.Az AzEdu.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

    Belə ki, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Qarabağ Universiteti və Lənkəran Dövlət Universitetinin ixtisaslarına dövlət sifarişi əsasında qəbul üçün əlavə olaraq ayrılan yerlər, eləcə də Azərbaycan İlahiyyat İnstitutunun ixtisasları üzrə ayrılan yerlər nəzərə alınmayıb.

    Ən aşağı keçid balı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin I qrupa daxil olan” Cihaz mühəndisliyi” ixtisasında 201.5 bal olub.

    Ən aşağı keçid balı Azərbaycan İdman Akademiyası II qrupa daxil olan “İdman menecmenti və kommunikasiya” (tədris ingilis dilində) ixtisasında 258.6 bal olub.

    Ən aşağı keçid balı Azərbaycan İlahiyyat İnstitutunun III qrupa daxil olan “Dinşünaslıq” ixtisasında 289.1 bal olub.

    Ən aşağı keçid balı Qərbi Kaspi Universitetinin IV qrupa daxil olan “Su bioehtiyatları və akvakultura” (tədris ingilis dilində) ixtisasında 205.3 bal olub.

    I-IV ixtisas qrupları daxilində (ödənişli) ən aşağı keçid ballı ixtisasların siyahısı;

    Ən aşağı keçid balı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin I qrupa daxil olan” Cihaz mühəndisliyi” (rus bölməsi) ixtisasında 200.5 bal olub.

    Ən aşağı keçid balı Sumqayıt Dövlət Universitetinin II qrupa daxil olan” Sosiologiya” ixtisasında 200.1 bal olub.

    Ən aşağı keçid balı Azərbaycan Odlar Yurdu Universitetinin III qrupa daxil olan “Tərcümə ” (tədirs ingilis dili üzrə) ixtisasında 200.6 bal olub.

    Ən aşağı keçid balı Sumqayıt Dövlət Universitetinin IV qrupa daxil olan” Kimya” ixtisasında 212.1 bal olub.

  • Трамп задумался о продаже своего автомобиля Tesla после ссоры с Маском

    Президент США Дональд Трамп планирует продать или подарить свой красный электромобиль Tesla.

    Об этом сообщила газета The Washington Post со ссылкой на источники в Белом доме.

    По их информации, американский лидер приобрел автомобиль в начале 2025 года в поддержку компании Илона Маска. Слухи о намерении президента избавиться от электрокара появились на фоне разногласий Трампа и Маска.

    Ссора между Маском и Трампом возникла в результате критики миллиардера нового налогового законопроекта. Предприниматель также считает, что без его помощи Трамп проиграл бы президентские выборы, а также заявил, что американский лидер фигурирует в “файлах Эпштейна” – материалах дела финансиста, обвиненного в торговле несовершеннолетними.

    Трамп назвал миллиардера сумасшедшим и пригрозил лишить госконтрактов, на что Маск ответил заявлением о прекращении использования космического корабля Dragon. Однако позже Маск передумал.

    Трамп приобрел у Маска красный Model S 12 марта. За несколько часов до этого глава США написал в своей соцсети Truth, что планирует купить Tesla, чтобы поддержать Илона Маска и его компанию.

  • Tramp öz “Tesla” avtomobilini satmaq istəyir

    ABŞ Prezidenti Donald Tramp qırmızı rəngli “Tesla” elektrik avtomobilini satmağı və ya hədiyyə etməyi planlaşdırır.

    Bu barədə “The Washington Post” qəzeti Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

    Onların məlumatına görə, ABŞ lideri avtomobili 2025-ci ilin əvvəlində İlon Maskın şirkətinə dəstək məqsədilə alıb.

    Prezidentin elektromobildən qurtulmaq niyyəti ilə bağlı söz-söhbətlər Tramp və Mask arasında fikir ayrılıqları fonunda yaranıb.

    Xatırladaq ki, onlar iyunun 5-də sosial şəbəkələrdə qarşılıqlı sərt açıqlamalar veriblər.

  • ADY bayram günlərində əlavə reyslər təyin edib – AÇIQLAMA

    “Azərbaycan Dəmir Yolları” Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

    Qeyd olunub ki, iyunun 5-də Bakı-Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub. Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb.

    Həftəiçi Bakı-Balakən-Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.

    Artan sərnişin tələbatı nəzərə alınaraq, 6-9 iyun tarixlərində Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib.

  • Paşinyanın din xadimi barədə qalmaqallı sözləri komissiya tərəfindən araşdırılacaq

    Ermənistanın Korrupsiyanın Qarşısının Alınması üzrə Dövlət Komissiyası (eyni zamanda etika məsələləri üzrə funksiyaları da yerinə yetirir) baş nazir Nikol Paşinyanın “Facebook” sosial şəbəkəsində din xadimləri ilə bağlı dərc etdiyi nalayiq paylaşım barədə araşdırmaya başlayıb.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə komissiya sədrinin səlahiyyətlərini icra edən Mariam Qalstyan məlumat verib.

    “Biz öz təşəbbüsümüzlə paylaşımın yayımlandığı gün araşdırmaya başlamışıq”, – deyə o, vurğulayıb.

    Qalstyan əlavə edib ki, komissiya Paşinyanın ifadələri ilə bağlı vəkil Ara Zoqrabyanın müraciətinə də baxır və böyük ehtimalla, iyunun 9-da araşdırmanın başlanıb-başlanılmaması ilə bağlı qərar veriləcək.

    Onun sözlərinə görə, əgər Paşinyanın etik normaları pozduğuna dair qərar qəbul olunarsa, o zaman mövcud prosedura əsasən, o, ictimai izahat təqdim etməli olacaq.

    Xatırladaq ki, Paşinyan mayın 29-da hökumətin iclasında erməni kilsələrini “zibillə dolu şkaflara” bənzətmişdi. Bundan sonra Erməni Apostol Kilsəsinin iyerarxlarına qarşı sərt tənqidlər və hücumlar başlamışdı. O, hətta arxiyepiskoplardan birini dayısının arvadı ilə cinsi münasibətdə olmaqda ittiham etmişdi.

    Daha sonra Paşinyan katolikosu din xadimlərinin qəbul etdiyi subaylıq andını pozmaqda günahlandırıb və seçkilərdə dövlətin həlledici səsə malik olması, namizədlərin dürüstlük yoxlanışından keçməsi üçün Ermənistan Apostol Kilsəsinin rəhbərinin seçilməsi prosedurunun dəyişdirilməsini təklif edib.