Month: June 2025

  • Bu il cəzaçəkmədən azad edilən 2000-dən çox şəxsin hər birinə 1600 manat verilib

    Cari ilin 5 ayı ərzində respublika üzrə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan 2187 şəxsə birdəfəlik müavinət təyin edilərək ödənilib.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

    Bildirilib ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər minimum aylıq əməkhaqqının dörd misli məbləğində (hazırda 1600 manat) birdəfəlik müavinətlə təmin edilir.

    Həmçinin, bu müavinət digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycanda daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikası vətəndaşlarına da şamil olunur.

    Qeyd olunan birdəfəlik müavinətin təyinatı bu kateqoriyadan olan şəxsin sosial adaptasiya müddəti ərzində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına və ya “DOST” mərkəzlərinə yazılı müraciəti əsasında aparılır.

  • С ракетно-артиллерийскими батареями проведены тактические учения с боевой стрельбой (Видео)

    В соответствии с планом боевой подготовки на текущий год, в подразделениях ракетно-артиллерийских войск были проведены тактические учения с боевой стрельбой.

    Об этом сообщает Министерство обороны Азербайджана.

    Согласно плану, были выполнены задачи по выдвижению подразделений из пунктов постоянной дислокации в районы сосредоточения, размещению на местности, приведению техники в боевую готовность и занятию огневых позиций.

    В ходе учений подразделения выполнили боевые стрельбы из гаубиц и реактивных систем залпового огня. На учениях, в ходе которых точным артиллерийским огнем были уничтожены цели условного противника, были успешно выполнены все поставленные задачи.

    Основной целью учений является совершенствование навыков принятия командным составом оперативных решений, повышение уровня знаний и умений, планирование действий во время боевых операций, развитие взаимодействия с другими видами войск, а также укрепление полевых и практических навыков личного состава.

  • Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlimlərdən GÖRÜNTÜLƏR (Video)

    Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, plana əsasən, bölmələrin daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə yerləşməsi, texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra olunub.

    Təlimlərdə bölmələr haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib. Şərti düşmən hədəflərinin sərrast artilleriya atışları ilə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

    Təlimin keçirilməsində əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, eləcə də şəxsi heyətin səhra və praktiki vərdişlərinin artırılmasına yönəldilib.

  • Göyçayda 80 yaşlı kişi evində ölü tapıldı

    Göyçay rayonunda evdə kişi meyiti aşkarlanıb.

    Oxu.az-ın məlumatına görə, hadisə rayonun Bığır kəndində baş verib. Kənd sakini, 1945-ci il təvəllüdlü Akif Xeyrulla oğlu Kərimovun meyiti yaşadığı evdə aşkarlanıb.

    Meyitin xarici müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarətlər aşkar edilməyib.

    Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

    Məlumata görə, A.Kərimov uzun müddət imiş ki, bronxial astma xəstəliyindən əziyyət çəkirmiş. O, özünə məxsus evdə tək yaşayırmış.

    A.Kərimovun meyiti dünən qonşuları tərəfindən evində aşkar edilib.

  • В Баку сгорел “шинный рынок” – ВИДЕО (Обновлено)

    На горячую линию 112 Министерства по чрезвычайным ситуациям (МЧС) поступила информация о пожаре на территории, называемой “новый шинный рынок”, на проспекте Бабека в Низаминском районе Баку.

    Как сообщили в МЧС, на место происшествия немедленно прибыли силы Государственной службы пожарной охраны ведомства.

    При оценке оперативной обстановки было установлено, что пожар произошел в примыкающих друг к другу магазинах на территории рынка, и из-за ветреной погоды существовал высокий риск распространения огня.

    Благодаря оперативному вмешательству сотрудников МЧС, огонь был потушен в короткие сроки, не допустив его распространения на территорию рынка.

    В результате пожара на площади 90 кв.м сгорели легковоспламеняющиеся конструкции трех магазинов по продаже автомобильных запчастей, построенных под одной крышей общей площадью 200 кв.м, сторожевая будка общей площадью 5 кв.м. и 0.1 кубометра деревянных поддонов, сложенных поблизости.

    Примыкающие и другие объекты на территории рынка, припаркованные автомобили были защищены от огня.

    “Министерство по чрезвычайным ситуациям еще раз обращается к населению с призывом строго соблюдать правила пожарной безопасности в связи с наблюдаемым в настоящее время сильным ветром”, – отметили в ведомстве.

    * * * * *

    В Низаминском районе Баку произошел пожар на территории, известной как “шинный рынок”.

    Об этом сообщает со ссылкой на Министерство по чрезвычайным ситуациям (МЧС).

    На территорию прибыли подразделения Государственной службы пожарной охраны ведомства.

    Пожар был потушен силами МЧС.

  • Bakıda “Təkər bazar”ı yandı – VİDEO (Yenilənib)

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində “Yeni təkər bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN-dən verilən məlumata görə, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş mağazalarda baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən olunub.

    Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bazar ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 200 kvadratmetr olan 3 avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları 90 kv.m. sahədə, ümumi sahəsi 5 kv.m. olan gözətçi köşkü və yaxınlıqda yığılmış 0.1 kubmetr taxta altlıq yanıb.

    Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər, park edilmiş avtomobillər yanğından mühafizə olunub.

    “Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək hazırda müşahidə olunan güclü küləkli hava şəraiti ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır”, – qurumdan bildirilib.

    * * * * *

    Bakı şəhərinin Nizami rayonunda “Təkər bazarı” adlanan ərazidə yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

    Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

    Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Стало известно число девятиклассников, не умеющих читать и писать

    В прошлом году среди учащихся были выявлены не только те, кто минимально усвоил учебную программу, но и те, кто испытывает трудности с чтением и письмом или вообще не умеет читать и писать.

    Как сообщает Report, об этом говорится в журнале “Абитуриент 12”, изданном Государственным экзаменационным центром, где отражены научно-статистические материалы о результатах приемных и выпускных экзаменов в общеобразовательных учреждениях на 2024-2025 учебный год.

    Отмечается, что таких среди учеников 9-го класса было 5 человек.

    “Учитывая, что такие случаи не зафиксированы в протоколах большинства руководителей экзаменов, можно предположить, что указанный выше факт на самом деле встречается чаще. Что касается числа учеников 9-го класса, не умеющих читать и писать, то в Бардинском, Агджабединском, Саатлинском, Лянкяранском и Шабранском районах их было по 1 человеку”, – говорится в материале.

  • Doqquzuncu siniflər arasında oxuyub-yazmağı bilməyən şagirdlərin sayı AÇIQLANDI

    Ötən il şagirdlər arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.

    Bildirilib ki, belələri 9-cu sinif şagirdləri arasında 5 nəfər olub:

    “Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən bu faktın, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayına gəlincə, Bərdə, Ağcabədi, Saatlı, Lənkəran, Şabran rayonlarının hərəsində 1 nəfər olub”.

  • Как долго продлится нестабильная погода в Азербайджане?

    По состоянию на утро 3 июня на территории Азербайджана сохраняется нестабильная погода, в некоторых районах идет дождь.

    Об этом сообщает Median.Az со ссылкой на Национальную службу гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Местами наблюдается ветер, максимальная скорость которого в Баку и на Абшеронском полуострове достигает 28 м/с, Нафталане – 22 м/с, Гяндже – 18 м/с, Алтыагадже – 17 м/с, Шабране, Евлахе и Барде – 15 м/с.

    Максимальная высота волн в Каспийском море составила 3.8 м.

    Количество выпавших осадков в Дашкесане составляет – 20 мм, Гедабее – 9 мм, Агстафе – 5 мм, Шамкире – 4 мм, Гяндже – 3 мм, Нафталане, Загатале, Балакене, Гёйгёле и Товузе – 1 мм.

    Нестабильные погодные условия, наблюдаемые на территории страны, продлятся до 5 июня.

  • Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? – FAKTİKİ HAVA

    İyunun 3-də saat 10:00-a olan faktiki hava açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

    Məlumata əsasən, bir sıra ərazilərdə külək əsir, bəzi bölgələrdə yağış yağır.

    Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Naftalanda 22, Gəncədə 18, Altıağacda 17, Şabran, Yevlax və Bərdədə 15 m/s-dək güclənib.

    Dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatır.

    Düşən yağıntının miqdarı Daşkəsəndə 20, Gədəbəydə 9, Ağstafada 5, Şəmkirdə 4, Gəncədə 3, Naftalan, Zaqatala, Balakən, Göygöl və Tovuzda 1 mm-dir.

    Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək.