Month: June 2025

  • Türkiyədə dəhşətli zəlzələ: Bir nəfər öldü, 69 nəfər yaralandı (Yenilənib)

    Türkiyənin daxili işlər naziri Ali Yerlikaya ölkənin cənub-qərb sahillərində baş verən zəlzələ nəticəsində bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını bildirib.

    O, bu barədə “X” sosial şəbəkəsində yazıb.

    Yerlikaya qeyd edib ki, zəlzələ nəticəsində 14 yaşlı uşaq panik atak nəticəsində dünyasını dəyişib.

    Nazirin sözlərinə görə, təşviş və hündürlükdən tullanma nəticəsində 69 nəfər xəsarət alıb, onlardan 46-sı xəstəxanaya çatdırılıb.

    Ali Yerlikaya şəhərdə dağıntı olmadığını vurğulayıb.

    * * * * *

    Türkiyənin Muğla şəhərində, Mərmərə dənizinin sahilində 5.8 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.

    Yerli vaxtla 02:17-də qeydı alınan təkanların episentrinin Mərmərədən 10.43 kilometr aralıda, 67.91 kilometr dərinlikdə olduğu bildirilir. Zəlzələ ilk növbədə Muğla və ətraf vilayətlərdə hiss olunub.

    Muğla valisi İdris Akbıyık “TRT Haber”in canlı yayımında bildirib ki, təşvişə düşən bir nəfər ikinci mərtəbədən atılıb. O, təşviş pozuntusu və hündürlükdən atlama nəticəsində yaralananların sayının 11-ə yüksəldiyini açıqlayıb. Hər hansı dağıntı ilə bağlı məlumatın olmadığını deyib.

  • Avtomobilləri bir dəqiqəyə tam şarj etmək mümkün olacaq

    Hazırda Çinin Şençjen şəhərində keçirilən beynəlxalq avtomobil sərgisində elektrik avtomobilləri üçün yeni ultrasürətli enerji doldurma stansiyaları şəbəkəsinin yaradılacağı elan edilib.

    Median.Az auto.ru-ya istinadən xəbər verir ki, layihəni “BYD Auto” təqdim edib.

    Elektrik avtomobilləri istehsalçısı Çində 1 meqavata qədər cərəyan verən 15 000 terminal quraşdıracaq ki, bu da son nəsil “Tesla Supercharger V4″dən iki dəfə sürətlidir.

    Söhbət martın ortalarında təqdim olunan “BYD Megawatt Flash Charger” adlı yeni şarj stansiyasından gedir. O, 1 saniyəyə elektromobili 2 kilometr səyahət üçün kifayət edən enerji ilə doldurur. Beləliklə, 1 dəqiqəyə 120, 5 dəqiqəyə isə 500 kilometrlik enerji yığmaq mümkündür.

    Nəzərə alsaq ki, bu gün Çin istehsalı olan bir sıra avtomobillərin, xüsusilə “plug-in hybrid”lərin elektrik mühərriki ilə gediş məsafəsi 55-125 km arasındadır, cəmi 1 dəqiqəyə tam şarj imkanı bu sahədə əsl inqilab sayıla bilər.

  • Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Sumqayıt bulvarında attraksionların qiyməti bahalaşıb?

    Aparıcı Mətanət Əliverdiyeva 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə attraksionların qiymətinin artmasından şikayətlənib.

    Bu barədə o, aparıcısı olduğu “Xəzər axşamı” verilişində danışıb.

    O bildirib ki, həmin gün attraksionların qiyməti 1 manatdan 3-5 manatadək artıb:

    “Serial çəkilişindən çıxıb Sumqayıt bulvarına yollandım. Buradakı attraksionlar Bakı ilə müqayisədə ucuz olur. Bir manatdan baha olmur, bəzən isə əlli qəpik də olur. Amma dünən bilmədim ki, uşaqların, yoxsa cibinizin müdafiəsi günü idi. Ayıb olsun, kiminsə adından istifadə etməyin. Hamısına da şamil etmirəm. Elə işbazlar var idi ki, uşaqların sıxlığını yox, ciblərinin sıxlığını tənzimləmək istəyirdi. Bir evdən 4-5 uşaq gəlir, qiyməti 1 manatdan 3-5 manata qaldırmaq nə deməkdir?” – deyə, o bildirib.

  • Объявлено имя нового посла Ирана в Азербайджане

    Стало известно имя нового посла Ирана в Азербайджане.

    Об этом со ссылкой на агентство ISNA сообщил Telegram-канал Azad İran.

    Согласно информации, новым послом исламской республики в Баку стал Муджтаба Демирчили.

    Отмечается, что до этого он занимал должность генерального директора по Евразии в Министерстве иностранных дел Ирана.

  • İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

    İranın Azərbaycana təyin etdiyi yeni səfirin adı məlum olub.

    Bu barədə “Azad İran” “Telegram” kanalı ISNA agentliyinə istinadla bildirir.

    Məlumata görə, İranın Bakıdakı yeni səfiri Müctəba Dəmirçilidir.

    Bildirilir ki, o, hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru vəzifəsini tutur.

  • В BakuBus прокомментировали ситуацию с неработающими кондиционерами в автобусах – Видео

    Несмотря на заявление ООО BakuBus о запуске системы кондиционирования в принадлежащих компании автобусах, в ряде транспортных средств ситуация осталась неизменной.

    Как передает Median.Az со ссылкой на Xəzər TV, в некоторых автобусах кондиционеры уже функционируют.

    В пресс-службе компании пояснили, что запуск системы охлаждения воздуха осуществляется поэтапно.

    Отмечается, что такой подход направлен на обеспечение ее стабильной и бесперебойной работы.

    Подробнее – в сюжете:

  • “BakuBus” avtobuslarda kondisionerlərin işləməməsinə aydınlıq gətirdi – VİDEO

    “BakuBus” MMC özünün balansında olan avtobuslarda kondisionerlərin bu gündən aktivləşəcəyi məlumatını yaysa da, bəzi avtobuslarda vəziyyət dəyişməyib.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bəzi avtobuslarda isə kondisionerlər artıq işə salınıb.

    Məsələ ilə bağlı “Bakubus” MMC-nin Mətbuat Xidmətindən bildirilib ki, kondisoner sistemi mərhələli şəkildə aktivləşdirilir.

    Qurumdan o da bildirilib ki, prosesin mərhələli şəkildə aparılması sistemin dayanıqlılığının uzunmüddətli olmasını təmin etmək məqsədi daşıyır.

    Ətraflı süjetdə:

  • “Qalatasaray” heyətini erməni futbolçu ilə gücləndirə bilər

    “Qalatasaray” klubu “Krasnodar”ın futbolçusu Eduard Spertsyanı transfer etmək istəyir.

    “Sarı-qırmızılar” komandadan ayrılan Dris Mertensin boşluğunu erməni pleymeyker ilə doldurmağı planlaşdırır. Oyunçu tərəfi razı salınarsa, bu keçid baş tutacaq.

    Bu barədə “Qalatasaray”a yaxın jurnalistlərdən olan Arda Özkurt məlumat yayıb.

    Spertsyan 2018-ci ildən “Krasnodar”ın əsas komandasında çıxış edir. O, başa çatan mövsümdə komandası ilə Rusiya çempionu olub.

    24 yaşlı futbolçu Ermənistan yığmasında 32 oyuna çıxıb və 6 qol vurub.

    “Transfermarkt” portalına görə, onun dəyəri 20 milyon avrodur.

  • Şəxs hansı halda müflisləşmiş elan oluna bilməz? – MÜHÜM QƏRAR

    Azərbaycan Respublikasının Ali Məhkəmə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

    Bu barədə Ali Məhkəmə məlumat yayıb.

    İşin hallarına görə, fiziki şəxs kommersiya fəaliyyəti nəticəsində yaranmış borcları əsas götürərək məhkəməyə müflis elan olunmaq üçün müraciət edib. Ərizəçi fərdi sahibkar kimi qeydiyyata alınmayıb.

    Birinci və apellyasiya instansiyası məhkəmələri ərizəçinin borc öhdəliklərini yerinə yetirmək qabiliyyətinin olmadığı barədə yetərli sübut təqdim etmədiyini əsas gətirərək ərizəni təmin etməyiblər. Bundan sonra ərizəçi Ali Məhkəməyə müraciət edib.

    Ali Məhkəmə qəbul etdiyi qərarında qeyd edib ki, “Müflisləşmə və iflas haqqında” Qanunun qeyd olunan tələblərinə görə, məhkəməyə iflas haqqında ərizə ilə istənilən fiziki şəxs deyil, yalnız öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən sahibkar müraciət edə bilər.

    Eyni zamanda “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 1 və 10-cu maddələri və Vergi Məcəlləsinin 13.2.37 və 33.3-cü maddələrində müəyyən edilir ki, fiziki şəxs sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirməsi üçün vergi orqanlarında qeydiyyatdan keçməli və VÖEN əldə etməlidir. Yalnız bundan sonra fiziki şəxs fərdi sahibkar statusunu əldə edir. Ərizəçi isə aktiv VÖEN-i mövcud deyil və özü də kommersiya fəaliyyətini qeydiyyata alınmadan həyata keçirdiyini bildirir. Bu hal onun fərdi sahibkar kimi hüquqi statusa malik olmadığını təsdiq edir. Belə olan halda, o, “Müflisləşmə və iflas haqqında” Qanunu ilə müəyyən edilən subyektlər sırasına aid deyildir. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsin isə “Müflisləşmə və iflas haqqında” Qanun çərçivəsində müflis elan olunması mümkün deyil. Bu qanun yalnız hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə şamil olunur.

    Buna görə də ərizəyə mahiyyəti üzrə baxılmalı deyil, çünki ərizəçi “Müflisləşmə və iflas haqqında” Qanunda nəzərdə tutulmuş subyektlərdən biri deyildir. Bu səbəbdən iş üzrə məhkəmə icraatı qanuni əsaslara malik olmayıb və işə mahiyyəti üzrə baxılması prosessual normaların pozulması ilə nəticələnib. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, belə hallar olduqda məhkəmə iş üzrə icraata xitam verməlidir.

    Yekunda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilib.

  • Yayımı dayandırılan “Match TV” kanallarının istifadəçilərinə güzəşt olunacaq?

    Azərbaycanda yayımı dayandırılan “Match TV” kanallarından istifadə edən abunəçilərə “Sport” paketini ləğv etmək məsləhət görülür.

    Mövzu ilə bağlı ölkə ərazisində fəaliyyət göstərən birdən çox provayderlə əlaqə saxlasaq da, cavab eyni oldu.

    İnternet provayderləri “Match TV” kanallarının yayımı dayandırılsa da, abunəçilərə heç bir endirim və ya güzəşt olunmayacağını bildirdilər.

    Provayderlər yaxın günlərdə “Match TV” kanallarını yeniləri ilə əvəzləyəcəklərini, bununla yanaşı, sözügedən şirkətlə danışıqlar aparıldığını dedilər.

    Bu problemin nə zaman aradan qaldırılacağına dair dəqiq tarix verə bilməyəcəklərini söylədilər.

    İstifadəçilərə isə bu müddət ərzində “Sport” paketinin ləğv edilməsi və ya problem həll olunana kimi gözləmələri məsləhət görülür.

    “Sport” paketlərdə “Match TV” kanallarının yayımı dayandırılsa da, digər kanallar fəaliyyətini davam etdirir.

    Qeyd edək ki, 2015-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Match TV” kanallarının yayım icazəsi olmayıb. Ona görə də “Media haqqında” Qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalların yayımı dayandırılıb.
    //oxu.az