Month: June 2025

  • Yol polisindən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT

    Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

    Bu barədə İdarədən məlumat verilib.

    Bildirilib ki, sinoptiklərin məlumatına əsasən, ölkə ərazisində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir:

    “Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

    Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər. Nəqliyyat vasitələri aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməli, yağışlı havada daha çox ara məsafəsi saxlanılmalıdır.

    Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər”.

  • Gəncədə qudalar arasında dava – Xəsarət alanlar var

    Gəncədə qohumlar arasında baş verən dava qanla bitib.


    Median.Az “Unikal”a istinadən xəbər verir ki, hadisə şəhərin Sevinc qəsəbəsində baş verib. Belə ki, qəsəbədə yaşayanlar Kəlbəcər rayon sakinləri 1980-ci il təvəllüdlü Ə.Alişanov qarnının kəsilmiş deşilmiş bıçaq xəsarəti, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü A.Alişanova və övladı 2005-ci il təvəllüdlü A.Alişanov kələ beyin tranması xəsarəti ilə xəstəxanaya çatdırılıb.
    Ailə üzvülərindən bıçaq xəsarəti alan Ə.Alişanovun vəziyyətinin ağır olduğu bildirilir. Ana və övladın balta xəsarəti aldığı deyilir. Hər iki şəxsin vəziyyətinin isə normal olduğu qeyd edilib.
    Məlumata görə, dava qudalar arasında düşüb. Dava zaman qarşı tərəfdən də 2 nəfərin xəsarət aldığı bildirilir. Onlar da digər xəstəxanaya aparıılıb. İlkin məlunata görə, qudalar arasında dava ailə münaqişəsi zamanı düşüb, nəticədə bir neçə nəfər xəsarət alıb.
    Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

  • Bakıda küləyin sürəti 28 m/s təşkil edir – FAKTİKİ HAVA

    Azərbaycanda iyunun 3-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
    Bir sıra ərazilərdə külək əsir, bəzi bölgələrdə yağış yağır. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Naftalanda 22, Gəncədə 18, Altıağacda 17, Şabran, Yevlax və Bərdədə 15 m/s-dək çatır.
    Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatır.
    Düşən yağıntının miqdarı Daşkəsəndə 20, Gədəbəydə 9, Ağstafada 5, Şəmkirdə 4, Gəncədə 3, Naftalan, Zaqatala, Balakən, Göygöl və Tovuzda 1 mm-dir.
    Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək.

  • Gəncənin bəzi hissələrində qaz kəsilib

    Gəncə şəhərinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

    Yaranmış sızmaların aradan qaldırılması üçün Gəncə şəhəri Z.Hacıyev küçəsində köhnə qaz siyirtməsi yenilənəcək və T.Özal küçəsi ilə Atatürk prospektində yeni qaz xətləri mövcud şəbəkəyə qoşulacaq.
    Bu səbəbdən “Şəhər-1” orta təzyiqli qaz xətti, “Maşınqayırma” orta təzyiqli qaz xətti, “Bağmanlar” QPS və ölçü qovşağına bağlı əhali qaz xətti ilə təmin olunan ərazilərdə qazın verilişi dayandırılıb.
    Qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.

  • Azərbaycanda vəfat edən tələbələrin sayı AÇIQLANDI

    Ötən tədris ilində Azərbaycanda 76 tələbə vəfat edib.

    Bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların əks olunduğu “Abituriyent 12” jurnalında qeyd olunub.
    Bildirilib ki,onlardan 54-ü bakalavriat, 5-i magistratura, 12-si tam orta ixtisas, 5-i isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.
    Bundan başqa, 2024-cü ildə akademik borca görə 315, digər təhsil müəssisəsinə köçürülmə ilə əlaqədar 1 133, təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə 10 min 746 tələbə universitetdən xaric edilib.
    Təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar xaric edilən tələbələrin sayı 1 346 olub.
    Ötən il təkrar kursda saxlanılan tələbələrin sayı isə 53 nəfər olub.
     
    //Report

  • “20 Yanvar”dakı “yiyəsiz” obyektlərin aqibəti necə olacaq? – AÇIQLAMA

    Metronun “20 Yanvar” stansiyasının altındakı yeraltı keçidlərdə yerləşən ticarət obyektləri bir ilə yaxındır ki, fəaliyyət göstərmir. Ara-sıra bu obyektlərin açılacağı barədə xəbərlər gündəmə gəlsə də, bu elə söz olaraq qalıb. Mağaza sahibləri isə hələ də ümidlə görləyirlər. Onlar hətta mallarını mağazalardan görürməyiblər. Yaxınlıqdakı ticarətçilərin sözlərinə görə, obyektlərin nə vaxt açılacağı barədə rəsmi məlumat yoxdur.

    Bəs, bu obyektlərin aqibəti necə olacaq? Mağazalar yenidən fəaliyyət göstərəcəkmi?

    Median.Az-ın məlumatına görə, məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən “Bakupost”a verilən açıqlamada bildirildi ki, qeyd olunan keçidlərdə yerləşən ticarət obyektləri “Bakı Metropoliteni” QSC-nin balansında deyil:

    “Onların fəaliyyəti ilə bağlı hər hansı sərəncamvermə səlahiyyətimiz mövcud deyil”.

    Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumun mətbuat katibi Mətin Hüseynov bildirdi ki, keçidlərdəki ticarət obyektləri Bakı Şəhər İcra Hakimiyyətinin balansında deyil:

    “Bakı Şəhər İcra Hakimiyyətinin balansında heç bir yeraltı keçid yoxdur”.

    Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov bildirdi ki, bu məsələ ilə bağlı heç bir məlumatı yoxdur:

    “Tam səmimi deyirəm ki, o obyektlərlə bağlı bizim heç bir məlumatımız yoxdur. Yəqin ki, oranın yiyəsi bilər. Ora özəl mülkiyyətdə olan yerdir, oranın bizə aidiyyəti yoxdur”.

  • Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb

    Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb.

    Hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

    1959-cu il təvəllüdlü Ə.Ələkbərov sahədə suvarma işi görmək istəyən zaman anidən halı pisləşib və yaxınlıqdakı çaya yıxılıb.

    Köməksiz vəziyyətdə qalan zərərçəkən orada dünyasını dəyişib.

    Onun dəqiq ölüm səbəbi hələ məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • Goranboyda “BMW” alışıb yandı

    Goranboy rayonunda yanğın hadisəsi baş verib.

    Hadisə Qazanbulaq kəndi ərazisində qeydə alınıb.

    Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Ayxan Həsənovun idarə etdiyi “BMW” markalı minik avtomobili hərəkətdə olarkən qəfildən alışıb.

    Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.

    Maqnit qasırğaları hücum edir: O qədər güclü olacaq ki…
    Kiberdələduzluqla bağlı ÇAĞIRIŞ
    Dayanacaq tapa bilmirəm deyib, müştəridən əlavə pul alırlar – ŞİKAYƏT
    İlkin ehtimala görə, yanğına avtomobilin elektrik sistemində baş vermiş qısaqapanma səbəb olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu sahibkar xanım 40 min cərimələndi

    Dövlət Vergi Xidməti (DVX) tərəfindən “İntenza” Məhdud Məsuliyyətli Cəmiyyətində operativ vergi nəzarəti həyata keçirilib.

    Operativ yoxlama zamanı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə qarşı şirkət barəsində 40 000 manat maliyyə sanksiyası tətbiq edilib.

    Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Sərvinaz Qasımova Hümbət qızıdır. “İntenza” MMC-nin hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 41000.19 manat vergi borcu var.
    //valyuta.az

  • Abşeronda məktəblilər arasında mübahisə: Xəsarət alan var

    Abşeron rayonunda məktəblilər digər bir məktəbliyə xəsarət yetiriblər.

    Hadisə Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi ərazisində, “Əlincə” şadlıq sarayının yanında baş verib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli olaraq bildirib ki, Abşeron rayonu ərazisində yeniyetmələr arasında baş vermiş mübahisə ilə bağlı polis orqanlarına məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal müvafiq araşdırmalara başlanılıb.

    “Hazırda ərazi üzrə polis orqanı tərəfindən faktın bütün halları, iştirak edən şəxslərin dəqiq kimliyi, hadisənin səbəbləri və mümkün hüquqi qiymətləndirilməsi istiqamətində təhqiqat tədbirləri davam etdirilir. Uşaqlar arasında baş verən bu kimi hallarda polis həssaslıqla yanaşır və həm maarifləndirici, həm də qanunvericiliyə uyğun tədbirlər həyata keçirir”.