Month: June 2025

  • Azərbaycan Ordusunda xidmət edən qadınların sayı

    Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur. Azərbaycan qadınlarının ordu sıralarında iştirakı uzun illərdir formalaşan ənənəyə əsaslanır. Müxtəlif dövrlərdə, o cümlədən İkinci Dünya müharibəsində və Qarabağ müharibələrinin hər iki mərhələsində qadınlar həm döyüş meydanında, həm də arxa cəbhədə mühüm rol oynayıblar. Hazırda da bu ənənə davam edir.

    Azərbaycan Ordusunda xidmət edən qadınların ümumi sayı 12 min 149 nəfərdir.

    Modern.az xəbər verir ki, hazırda Orduda ümumilikdə 329 nəfər zabit və gizir qadın hərbi qulluqçu xidmət edir.

    Bundan əlavə, müddətdən artıq həqiqi hərbi xidmət keçən qadın hərbi qulluqçuların sayı 1602 nəfər təşkil edir.

    Azərbaycan Ordusunda çalışan qadın mülki işçilərin sayı isə 10 min 218 nəfərdir.

  • WhatsApp işlədənlərə ŞAD XƏBƏR – Çoxdan gözlənilən funksiya işə düşüb

    Populyar mesajlaşma platforması WhatsApp-da uzun müddətdir gözlənilən Message Summaries (Mesaj xülasələri) adlı yeni funksiya istifadəyə verilib. Bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

    Yeni alət süni intellekt (Sİ) texnologiyası əsasında işləyir və istifadəçilərə çoxsaylı çatlarda oxunmamış mesajlara qayıtdıqda vaxt qənaəti etməyə kömək edir. Sistem oxunmamış mesajların qısa xülasəsini avtomatik şəkildə tərtib edir və istifadəçilərin hər bir mesajı ayrı-ayrılıqda oxumasına ehtiyac qalmır.

    Bu texnologiya Meta AI modelinin imkanları ilə Private Processing sistemi birləşdirilərək hazırlanıb və bu da tam məxfilik təmin edir.

    Hazırlayıcılar məxfilik məsələlərinə xüsusi önəm veriblər: xülasələr istifadəçinin cihazında lokal olaraq yaradılır, məlumatlar nə Meta, nə də WhatsApp-ın serverlərinə ötürülmür. Eyni zamanda, çat iştirakçıları da bu xülasələrə çıxış əldə etmir.

    Yeni funksiyanı aktiv etmək üçün istifadəçilər tətbiqin ayarlarına daxil olaraq “Advanced chat privacy” bölməsindən onu ayrıca aktiv etməlidirlər. Burada istifadəçi istədiyi çatları seçərək Sİ alətinin tətbiq olunmasını təmin edə bilər.

  • AQTA: Bərdədə qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb

    Bəzi xəbər saytlarında Bərdədə iki nəfərin qidadan zəhərlənməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

    Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə AQTA tərəfindən araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində Bərdə Rayon Mərkəzi Xəstəxanasında ilkin diaqnoz kimi, həmin pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu qoyulsa da, sonradan qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb.

    AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

  • İsmayıllıda dağda köməksiz qalan 63 yaşlı qadın xilas edilib – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunda dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə Fövqəladə Hallar nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, dağlıq ərazidə 1962-ci il təvəllüdlü şəxsin ayağından zədə alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

    Xilasedicilər dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

  • Vladimir Putin Belarusa səfər edib

    Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.

    Putinin təyyarəsi Minsk hava limanına enib.

    Kreml Rusiya prezidentinin qarşılanma mərasimindən görüntülər yayıb.

    Bildirilib ki, Putin Avasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Minskə səfər edib.
    //APA

  • США перебросили на Ближний Восток батареи Patriot из Японии и Южной Кореи

    Соединенные Штаты направили дополнительные батареи зенитных ракетных комплексов (ЗРК) Patriot для защиты американских военнослужащих на Ближнем Востоке.

    Как передает Median.Az со ссылкой на “Известия”, об этом 26 июня заявил председатель Комитета начальников штабов Вооруженных сил США Дэн Кейн на брифинге.

    “В данном случае расчеты Patriot были переброшены из Южной Кореи и Японии в составе наших американских сил”, – сообщил он.

    По его словам, направленные батареи доставлены в зону ответственности Центрального командования США на Ближнем Востоке. Кейн отметил, что Соединенные Штаты при отражении удара Ирана на военную базу прибегли к самому крупному за всю историю американской армии боевому применению ЗРК Patriot. На момент атаки на базе были только две батареи Patriot и примерно 44 американских военных.

    В этот же день американский министр обороны Пит Хегсет сообщил о развертывании дополнительных сил в зоне ответственности Центрального командования США, включая Ближний Восток. По его словам, такие меры направлены на укрепление оборонительной позиции Соединенных Штатов в регионе.

  • ABŞ Yaxın Şərqə əlavə “Patriot” sistemləri göndərib

    ABŞ Yaxın Şərqdəki qoşunlarını qorumaq üçün əlavə “Patriot” hava hücumundan müdafiə batareyalarını bölgəyə yerləşdirib.

    Median.Az “İzvestiya”ya istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn bildirib.

    Onun sözlərinə görə, batareyalar ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatdırılıb.

    Keyn qeyd edib ki, ABŞ İranın hərbi bazaya hücumunu dəf etmək üçün ABŞ ordusunun tarixində “Patriot” hava hücumundan müdafiə sistemlərinin döyüş şəraitində ən irimiqyaslı istifadəsinə əl atıb. Hücum zamanı bazada cəmi iki “Patriot” batareyası və təxminən 44 ABŞ əsgəri olub.

  • В Баку задержаны отец и сын, хранившие наркотики в холодильнике

    В Баку задержаны отец и сын, хранившие наркотики в холодильнике.

    Как сообщили в Министерстве внутренних дел (МВД), в результате операции, проведенной сотрудниками 23-го полицейского отделения Низаминского районного управления полиции, в поселке Кешля были задержаны ранее неоднократно судимый 61-летний Дилавер Меликов и его 38-летний сын Эмиль Меликов, осуществлявшие продажу наркотиков.

    По их месту жительства в холодильнике были обнаружены марихуана и метамфетамин в свертках, которые они хранили с целью продажи.

    По факту возбуждено уголовное дело, ведется расследование.

  • Bakıda soyuducuda narkotik saxlayan ata və oğul tutulub

    Narkotik maddələr satan ata və oğlu ifşa edilib.

    Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, onlar narkotikləri soyuducuda saxlayıblar.

    Məlumata əsasən, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar.

    Onların yaşadıqları ünvandan soyuducuda satış məqsədi ilə saxladıqları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb.

    D.Məlikov və E.Məlikov Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar.

    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

  • Россия выступила за продолжение сотрудничества Ирана с МАГАТЭ

    Россия выступает за то, чтобы сотрудничество Ирана и Международного агентства по атомной энергетике (МАГАТЭ) продолжалось.

    Об этом заявил глава МИД РФ Сергей Лавров.

    Лавров призвал МАГАТЭ “максимально концентрироваться на своих профессиональных задачах”.

    “Мы заинтересованы в том, чтобы сотрудничество Ирана с МАГАТЭ продолжалось”, – отметил он.