Month: June 2025

  • Rusiya İranın AEBA ilə əməkdaşlığının davam etdirilməsini dəstəkləyib

    Rusiya İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əməkdaşlığının davam etdirilməsini dəstəkləyir.

    Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

    Lavrov AEBA-nı öz vəzifələrinə maksimum dərəcədə diqqət yetirməyə çağırıb.

    “Biz İranın AEBA ilə əməkdaşlığının davam etməsində maraqlıyıq”, – o qeyd edib.

  • Прокуратура Армении завела дело в отношении архиепископа ААЦ

    Армянская прокуратура возбудила уголовное дело в отношении предстоятеля Ширакской епархии Армянской Апостольской церкви (ААЦ) архиепископа Микаэла Ачапахяна.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщили в Генпрокуратуре.

    Священнослужителя обвиняют в публичных призывах к захвату власти.

    Отмечается, что дело заведено 17 июня, по признакам статьи 422 (публичные призывы к насильственному свержению власти) Уголовного кодекса Армении.

  • Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb

    Ermənistan prokurorluğu erməni apostol kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Açapaxyan barəsində cinayət işi açıb.

    Median.Az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

    Din xadimi hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunur.

    Qeyd olunub ki, cinayət işi iyunun 17-də Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsi (hakimiyyətin zorakılıqla devrilməsinə açıq çağırışlar) ilə açılıb.

  • “Euronews”: Bakı qlobal enerji dialoqu üçün platformadır

    “Euronews” telekanalı bu il 30 illik yubileyini qeyd edən Bakı Enerji Həftəsinə həsr olunmuş yeni reportaj hazırlayıb.

    “Report”un verdiyi xəbərə görə, süjetdə qeyd olunur ki, 2-4 iyun tarixlərində keçirilən tədbir qlobal enerji təhlükəsizliyi, davamlı inkişaf və enerji keçidi məsələlərinin müzakirə edilməsi məqsədilə enerji sektorunun liderlərini bir araya gətirib.

    Enerji Xartiyası Katibliyinin baş katibinin səlahiyyətlərini icra edən Atsuko Hirose telekanala müsahibəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini və universal mexanizmlərin aktuallığını vurğulayıb.

    “Əminəm ki, müqaviləmiz son dərəcə vacib olaraq qalır. 2024-cü ilin dekabrında müqaviləyə yeni istiqamətləri – hidrogen, ammonyak, bioqaz, biometan, sintetik yanacaq növlərini, həmçinin karbonun tutulması, istifadəsi və saxlanması texnologiyalarını əhatə edən mühüm düzəlişlər edilib. Bu məsələlər 30 il əvvəl gündəmdə deyildi”, – o qeyd edib.

    Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktorunun müavini Qauri Sinqh isə xəbərdarlıq edib ki, 2030-cu ilə qədər bərpa olunan enerjinin payını üç dəfə artırmaq üçün göstərilən səylər kifayət deyil. Bu hədəfə çatmaq üçün illik 1,5 trilyon ABŞ dollar məbləğində investisiya tələb olunur.

    Sinqh Çin, ABŞ və Aİ ölkələrində bərpa olunan enerji mənbələrinin sürətli tətbiq tempini qeyd edib, lakin inkişaf etməkdə olan bazarlar üçün daha əlçatan maliyyələşdirmənin təmin edilməsinin vacibliyini vurğulayıb.

    “Növbəti onillik həlledici olacaq. Məhz bu dövrdə karbon neytrallığına nail olmaq məqsədilə hədəf göstəricilərinə çatmaq üçün möhkəm təməl qoymalıyıq. Aydındır ki, söhbət təkcə bərpa olunan enerji payının artırılmasından getmir – bu iş davam etdirilməlidir. Lakin biz həm də enerji şəbəkələrini və onları dəstəkləyən infrastrukturu gücləndirməliyik”, – o əlavə edib.

  • В Гёйчае автомобиль столкнулся с мотоциклом, есть погибший

    В Гёйчае автомобиль столкнулся с мотоциклом, есть погибший.

    ДТП зафиксировано на территории района.

    В результате столкновения автомобиля “ВАЗ 2107” с мотоциклом водитель мотоцикла Кямиль Абдуллаев получил тяжелые телесные травмы.

    Пострадавший был немедленно доставлен в Гёйчайскую районную центральную больницу, но спасти его жизнь не удалось.

    По факту проводится расследование.

  • Göyçayda avtomobil motosikletlə toqquşub, ölən va

    Göyçayda avtomobil motosikletlə toqquşub, ölən var.

    Hadisə rayon ərazisində qeydə alınıb.

    “VAZ 2107” markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü Kamil Abdullayev ağır bədən xəsarəti alıb.

    Yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan Premyer Liqasına vəsiqə qazanan komanda iki futbolçu ilə vidalaşıb

    2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edəcək “Karvan” iki futbolçusu ilə yollarını ayırıb.

    Bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Bölgə klubu İzzət Müştaqov və Elvin İsmayılovla vidalaşıb. Hər iki oyunçunun başa çatan müqavilələrinin müddəti uzadılmayıb.

    Qeyd edək ki, “Karvan” 2024/2025 mövsümündə I Liqada üçüncü yeri tutub.
    //report

  • СК Армении: По делу о попытке захвата власти арестованы уже 15 человек

    По делу о попытке вооруженного захвата власти в Армении уже арестованы 15 человек.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом сообщает Следственный комитет.

    Суд удовлетворил все поданные следствием ходатайства и заключил под стражу обвиняемых, среди них и лидер движения “Священная борьба” архиепископ Баграт Галстанян.

    СК сообщает, что в ходе обысков были найдены многочисленные огнеопасные предметы, предусмотренные для повреждения электрических кабелей и интернет-связи.

    Как сообщил в соцсети адвокат Александр Кочубаев, его подзащитного – Армена Алексаняна – арестовали по ошибке.

    “Следователи, намеренно или нет, допустили промашку при изучении телефонных разговоров и приписали действия другого человека моему подзащитному”, – написал он.

    Напомним, что 25 июня Следком сообщил о подготовке террористических актов с целью захвата власти в Армении со стороны членов “Священной борьбы”. В домах Галстаняна и его сторонников прошли масштабные обыски. Вечером того же дня суд арестовал их.

  • Ermənistanda hakimiyyəti ələ keçirmə cəhdi ilə bağlı 15 nəfər həbs edilib

    Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirmə cəhdi ilə bağlı artıq 15 nəfər həbs edilib.

    Median.Az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

    Məhkəmə istintaqın qaldırdığı bütün vəsatətləri təmin edib və təqsirləndirilən şəxsləri həbs edib, onların arasında “Müqəddəs mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan da var.

    İstintaq Komitəsi bildirir ki, axtarışlar zamanı internet və elektrik kabellərini zədələmək üçün nəzərdə tutulmuş çoxlu sayda tezalışan əşyalar aşkar edilib.

    Vəkil Aleksandr Koçubayev sosial şəbəkədə qeyd edib ki, onun müdafiə etdiyi şəxs Armen Aleksanyan səhvən həbs edilib.

    “Müstəntiqlər telefon danışıqlarını araşdırarkən səhvə yol veriblər və başqa bir şəxsin hərəkətlərini müvəkkilimə aid ediblər”, – o yazıb.

    Xatırladaq ki, iyunun 25-də İstintaq Komitəsi “Müqəddəs mübarizə” partiyasının üzvləri tərəfindən Ermənistanda hakimiyyəti ələ keçirmək məqsədilə terror aktlarının hazırlanması barədə məlumat vermişdi. Qalstanyanın və tərəfdarlarının evlərində genişmiqyaslı axtarışlar aparılıb. Həmin gün axşam onlar həbs edilib.

  • Portuqaliya klubu uğursuz nəticələrə görə baş məşqçisi ilə yollarını ayıra bilər

    Portuqaliya təmsilçisi “Portu” baş məşqçisi Martin Anselmi ilə yollarını ayıra bilər.

    “Report” yerli “Record” nəşrinə istinadən xəbər verir ki, azarkeşlər komandanın ABŞ-dəki klublararası dünya çempionatındakı çıxışından narazıdırlar.

    Uğursuz nəticələr fanatların qəzəbinə səbəb olub. 50 tərəfdar ölkəyə qayıdan heyəti qarşılayıb və iradlarını bildirmək istəyib. Polis rezin güllələrdən istifadə etməyə məcbur qalıb.

    Qeyd edək ki, qrup mərhələsində ABŞ-nin “İnter Mayami” kollektivinə 1:2 hesabı ilə uduzan “Portu” Braziliyanın “Palmeyras” (0:0) və Səudiyyə Ərəbistanının “Əl-Əhli” (4:4) komandaları ilə heç-heçə edib. Martin Anselmi yanvarda baş məşqçi postuna təyin olunub.