Month: June 2025

  • Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

    Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, müvafiq əmrə əsasən, bu vəzifəyə 44 günlük Vətən müharibəsi iştirakçısı polkovnik Etibar Məhərrəmov təyinat alıb.

    Etibar Məhərrəmov Laçın rayonunun Sus kəndindəndir. O, müharibədə göstərdiyi xidmətlərə görə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və digər medallarla təltif edilib.

    Qeyd ed’k ki, Etibar Məhərrəmov bu vəzifədə general-leytenant Fazil Ağalarovu əvəz edib. General Ağalarov bir neçə ay əvvəl təqaüdə göndərilib.

  • Yevlaxda ər 9 uşaq anası olan hamilə arvadını öldürməyə cəhd edib: 11 zərbə endirib

    Şəki Ağır Cinayətlər Məhkəməsində hamilə həyat yoldaşını xüsusi amansızlıqla yaralamaqda təqsirləndirilən Yevlax rayon sakini Şərəvəddin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ş.Rəsulov 11 il 3 ay azadlıqdan məhrum edilib.

    İttihama görə, hadisə Yevlax rayonu, “qaraçılar məhəlləsi” adlanan ərazidə baş verib. 1985-ci il təvəllüdlü Ş.Rəsulov 1987-ci il təvəllüdlü Sevinc Rəsulova ilə ailə həyatı qurub və birgə nikahdan 9 övladları olub. 2024-cü ildə Sevinc Rəsulovanın 10-cu uşağa hamilə olduğunu öyrənən Ş.Rəsulov həyat yoldaşından şübhələnib və uşağın atasının başqa şəxs olduğunu düşünüb. O, həyat yoldaşının qonşusu ilə bir neçə dəfə söhbət etdiyini görüb və bu barədə S.Rəsulova ilə mübahisələr edib.

    2024-cü il avqustun 12-də Şərəvəddin Rəsulov həyat yoldaşını öldürmək qərarına gəlib və bu məqsədlə S.Rəsulovanı aldadaraq, bankdan kredit götürmək bəhanəsi ilə rayon ərazisinə aparıb. O, banka çatdıqdan sonra kredit götürməyin mümkün olmadığını deyib və S.Rəsulova ilə geri qayıdıb. Yolda Şərəvəddin Rəsulov həyat yoldaşından uşağın atasının kim olduğunu soruşub. S.Rəsulova isə bu məsələnin ona aidiyyəti olmadığını deyib və ər-arvad arasında mübahisə yaranıb. Ş.Rəsulov üzərində gəzdirdiyi, əvvəlcədən xüsusi məqsədlə hazırlanmış iti və kəsici polad alətlə S.Rəsulovaya 11 zərbə endirib. Həmin vaxt cütlüyün azyaşlı övladının da hadisə yerinə gəlməsinə baxmayaraq, Şərəvəddin Rəsulov cinayət əməlini davam etdirib. O, S.Rəsulovanın öldüyünü zənn edərək, hadisə yerini tərk edib, polisə təslim olub.

    Azyaşlı uşağın köməyi ilə S.Rəsulova xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Onun həyatını xilas etmək mümkün olub.

    Faktla bağlı cinayət işi başlanıb və Ş.Rəsulov həbs edilib.
    //oxu.az

  • Bakıda 43 yaşlı kişi marketdən çıxan qadına təcavüz edib – TƏFƏRRÜAT

    Bakının Səbail rayonunda 1982-ci il təvəllüdlü Tural psixi pozuntusu olan qadına qarşı seksual xarakterli hərəkətlər edib.

    Median.Az “Teleqraf”a istinadla xəbər verir ki, hadisə ötən il avqustun 7-də baş verib. Bakı şəhər sakini Tural həmin gün səhər saat 7 radələrində yaşadığı evin həyətində olarkən yüngül kəmağıllılıq psixi pozuntusu olan və ona qarşı hərəkətlərin xarakterini anlamayan Lətafətin (adlar şərti verilib – red.) köməksiz vəziyyətindən istifadə edib.

    O, qadını yarıçılpaq vəziyyətə gətirib, seksual xarakterli zorakılıq hərəkətləri edib.

    İstintaq orqanı Turalın barəsində Cinayət Məcəlləsinin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham elan edib.

    “Pivə içdik, hal-əhval tutduq”

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ittiham üzrə özünü təqsirli bilib.

    O, ifadəsində göstərib ki, hadisə günü təxminən səhər saat 7 radələrində pivə almaq üçün marketə gedib: “Marketə əvvəllər tanımadığım Lətafət adlı bir qadın daxil oldu və ona da pivə almağımı xahiş etdi. Pivə aldıqdan sonra Lətafətə yaxınlaşdım və marketdən çıxaraq həyətə tərəf getməyi təklif etdim.

    Həyətin bir kənarında əyləşdik, bir qədər pivə içdik, hal-əhval tutduq. Sonra Lətafət mənim intim yerlərimə toxunmağa başladı. Onu öpdüm, köynəyini dartdım. Ayağa qalxdığına görə köynəyi bir qədər aralandı. sonra şalvarını özü soyundu.

    Lətafət ayağa qalxan zaman ona əl vurmamışam. Bir qədər sonra Lətafətin bacısı həyətdə bizi gördü və səs-küy salaraq məni oradan qovdu”.

    “İntim yerinə əl vurmamışam”

    Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Lətafəti əvvəllər şəxsən tanımayıb, sadəcə olaraq həmin ərazidə yaşadığını bilib:

    “Mən videogörüntü çəkilən ərazidə yaşamıram. Marketə sadəcə özümə pivə almaq məqsədilə getmişəm. Həmişə olmasa da, hərdən səhərlər pivə içirəm.

    Hadisə günü Lətafəti marketin yanında gördüm. Ümumiyyətlə, hadisədən əvvəl Lətafətin hərəkətlərinə, davranışına fikir verməmişəm və ya onunla danışmamışam. Həmin gün qadın mənim yanımda əyləşdi. Ona pivə almağımı özü məndən xahiş etdi.

    Lətafətin hər hansı intim yerinə əl vurmamışam. Sadəcə belinə toxunmuşam”.

    “Özü könüllü şalvarını aşağı çəkmişdi”

    Təqsirləndirilən şəxs bildirib ki, hadisə zamanı Lətafət ona hansısa müqavimət göstərməyib: “Bizə qadının bacısı yaxınlaşdı və məni qovdu.

    Lətafət pivə istədiyini mənə jestlə bildirdi. Onun əqli çatışmazlığı və ya hər hansı xəstəliyinin olması barədə məlumatım olmayıb. Qadının hansı dildə danışdığını da bilmədim. Ona sual verdim, sualdan yayınaraq güldü. Mənim intim nahiyələrimə o toxundu. Qadın əyləşdiyimiz yerdən qalxanda, onu köynəyindən dartdım və o, yenidən əyləşdi. Onda ayaqlarına toxundum.

    Videoçəkilişdə Lətafətin qucağımda olmasının səbəbi odur ki, həmin an yıxıldı, onu tutdum. Lətafət könüllü olaraq özü şalvarını aşağı çəkmişdi”.

    İş üzrə şahid qismində ifadə verən zərərçəkmiş Lətafətin bacısı Elnarənin sözlərinə görə, hadisə günü həyətə çıxanda bir nəfərin bacısına sataşdığını görüb:

    “O, bacımın şalvarını alt paltarı ilə birlikdə tam aşağı çəkmişdi, köynəyini isə yuxan qaldıraraq onu yarıçılpaq vəziyyətə gətirmişdi, ayaq nahiyəsindən tutaraq qucaqlamışdı. Mən onlara yaxınlaşıb bacımı ayırmaq istədim. Ancaq Tural məni itələdi, mənə qarşı nalayiq ifadələr işlətdi. Turalı evin həyətindən qovdum”.

    “Bacım 7-8 il əvvəl evdən çıxaraq itmişdi”

    Elnarə bildirib ki, hadisə vaxtı Tural içkili vəziyyətdə olub: “Hadisəni məndən əvvəl qonşularımız görmüşdülər. Onlar mənimlə əlaqə saxlayaraq evin həyətinə düşməyimi xahiş etdilər. Həmçinin baş verənlərin qısa çəkilişini də etmişdilər.

    Bacım şizofreniya xəstəliyindən əziyyət çəkir və etdiyi hərəkətləri dərk etmək iqtidarında deyil. Yaşadığımız ərazi üzrə bütün məhəllə bacımın əqli geriliyi olduğunu bilir. Bəzən özü-özünə danışa-danışa gəzir, bəzən anidən qışqırır. Lətafət istədiyi zaman evdən çıxır və evə özü qayıdır. 7-8 il əvvəl bir dəfə evdən çıxaraq itmişdi”.

    Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

    Məhkəmənin hökmü ilə Tural 4 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

  • Скончалась профессор Насиба Гусейнова

    Скончалась заслуженный врач Азербайджанской Республики, доктор медицинских наук, профессор Насиба Гусейнова.

    Н.Гусейнова в 1970-1992 годах заведовала кафедрой детских болезней Лечебно-профилактического факультета Азербайджанского медицинского университета.

    В 1992-2022 годах она также занимала должность профессора этой кафедры.

  • Professor Nəsibə Hüseynova vəfat etdi

    Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.

    Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşaq xəstəlikləri kafedrasının müdiri olub.

    O həmçinin 1992-2022-ci illərdə həmin kafedranın professoru vəzifəsində də çalışıb.

  • Отменен конкурс по приему в русский сектор некоторых лицеев и гимназий

    Конкурс по приему в первые классы русского сектора некоторых лицеев и гимназий Азербайджана отменен в связи с тем, что количество свободных мест превысило число поданных заявлений.

    Об этом сообщили в Министерстве науки и образования Азербайджана.

    Согласно информации, дети, прошедшие регистрацию, считаются принятыми в 1-й класс без участия в конкурсном отборе.

    Отмена конкурсного отбора коснулась следующих учебных заведений:

    – Школа-лицей №6 имени Тофика Исмайылова (г. Баку);

    – Средняя общеобразовательная школа №23 имени Таира Гасанова (г. Баку);

    – Образовательный комплекс №132-134 (г. Баку);

    – Лицей “Зенги” (г. Баку);

    – Школа-лицей при Бакинском славянском университете.

  • Bəzi lisey və gimnaziyaların rus bölməsi üzrə qəbul müsabiqəsi ləğv edildi

    Bəzi lisey və gimnaziyaların rus bölməsi üzrə birinci sinfinə qəbul üçün nəzərdə tutulmuş boş yerlərin sayı müraciət edən uşaqların sayından çox olduğuna görə müsabiqə ləğv edilib.

    Bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

    Bildirilir ki, qeydiyyatdan keçirilən uşaqlar müsabiqədə iştirak etmədən 1-ci sinfə qəbul edilmiş hesab olunurlar.

    Qəbul müsabiqəsi ləğv edilmiş lisey və gimnaziyalar aşağıdakılardır.

    – Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-lisey

    – Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi

    – Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksi

    – Bakı şəhəri “Zəngi” liseyi

    – Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi

  • В Азербайджане начался месяц Мухаррам

    В Азербайджане начался месяц Мухаррам.

    Богословы на основании официальных расчетов Шамахинской астрофизической обсерватории имени Насреддина Туси Министерства науки и образования Азербайджанской Республики пришли к выводу, что первый день этого месяца приходится на 26 июня по григорианскому календарю, а 10-е число Мухаррама – день Ашура – на 5 июля.

    Отметим, что в месяц Мухаррам траурные церемонии проводятся в связи с гибелью Имама Гусейна, внука Пророка Мухаммеда, и членов его семьи. Они были убиты в 61-м году по хиджре.

    Месяц Мухаррам в этом году завершится 25 июля.

  • Azərbaycanda Məhərrəm ayı başlayıb

    Bu gündən – iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.

    İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.

    Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm – İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür, matəm və hüzn içində yad edilir.

    Qeyd edək ki, 2025-ci ildə Məhərrəm ayı iyulun 25-də başa çatacaq.

  • Президент Ильхам Алиев поделился публикацией по случаю Дня Вооруженных сил – ВИДЕО

    Президент Ильхам Алиев поделился в своих аккаунтах в социальных сетях публикацией по случаю 26 Июня – Дня Вооруженных сил Азербайджанской Республики.

    Median.Az представляет данную публикацию: