Month: June 2025

  • Ukrayna və Britaniya PUA-ların birgə istehsalı barədə razılaşıblar

    London və Kiyev uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) və dron-müdafiə sistemlərinin birgə istehsalını başlatmaq barədə razılığa gəliblər.

    Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmerlə danışıqların nəticələrinə dair teleqramda bildirib.

    “<…> Bu sahədə qarşılıqlı əməkdaşlıq Ukraynaya mühüm layihələrin, xüsusilə də dron-müdafiə sistemlərinin və uzaqmənzilli dronların istehsalı üçün sabit maliyyələşdirmə əldə etməyə imkan verəcək”, – Ukrayna lideri vurğulayıb.

    Onun sözlərinə görə, danışıqlar zamanı Kiyev həmçinin Britaniyadan Ukraynanın hava hücumundan müdafiə sisteminin (HHM) gücləndirilməsinə nail olub.

  • MİDA mənzillərinin güzəştlə əldə edilməsi qaydası dəyişdirilir

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

    Median.Az President.az-a istinadən xəbər verir ki, fərmana əsasən, “güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçildikdən sonra onun dəyərini öz vəsaiti hesabına əldə etmək niyyətini bildirmiş ərizəçinin seçdiyi ödəniş üsulunun ipoteka krediti hesabına ödəniş üsuluna dəyişdirilməsinə yol verilmir.

    Bundan başqa, elektron kabinet verilmiş şəxsin kabineti aşağıdakı hallarda ləğv edilir və həmin şəxsin göstərmiş olduğu vasitələrdən biri ilə (elektron poçt ünvanı, mobil telefon nömrəsi, poçt ünvanı) ona beş iş günü müddətində bu barədə məlumat göndərilir:

    – Ölkə Prezidentinin müvafiq aktı ilə şəxsin bu qaydanın 2.1-ci bəndində müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması halı ləğv edildikdə;

    – elektron kabinet verilmiş şəxsin bu qaydanın 5.3.3-cü yarımbəndinə uyğun olaraq göstərdiyi, şəxsin bu qaydanın 2.1-ci bəndində müəyyən edilmiş şəxslər kateqoriyasına aid olması barədə məlumatlarda təhrifetmə halları məhkəmə tərəfindən müəyyən olunduqda.

  • Жестокое обращение с кошкой и собакой в Баку: полиция проводит расследование – ВИДЕО

    В последние дни в сети распространяются кадры жестокого обращения с животными.

    Сегодня в поселке Забрат города Баку зафиксирован случай насилия в отношении собаки, произошедший после того, как несколько дней назад у кошки отрезали язык.

    На кадрах видно, что у кошки полностью отрезан язык, а собаке в толстую кишку вставлена труба.

    По полученной Oxu.Az информации, сотрудники полиции проводят расследование жестокого обращения с животными. О результатах мероприятий будет предоставлена информация.

  • Bakıda pişik və itə qarşı amansız rəftar: Polis araşdırma APARIR – VİDEO

    Son günlər heyvanlara qarşı amansız rəftarla bağlı görüntülər paylaşılır.

    Bir neçə gün əvvəl pişiyin dilinin kəsilməsinin ardınca bu gün Bakı şəhəri, Zabrat qəsəbəsində itə qarşı zorakılıq halı qeydə alınıb.

    Paylaşılan görüntülərdə pişiyin dilinin dibindən kəsildiyi, itin isə yoğun bağırsağına boru keçirildiyi əks olunub.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, heyvanlarla rəhmsiz rəftarla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Tədbirlərin nəticəsi barədə məlumat veriləcək.

  • İcra başçısı müavinini vəzifəsindən azad etdi

    Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov müavinlərindən birini vəzifəsindən azad edib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl bununla bağlı icra başçısı müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli vəzifəsindən azad olunub. Artıq onunla bağlı məlumat icra hakimiyyətinin saytından çıxarılıb.

    Xatırladaq ki, 1975-ci il təvəllüdlü V.Əsgərli 11 il əvvəl icra başçısının müavini vəzifəsinə təyin edilmişdi.

  • Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş qüvvəyə minir – BU TARİXDƏN

    Pekində imzalanmış “Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” iyulun 16-da qüvvəyə minir.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduralar tamamlanıb.

    Sazişə əsasən, Azərbaycanın etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çinin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində otuz (30) gündən çox olmamaqla və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) gün müddətini aşmamaqla viza tələbindən azad edilir.

  • СМИ: Иран продлил отмену всех авиарейсов в стране

    Иран продлил отмену всех внутренних и международных рейсов в стране до 13:30 среды (14:00 по Баку – ред.).

    Как передает Median.Az, об этом сообщает Tasnim.

    Напомним, эскалация конфликта началась в ночь на 13 июня, когда Израиль инициировал военную операцию против Ирана. Менее чем через сутки Исламская Республика осуществила ответный удар. В последующие дни противостояние продолжилось серией взаимных атак, приведших к человеческим жертвам и разрушениям инфраструктуры с обеих сторон. Взаимные удары продолжаются.

  • İranın hava məkanının bağlı qalması müddəti yenidən uzadıldı

    İran ölkədəki bütün daxili və beynəlxalq uçuşların ləğvini çərşənbə günü saat 13:30-a (Bakı vaxtı ilə 14:00 – red.) qədər uzadıb.

    Bu barədə “Tasnim” məlumat verib.

    Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar. Gərginlik hələ də davam edir.

  • Tiktoker Roşka ev dustaqlığına buraxılmadı

    Roşka ləqəbli Tiktoker Rövşən Süleymanovun məhkəməsi keçirilib.

    Median.Az– ın əldə etdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması təqdimatına baxılıb.

    Məhkəmənin yekun qərarına əsasən, Rövşən Süleymanov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvarın sonunda həbs edilib və məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülmüşdü daha sonra istintaqın gedişatında 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsinə tövsiyə edilib.

    Orxan Rasifoğlu

  • Трамп: Режим прекращения огня между Ираном и Израилем остается в силе

    Режим прекращения огня между Ираном и Израилем остается в силе.

    Как передает Median.Az, об этом заявил президент США Дональд Трамп.

    По его словам, Израиль развернет самолеты и не будет наносить удары по Ирану.