Month: June 2025

  • В Мингячевире состоялась церемония открытия электростанции “8 Ноября”(Обновлено)

    24 июня Президент Азербайджанской Республики Ильхам Алиев посетил памятник великому лидеру Гейдару Алиеву на территории тепловой электростанции “Азербайджан” в Мингячевире.

    Как сообщает АЗЕРТАДЖ, затем глава государства встретился с гостями, участвовавшими в церемонии открытия электростанции “8 Ноября”, побеседовал с ними. В ходе беседы было подчеркнуто значение этого проекта, затронута важность участия в нем итальянской и китайской компаний. С удовлетворением было отмечено завершение работ в короткие сроки.

    После этого состоялась церемония открытия электростанции “8 Ноября”.

    На мероприятии выступил Президент Азербайджанской Республики Ильхам Алиев.

    Затем выступили министр по делам предприятий и продукции Made in Italy Адольфо Урсо, главный исполнительный директор итальянской компании Ansaldo Energia Фабрицио Фаббри, председатель правления китайской компании Dongfang Чэнь Цян, директор оператора по производству электроэнергии ОАО “АзерЭнержи” Узеир Юсифов.

    Далее Президент Ильхам Алиев и министр по делам предприятий и продукции Made in Italy Адольфо Урсо открыли станцию.

    Президент Ильхам Алиев и гости посмотрели участок, куда упала ракета, выпущенная по этой станции Арменией в ходе Отечественной войны.

    Затем глава государства и гости, участвовавшие в открытии, совершили прогулку по территории станции.

    Напомним, что 4 октября 2020 года по территории станции была выпущена ракета РСЗО “Смерч”, обладающая большой разрушительной силой. Ракета упала на участок между 6-м и 7-м энергоблоками. 11 октября 2020 года была выпущена вторая ракета, которая упала вблизи Центра управления.

    В результате превентивных мер соответствующих систем обороны ракеты были обезврежены.

    * * * * *

    24 июня в Мингячевире состоялась церемония открытия электростанции “8 Ноября”.

    Как сообщает АЗЕРТАДЖ, на мероприятии выступил Президент Азербайджанской Республики Ильхам Алиев.

    Затем выступили министр по делам предприятий и продукции Made in Italy Адольфо Урсо, главный исполнительный директор итальянской компании Ansaldo Energia Фабрицио Фаббри, председатель правления китайской компании Dongfang Чэнь Цян, директор оператора по производству электроэнергии ОАО “АзерЭнержи” Узеир Юсифов.

    Далее Президент Ильхам Алиев и министр по делам предприятий и продукции Made in Italy Адольфо Урсо открыли станцию.

    * * * * *

    В эти минуты в Мингячевире проходит церемония открытия электростанции “8 Ноября”.

    Как сообщает АЗЕРТАДЖ, на мероприятии выступил Президент Азербайджанской Республики Ильхам Алиев.

    * * * * *

    В Мингячевире проходит церемония открытия электростанции “8 Ноября”.

    Как сообщает АЗЕРТАДЖ, на мероприятии выступает Президент Азербайджанской Республики Ильхам Алиев.

  • Prezidentin Mingəçevirdə “8 Noyabr” elektrik stansiyasının açılış mərasimindəki çıxışının TAM MƏTNİ (Yenilənib)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra dövlətimizin başçısı “8 Noyabr” elektrik stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət edib. Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanıb. İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib.

    Daha sonra “8 Noyabr” elektrik stansiyasının açılış mərasimi keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

    Prezident İlham Əliyevin çıxışı

    – Əziz dostlar, hörmətli qonaqlar, əziz mingəçevirlilər.

    Bu gün ölkəmizin energetika sahəsində əlamətdar bir gündür. “8 Noyabr” elektrik stansiyasının açılışı çox gözəl hadisədir. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. Bu gün “8 Noyabr” elektrik stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir.

    Mingəçevir 1970-ci illərdə Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynamışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” istilik elektrik stansiyasının təməli qoyulub və ulu öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilib. Ondan sonra digər bloklar da istismara verilərək artıq o zaman hələ sovet dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilib. Təbii olaraq müstəqilliyin ilk illərində bizdə enerji qıtlığı yaranmışdı. Orta və yaşlı nəslin nümayəndələri o illəri yaxşı xatırlayırlar ki, o vaxt hətta axşam saat 12-də televiziya verilişləri də dayandırılırdı. Çünki energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi. Yalnız ulu öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Yəni Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı, əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır.

    Biz son 20 il ərzində Azərbaycanın energetika sistemini, demək olar ki, sıfırdan qurmuşuq. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları qurulub, eyni zamanda, Mingəçevirdə də yenidənqurma işləri aparılıb. Yadınızdadır, burada baş vermiş qəza nəticəsində ölkəmizin böyük hissəsi, demək olar ki, işıqsız qalmışdı. Ondan sonra praktiki tədbirlər görülməyə başlanıb və biz qısa müddət ərzində burada böyük uğurlara nail ola bilmişik.

    2018-ci ildə “Azərbaycan” istilik elektrik stansiyasının yenidən qurulmasının təməli qoyuldu və 2020-ci il iyunun 25-də – düz beş il bundan əvvəl burada stansiyaya yeni həyat verildi. Hazırda “Azərbaycan” elektrik stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” stansiyasının gücü 1880 meqavatdır, su elektrik stansiyasının gücü isə 400 meqavatdan çoxdur. Beləliklə, Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və qeyd etdiyim kimi, bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir.

    Bu layihənin qısa müddət ərzində icra edilməsi, – energetiklər bunu yaxşı bilirlər – rekord nəticə sayıla bilər. Çünki təxminən iki min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir – bəlkə də, üç il, dörd il, beş il, bəlkə, daha da çox. Misal üçün, elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” istilik elektrik stansiyasının inşası 1974-cü ildə başlayıb və birinci blok 1981-ci ildə istismara verilib. Yəni yeddi ildən sonra 300 meqavat enerji əldə edilib. Biz isə iki il ərzində təxminən iki min meqavat enerji əldə etmişik və əlbəttə ki, bunun bir çox səbəbləri var. Təbii ki, buna burada mövcud olan energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və əlbəttə ki, bizim beynəlxalq tərəfdaşlarımızın da töhfəsi şərait yaratdı.

    Mən, xüsusilə bu gün burada iştirak edən İtaliyadan və Çindən olan qonaqları salamlamaq istəyirəm. Bu stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin böyük payı var. Azərbaycan energetikləri ilə birlikdə bu gözəl işi biz qısa müddət ərzində görə bildik.

    Qeyd etməliyəm ki, həm İtaliya, həm Çin Azərbaycanın strateji tərəfdaşlarıdır. Strateji tərəfdaşlıq haqqında İtaliya ilə iki, Çinlə iki bəyannamə imzalanıb və mənim bu ölkələrə çoxsaylı səfərlərim nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilib. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. Biz İtaliya ilə xüsusilə energetika sahəsində, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlamışıq. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq. Mənim aprel ayında Çinə dövlət səfərim zamanı lazım olan razılaşmalar əldə edildi. Onu da bildirməliyəm ki, Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Yəni bu hər iki ölkə bizim üçün həm strateji tərəfdaşdır, həm də önəmli ticarət tərəfdaşımızdır. Qeyd etdiyim kimi, siyasi əlaqələr çox yüksək səviyyədədir və biz burada çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsini görürük.

    “8 Noyabr” stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək. Qeyd etdiyim kimi, enerji sistemimizin səmərəliliyi artırılacaq, potensial, generasiya gücümüz artacaq, eyni zamanda, şərti yanacaq sərfiyyatı kəskin aşağı düşəcək və beləliklə, bu, bizə təbii qaza qənaət etmək üçün imkan yaradacaq. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq. Beləliklə, burada şərti yanacağın sərfiyyatının az olması bizə əlavə qazanc gətirəcək. Təbii olaraq, biz təbii qazın qənaətini, eyni zamanda, bərpaolunan layihələrdə görürük və görəcəyik. Azərbaycan bu istiqamətdə də qabaqcıl ölkələr sırasındadır. İmzalanmış, icra edilən və icra ediləcək bərpaolunan enerji layihələri 2030-cu ilə qədər bizə 6500 meqavat yaşıl enerji verəcək və əgər bu gün bizim ümumi generasiya gücümüz 9000 meqavatdırsa, bu, nə deməkdir, bunu hər kəs başa düşə bilər. Eyni zamanda, bizə təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq və belə olan halda təbii qazımızın ixracı daha da artacaq. Yəni bir neçə məqsəd burada təmin edilir və əlbəttə ki, bütün bu işlərin təməlində bizim düşünülmüş siyasət dayanır. Çünki biz hər istiqamət üzrə düşünülmüş siyasət və proqramlar əsasında çalışırıq.

    Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün dünyada, xüsusilə Avropa məkanında və digər bölgələrdə enerji xətlərinin təhlükə altında olmasının nə qədər böyük fəsadlara gətirib çıxardığını hər kəs öz gözləri ilə görə bilər. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır və təsadüfi deyil ki, Avropa İttifaqı tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. Çünki bu gün Azərbaycan qazı 12 ölkəyə qaz kəmərləri vasitəsilə ixrac edilir. Onlardan 10-u Avropa ölkəsidir və məhz bu göstəriciyə görə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir. Biz həm təbii qaz, həm xam neft, neft və neft-kimya məhsulları, müəyyən həcmdə elektrik enerjisini ixrac edirik. Ancaq qeyd etdiyim layihələr istismara veriləndən sonra biz müxtəlif elektrik kabelləri vasitəsilə yaşıl enerjini də ixrac edəcəyik. Beləliklə, ölkəmizin iqtisadi gücü, geosiyasi önəmi daha da artacaq – halbuki bu gün də kifayət qədər yüksək səviyyədədir – və Azərbaycan bu bölgədə sabitlik, inkişaf, tərəqqi məkanı kimi öz rolunu daha da gücləndirəcəkdir.

    Bu gün dünyada gedən prosesləri hər kəs izləyir. Bizim ətrafımızda demək olar ki, münaqişələr səngimir, əksinə, yeni münaqişə zonaları açılır. Böyük fəlakətlərə və insan faciələrinə gətirən toqquşmalar, müharibələr gedir. Biz də müharibə nədir, yaxşı bilirik. Bizim torpaqlarımız uzun illər işğal altında olmuşdur və İkinci Qarabağ müharibəsində Ermənistan nəinki bizim şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxlayırdı, hətta buraya da – Mingəçevirə də öz raketlərini göndərməyi də unutmamışdı – əgər belə demək mümkündürsə. Bunun da məqsədi bizim enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Hətta İkinci Qarabağ müharibəsindən əvvəl bizi hədələmək üçün bir neçə üsuldan istifadə edən Ermənistan, o cümlədən Mingəçeviri bombalamaq, burada su bəndini dağıtmaq və Mingəçevir Elektrik Stansiyasını sıradan çıxarmaq kimi təhdidlər də səsləndirirdi. Buraya, bu əraziyə düşən həm mərmilər, həm də ki, uzaqmənzilli raketlər bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmır. Həm Xocalı soyqırımını törədən, həm işğal dövründə bizim yaşayış məntəqələrimizi yerlə-yeksan edən, eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı Gəncəni, Mingəçeviri, Bərdəni, Tərtəri, Ağdamı və münaqişə zonasından kifayət qədər uzaqda yerləşən bir çox yaşayış məntəqələrini atəşə tutan Ermənistan hərbi cinayətkar dövlətdir.

    Yəni bunu deməklə bir daha qeyd etmək istəyirəm ki, bu bölgənin, bu infrastruktur obyektinin ölkəmiz üçün nə qədər böyük əhəmiyyəti var. İndi isə biz sülh şəraitində yaşayırıq. Beş ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə ki, hüdudlarımızın kənarında da nə qədər tez sülh təmin edilərsə, bir o qədər həm o ölkələr üçün, həm təbii olaraq, bizim üçün də yaxşı olacaq. Ancaq reallıq budur ki, bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır və bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq. Bu gün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq.

    Bir daha sizin hər birinizi, hər birimizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sağ olun.

    Sonra İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov çıxış ediblər.

    Daha sonra Prezident İlham Əliyev və İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso stansiyanın açılışını ediblər.

    Prezident İlham Əliyev və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən bu stansiyaya atılan raketin düşdüyü əraziyə baxıblar.

    Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb.

    Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.

    Sonra dövlətimizin başçısı və açılışda iştirak edən qonaqlar stansiyanın ərazisini gəziblər.

    11:53

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə “Azərbaycan” istilik elektrik stansiyasının ərazisində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

    Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sonra dövlətimizin başçısı “8 Noyabr” elektrik stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət edib. Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanıb. İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib.

    Daha sonra “8 Noyabr” elektrik stansiyasının açılış mərasimi keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

    Sonra İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq, “AzərEnerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov çıxış ediblər.

    Daha sonra Prezident İlham Əliyev və İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso stansiyanın açılışını ediblər.

    Prezident İlham Əliyev və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən bu stansiyaya atılan raketin düşdüyü əraziyə baxıblar.

    Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb.

    Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.

    Sonra dövlətimizin başçısı və açılışda iştirak edən qonaqlar stansiyanın ərazisini gəziblər.

    * * * * *

    İyunun 24-də Mingəçevirdə “8 Noyabr” elektrik stansiyasının açılış mərasimi keçirilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

    Sonra İtaliyanın şirkətlər və “Made in İtaly” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin idarə heyətinin sədri Çen Qianq, “Azərenerji” ASC-nin enerjinin istehsalı operatorunun direktoru Üzeyir Yusifov çıxış ediblər.

    Daha sonra Prezident İlham Əliyev və İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso stansiyanın açılışını ediblər.

    * * * * *

    Bu dəqiqələrdə Mingəçevirdə “8 Noyabr” elektrik stansiyasının açılışı mərasimi keçirilir.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

    * * * * *

    Bu dəqiqələrdə Mingəçevirdə “8 Noyabr” elektrik stansiyasının açılışı mərasimi keçirilir.

  • Израиль атаковал 12 объектов в провинции Тегеран (Обновляется)

    Израиль во вторник утром атаковал 12 объектов в провинции Тегеран, большинство ударов пришлось на жилые районы.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил губернатор провинции Тегеран Мохаммад Садег Мотамедиан.

    “12 объектов в городе и провинции Тегеран подверглись ударам сионистского режима (имеется в виду Израиль – прим. ред.) во вторник утром, – приводит его слова агентство Mehr. – Большинство ударов сионистов во вторник утром были направлены на жилые районы”.

    Отмечается, что в целом в результате ударов Израиля по провинции Тегеран полностью разрушены 120 жилых домов, 500 получили серьезные повреждения.

    * * * * *

    По меньшей мере 9 человек погибли, 33 ранены в результате взрывов в иранской провинции Гилян на севере исламской республики после израильской атаки сегодня утром.

    Об этом говорится в заявлении властей провинции.

    “Сегодня утром в результате террористической атаки четыре жилых дома были полностью разрушены, а большое количество близлежащих домов также пострадало от взрыва. В результате этого нападения погибли девять мирных жителей, а 33 получили ранения”, – приводит текст заявления агентство Tasnim.

  • İsrailin hücumu nəticəsində Tehranda 120 yaşayış binası dağılıb (Yenilənir)

    İsrail iyunun 24-də Tehran vilayətində 12 hədəfə hücum edib, zərbələrin əksəriyyəti yaşayış məntəqələrinə düşüb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Tehran vilayətinin qubernatoru Məhəmməd Sadiq Mötəmediyan məlumat verib.

    Qeyd olunur ki, ümumilikdə, İsrailin Tehran vilayətinə endirdiyi zərbələr nəticəsində 120 yaşayış binası tamamilə dağılıb, 500 nəfərə ciddi ziyan dəyib.

    * * * * *

    İsrailin İranın Gilan əyalətinə hücumu nəticəsində azı doqquz nəfər ölüb.

    Median.Az İran KİV-ə istinadən xəbər verir ki, məlumatı əyalətin hökumət qurumları da təsdiqləyib.

    Hücum nəticəsində 33 nəfərin xəsarət aldığı bildirilir.

  • Лейла Алиева поделилась кадрами из Хызынского района – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева, учредитель и руководитель Общественного объединения IDEA Лейла Алиева поделилась в социальной сети кадрами из Хызынского района.

    Median.Az представляет соответствующую публикацию:

  • Leyla Əliyeva Xızı səfərindən görüntülər paylaşdı – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Xızı səfərindən görüntülər paylaşıb.

    L.Əliyeva rəsmi “Instagram” hesabında paylaşım edib.

    Həmin paylaşımı təqdim edirik:

  • Медведев ответил на слова Трампа о возможной передаче ядерного оружия Ирану

    Заместитель председателя Совета безопасности РФ Дмитрий Медведев ответил на слова президента США Дональда Трампа о возможной передаче ядерного оружия Ирану. Он заверил, что Россия не планирует делать этого, поскольку страна подписала Договор о нераспространении ядерного оружия (ДНЯО), в отличие от Израиля.

    Как передает Median.Az, об этом Медведев написал в соцсети X (ранее Twitter).

    “По поводу обеспокоенности президента Трампа: я осуждаю удар США по Ирану – он не смог достичь своих целей. Однако Россия не намерена передавать ядерное оружие Ирану, поскольку, в отличие от Израиля, мы являемся участниками ДНЯО”, – подчеркнул он.

    Медведев предложил Трампу не спорить о том, у какой из двух стран больший арсенал ядерного оружия, и напомнил о договоре между Россией и США о СНВ, который предполагает сокращение и ограничение стратегических ядерных вооружений. Соглашение действует с 2011 года.

    Ранее Трамп призвал Медведева осторожнее высказываться о возможном использовании ядерного оружия. Так он отреагировал на слова зампреда Совбеза РФ о готовности “некоторых стран” поставить Ирану ядерный боекомплект для ответа на атаки США.

    В ночь на 22 июня ВС США совершили атаку на ядерные объекты в Иране, присоединившись к операции Израиля. Минувшим днем Иран атаковал военные базы США в Ираке и Катаре. Пока информации об ущербе и пострадавших не поступало.

  • Medvedev Rusiyanın İrana nüvə silahı verib-verməyəcəyi məsələsinə aydınlıq gətirdi

    “Rusiya İrana nüvə silahı tədarük etmək niyyətində deyil, çünki İsraildən fərqli olaraq, biz Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin iştirakçısıyıq”.

    Median.Az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

    O əlavə edib ki, belə bir addımın nəticələrini gözəl başa düşür, çünki prezident olarkən nüvə qüvvələrinə nəzarət edib.

    Medvedev bununla da “başqa ölkələr İrana nüvə başlıqları tədarük etməyə hazırdır” sözlərinə reaksiya verən ABŞ lideri Donald Trampa cavab verib.

    Tramp sosial şəbəkə hesabında Medvedevə cavab olaraq yazmışdı ki, “əgər o, belə bir söz deyibsə, dərhal mənə bildirin”.

  • Международная олимпиада для школьников оказалась фиктивной? – Заявление организатора – ВИДЕО

    Одна сторона заявляет, что стала жертвой обмана, другая – настаивает на своей правоте.

    Как сообщает Median.Az со ссылкой на Xəzər TV, речь идет об олимпиаде, которая, согласно утверждениям, оказалась фиктивной.

    Мать школьника, принявшего участие в мероприятии в Дубае (Объединенные Арабские Эмираты), отмечает, что она и другие семьи стали жертвами обмана со стороны ООО Global Olimpiad Center. Компания отрицает эти обвинения.

    По словам Вафы Мамедовой, они заплатили более 5 000 манатов за участие сына – ученика 7-го класса – в международной олимпиаде. Однако позже выяснилось, что мероприятие не имеет официального международного статуса и не принесет школьнику пользы в будущем. Кроме того, она указала на организационные недочеты и некорректно составленные тесты.

    В свою очередь, директор ООО Global Olimpiad Center отверг обвинения и пояснил, что Future Intelligence Students Olympiad (FISO) не является международной олимпиадой, а представляет собой международное соревнование. Он также подчеркнул, что все условия были заранее доведены до сведения родителей и в связи с этим был заключен договор.

    Подробнее – в сюжете:

  • Saxta olduğu bildirilən olimpiada ətrafında qalmaqal böyüyür: Təşkilatçı DANIŞDI – VİDEO

    Biri aldadıldığını, digəri isə aldatmadığını deyir.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, söhbət saxta olduğu iddia edilən olimpiadadan gedir.

    Övladı Dubayda keçirilən yarışmada iştirak edən valideyn “Global Olimpiad Center” MMC tərəfindən özünün və yarışmaya qatılan digər ailələrin aldadıldığını bildirir. Qarşı tərəf isə iddiaları qəbul etmir.

    Valideyn Vəfa Məmmədova iddia edir ki, 7-ci sinifdə oxuyan övladı üçün 5000 manatdan çox pul verib Dubayda keçirilən beynəlxalq olimpiadaya qatılıblar, lakin sonra bu olimpiadanın beynəlxalq statuslu olmadığını, gələcəkdə şagirdə heç bir faydası olmayacağını öyrəniblər.

    Valideyn həmçinin təşkilatçılıq məsələlərində nöqsanların olduğunu və testlərin doğru tərtib olunmadığını iddia edir.

    “Global Olimpiad Center” MMC-nin direktoru isə iddiaları doğru saymır və bildirir ki, tam adı (Future Intelligence students olympiad) olan “FİSO” beynəlxalq olimpiada deyil, beynəlxalq yarışmadır.

    Direktor həmçinin onu da qeyd edir ki, valideynlərə öncədən bütün şərtlər izah edilib və bunun əsasında müqavilə imzalanıb.

    Ətraflı süjetdə: