Month: June 2025

  • Tramp: “İsrail və İran arasındakı atəşkəs razılaşması qüvvədədir”

    ABŞ Prezidenti Donald Tramp hesab etmir ki, İran və İsrail arasında əldə edilən atəşkəs işlək deyil.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, 80 yaşlı siyasətçi bu barədə jurnalistlərə verdiyi açıqlamada bildirib.

    O, jurnalistin atəşkəsin pozulması ilə bağlı sualına “Mən belə düşünmürəm” deyə cavab verib.

    Tramp bildirib ki, İsrail və İran arasındakı atəşkəs razılaşması qüvvədədir.

    Onun sözlərinə görə, İsrail təyyarələrini geri çevirəcək və İrana zərbə endirməyəcək.

  • Cərimələrlə bağlı yenilik olacaq – Sürücülərin diqqətinə!

    İnzibati xətaya görə sürcülərin məsuliyyətə cəlb olunması qaydası dəyişir.

    Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara (Məcəllənin 327.1 – 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalara) görə inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxsin inzibati məsuliyyətə cəlb olunması istisna edilib.

    Layihədə 45-ci maddəyə təklif edilən dəyişikliyə görə qərarların icrasının sürətləndirilməsi, elektron sistemlərin effektivliyinin artırılması məqsədilə təkcə Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalara görə deyil, eyni zamanda digər inzibati xətalara görə inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün yaradılan elektron kabinetdə yerləşdirilmədiyi halda da şəxs inzibati məsuliyyətə cəlb olunmayacaqdır. Həmçinin qeyd olunan məqsədlərə nail olmaq üçün layihədə 45-ci maddənin yeni redaksiyada verilərək səlahiyyətli orqanlar (qurumlar) tərəfindən baxdıqları inzibati xətalar haqqında işlər üzrə qərarlar (qərardadlar) və protokollar barədə Məcəllə ilə müəyyən edilmiş məlumatların özlərinin informasiya sistemlərinə 24 saat ərzində və 45-ci maddədə nəzərdə tutulan digər hallarda isə dərhal yerləşdirilməsi ilə bağlı müddəaların əlavə edilməsi də təklif edilir.

    Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

  • Sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü həbs edildi

    Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.

    Median.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib.

    Günel adlı şəxs polisə müraciət edərək qəsəbədə rəfiqəsi ilə birgə mindiyi “Mercedes” markalı avtomobilin sürücüsünün yolda ona qeyri-etik təkliflər etdiyini bildirib.

    Aparılan araşdırmalarla taksi sürücüsünün Binə qəsəbəsində yaşayan Lerik sakini Füzuli Kazımov (şərti ad) olduğu müəyyən edilib. O, saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

    Xəzər Rayon Məhkəməsinə göndərilən 58 yaşlı taksi sürücüsü gələcəkdə taksiyə ehtiyacı olarsa, əlaqə saxlaması üçün xanım sərnişinə yolda nömrəsini verdiyini və yol boyu onların razılığı və iştirakı ilə yüngül əxlaqlı söhbətlər etdiklərini deyib.

    Məhkəmənin qərarı ilə Füzuli Kazımova 4 sutkalıq inzibati həbs verilib və saxlanma yerinə göndərilib.

  • İlham Əliyev Mingəçevirdə Çen Qianqı qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə Çinin “Dongfang Electric International Corporation” Şirkətinin İdarə Heyətinin sədri Çen Qianqı qəbul edib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə “Dongfang Electric International Corporation” şirkətinin “8 Noyabr” elektrik stansiyasının inşasında iştirakının roluna toxunulub, Azərbaycanla Çinin bu şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Sonda xatirə şəkli çəkdirilib.




  • Около 20 граждан Украины эвакуированы из Ирана в Азербайджан – ФОТО

    Около 20 граждан Украины были эвакуированы из Ирана в Азербайджан сегодня утром.

    Как сообщает Report, они эвакуированы через пограничный пункт пропуска “Астара”.

    Группа граждан США также въехала в Азербайджан из Ирана. Они сообщили, что на иранской стороне все еще есть люди, ожидающие перехода.









  • İrandan 20-yə yaxın Ukrayna vətəndaşı Azərbaycan vasitəsilə təxliyə olunub – FOTO

    İrandan 20 nəfərə yaxın Ukrayna vətəndaşı iyunun 24-də səhər saatlarında Azərbaycan vasitəsilə təxliyə olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, xarici ölkə vətəndaşlarının “Astara” Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən keçidi qarşılıqlı razılaşma əsasında baş tutub.

    Bundan başqa, bir qrup ABŞ vətəndaşı da İrandan təxliyə üçün Azərbaycana daxil olublar. Onlar İran tərəfdə hələ də keçid gözləyən insanların olduğunu söyləyiblər.









  • Dövlətə xəyanətdə təqsirləndirilən şəxs: “Martin öz etdiyi əməlləri ört-basdır edir”

    Fransaya casusluqda ittiham edilərək həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryanın vəkili Nizami Əliyev bildirib ki, müdafiə etdiyi şəxs əlavə ifadə vermək istəyir:

    “Martin Ryan digər təqsirləndirilən Azad Məmmədlinin ötən iclasda onun barəsində səsləndirdiyi ittihamlara münasibət bildirmək istəyir, yeni faktlar açıqlamaq niyyətindədir”.

    Məhkəmə bunun üçün şərait yaradıb.

    Martin Ryan deyib ki, Azad Məmmədlinin onun barəsində səsləndirdiyi ittihamlar doğru deyil:

    “Azadın guya ki, bəzi Azərbaycan vətəndaşlarını Fransa kəşfiyyatının nümayəndələri ilə tanış etməyim barədə dedikləri həqiqət deyil. Mən iş görmək üçün, biznes fəaliyyətimi inkişaf etdirmək üçün iş görə biləcək şəxslərin axtarışlarını aparmışam. Bununla bağlı bir sıra şəxslərlə tanış olmuşam. Onlardan biri də Z.M-dir. O, da Fransa səfirliyində işləyib. Mən həmin şəxslərin ad və soyadlarını istintaq zamanı demişəm. Onların hər biri sorğu-sual edilib”.

    Martin Ryan qeyd edib ki, işdə adı keçən Ü.Ə. var: “Mən bu şəxslə Fransada təhsil alan tələbələrlə görüş zamanı tanış olmuşam. Mən onu Frederik Devos ilə tanış etmişəm. Etiraf edirəm ki, Ü.Ə-ni Frederik Devos ilə mən görüşdürmüşəm. Sonradan öyrəndim ki, Frederik Devos Fransa kəşfiyyatının adamıdır, onlarla əlaqəsi var, təhlükəli adamdır. Bunu biləndən sonra Ü.Ə-yə dedim ki, Frederik Devos Fransa kəşfiyyatına xidmət edir. Sonralar Ü.Ə. mənə dedi ki, Frederik Devosdan sonra gələn digər fransız kəşfiyyatçısı Loran Qrard ona əməkdaşlıq təklif edib. O isə bundan imtina edib”.

    Digər təqsirləndirilən Azad Məmmədli qeyd edib ki, Martin Ryan yalan danışır və bu cinayət işi üzrə əsas məqsədləri gizlədir:

    “Martin öz elədiyi əməlləri ört-basdır edir. O əsasən neft-qaz işləri bağlı müqavilələrin və işbirliklərinin kəşfiyyatını aparıb. Əsasən Britaniya şirkətlərinin fəaliyyətini öyrənmək istəyib və o şirkətlərdə çalışan aparıcı və rəhbər şəxslərlə tanış olaraq məxfi məlumatları öyrənmək istəyib. O, bəzi Azərbaycan vətəndaşları və bir xarici vətəndaşı Fransa kəşfiyyatının nümayəndələri ilə tanış edib. Həmin xarici vətəndaş xanım idi və neft-qaz şirkətinin aparıcı işçisi olub. Martin Ryan fransız dilinin tədrisi və şahmat dərsləri adı altında bir sıra vətəndaşlarımızın məlumatlarını onlardan toplayıb Fransa xüsusi xidmət orqanlarına verib. R.M. adlı şəxs də fransız dilli olub. O da çox nüfuzlu yerli şirkətin aparıcı işçisi olub. Onu da Fransa kəşfiyyat nümayəndələri ilə tanış edib”.

    Daha sonra məhkəmədə Martin Ryanın istintaqa verdiyi ifadə elan edilib.

    Fransız istintaqda deyib ki, tələbə olan vaxtı bir neçə azərbaycanlı ilə birlikdə oxuyub və əlaqələri yaranıb:

    “E.S. adlı şəxslə internetdə tanış olmuşam, münasibət yaratmışam. Onun dəvəti ilə ilk dəfə 2015-ci ildə Azərbaycana gəlmişəm. Doqquz-on gün qaldıqdan sonra Fransaya qayıtdım. Daha sonra 2016-cı ildə tələbə yoldaşım olmuş R.M-in dəvəti ilə iki dəfə Azərbaycana gəlmişəm. Daha sonra qayıdıb getdim. 2020-ci ildə Azərbaycana gəldim, burada xırda biznes yaratdım. Həmin vaxtı tanışım Serj adlı fransız evində olan qonaqlığa məni dəvət etdi. Ziyafət zamanı Frederik Devosla tanış oldum. O, Fransa səfirliyində çalışdığını dedi. Üç ay sonra Devos mənimlə görüşdü. Devos özünü fransızların təhlükəsizliyinə cavabdeh olan şəxs kimi təqdim etdi. O, mənə rusların və iranlıların fransızlar üçün təhlükə olduğunu dedi. Devos İran şirkətləri ilə əlaqələrimin olub-olmaması ilə bağlı suallar verdi. O, mənə dedi ki, iranlı və Rusiya iş adamları haqda məlumatı toplayıb ona ötürüm. Fransa səfirliyində ikinci katib vəzifəsi adı altında çalışsa da, Fransa kəşfiyyatının işçisi olduğunu bildim”.

    Martin Ryan istintaqda qeyd edib ki, 2020-ci ildə müharibə vaxtı dəfələrlə Frederik Devosla görüşüb:

    “Görüşlərdə Azərbaycanın silahlarının bu müharibəyə çatıb-çatmayacağını, Türkiyə-Azərbaycan əlaqələrini soruşub. Mən bildiyim məlumatları onunla bölüşmüşəm. Müharibədən sonra əlaqələr olmuşdu. Ondan sonrakı görüşlərdə Devos mənə tapşırıqlar verirdi. O, iranlı iş adamları ilə bağlı, sonra Azərbaycanda fransız dilini bilən, Fransada oxuyan şəxslərin siyahısını istəyib. Devos hətta mənə İrana getməyi təklif etdi. Dedi ki, get zəfəran ticarəti elə. Z.M-ni, Azad Məmmədlini, Ü.Ə-ni və digər azərbaycanlıları Devosla tanış etmişəm. Devos Azad Məmmədlinin Rusiyada təhsil aldığını bildikdən sonra onunla çox maraqlandı. Bir müddət sonra Devosu Loran Löd adlı şəxs əvəz etdi. Loran da Devos kimi tapşırıqlar verirdi. Loran da, sonra gələn Jerom Qassarino da Fransa kəşfiyyatının əməkdaşları idi. Onlar Fransa səfirliyində müxtəlif adlar altında Azərbaycanda kəşfiyyat işləri aparırdılar. Gərək onlarla bağlı vaxtında Azərbaycanın dövlət orqanlarına məlumat verərdim. Sadəcə o vaxt Fransa hökumətindən qorxdum”.

    Hakim bildirib ki, Martin Ryanın istintaqa verdiyi ifadə 40 səhifədən çoxdur və məhkəmənin icraatında başqa cinayət işləri var. Bu səbəbdən Martin Ryanın ifadəsinin qalanı növbəti prosesdə elan ediləcək.

    Proses iyulun 21-də davam edəcək.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb.

    İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-qrata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.

    Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədlinin “dövlətə xəyanət” ittihamı ilə mühakimə olunacağı bəlli olub.

    Məlum olduğu kimi, geniş casus şəbəkəsinin ifşasından və xidməti uğursuzluqlardan sonra 2023-cü il dekabr ayının 20-də Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emye həmin vəzifəsindən azad edilib.

  • “Fənərbağça”nın əsas hədəfi olan futbolçu Türkiyəyə gəlmək istəmir

    “Benfika” klubunun futbolçu Orkun Kökçünün “Fənərbağça”ya transfer olunacağı ilə bağlı planı üzə çıxıb.

    Bu barədə “Türkiye” qəzeti məlumat yayıb.

    Qeyd olunub ki, klublararası dünya çempionatı zamanı baş məşqçisi Brunu Laje ilə mübahisə edən Orkun Kökçünün “Benfika”dan ayrılacağı gözlənilir.

    Bazar dəyəri 30 milyon avro olan Orkun Kökçü üçün “Benfika” astronomik təkliflərin gələcəyini gözləyir.

    Digər tərəfdən, Orkun Kökçü də gələcəyi ilə bağlı qərarını verib. Oyunçu Türkiyəyə qayıtmaq fikrində deyil.

    “Fənərbağça” klubunun artıq uzun müddətdir Orkun Kökçünü transfer etmək niyyətində olduğu bildirilir.

    Bu mövsüm 53 matçda iştirak edən və 4110 dəqiqə meydanda olan Orkun Kökçü 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

  • Операция против FETÖ в Турции: задержаны более 150 военных

    В ходе операции, проведенной в 41 провинции с центром в Стамбуле и Измире против террористической организации FETÖ, были задержаны 176 подозреваемых из военнослужащих.

    Как передает Median.Az со ссылкой на турецкие СМИ, главная прокуратура Стамбула заявила, что некоторые члены FETÖ проникли в ВС Турции, и не все из них были разоблачены.

    Операции проводились в Стамбуле, Измире и 41 другой провинции в отношении в общей сложности 176 подозреваемых, в том числе 174 военнослужащих действительной службы в званиях полковника, подполковника, майора, капитана, лейтенанта и унтер-офицера-специалиста, контакты которых были выявлены с помощью смартфонов.

    Из числа подозреваемых, в отношении которых были выданы ордера на задержание, 158 были задержаны, а усилия по поимке остальных продолжаются.

  • Türkiyənin 41 vilayətində FETÖ-yə qarşı əməliyyat: 176 hərbçi barəsində həbs qərarı

    Türkiyədə İstanbul və İzmir Respublika Prokurorluqları tərəfindən aparılan istintaq çərçivəsində Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən, ümumilikdə 176 hərbi qulluqçu (onlardan 174-ü aktiv fəaliyyətdə olub) barədə həbs qərarı çıxarılıb.

    Median.Az bu barədə “Anadolu” agentliyinə istinadla xəbər verir.

    İstanbul Baş Prokurorluğunun yaydığı açıqlamada qeyd olunub ki, FETÖ üzvlərinin bir qismi hələ də Türkiyə Silahlı Qüvvələri sıralarına sızmağa davam edir və onların hamısı hələ ifşa edilməyib.

    Əməliyyatlar İstanbul, İzmir və ümumilikdə 41 digər vilayəti əhatə edib. Saxlanılan şəxslər arasında polkovnik, polkovnik-leytenant, mayor, kapitan, leytenant və çavuş rütbəli hərbi qulluqçular da yer alır. Onların FETÖ ilə əlaqələri smartfonlar vasitəsilə müəyyən olunub.

    Ümumilikdə barələrində həbs qərarı çıxarılan 176 nəfərdən 158-i artıq saxlanılıb. Digərlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.