Month: June 2025

  • Ильхам Алиев принял итальянскую делегацию во главе с Адольфо Урсо

    24 июня Президент Азербайджанской Республики Ильхам Алиев принял в Мингячевире делегацию во главе с министром по делам предприятий и продукции Made in Italy Итальянской Республики Адольфо Урсо.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev “Made in Italy” nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Median.Az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.

  • В Сумгайыте в жилом доме произошел пожар

    На горячую линию 112 Министерства по чрезвычайным ситуациям (МЧС) поступила информация о пожаре в жилом доме в поселке Гаджи Зейналабдин города Сумгайыт.

    Об этом сообщили в пресс-службе ведомства.

    На территорию немедленно прибыли силы Государственной службы пожарной охраны МЧС.

    “Благодаря оперативному вмешательству пожарных возгорание в квартире на третьем этаже пятиэтажного жилого дома было потушено в короткие сроки, не допустив его распространения, в том числе перехода на другие квартиры.

    В результате пожара на площади 22 кв.м сгорели легковоспламеняющиеся конструкции одной комнаты и балкона двухкомнатной квартиры общей площадью 55 кв.м.

    Большая часть квартиры и другие помещения были защищены от огня”, – говорится в информации.

  • Sumqayıtda yaşayış binasında yanğın olub

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində, yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub:

    “Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 55kv.m. olan ikiotaqlı mənzilin bir otağının və eyvanın yanar konstruksiyaları 22kv.m sahədə yanıb.

    Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub”.

  • Милли Меджлис поздравил Президента Ильхама Алиева по случаю Дня Вооруженных сил

    Милли Меджлис поздравил Президента, Верховного главнокомандующего Вооруженными силами Ильхама Алиева по случаю 26 Июня – Дня Вооруженных сил.

    Как сообщает Report, поздравление озвучила председатель парламента Сахиба Гафарова.

    Депутаты встретили поздравление аплодисментами.

  • Milli Məclis Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib

    Milli Məclis 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, təbriki parlamentin sədri Sahibə Qafarova səsləndirib.

    Deputatlar təbriki alqışlarla qarşılayıblar.

  • Alimlər ananın yaşının uşağın sağlamlığına təsirini araşdırdı: Yaş artdıqca…

    Uşaqların 40 yaşdan yuxarı qadınlar tərəfindən dünyaya gətirilməsi getdikcə daha çox yayılır. Lakin İsveçdə aparılmış yeni araşdırma göstərib ki, ananın yaşı artdıqca yeni doğulmuş körpədə fəsadların yaranma riski də yüksəlir. Bu xüsusilə 45 yaşdan yuxarı qadınlarda daha qabarıq şəkildə müşahidə olunur.

    Araşdırmanın nəticələri “Acta Paediatrica” jurnalında dərc olunub.

    Alimlər 2010-2022-ci illər ərzində İsveçdə baş tutmuş 312 221 doğuşun məlumatlarını təhlil ediblər. Araşdırma yalnız 34 yaşdan yuxarı olan və tək uşaq dünyaya gətirən qadınları əhatə edib. Tədqiqatda qadınlar üç yaş qrupuna bölünüb: 35-39 yaş (nəzarət qrupu), 40-44 yaş və 45 yaşdan yuxarı.

    Fəsadlar yaş artdıqca artır

    Aparıcı müəllif Sofiya Voss bildirib: “Doğuş zamanı ciddi fəsadlar ümumilikdə nadirdir. Lakin 40 yaşdan yuxarı anaların uşaqları daha çox erkən doğum, aşağı doğum çəkisi, qan şəkərinin aşağı səviyyəsi və hətta ölü doğum kimi problemlərlə üzləşirlər”.

    Məsələn, 45 yaşdan yuxarı qadınlarda ölü doğum halları 0,83 faiz təşkil edib ki, bu da 35–39 yaş qrupu ilə müqayisədə (0,42 faiz) demək olar iki dəfə çoxdur.

    Erkən doğum hallarının da yaşla artdığı müşahidə olunub:

    * 35-39 yaş aralığında bu göstərici 4,8 faiz;
    * 40-44 yaş aralığında 6,1 faiz;
    * 45 yaşdan yuxarı qadınlarda isə 8,4 faiz.

    Səhiyyə sisteminə və qadınlara tövsiyələr

    Alimlər hesab edirlər ki, bu nəticələr səhiyyə orqanlarının yaşı irəliləmiş hamilə qadınlar üçün daha dəqiq nəzarət və dəstək tədbirləri planlaşdırmasına imkan verəcək.

    Sofiya Voss bildirib: “Vacibdir ki, qadınlara hamiləliyi planlaşdırarkən obyektiv məlumatlar təqdim edilsin. Bu, onların şüurlu qərar verməsinə və mümkün riskləri azaltmasına kömək edəcək”.
    //qaynar.az

  • Din xadimləri yaslarda “ehsan”ın qalmasında niyə maraqlıdır və dövlət müdaxilə etməlidirmi?

    “Yas mərasimlərinin tənzimlənməsi prosesi dövlət tərəfindən həyata keçirilərsə, insanlar bunu qadağa kimi qəbul edərək, onun üzərinə gedəcəklər”.

    Bunu Qaynarinfo-ya açıqlamasında ilahiyyatçı Elşad Miri yas mərasimlərində hökm sürən mənasız ənənələrə son qoymaq üçün dövlət səviyyəsində inzibati addımların atılması məsələsinə toxunarkən deyib.

    “Pandemiya dövründə elə bir vəziyyət yarandı ki, insanlar artıq yas mərasimlərində 3-7, cümə axşamları və nəhayət 40 mərasimində ehsan süfrələrinin təşkil edilməsi kimi məsələlərin aradan qaldırıldığının şahidi oldular. Ancaq faktiki olaraq pandemiya aradan qaldırılan kimi, yenidən əvvəlki mənzərə təkrar olunmağa başladı. Yəni prosesin dövlət tərəfindən tənzimlənməsi zamanı insanlar bunu qadağa kimi qəbul edərək, onun üzərinə gedirlər. Nəticədə onlar həmin qadağaya qarşı çıxırlar və belədə isə proses tənzimlənmir”, deyə Elşad Miri bildirib.

    Həmsöhbətimiz düşünür ki, bununla bağlı maarifləndirmə işləri düzgün aparılarsa, məsələ avtomatik olaraq öz həllini tapacaq:

    “Çünki əslində yas mərasimlərindəki belə halların yığışdırılması hamının ürəyindən keçən, istədiyi məsələdir”.

    Ekspert qeyd edib ki, din xadimləri yas mərasimlərilə bağlı əvvəlki mövcud qaydaların qalmasında maraqlıdır:

    “Din xadimləri məhz mövcud vəziyyətdən bəhrələndiklərindən bu məsələnin tənzimlənməsində aktiv və maraqlı deyillər. Vəziyyətin mövcud şəkildə qalması onlar üçün həm reklam yeridir, həm “çörək ağacı”dır, həm də özlərini təsdiq etdirməyin bir formasıdır. Bu, İslama və Qurana aid olan məsələ deyil. Məhəmməd Peyğəmbər övladları, yaxınları, əmiləri, xanımları öləndə heç bir zaman belə bir anlayışı tətbiq etməyib. Ona görə də bu heç bir şəkildə doğru ola bilməz”.

    Qeyd edək ki, Azərbaycanda yas mərasimlərində israfçılığa yol vermək kimi mənasız ənənələr hələ də davam edir. Az qala ölkədə hər bir ailə vəfat etmiş yaxını üçün üç, yeddi, cümə axşamları və 40 mərasimləri təşkil edərək, ehsan süfrəsi verməyə çalışır.

    Mövzu ilə bağlı mətbuata açıqlamasında dinşünas alim Nəriman Qasımoğlu vurğulayıb ki, bu məsələlər dövlət səviyyəsində hansısa inzibati yolla tənzimlənərsə, yas mərasimlərindəki mənasız ənənəyə son qoyular.

  • Bəzi ərazilərdə işıq olmayacaq

    Bakının Yeni Ramana qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

    Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

    Bildirilib ki, Yeni Ramana qəsəbəsinin Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisinə daxil olan hissəsində 24 iyun tarixində 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.

    Bununla əlaqədar olaraq, saat 09:00-dan saat 13:00-dək qəsəbənin Samir Əliyev və Mərkəzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Xəstəxana tenderin qalibinə 77 777, 77 manat ödəyəcək

    Xaçmaz Rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 77 min 777 manat 77 qəpik olan tender müsabiqəsinin qalibi “A4 Ofis” MMC (VÖEN – 2002760381) olub.

    “A4 Ofis” MMC Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının sifarişi ilə bu quruma mətbəə məhsulları, dəftərxana və təsərrüfat malları satacaq.
    Nizamnamə kapitalı 10 manat olan “A4 Ofis” MMC -nin qanuni təmsilçisi Məmmədov Elşən Abbasəli oğludur.

    Məlumat üçün bildirək ki, “A4 Ofis” MMC bu günə kimi çoxsaylı dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub.

    Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, mərkəzi xəstəxanalar tərəfindən keçirilən tender müsabiqələrinin dəyəri bəzi hallarda eyni, ya da qoşa rəqəmlərdən (“zerkalnı”) ibarət olur. Məsələn, ötən il Göygöl rayon Mərkəzi Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin ümumi dəyəri 33 min 333 manat 33 qəpik olub.