Month: July 2025

  • Masallıda 21 yaşlı şəxs qonaq qaldığı evdən oğurluq edib

    Masallıda qonaq evi qarət edilib.

    Hadisə rayon ərazisində yerləşən evlərin birində baş verib.

    Belə ki, polisə evdən 12 min manat dəyərində qızıl-zinət əşyaları və içərisindən 710 manat olan bank kartının oğurlanması barədə məlumat daxil olub.

    Aparılan araşdırmalarla oğurluq hadisəsinin həmin evdə qonaq olmuş şəxs tərəfindən törədilməsi müəyyən edilib.

    Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 21 yaşlı Fərman Babayev saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • В санкционный список ЕС попали компании из КНР, Турции и Гонконга

    В рамках нового пакета санкций в отношении России Евросоюз включил в список ограничительных мер еще 26 компаний за обход санкций.

    Об этом сообщает Euroactiv со ссылкой на источник в Совете ЕС.

    Из них за пределами РФ находятся 11 компаний: семь компаний в Китае, три – в Гонконге и четыре – в Турции, а также принадлежащий России нефтеперерабатывающий завод в Индии. Эти компании подозреваются в осуществлении поставок для российского военно-промышленного комплекса.

    ЕС считает, что это позволит ограничить доступ Москвы к технологиям двойного назначения.

    Новый пакет добавляет 105 новых позиций так называемых судов “теневого флота” России, которые Москва использовала для обхода потолка цен. Теперь количество запрещенных судов превышает 400.

    Он также вводит запрет на операции с 22 российскими банками. 18-й пакет санкций также включает новый запрет на транзакции, связанные с газопроводами “Северный поток-1” и “Северный поток-2” – которые не функционируют с 2022 года – чтобы предотвратить обслуживание, эксплуатацию или любое будущее использование этих трубопроводов.

  • Çin və Türkiyə şirkətləri Aİ-nin sanksiya siyahısına düşüb

    Rusiyaya qarşı yeni sanksiya paketi çərçivəsində Avropa İttifaqı (Aİ) sanksiyalardan yan keçməyə görə daha 26 şirkəti məhdudlaşdırıcı tədbirlər siyahısına daxil edib.

    Bu barədə “Euroactiv” Aİ Şurasındakı mənbəyə istinadən məlumat yayıb.

    Onlardan 11 şirkət Rusiya xaricində yerləşir: Çində 7, Honkonqda 3 və Türkiyədə 4 şirkət, həmçinin Hindistanda Rusiyaya məxsus neft emalı zavodu buraya daxildir. Bu şirkətlər Rusiyanın hərbi-sənaye kompleksi üçün tədarük həyata keçirməkdə şübhəli bilinir.

    Aİ hesab edir ki, bu, Moskvanın ikili təyinatlı texnologiyalara çıxışını məhdudlaşdırmağa imkan verəcək.

    Yeni paketə Rusiyanın “kölgə donanması”nın daha 105 gəmisi daxildir ki, Moskva bunlardan qiymət tavanından yayınmaq üçün istifadə edib. İndi qadağan edilmiş gəmilərin sayı 400-ü keçir.

    O, həmçinin Rusiyanın 22 bankı ilə əməliyyatlara qadağa qoyur. 18-ci sanksiyalar paketi, eyni zamanda 2022-ci ildən fəaliyyət göstərməyən “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərləri ilə bağlı əməliyyatlara kəmərlərin xidmət, istismar və ya gələcəkdə istifadəsinin qarşısını alınması üçün yeni qadağa daxil edir.
    //report

  • В субботу в Азербайджане осадков не ожидается

    19 июля в Баку и на Абшеронском полуострове преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Сообщается, что северо-западный ветер днем сменится на северо-восточный.

    Температура воздуха ночью составит 21-26°, днем 35-39° тепла. Атмосферное давление будет ниже нормы – 758 мм ртутного столба. Относительная влажность ночью составит 70-75%, днем 45-50%.

    В районах Азербайджана преимущественно без осадков. Однако днем в некоторых горных районах ожидается кратковременный ливневый дождь, гроза, град. Ночью и утром в некоторых горных районах туман. Будет преобладать умеренный восточный ветер.

    Температура воздуха ночью составит 22-27°, днем 36-41° тепла, в горах ночью 11-16°, днем 27-32° тепла.

  • Şənbə günü hava yağmursuz keçəcək

    Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraiti yağmursuz keçəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 27-32° isti olacaq.

  • Азербайджанская таможня пресекла контрабанду бриллиантов

    Сотрудники Главного таможенного управления на воздушном транспорте предотвратили попытку незаконного ввоза бриллиантов в Азербайджан.

    Об этом сообщает Median.Az со ссылкой на Государственный таможенный комитет.

    Бриллианты общим весом 111,95 карата были обнаружены в ходе таможенного досмотра ручной клади гражданина Азербайджана, прибывшего рейсом Стамбул-Баку.

    Они находились в кошельке, в 7 небольших целлофановых пакетах, и не были задекларированы в таможенных органах.

  • Azərbaycan gömrükçüləri brilyant qaşlar aşkar edib

    Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısını alıblar.

    Median.Az Komitəyə istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl yükünə gömrük yoxlaması keçirilən zaman monitorda şübhəli cizgilər müşayiət olunub və gömrük yoxlaması tətbiq edilib.

    Yoxlama zamanı həmin şəxsin çantasında olan pul qabında gömrük orqanlarına bəyan edilməyən 7 ədəd kiçik ölçülü sellofan paketlərdə 111,95 karat brilyant qaşlar aşkarlanıb.

  • Обнародовано число адвокатов в Азербайджане

    Сегодня 77 новых кандидатов приняли участие в церемонии принятия присяги и вступили в Коллегию адвокатов (КА) Азербайджана, тем самым число адвокатов в стране увеличилось до 2 777.

    Об этом заявил председатель КА Анар Багиров на расширенном заседании Президиума КА в рамках “Года Конституции и суверенитета”.

    Он отметил, что среди принятых сегодня кандидатов 59 мужчин и 18 женщин: “7 из них будут работать в регионах, а 70 – в столице. Соотношение женщин-адвокатов к общему числу членов коллегии достигло 17%, увеличившись до 595”

    Багиров добавил, что с 2018 года проведено 15 тестовых экзаменов для приема в адвокатуру: “За этот период в экзаменах приняли участие 6 480 кандидатов, из которых 1 912 успешно прошли обязательный этап обучения, приняли присягу и стали членами Коллегии адвокатов”.

  • Azərbaycanda vəkillərin sayı açıqlanıb

    Bu gün daha 77 yeni namizəd andiçmə mərasimində iştirak edərək Kollegiyaya üzv qəbul olunacaq.

    Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclasında və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində deyib.

    Sədr çıxışında bildirib ki, 2018-ci ildən indiyədək vəkilliyə qəbul üçün ümumilikdə 15 test imtahanı keçirilib:

    “Bu müddət ərzində 6480 namizəd imtahanlara qatılıb, onlardan 1912-si uğurla icbari təlim mərhələsini tamamlayıb and içərək Kollegiyanın üzvü olub. Bugünkü tədbirdə isə daha 77 yeni namizəd andiçmə mərasimində iştirak edərək Kollegiyaya üzv qəbul olunub. Beləliklə, ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2 min 770-ə yüksəlib. Yeni qəbul olunmuş namizədlərdən 59 nəfəri kişi, 18 nəfəri qadındır. Onlardan 7 nəfəri regionlarda, 70 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Qadın vəkillərin ümumi üzv sayına nisbəti 17 faizə çataraq 595 nəfərə yüksəlib”.

    2025-ci il iyulun 18-də “Badamdar” mehmanxanasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

    Tədbirdə VK Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

    Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla yad ediblər.

    Sonra tədbir Dövlət Himni və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Açılış nitqi ilə çıxış edən VK sədri Anar Bağırov qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, onların cəmiyyətin hüquqi maarifləndirilməsində və vəkillik institutunun fəaliyyətinin işıqlandırılmasında mühüm rol oynadıqlarını bildirib.

    Sədr çıxışı zamanı ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yoluna qısa nəzər salaraq, son illərdə həyata keçirilən islahatlardan, vəkillərin sayında müşahidə olunan artımdan, peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsindən, davamlı tədrisdən və respublikanın regional bölgələrində əhalinin keyfiyyətli hüquqi yardım alma imkanlarının genişləndirilməsindən, habelə “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən işlərdən danışıb.

    Həmçinin Anar Bağırov çıxışında Ulu Öndər Heydər Əliyevin 1999-cu il 28 dekabr tarixində imzaladığı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun vəkillik institutunun müstəqil hüquqi təsisat kimi formalaşmasında mühüm rol oynadığını qeyd edib. Sədr Azərbaycan tarixində ilk dəfə vəkilliyin tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşdığı və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrildiyi dilə gətirilib.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına toxunan Anar Bağırov bildirib ki, dövlət başçısının vəkilliyin inkişafına göstərdiyi ardıcıl diqqət və dəstək bu sahədə fundamental dəyişikliklərə yol açıb.

    Sədr qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf yolu bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Məhkəmə-hüquq sahəsində Ulu Öndər tərəfindən əsası qoyulan islahatlar Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir və bu istiqamətdə şəffaflığın artırılması, ədalətə çıxış imkanlarının genişləndirilməsi üçün mühüm addımlar atılır.

    Çıxışı zamanı Anar Bağırov ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən mühüm islahatlardan da bəhs edib, bu sahədə Məhkəmə-Hüquq Şurasının və hakimlərin seçilməsi üzrə keçirilən şəffaf müsabiqələrin rolunu xüsusi qeyd edib, habelə gənc və yüksək ixtisaslı kadrların məhkəmə sistemində irəli çəkilməsinin hüquqi dövlət quruculuğuna verdiyi töhfələri vurğulayıb.

    Sədr Prezidentin 3 iyun 2025-ci il tarixli Sərəncamı ilə yeni təyin olunan hakimlər arasında 9 nəfərin Kollegiya üzvü olduğunu çox yüksək göstərici kimi qiymətləndirərək, bu rəqəmin vəkilliyin ölkənin məhkəmə sistemində də etibarlı kadr bankına çevrildiyini ifadə edib. VK-nın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu dilə gətirən sədr hakim təyin olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarına töhfə verəcəyinə inandığını bildirib, onların hər zaman qanunun aliliyinə, etik davranış qaydalarına sadiq qalacağına əmin olduğunu söyləyib, bu şərəfli missiyada uğurlar arzulayıb.

    Anar Bağırov çıxışının davamında nəzərə çatdırıb ki, 2018-ci ildən indiyədək vəkilliyə qəbul üçün ümumilikdə 15 test imtahanı keçirilib. Bu müddət ərzində 6480 namizəd imtahanlara qatılıb, onlardan 1912-si uğurla icbari təlim mərhələsini tamamlayıb and içərək Kollegiyanın üzvü olub.

    Bugünkü tədbirdə isə daha 77 yeni namizəd andiçmə mərasimində iştirak edərək Kollegiyaya üzv qəbul olunub. Beləliklə, ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2770-ə yüksəlib. Yeni qəbul olunmuş namizədlərdən 59 nəfəri kişi, 18 nəfəri qadındır. Onlardan 7 nəfəri regionlarda, 70 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Qadın vəkillərin ümumi üzv sayına nisbəti 17 faizə çataraq 595 nəfərə yüksəlib.

    Sonra mərasimdə Kollegiyanın fəaliyyəti ilə bağlı illik hesabatı əks etdirən videoçarx nümayiş olunub.

    Daha sonra hakim vəzifəsinə təyin olunan şəxslər Kollegiyanın Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanlarla təltif olunublar.

    Tədbirdə vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını müvəffəqiyyətlə keçmiş, icbari təlim mərhələsini uğurla tamamlamış və şifahi müsahibədən müsbət nəticə ilə keçən namizədlərin andiçmə mərasimi təşkil olunub. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə təntənəli şəkildə and içərək vəkil peşəsinin şərəflə və məsuliyyətlə daşıyacaqlarına dair öhdəlik götürüblər.

    Mərasim zamanı onlara vəkil vəsiqələri təqdim edilib.

    Tədbirdə çıxış edən yeni qəbul olunmuş vəkillər peşəyə yiyələndikləri üçün böyük qürur hissi keçirdiklərini bildirib, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının ardıcıl və sistemli şəkildə təşkilinə görə VK Rəyasət Heyətinə təşəkkürlərini ifadə ediblər.

    Həmçinin mərasimin ikinci hissəsində fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən VK-nın bir qrup üzvü də təltif olunub.

    Eyni zamanda mərasim çərçivəsində VK Rəyasət Heyətinin iclası keçirilib, gündəlikdə olan bir sıra məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib.

  • Snoop Dogg стал совладельцем валлийского “Суонси”

    Американский рэпер Snoop Dogg стал одним из совладельцев валлийского клуба “Суонси”.

    Об этом сообщили в пресс-службе клуба, который выступает в английском Чемпионшипе.

    Владельцы “Суонси” во главе с Бреттом Краваттом и Джейсоном Коэном пытаются развить бренд клуба на мировом рынке и увеличить коммерческий доход.

    Ранее Snoop Dogg принял участие в презентации новой формы “Суонси”, в апреле совладельцем клуба стал Лука Модрич.