Month: July 2025

  • В Баку в теплице с помидорами обнаружено 881 кг наркотиков

    В бакинском поселке Маштага сотрудники полиции выявили крупную наркоплантацию, замаскированную под теплицу для выращивания помидоров.

    Как сообщили в МВД, операция проведена сотрудниками 30-го отделения полиции Сураханского РУП.

    По информации, в ходе обыска в теплице было обнаружено 2 066 кустов конопли, общий вес которых составил 881 кг 415 г и 485 г марихуаны.

    Владелец участка, 35-летний Рашад Гасанов, задержан. Он признал, что выращивал наркосодержащие растения с целью продажи и создал для них специальные условия, в том числе систему капельного орошения.

    По факту возбуждено уголовное дело, подозреваемый привлечен к следствию. Устанавливаются его криминальные связи и возможные соучастники.

  • Polis Maştağada xüsusi əməliyyat keçirib, pomidor istixanasında 881 kiloqram narkotik vasitə aşkarlanıb

    Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat həyata keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinə Maştağa qəsəbəsində yerləşən bağ sahələrinin birində narkotik tərkibli çətənə kollarının əkildiyi barədə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal əməliyyat nəzarətinə götürülüb.

    Toplanan sübutlar əsasında həmin bağ evində yerləşən istixanada pomidor yetişdirilməsi adı altında çətənə kollarının əkildiyi müəyyən olunub.

    Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 35 yaşlı Rəşad Həsənov saxlanılıb. Həmin şəxsə məxsus istixanaya baxış zamanı yaş halda çəkisi 881 kiloqram 415 qram olan 2066 ədəd narkotik tərkibli çətənə kolu və 485 qram marixuana aşkarlanıb.

    Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini və istixanada çətənə kollarının münbit şəraitdə yetişməsi üçün xüsusi damla-suvarma sistemi qurduğunu bildirib.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. R.Həsənov saxlanılaraq təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

  • Лебедев исключил выход Армении из СНГ

    Никаких сигналов о желании Армении покинуть СНГ не было, такой вариант исключен.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил на 106-м заседании Экономического совета СНГ генеральный секретарь организации Сергей Лебедев.

    “Я полностью исключаю этот вариант, никаких даже признаков того, что Армения собирается выходить из СНГ, – хочу сказать, так же, как и Азербайджан, – у нас нет”, – сказал он, отвечая на вопрос о возможности выхода Армении из организации на фоне заявлений премьер-министра республики Никола Пашиняна о вероятном выходе Армении из ОДКБ и планах по вступлению в ЕС.

    Лебедев подчеркнул, что Армения продолжает участвовать в различных заседаниях СНГ. “Сегодня был уполномоченный представитель Армении на заседании Экономического совета СНГ, выступал по сути вопросов, имел полномочия подписать целый ряд документов”, – отметил председатель СНГ.

  • Lebedev Ermənistanın MDB-dən çıxmasını istisna edib

    Ermənistanın MDB-ni tərk etmək istəyi ilə bağlı heç bir siqnal olmayıb, belə bir variant istisna edilir.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bunu MDB-nin İqtisadi Şurasının 106-cı iclasında təşkilatın baş katibi Sergey Lebedev bildirib.

    “Mən bu variantı tamamilə istisna edirəm, Ermənistanın MDB-dən çıxmaq niyyətində olduğuna dair heç bir əlamət yoxdur – eyni şeyi Azərbaycan haqqında da demək istəyirəm”, – deyə o, Ermənistanın təşkilatdan çıxma ehtimalı ilə bağlı suala cavab verib.

    S.Lebedev vurğulayıb ki, Ermənistan MDB-nin müxtəlif iclaslarında iştirak etməyə davam edir: “Bu gün MDB İqtisadi Şurasının iclasında Ermənistanın səlahiyyətli nümayəndəsi var idi, məsələlərin mahiyyəti barədə danışdı, bir sıra sənədləri imzalamaq səlahiyyətinə malik idi”.

  • В Азербайджане изъяты наркотики на сумму более 109 млн манатов

    За первые шесть месяцев 2025 года из незаконного оборота в Азербайджане были изъяты наркотические и психотропные вещества на общую сумму 109 млн 706 тыс. 109 манатов.

    Об этом сообщили в Постоянно действующей рабочей группе Государственной комиссии по борьбе с наркоманией и незаконным оборотом наркотических средств.

    В рамках мероприятий, проведенных Министерством внутренних дел совместно с другими профильными структурами, на территории общей площадью 570 гектаров были выявлены и уничтожены в установленном порядке 2 269 742 дикорастущих наркотических растения общей массой 152 тонны 391 кг.

  • Bu ilin altı ayı ərzində 109 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

    Bu ilin altı ayı ərzində 109 milyon 706 min 109 manatlıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən məlumat verilib.

    Qeyd olunub ki, hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 570 hektar sahədən yaş kütləsi 152 ton 391 kq olan 2 269 742 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

  • Посольство Великобритании высоко оценило сотрудничество с ANAMA

    Посольство Великобритании в Баку выразило удовлетворение результатами плодотворного сотрудничества с Агентством Азербайджанской Республики по разминированию (ANAMA).

    Об этом говорится в публикации британской дипмиссии в социальной сети X.

    “Поздравляем агентство ANAMA с 27-летием со дня основания! Соединенное Королевство, как один из ключевых партнеров Азербайджана в сфере разминирования, гордится нашим сотрудничеством с ANAMA и совместно достигнутыми результатами”, – отметили в посольстве.

  • Britaniya səfirliyi ANAMA ilə əməkdaşlığı yüksək qiymətləndirib

    Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ilə səmərəli əməkdaşlığın nəticələrindən məmnunluğunu ifadə edib.

    Bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

    “ANAMA-nı yaranmasının 27-ci ildönümü münasibətilə təbrik edirik! Birləşmiş Krallıq Azərbaycanın minatəmizləmə sahəsində aparıcı tərəfdaşlarından biridir. Biz ANAMA ilə əməkdaşlıqdan və bu sahədə birgə nailiyyətlərdən qürur duyuruq”, – paylaşımda bildirilib.

  • İlin altı ayı ərzində korrupsiya cinayətləri ilə bağlı 12 milyon manatlıq əmlak üzərinə həbs qoyulub

    Bu ilin altı ayı ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 23 milyon 512 min 325 manat məbləğində maddi ziyandan 5 milyon 634 min 673 manatının ödənilməsi təmin olunub.

    Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib.

    Qeyd olunub ki, zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 12 milyon 2 min 365 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunmuşdur.

  • В Масаллы парень совершил кражу из дома, в котором гостил

    В Масаллы парень совершил кражу из дома, в котором гостил.

    Инцидент произошел в одном из домов на территории района.

    В полиции сообщили о похищении из дома ювелирных изделий на сумму 12 тыс. манатов и банковской карты, на которой находилось 710 манатов.

    В результате расследования было установлено, что преступление совершил 21-летний Фарман Бабаев, ранее гостивший в этом доме. Подозреваемый задержан сотрудниками районного отделения полиции.

    По факту возбуждено уголовное дело, в отношении задержанного по решению суда избрана мера пресечения в виде ареста.