Month: July 2025

  • İsrail PUA-larla Suriyada ərəb yaraqlılarının mövqelərinə hücum edib (Video)

    İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələr Suriyanın cənubundakı Əs-Süveyda əyalətindəki ərəb yaraqlıların mövqelərinə zərbələr endirib.

    Bu barədə “Al Mayadeen” məlumat yayıb.

    Qeyd olunub ki, İsrail PUA-ları yaraqlılara qarşı azı dörd reyd keçirib. Ərəb silahlıların sıralarındakı itkilər barədə məlumat verilmir.

  • Bakıda restorandan çıxan qadının 850 manatlıq əl çantası oğurlandı

    Bakıda restorandan çıxan qadına qarşı quldurluq edilib.

    Hadisə paytaxtın Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Salam Baku” restoranının həyətində qeydə alınıb.

    Belə ki, Bakı şəhər sakini olan qadın rəfiqəsi ilə birlikdə adıçəkilən restorana şam yeməyinə gediblər. Yeməkdən sonra restoranı tərk edən qadınlar həyətə düşərək avtomobilə əyləşiblər. Avtomobil sahibi olan qadın əl çantasını arxa oturacağa qoyub, sükan arxasına keçib. Bu zaman kənardan onları izləyən Ağdam rayon sakini, 2002-ci il təvəllüdlü Aydın Əzimov (ad və soyad şərtidir) avtomobilin arxa qapısını açaraq maşına daxil olub. O, qadının 850 manat dəyərində olan əl çantasını götürərək hadisə yerindən qaçıb.

    Hadisədən özünü itirməyən qadın sürücü avtomobildən düşərək oğrunun arxasınca qaçıb. Təxminən 100 metr məsafə qət etdikdən sonra Aydın yol kənarındakı səkiyə ilişərək yıxılıb. O, qadının yaxınlaşdığını görüb çantanı ataraq qaçıb.

    Qadının müraciətindən sonra hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə Aydın Əzimova 2 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq olunub.
    //oxu.az

  • Врач предупредил о рисках для здоровья при курении в жару

    Летом вред от курения становится еще более ощутимым. Жара в сочетании с никотином может значительно увеличить нагрузку на сердечно-сосудистую систему и спровоцировать серьезные осложнения.

    Об этом в беседе с “Известиями” рассказал врач-терапевт и гастроэнтеролог Шота Каландия.

    По словам специалиста, курение в жаркую погоду усиливает сужение сосудов, ускоряет пульс и повышает артериальное давление. Всё это повышает вероятность развития болезней сердца и сосудов, включая гипертонию, инсульт и инфаркт.

    “На фоне жары организм и без того испытывает стресс, а курение способствует увеличению вязкости крови и повышению уровня тромбоцитов. Как итог, возрастает риск тромбообразования. Особенно, если человек пьет мало воды”, – предупредил врач.

    Кроме того, как напомнил специалист, табакокурение ухудшает насыщение крови кислородом и снижает общий тонус организма. В жару это может привести к сильной усталости, раздражительности, снижению концентрации внимания и общей слабости.

    “Когда и так не хватает воздуха, а человек курит – это еще больше ухудшает снабжение тканей кислородом. Нарушается кровообращение, замедляется обмен веществ, страдает работоспособность”, – пояснил Каландия.

    Врач призвал в жаркую погоду особенно внимательно относиться к своему самочувствию и по возможности отказаться от курения хотя бы на период высокой температуры.

  • Yayda siqaret çəkmək infarkta səbəb ola bilər – Mütəxəssisdən XƏBƏRDARLIQ

    Yay mövsümündə siqaretin zərərləri daha da qabarıq şəkildə özünü göstərir. Nikotinin orqanizmə təsiri ilə yanaşı, yüksək temperatur da ürək-damar sisteminə düşən yükü artıraraq ciddi fəsadlara səbəb ola bilər.

    Median.Az xəbər verir ki, bu barədə “İzvestiya”ya ümumi praktika həkimi və qastroenteroloq Şota Kalandiya məlumat verib.

    Onun sözlərinə görə, isti havada siqaret çəkmək damarların daralmasını artırır, nəbzin sürətlənməsinə və təzyiqin qalxmasına səbəb olur. Bu da hipertoniya, insult və infarkt kimi xəstəliklərin riskini yüksəldir.

    “İsti hava şəraitində orqanizm onsuz da stres altındadır. Siqaret isə qanın qatılığını artırır, trombositlərin səviyyəsini yüksəldir. Bu da tromblaşma riskini artırır. Xüsusilə də insan kifayət qədər su qəbul etmirsə”, – deyə həkim xəbərdarlıq edib.

    Mütəxəssis əlavə edib ki, siqaret həmçinin qanın oksigenlə zənginləşməsini zəiflədir, bu isə orqanizmin ümumi tonusuna mənfi təsir göstərir. İsti havalarda bu vəziyyət yorğunluq, əsəbilik, diqqət dağınıqlığı və ümumi halsızlıqla müşayiət oluna bilər.

    “Onsuz da hava çatışmazlığı yaşanarkən siqaret çəkmək toxumaların oksigenlə təminatını daha da zəiflədir. Nəticədə qan dövranı pozulur, maddələr mübadiləsi ləngiyir və iş qabiliyyəti aşağı düşür”, – deyə Kalandiya bildirib.

    Sonda həkim vətəndaşlara isti havalarda sağlamlıqlarına xüsusi diqqət yetirməyi və ən azı havanın temperaturu yüksək olan günlərdə siqaretdən imtina etməyi tövsiyə edib.

  • “Реал” установил рекорд среди футбольных клубов по доходам за сезон

    Мадридский “Реал” обновил свой же рекорд по доходам среди футбольных клубов за один сезон.

    Об этом сообщает пресс-служба “сливочных”.

    Согласно информации, выручка за сезон-2024/25 без учета трансферов игроков достигла 1.185 млрд евро. По итогам прошлого сезона “Реал” стал первым клубом, которые преодолел отметку в 1 млрд евро.

    “Реал” по итогам прошедшего сезона завоевал Межконтинентальный кубок и Суперкубок УЕФА. Столичная команда заняла второе место в чемпионате Испании, вышла в полуфинал клубного чемпионата мира и четвертьфинал Лиги чемпионов УЕФА.

  • “Real Madrid” öz rekordunu yenilədi

    İspaniyanın “Real Madrid” klubu futbol komandaları arasında bir mövsüm ərzində əldə edilən gəlir üzrə rekordunu yeniləyib.

    Bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

    2024/25 mövsümündə oyunçu transferləri nəzərə alınmadan “Real Madrid”in gəliri 1 185 milyard avro təşkil edib.

    Qeyd edək ki, ötən mövsümün sonunda “Real Madrid” gəlir baxımından bir milyard avro həddini keçən ilk klub olub.

  • Azərbaycanda 19 yaşlı oğlan azyaşlı qıza qarşı seksual hərəkətlər etdi, həbs olundu

    Yevlax rayonunda 2006-cı il təvəllüdlü Asif yeniyetməlik dövrünə çatmayan sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib) qarşı seksual hərəkətlər edib.

    Median.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Mingəçevir şəhər sakini Asif əvvəllər tanıdığı, aralarında sevgi münasibətləri olan 2011-ci il təvəllüdlü Aydanın 14 yaşına çatmadığını bilib və onunla ər-arvad münasibətinə girərək birlikdə yaşamaq barədə razılığa gəlib.

    Təqsirləndirilən şəxs 2024-cü ilin oktyabr ayının ortalarında, istintaqla dəqiq müəyyən edilə bilməyən gündə zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı Yevlax şəhərində yerləşən fərdi yaşayış evinə gedib. O, orada qızla birlikdə yaşadıqları müddətdə ilk dəfə oktyabrın 20-də həmin evin yataq otağında könüllü razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olub.

    Bundan başqa, o, Aydanla oktyabrın sonlarında cinsi əlaqədə olub, onun qızlıq bəkarətinin tamlığını pozub. Təqsirləndirilən şəxs oktyabr-dekabr aylarının müxtəlif günlərində yeniyetməlik dövrünə çatmayan qızla dəfələrlə cinsi münasibətdə olub.

    İstintaq orqanı tərəfindən Asifin barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə – təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs 8-ci sinfə qədər orta təhsil alıb:

    “Mən bir neçə dəfə onunla cinsi əlaqədə olmuşam. Bu zaman o, mənə 16 yaşının olduğunu demişdi. Zərərçəkmiş şəxsin şəxsiyyət vəsiqəsinə baxmamışam və onun anası mənə qızının şəxsiyyət vəsiqəsinin nənəsində olduğunu deyib”.

    Məhkəmədə məlum olub ki, müttəhimin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə açıqlanıb.

    Təqsirləndirilən şəxsin həmin ifadəsində göstərilib ki, hadisədən təxminən 6-7 ay əvvəl Yevlax şəhər sakini olan zərərçəkmiş ilə sevgi münasibətləri yaşayıb:

    “Aydan ilə evlənmək istədim. Bununla bağlı həm özümün, həm də Aydanın valideynlərinə məlumat verdim. Onlar buna etiraz etmədilər. Lakin valideynlərim zərərçəkənin yaşının tamam olmasını gözləməli olduğumuzu dedilər. Buna baxmayaraq, 2024-cü ilin oktyabrın ortalarında qız mənim yaşadığım evə gəldi, birlikdə yaşamaq istədiyini, məndən ayrı yaşamaq istəmədiyini dedi. Aydanı öz evinə göndərə biləməyəcəyim üçün evimdə qalmasına razılıq verdim. Anam Nəsibə ilə zərərçəkmiş şəxsin anası Qəmər onun bizim evdə qalmasına razılıq verdilər. Qızın nikah yaşına çatanadək anam ilə birlikdə bir otaqda qalmalı olduğuna dair razılaşdıq”.

    Müttəhimin ifadəsinə görə, zərərçəkmiş onun evinə gəldikdən sonra ilk dəfə onunla öz yataq otağında oktyabrın 20-də günorta saatlarında qeyri-təbii yolla cinsi əlaqədə olub:

    “Bundan sonra 2024-cü ilin oktyabr ayının sonlarında günorta saatlarında təbii yolla cinsi münasibətdə olduq, bu zaman zərərçəkmiş şəxsin qızlıq bəkarəti tamlığı pozuldu. Daha sonra 2024-cü ilin noyabr ayının əvvəllərində günorta saatlarında, 2024-cü ilin noyabr ayının ortalarında günorta saatlarında və sonuncu dəfə isə 2024-cü ilin noyabr ayının sonlarında günorta saatlarında zərərçəkmiş şəxs ilə təbii yolla öz yataq otağımda cinsi əlaqədə olmuşam. Bundan sonra isə polis şöbəsində araşdırma aparıldığından zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmamışam. Mən Aydanı 2009-cu ildə doğulmaqla 15 yaşının olduğunu zənn etmişəm. Aydanın evimə gəlməsi və ya mənimlə cinsi əlaqədə olması üçün hər hansı təsir göstərməmişəm, hədə-qorxu gəlməmişəm və fiziki müdaxilə etməmişəm”.

    İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, təxminən bir ildir Asif ilə sevgi münasibətləri yaşayıb:

    “O, mənim azyaşlı olduğumu bilib. Lakin dəqiq yaşımı bilməyib. Təqsirləndirilən şəxs ilə evlənmək qərarına gəldiyim üçün onunla bir evdə yaşamaq məqsədilə öz razılığım ilə 2024-cü ilin oktyabrın ortalarında onun evinə getdim. Həmin gündən sonra birlikdə həmin evdə yaşamağa başladıq. Mən gecə saatlarında anasının yatdığı otaqda yatdığım üçün onunla öz istəyim ilə ilk dəfə oktyabrın 20-də günorta saatlarında qeyri-təbii yolla cinsi əlaqədə oldum. Bundan sonra oktyabrın sonlarında günorta saatlarında təbii yolla cinsi münasibətə girdik. Həmin cinsi əlaqə zamanı qızlıq bəkarətim pozuldu”.

    Aydanın ifadəsinə görə, daha sonra noyabrın əvvəllərində günorta saatlarında, noyabrın ortalarında günorta saatlarında və sonuncu dəfə isə həmin ayın sonlarında günorta saatlarında təqsirləndirilən şəxslə cinsi əlaqədə olub:

    “Lakin dəqiq olaraq hansı günlərdə cinsi əlaqədə olduğumu xatırlamıram. Anam təqsirləndirilən şəxsin yaşadığı evə gəldi və onun anası ilə söhbət etdi. Valideynlərim bizim gələcəkdə evlənməyimiz ilə bağlı razılığa gəldilər. Cinsi əlaqə aktının mahiyyətini dərk etmişəm. Əvvəllər hər hansı şəxsin cinsi əlaqədə olduğunu real olaraq görməsəm də, mobil telefonumda pornoqrafik videolara baxmışam. Cinsi əlaqədə olan zaman hamilə qalmamağıma diqqət yetirmişik. Təqsirləndirilən şəxslə barışmışam, ona qarşı hər hansı şikayətim yoxdur”.

    Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Asif 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

    Təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. O, məhkəmə iclas zalında həbsə alınıb.

  • В Азербайджане упростили оформление жилья без документов: что нужно об этом знать – Видео

    В Азербайджане предпринят новый шаг для упрощения оформления жилых домов, построенных без официальных документов.

    Согласно новым требованиям, при оформлении такого имущества больше не будет требоваться государственный акт на право пользования землей, выданный исполнительными комитетами советов народных депутатов городов и районов.

    Кроме того, при регистрации будут учитываться приказы руководителей сельскохозяйственных предприятий, подведомственных совхозам или государственным органам, а также выписки из земельных книг, в которых зарегистрированы приусадебные участки.

    Одно из важных изменений также касается случаев, когда на месте снесенных квартир построены частные жилые дома – теперь представление решения местных исполнительных органов об этом требоваться не будет.

    Подробнее – в сюжете Baku TV:

  • Sənədsiz evlərlə bağlı DƏYİŞİKLİK – Video

    Azərbaycanda sənədsiz ev probleminin həlli istiqamətində yeni addım atılıb.

    Prezident İlham Əliyev bununla bağlı müvafiq fərmanlarda dəyişiklik edib. Sənədə əsasən, Azərbaycan Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə səlahiyyətli orqanların yaşayış və bağ evi tikintisi üçün ayırdığı torpaq sahələrinin qeydiyyatına dair tələblərdə dəyişikliklər aparılıb.

    Yeni tələblərə əsasən, bu əmlakların sənədləşdirilməsi zamanı şəhər və rayon xalq deputatları sovetinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı tələb edilməyəcək. Eyni zamanda, qeydiyyat zamanı sovxoz və ya dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin əmri, həyətyanı torpaq sahəsi ilə bağlı qaytanlanmış torpaq kitablarından çıxarışlar da nəzərə alınacaq.

    Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, fərmanda edilən dəyişikliklər yaxın zamanda bu kateqoriyaya aid torpaq sahələrinin özəlləşdirilməsinə şərait yarada bilər:

    “Bu, ölkədə sənədsiz fərdi yaşayış evləri və torpaq sahələrinin əhəmiyyətli hissəsini əhatə edir”.

    Qeyd edək ki, dəyişikliklərdən biri də mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş qərarların tələb olunmamasıdır.

    Digər bir dəyişiklik isə torpaq sahəsinin ölçüsünün göstərildiyi halda, fərdi yaşayış evinin yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihəsidir. Layihə olmadığı və ya torpağın ölçüsünün göstərilmədiyi hallarda isə yaşayış evi və onun altındakı torpaq sahəsi əsas götürüləcək.

    Ətraflı Baku TV-nin süjetində:

  • Обнаружено тело футболиста академии “Зиря”, утонувшего в море (Обновлено)

    Завершены поиски подростка, утонувшего в море (примерно в километре от ближайшего спасательного пункта, в неконтролируемой зоне) в поселке Шувелан Хазарского района Баку.

    Как сообщили в ответ на запрос Oxu.Az в пресс-службе Министерства по чрезвычайным ситуациям Азербайджана, поисково-водолазная группа Государственной службы надзора за маломерными судами и спасения на водах обнаружила и извлекла труп.

    Согласно информации, погибшим оказался Фарид Шахвердиев, воспитанник футбольной академии “Зиря”. Юноша был игроком команды U-16.

    * * * * *

    Погиб воспитанник футбольной академии бакинского клуба “Зиря” Фарид Шахвердиев.

    Об этом сообщается на официальном сайте “орлов”.

    Отмечается, что игрок команды U-16 утонул в море минувшим днем.