Month: July 2025

  • Litva ordusu Belarusdan ölkə ərazisinə daxil olan dronun niyə vurulmadığına aydınlıq gətirib

    “Dinc dövrdə hava hədəflərinin məhv edilməsi tamamilə istisna hallarda həyata keçirilir”.

    Median.Az “Delfi” saytına istinadla xəbər verir ki, bu barədə Litva ordusunun iyulun 10-da Belarusdan ölkə ərazisinə daxil olan dronun niyə vurulmamasına dair bəyanatda bildirilib.

    “Sülh dövründə sivil ölkələr dövlət sərhədini pozsalar belə, təhlükə yaratmayan obyektləri vurmurlar.

    Sülh dövründə hava hədəfləri izlənilir, identifikasiya olunur və yalnız müdafiə nazirinin qərarı ilə məhv edilir”, – deyə bəyanatda vurğulanıb.

    Qeyd edilib ki, NATO Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən də məhvetmə qərarı qəbul oluna bilər.

    Bir şərtlə ki, hədəfi alyansın hava məkanının patrulu üzrə missiyasının qırıcıları vursunlar.

    Xatırladaq ki, iyulun 10-da Belarusdan Litva ərazisinə daxil olan obyekt yerə düşüb. Sonradan məlum olub ki, bu, Rusiyanın “Qerbera” pilotsuz uçuş aparatıdır.

    “Qerbera” “Geran-2” zərbə dronunu təqlid edən faner və penoplastdan hazırlanmış saxta hədəfdir.

  • Moskvada 122 illik temperatur rekordu yenilənib

    Rusiyanın paytaxtı Moskvada iyulun 12-nə olan temperatur rekordu qırılıb, hava 34,6 °C-ə qədər qızıb və bununla 1903-cü ildəki maksimumu geridə qoyulub.

    Bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

    “VDNX stansiyasında bu gün 122 illik rekord qırıldı. 1903-cü ildə temperatur 34,5 dərəcə idi, bu gün isə 34,6 dərəcə oldu. Bu, ekstremal temperaturun xarakterik xüsusiyyətidir”, – o vurğulayıb.

    Direktor qeyd edib ki, yaxın günlərdə daha rekord temperatur proqnozlaşdırılmır, çünki temperaturun tədricən azalması başlayacaq.

    //oxu.az

  • Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

    İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

    Prezident İlham Əliyev PKK terror qruplaşmasının özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı qardaş Türkiyə xalqını ürəkdən təbrik edib. Dövlətimizin başçısı bu mühüm hadisənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkədə həyata keçirilən qətiyyətli siyasətin, güclü liderliyin, sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin parlaq təntənəsi olduğunu vurğulayıb.
    Telefon danışığı zamanı Prezident İlham Əliyev “Terrorsuz Türkiyə” hədəfinə çatmaq yolunda atılan bu addımı regionda sülh və sabitliyə xidmət edən mühüm dönüş nöqtəsi kimi dəyərləndirib və qəbul edilmiş qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıb.
    Prezident Rəcəb Tayyib Ərdoğan göstərilən dəstəyə və diqqətə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
    Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

  • Türkiyədə peyğəmbər karikaturasını yayan redaktor həbs edildi

    Məhəmməd peyğəmbər və Həzrəti Musanın karikaturalarını dərc edən Türkiyənin “Ləman” jurnalının baş redaktoru Aslan Özdəmir həbs olunub.
     
    Median.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
     
    Məlumata görə, Fransadan İstanbula qayıdan jurnalist hava limanında saxlanılıb. Baş redaktor barəsində “xalqı nifrət və düşmənçiliyə təhrik etmək və ya alçaltmaq” maddəsi ilə cinayət işi açılıb və hakim onun həbsinə qərar verib. (Axar.az)

  • “Kəpəz” müdafiəçisi ilə müqavilənin müddətini uzatdı

    “Kəpəz” futbolçusu Ehtiram Şahverdiyev ilə müqaviləni yeniləyib.

    Son iki mövsümdə komandada çıxış edən oyunçu ilə birillik anlaşma imzalanıb.

    Müdafiəçi mövqeyində oynayan Şahverdiyev son çempionatda Gəncə təmsilçisinin heyətində 35 oyun keçirib. O, 2023/2024-cü illər mövsümündə isə 31 oyunda iki qolla yadda qalıb.

  • Ученые сообщили о глобальном росте активности на Солнце

    На Солнце с середины дня 11 июля наблюдается быстрое увеличение численности и площади активных центров, в том числе на обратной стороне, не видимой с Земли.

    Как передает Median.Az, об этом сообщили на сайте Лаборатории солнечной астрономии Института космических исследований РАН.

    В публикации говорится, что на данный момент за активностью на Солнце наблюдает космический аппарат Solar Orbiter.

    “С 11 по 12 июля, на Солнце произошло 17 вспышек, что соответствует росту вспышечной активности примерно в 3 раза по сравнению со средними значениями июля”, – говорится в сообщении.

    По данным РАН, изменение солнечной активности имеет глобальный характер.

  • Günəşdə aktivlik müşahidə olunur

    Günəşdə iyulun 11-i günorta saatlarından fəal mərkəzlərin sayının və sahəsinin sürətlə artması müşahidə edilir.

    Median.Az bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytına istinadla xəbər verir.

    Bildirilir ki, oxşar proses Günəşin Yerdən görünməyən əks tərəfində də gedir. “Solar Orbiter” kosmik aparatı hazırda Günəşdəki fəallığı izləyir.

    Məlumata görə, iyulun 11-dən 12-dək Günəşdə 17 partlayış baş verib ki, bu da iyulun orta göstəriciləri ilə müqayisədə aktivliyin təxminən üç dəfə artması deməkdir.

    Qeyd edilir ki, Günəş aktivliyinin dəyişməsi qlobal xarakter daşıyır.

  • Zaqatalada 3 yaşlı uşaq çayda boğuldu

    Zaqatalada 3 yaşlı uşaq çayda boğulub.

    Hadisə günorta saatlarında Tala çayının rayonun Yuxarı Tala kəndinin inzibati ərazisinin Meşleş adlanan hissəsindən axan hissəsində baş verib.
    Rayonun Yuxarı Tala kənd sakini Əfəndi İsmayılov ailəsi ilə birlikdə istirahət etmək üçün çay kənarında oturublar. İstirahət zamanı valideynlərinin gözündən yayınan azyaşlı oğlu çaya düşüb və azyaşlını su aparıb. Axtarışlar nəticəsində azyaşlı sudan çıxarılaraq hadisə yerinə çağırılmış Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib. Azyaşlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili və Təxirəsalınmaz şöbəsinə aparılıb. Müayinə zamanı azyaşlıda heç bir həyat əlaməti olmadığı müəyyən olunub.
    Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.
    Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
    /APA

  • Yemişin bu faydalarını bilirdinizmi?

    Yay fəslinin ən sevimli meyvələrindən biri də yemişdir. Yemişin tərkibindəki adenozin maddəsi ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir. Bu meyvə tor qişanın sağlamlığını qoruyan C vitamini ilə də zəngindir.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ispaniyalı dietoloq Marta Fiqeras məlumat verib.

    O bildirir ki, adenozin orqanizmdə müxtəlif prosesləri – yuxunu tənzimləməyə kömək edir, iltihab əleyhinə təsir göstərir və hüceyrələrə enerji ötürür.

    “Bu məhsul həm də sinir sistemini rahatlaşdıran zəngin askorbin turşusu və B vitamini mənbəyidir. Bütün bu faydalar ürəyin daha yaxşı işləməsinə və onu qorumasına kömək edir”, – mütəxəssis qeyd edib.

  • Xankəndidən Kanadaya məktub göndərdi – Video

    MTP (“Most Traveled People”) beynəlxalq səyyahlar klubunun üzvləri Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Xankəndidə olublar.

    Median.Az Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir ki, məşhur irlandiyalı səyyah David Jozef Langan Xankəndi şəhər poçtundan İrlandiya və Kanadaya məktub göndərib.

    Həmin görüntüləri təqdim edirik: