Month: İyul 2025

  • “Gəncə” klubu ABŞ-dən olan voleybolçunu transfer edib

    Qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətini gücləndirib.

    “Report” bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ABŞ-dən olan İzabell Morqanla bir mövsümlük müqavilə imzalanıb.

    Voleybolçu ötən mövsümü İsveçin “Qislaveds” klubunda keçirib.

    25 yaşlı oyunçu daha əvvəl ABŞ-nin “Villanova University”, “Texas A M Corpus Christi University” və Puerto-Rikonun “Valencianas de Juncos” klublarında çıxış edib.

  • “Fitch” bu il Azərbaycanda büdcə kəsiri ilə bağlı proqnozunu açıqlayıb

    “Fitch” – beynəlxalq reytinq agentliyi bu il Azərbaycanın dövlət büdcəsinin kəsirinin 0,6 milyard manat təşkil edəcəyini proqnozlaşdırır.

    Median.Az bu barədə agentliyin hesabatına istinadən xəbər verir.

    Qurumun proqnozuna görə, gələn il isə büdcə kəsiri 1,1 milyard manata qədər artacaq.

    Agentlik bunu bir neçə amillə əlaqələndirir – büdcədə nəzərdə tutulandan daha aşağı neft qiymətləri, Qarabağın bərpasına yönəlmiş kapital xərcləri, müdafiə və sosial təminat xərcləri ilə bağlı təzyiqlər.

    Rəsmi statistikaya görə, bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 17 milyard 138 milyon manat, xərcləri isə 13 milyard 691,8 milyon manat təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,1 % və 1,6 % çoxdur.

    Büdcə gəlirləri proqnozdan 3,9 % çox, büdcə xərcləri isə proqnozdan 3,5 % az icra olunub.

    Nəticədə 5 ay ərzində büdcədə 3 milyard 446,2 milyon manat məbləğində profisit yaranıb. Bu isə bir il əvvəlki göstəricidən 36,05 % çoxdur.

  • Slovakiya Elçin Qasımovu Bakıya səfir təyin edib

    Elçin Qasımov Slovakiyanın Azərbaycandakı səfiri təyin edilib.

    Bu barədə Median.Az Slovakiya Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

    Elçin Qasımovun əslən Azərbaycanın Kəlbəcər rayonundan olduğu bildirilir. O, bir müddət Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini tutub.

    Slovakiya Prezidenti Peter Pelleqrini Prezident Sarayında Avropa, Afrika və Asiyadakı 8 ölkədə yeni diplomatik missiya rəhbərlərinə etimadnamələrini təqdim edib.

  • Bir ay ərzində sərhəddə 7 milyon manat dəyərində qaçaqmal tutulub

    Ötən ay qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 7 milyon 596 min 391 manat оlan qaçaqmal aşkarlanaraq götürülüb.

    Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

    Bildirilib ki, о cümlədən istifadəyə yararsız avtomat silahı, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

    Bundan başqa, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 391 kiloqram 268 qram narkоtik vasitə, 2018 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb qanunsuz dövriyyədən çıxarılmış ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə yaxın ərazilərdən 20 ton 331 kiloqram yabanı çətənə kolu aşkar olunaraq yandırılıb.

  • Futbol matçlarında hissələrarası fasilənin müddəti uzadıla bilər

    Futbol matçlarında hissələrarası fasilənin müddəti uzadıla bilər.

    Median.Az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Peşəkar Futbolçular Federasiyası (FIFPro) təklif irəli sürüb.

    2026-cı ildə keçiriləcək dünya çempionatının oyunları zamanı ilk hissədən sonra fasilə müddətinin 15-dən 20 dəqiqəyə yüksəldilməsi təklif olunub.

    Bundan əlavə, FIFPro havanın 28 dərəcədən yuxarı isti olacağı təqdirdə futbolçuların sağlamlığının qorunması məqsədilə matçların təxirə salınmasını tövsiyə edib.

    Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçiriləcək.

  • Azərbaycanda unun topdansatış qiyməti azalıb

    İyunun 30-na olan vəziyyətə görə, Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib.

    Median.Az Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən həftə ilə müqayisədə 3 % – 0,7 % azalma ilə müşahidə olunub.

    Bakı şəhərində və Abşeron rayonunda isə unun topdansatış qiyməti 26,5-27,5 manat arasında dəyişib. Burada da qiymətlər müvafiq olaraq 1,8-1 % azalıb.

    Məlumata görə, ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25,8 manat təşkil edib ki, bu da əvvəlki həftəyə nisbətən 3 % ucuzdur. Ən yüksək qiymət isə Gəncə şəhərində müşahidə olunub – burada 50 kiloqramlıq un kisəsi 28 manata satılıb ki, bu da həftəlik müqayisədə 0,7 % azdır.

    İyunun 23-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,8 manat civarında dəyişib.

    Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb”, – deyə məlumatda qeyd olunub.

  • 21 yaşlı tennisçi “Uimbldon” turnirində rekord qırıb

    Fransalı 21 yaşlı tennisçi Mpetşi Perrikar “Uimbldon” turnirində servis atışının sürətinə görə rekord qırıb.

    Bu barədə “ATP tour”un mətbuat xidməti məlumat yayıb.

    Onun Teylor Fritzə (ABŞ) qarşı görüşdə həyata keçirdiyi servis atışı zamanı topun sürəti saatda 246 km olub. Buna qədərki rekord isə amerikalı tennisçi Teylor Dentə məxsus idi – saatda 238 km. O, bunu 2010-cu ildə gerçəkləşdirib.

    Qeyd edək ki, M.Perrikar reytinqdə 36-cıdır. O, təşkilatın bayrağı altında keçirilən turnirlərdə 2 qələbə qazanıb. Tennisçinin ən yaxşı nəticəsi 2024-cü ildə baş tutan “Uimbldon”da dördüncü tura yüksəlməsi olub.//report

  • WSJ: Amazon anbarlarında tezliklə insanlardan daha çox robot olacaq

    Texnologiya nəhəngi “Amazon”un anbarlarında istifadə olunan robotların sayı tezliklə orada işləyən insanların sayını keçə bilər.

    Bu barədə “Wall Street Journal” məlumat yayıb.

    Qəzetin yazdığına görə, şirkətin anbarlarında bir milyondan çox robot işləyir, bu, Amazon üçün rekord göstəricidir və artıq anbarlardakı personalın sayına demək olar ki, bərabərdir.

    Amazon tərəfindən bu və ya digər şəkildə çatdırılan sifarişlərin 75%-də robotlar iştirak edir. Robotlar şirkətə məhsuldarlığı artırmağa və eyni zamanda yeni əməkdaşların işə götürülmə sürətini azaltmağa imkan verib.

    Nəşr xatırladıb ki, Amazon 2012-ci ildən robot istehsal edən Kiva Systems (indiki Amazon Robotics) şirkətini 775 milyon dollara aldıqdan sonra proseslərin avtomatlaşdırılması üzərində fəal işləyib.

    O zaman robotlar əsasən ağır yükləri daşıya bilib, lakin zaman keçdikcə onları qaldırmağa, çeşidləməyə və qablaşdırmağa öyrədilib.

  • Venesuela özünün təhlükəsiz messencerini yaradacaq

    Venesuela xarici messencerlər kimi casusluq və zorakılıq üçün istifadə edilməyəcək özünün təhlükəsiz rəqəmsal rabitə sistemini inkişaf etdirir.

    Bunu Cənubi Amerika ölkəsinin prezidenti Nikolas Maduro özünün “Maduro ilə +” verilişində deyib.

    “Biz nəzarət üçün istifadə edilməyəcək təhlükəsiz rabitə sistemimizin olmasını təmin etmək üçün çalışırıq, nəinki qətl üçün. Çünki bütün digər sistemlər həyatınızla bağlı hər şeyi öyrənmək üçün istifadə olunur”, – deyə o əlavə edib.

  • Uşaqların psixi sağlamlıq problemlərinin həllinə kömək edən ən yaxşı üsul müəyyən edilib

    Avstraliyalı tədqiqatçılar müəyyən ediblər ki, atla müalicə psixo-emosional problemləri olan uşaqlara əhəmiyyətli dərəcədə kömək edə bilər.

    Araşdırma “Journal of Social Work Practice” (JSWP) jurnalında dərc olunub.

    Qeyd olunub ki, atlarla təmas xüsusən də travma keçirmiş uşaqlarda inam yaradır və onları sakitləşdirir.

    Ekvinoterpiya (equine-assisted intervention, EAI) adlanan metod təcrübəli təlimçilər ilə tandemdə ixtisaslı mütəxəssislər tərəfindən aparılır. Yeni araşdırmada uşaqlarla işlərində bu texnikadan istifadə edən 10 sosial işçi və psixoloq iştirak edib.

    Tədqiqatın müəllifi Morgin Steysinin sözlərinə görə, bir çox uşaq ənənəvi terapevtə müraciət etdikdə özlərini narahat hiss edirlər. Ancaq təbii şəraitdə atın ətrafında olduqdan sonra hər şey dəyişir: “Onlar özlərini təhlükəsiz, rahat və dialoqa hazır hiss etməyə başlayırlar”.

    Atlar çox həssas heyvanlardır, insan duyğularının “ayna”sıdır. Bu, uşağa öz vəziyyətini kənardan görməyə imkan verir. Mütəxəssislərdən biri bunu “at gözü ilə görünmək” hissi kimi təsvir edib – terapiya prosesində dönüş nöqtəsi ola biləcək bir an.

    Sessiyalar tez-tez açıq havada, ağaclar və təbiət arasında keçirilir. Sensor təcrübələrdən istifadə olunur: ayaqyalın gəzmək, heyvan izlərini seyr etmək, atın yanında sakit dayanmaq. Bütün bunlar şüurun inkişafına, narahatlığı azaltmağa və emosional sabitliyin qurulmasına kömək edir.

    Layihənin baş elmi işçisi Fatin Şabbarın sözlərinə görə, metod xüsusilə qəyyumluq sistemindən olan uşaqlar və travma keçirənlər üçün effektivdir.

    Tədqiqatçılar heyvan yardımlı terapiyanın etibarlı bir təcrübə kimi tanınmasına, etik standartların yaradılmasına və ehtiyacı olan daha çox uşağa təqdim edilməsinə çağırıb.