Month: July 2025

  • İranda İsrail kəşfiyyatının informatoru saxlanıldı

    İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İranın qərb əyaləti Həmədandakı əməkdaşları İsrailin Xarici Kəşfiyyat Xidməti (Mossad) ilə əlaqəli bir şəxsi saxlayıblar.

    Bu barədə FARS agentliyi SEPAH-ın Mətbuat Xidmətinə istinadən məlumat yayıb.

    Qeyd olunur ki, saxlanılan şəxs İranın hərbi və təhlükəsizlik mərkəzlərinin əməkdaşları haqqında məlumat toplayıb. Agentliyin vurğuladığına görə, məlumatların gələcəkdə xarici kəşfiyyat xidmətlərinə ötürülməsi planlaşdırılıb.

  • Назначен новый гендиректор Бакинского порта

    ЗАО “Бакинский международный морской торговый порт” при “Азербайджанских железных дорогах” (АЖД) преобразовано в ООО “Бакинский международный морской торговый порт”.

    Как сообщает Median.Az со ссылкой на АЖД, генеральным директором ООО назначен Эльнур Салахов.

    Э.Салахов родился в Баку, окончил Азербайджанский государственный экономический институт, в 2014 году получил степень доктора философии по экономике. Свою карьеру в АЖД он начал в сентябре 2024 года, заняв должность начальника отдела международных связей.

  • Bakı Limanına yeni baş direktor TƏYİN EDİLDİ

    Bakı Beynəlxalq Dəniz Limanına yeni baş direktor təyin edilib.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən məlumat verilib.

    Bildirilib ki, imzalanan müvafiq əmrlə Eldar Salahov “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb.

    Qeyd edək ki, Eldar Adil oğlu Salahov Bakıda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda maliyyə ixtisası üzrə təhsil alıb. 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

    1998-2001-ci illərdə BMT İnkişaf Proqramının (UNDP) azad iqtisadi zonaların texniki-iqtisadi əsaslandırılması üzrə eksperti, 2001-2002-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin İnvestisiya siyasəti şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb. 2003-2016-cı illərdə müxtəlif özəl şirkətlərdə və beynəlxalq layihələrdə baş direktor, vitse-prezident kimi rəhbər vəzifələrdə işləyib.

    E.Salahov 2016-cı ildən fəaliyyətini Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində şöbə müdiri, 2019-cu ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdir müavini, Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri vəzifələrində davam etdirib.

    “Bakı şəhərinin 2020-2040-cı illər üzrə Baş planı”nın layihə idarəetmə qrupunun rəhbəri, işğaldan azad edilmiş ərazilərin “Ümumi planı”, eləcə də Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Şuşa, Kəlbəcər və Laçın şəhərlərinin “Baş plan”larının hazırlanması üzrə yaradılmış işçi qruplarının rəhbər müavini, habelə BMT-nin nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF#13) 2026-cı ildə Bakı şəhərində təşkili hüququnun əldə edilməsi üzrə beynəlxalq tenderdə iştirak məqsədilə yaradılmış layihə idarəetmə qrupunun rəhbəri olub.

    E.Salahov ADY-də karyerasına 2024-cü ilin sentyabrından başlayıb, Beynəlxalq əlaqələr departamentinin müdiri olub.

    Qeyd edək ki, Prezident İlham Əliyevin 25 fevral 2025-ci il tarixli sərəncamına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC Bakı Limanının ona qoşulması formasında yenidən təşkil edilib. Məqsəd dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etməkdir.

  • В Баку произошло ДТП: образовалась пробка в направлении станции метро “20 Января”

    На вспомогательной дороге на Московском проспекте в Ясамальском районе Баку произошло дорожно-транспортное происшествие (ДТП).

    Как сообщает Median.Az со ссылкой на Центр интеллектуального управления транспортом Министерства внутренних дел Азербайджана, из-за аварии образовался транспортный затор как на вспомогательной дороге, так и на шоссе Баку – Сумгайыт в направлении станции метро “20 Января”.

    “Сотрудники полиции принимают необходимые меры для обеспечения свободного движения транспортных средств”, – отмечается в информации.

  • Metronun “20 Yanvar” stansiyası istiqamətində QƏZA: Sıxlıq yarandı

    Yasamal rayonu, Moskva prospekti, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Qəza səbəbindən köməkçi yolla yanaşı, Bakı-Sumqayıt şosesi metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Polis əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək üçün zəruri tədbirlər görülür.

  • İmişlidə ferma yandı

    İmişli rayonunda fermada yanğın olub.

    Oxu.az-ın məlumatına görə, hadisə ötən gecə rayonun Hacıalmuradlı kəndində qeydə alınıb. Kənd sakini Rabil Əbişova məxsus fermer təsərrüfatında baş verən yanğın zamanı 1300 ədəd ot bağlaması və otun yığıldığı çardaq yanıb. Yanğın qısa müddətdə güclənib və yaxınlıqdakı tövləyə keçib.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülərək ətraf ərazilərə və yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb.

    Faktla bağlı araşdırma aparılır.

  • 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı

    Texnoloji baxımdan inkişaf etmiş şəhər nə deməkdir? Artıq bu, nə müşahidə kameralarının sayı, nə də İT büdcəsinin böyüklüyü ilə ölçülür. Bu gün texnoloji liderlik – rəqəmsal həllərin real həyatın müxtəlif sahələrinə – nəqliyyat, səhiyyə, kommunal xidmətlər, idarəetmə və vətəndaşlarla qarşılıqlı əlaqə – uğurla inteqrasiya olunması ilə müəyyən edilir.

    Qayanrinfo xəbər verir ki, rəqəmsal transformasiya və innovativ inkişaf üzrə ekspert İqor Zimin gazeta.ru-ya verdiyi müsahibəsində yaxın illərdə şəhər liderliyini müəyyən edəcək prinsipləri və bu sahədə artıq qlobal vektor yaradan şəhərləri açıqlayıb.

    Liderliyin əsası: sinxronlaşdırılmış ekosistem

    Ziminin sözlərinə görə, texnoloji liderlik — infrastruktur, rəqəmsal həllər, ixtisaslı mütəxəssislər və idarəetmədə siyasi iradənin bir ekosistem daxilində birləşdirilərək vətəndaşların xeyrinə işləməsidir.

    “Rəqəmsal infrastruktur (optik kabellər, 5G, məlumat mərkəzləri) əsasdır. Lakin bu infrastruktur konkret məqsədlər və real tətbiq ssenariləri olmadan qurularsa, effekt verməyəcək. Tez-tez görürük ki, şəhərlərdə texniki infrastruktur qurulub, kameralar quraşdırılıb, lakin onlar arasında əlaqə və məqsəd yoxdur”, deyə ekspert bildirib.

    Büdcə yox, strategiya və nəzarət vacibdir

    Ziminin fikrincə, təkcə böyük maliyyə vəsaiti şəhəri “ağıllı” etmir. Əgər texnologiyalar gələcəyə dair plan və strategiya olmadan tətbiq edilirsə, sərf olunan pullar səmərəsiz xərclənə bilər. Buna görə əsas düzgün biznes-model, şəffaflıq və icraata nəzarətdir.

    “Uğurlu rəqəmsal ekosistemin qurulmasında əsas amillərdən biri də — şəhər idarəçiliyində, İT xidmətlərində və podratçı təşkilatlarda peşəkar kadrların olmasıdır. Texnologiyalar sürətlə köhnəlir, lakin insan resursları dəyişən mühitə uyğunlaşma qabiliyyətinə malikdir”, deyə Zimin əlavə edib.

    2030-cu ilə qədər texnoloji lider olmağa namizəd şəhərlər

    Ekspertə görə, dünya üzrə texnoloji inkişafın vektorunu artıq müəyyən edən və 2030-cu ilədək liderliyə iddialı olan şəhərlər bunlardır:

    Sinqapur – texnologiyalar burada “vahid pəncərə” prinsipi ilə idarəetməyə inteqrasiya edilib: şəhərsalma, nəqliyyat, səhiyyə və təhsildə rəqəmsal dövlət modeli tətbiq edilir. Bütün xidmətlər standart olaraq rəqəmsaldır.

    Toronto – burada “Google Sidewalk Labs” şəhər axınlarının idarəsi, pilotsuz nəqliyyat vasitələri və tam rəqəmsal infrastruktur üzrə eksperimentlər aparır.

    Helsinki – ekologiya, nəqliyyat, büdcə və şəhər qərarlarına dair bütün məlumatlar açıq və hər bir vətəndaşa başadüşüləndir. Bu şəffaflıq vətəndaşların rəqəmsallaşmaya olan inamını gücləndirir.

    “Bu şəhərlərin iqlimi, büdcəsi və şəraiti fərqli olsa da, bir ortaq cəhətləri var: onlar texnologiyanı əsas deyil, insan yönümlü xidmətlərin vasitəsi kimi görürlər. 2030-cu il üçün texnoloji liderlik — məhz texnologiyanı gündəlik, rahat və əlçatan həyatın bir hissəsinə çevirmək bacarığıdır”, deyə Zimin vurğulayıb.

  • Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb

    Qazaxıstanın paytaxtı Astanada keçirilən boks üzrə Dünya kubokunda yarımfinal döyüşləri başa çatıb.

    Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, millimizin bu mərhələdə 3 boksçusu mübarizə aparıb.

    Sübhan Mamedov (50 kq) Sanjar Taşkenbayla (Qazaxıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Luis Qabriel do Naskimento (Braziliya) ilə və Məhəmməd Abdullayev (+90 kq) Aybek Oralbayla (Qazaxıstan) üz-üzə gəlib. Rəqiblər finala yüksəldiklərindən təmsilçilərimiz bürünc medala yiyələniblər.

    Qeyd edək ki, sabah yekunlaşacaq Dünya kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.

  • Скончался участник 44-дневной Отечественной войны

    Скончался участник 44-дневной Отечественной войны Субхан Гусейнов.

    С апреля этого года он находился в коме.

    Согласно информации, несмотря на то что врачи отмечали, что он перенес клиническую смерть и следующие 72 часа будут для него критическими, С.Гусейнов боролся за жизнь в течение 81 дня.

    Напомним, что участник второй Карабахской войны С.Гусейнов (1999 г.р.) должен был пройти процедуру по удалению пилонидальной кисты в Уджарской центральной районной больнице. Однако после введения наркоза у него произошел шок, и операция не состоялась.

    С.Гусейнов был похоронен на кладбище в родном селе.

  • Vətən müharibəsi iştirakçısı vəfat etdi

    Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.

    Ucar rayon sakini, 1999-cu il təvəllüdlü Sübhan bu gün dünyasını dəyişib. O, aprel ayından komada idi.

    Həkimlər onun kliniki ölüm keçirdiyini və yaşaması üçün kritik 72 saatın olduğunu qeyd etsələr də, S.Hüseynov yaşamaq uğrunda 81 gün mübarizə aparıb.

    Xatırladaq ki, Vətən müharibəsi iştirakçısı Ucar Rayon Mərkəzi Xəstəxanasında “tükdönməsi” əməliyyatı olunmalı idi. Lakin narkozdan şok keçirib və əməliyyat baş tutmayıb.

    Mərhum doğulduğu kənd qəbiristanlığında dəfn olunub.