Month: July 2025

  • “Reo-Med Tibb Mərkəzi”də yoxlama – Pozuntular aşkarlandı

    “Reo-Med Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə operativ vergi yoxlaması həyata keçirilib.

    Qaynarinfo-nun məlumatına görə, yoxlama zamanı POS-terminallar quraşdırılmış klinikada nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilib. Həmçinin əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiəsi halı müəyyən olunub.

    Hər iki hala görə “Reo-Med Tibb Mərkəzi” MMC barəsində 2000 manat maliyyə sanksiyası tətbiq edilib.

    Qeyd edək ki, qanuni təmsilçisi Rauf Rüstəmov Camal oğlu olan “Reo-Med Tibb Mərkəzi”nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 33.332,02 AZN vergi borcu var.

  • Küçədə soyundu, qadınlar şikayət etdi – Məhkəmə qərarı

    Bakıda küçədə soyunan şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, hadisə Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində baş verib.

    Belə ki, 1986-cı il təvəllüdlü F.G. adlı şəxs həmin küçədə yoldan keçən qadınların qarşısında soyunaraq, cinsiyyət orqanını nümayiş etdirib. Bir qrup qadının şikayəti əsasında saxlanılan F.G. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə protkol tərtib edilib və iş məhkəməyə göndərilib. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib.

    Məhkəmənin qərarı ilə F.G. barəsində 12 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

  • Tramp yeni gömrük rüsumları ilə bağlı məktubları ölkələrə nə vaxt göndərəcək?

    ABŞ prezidenti Donald Tramp bildirib ki, artıq bu gündən Vaşinqton ABŞ-la ticarət sazişi imzalamayan ölkələrə tətbiq ediləcək gömrük rüsumlarının dərəcələrini göstərən məktublar göndərə bilər.

    Bu barədə “The Washington Times” məlumat yayıb.

    Tramp cümə axşamı “Air Force One” təyyarəsinə minmədən öncə jurnalistlərlə söhbətində bildirib ki, administrasiya hələ bir neçə ticarət sazişini nəzərdən keçirir, lakin digər ölkələrə məktublar göndərilməsinə “bəlkə də sabahdan” başlanacaq.

    “Əyani şəkildə məktub göndərmək və onların hansı gömrük rüsumunu ödəyəcəyini bildirmək daha asandır. Bizim 170-dən çox ölkə ilə əlaqəmiz var və görəsən nə qədər saziş imzalamaq olar?” – deyə Tramp vurğulayıb.

    Onun sözlərinə görə, gündə təxminən 10-12 məktub göndərməyi planlaşdırırlar və ölkələr 1 avqustdan etibarən bu rüsumları ödəməyə başlamalı olacaqlar.

    “Düşünürəm ki, iyulun 9-na qədər bütün məktublar göndərilmiş olacaq”, – deyə Tramp bildirib. Bu tarix ABŞ-la razılaşmaya gəlmək üçün müəyyən edilmiş son müddətdir.

    ABŞ prezidenti əlavə edib ki, rüsumların həcmi bəzən 60–70%-ə qədər, bəzən isə 10–20% civarında dəyişəcək.

    Xatırladaq ki, daha əvvəl Tramp xəbərdarlıq etmişdi: əgər ölkələr gələn həftəyə qədər ABŞ-la razılığa gəlməsə, onlara qarşı yeni məhdudiyyətlər tətbiq ediləcək.

    Apreldə ABŞ “qarşılıqlı” rüsumların artırıldığını elan etmişdi, lakin bu qərarın icrasını 90 günlük danışıqlar dövrü üçün təxirə salmışdı.

    Bu rüsumlar 9 aprel tarixindən qüvvəyə minib. ABŞ-a məhsul ixrac edən ölkələr üçün əsas tarif 10% müəyyən olunmuşdu, lakin bəzi ölkələr üçün bu faiz daha yüksək idi.

    Eyni zamanda “Financial Times” yazır ki, Trampın tətbiq etdiyi gömrük rüsumları nəticəsində Avropa limanları iflic vəziyyətindədir. Ən ciddi problem Rotterdam, Antverpen və Hamburq limanlarındadır. Bu vəziyyətin bir neçə ay davam edəcəyi gözlənilir.

    Niderlandın “Euro-Rijn Group” logistika şirkətinin icraçı direktoru Albert van Ommenin sözlərinə görə, bu qədər ciddi yüklənmə koronavirus pandemiyasından bəri ilk dəfədir yaşanır.
    //qaynar.az

  • Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? (VİDEO)

    Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir.

    Xezerxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin iyulun 4-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

    Təqdim olunan qanun layihəsi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.

    Şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.

    Təklif olunan digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq.

  • Okeanlarda milyon illər əvvəl baş vermiş hadisə təkrarlana bilər?

    Okeanlar bir zamanlar nəhəng vulkan püskürməsi nəticəsində demək olar ki, bütün oksigenini itirmişdi. Bu balansın bərpası minlərlə il çəkmişdi. Bu gün isə elmi müşahidələrə əsasən, dəniz və okeanlarda yenidən oksigen çatışmazlığı təhlükəsi yaranır.

    Qaynarinfo xəbər verir ki, Earth.com saytının məlumatına görə, milyonlarla il əvvəl yeraltı vulkanların güclü püskürməsi nəticəsində Yerin su və hava atmosferinə bir anda 20 giqatonndan artıq karbon qazı daxil olmuşdu. Bu hadisə müasir Cənubi Afrikanın sahillərində baş verib.

    Planetin temperaturu yüksəlmiş, okean sularının qarışması ləngimiş və kimyəvi tərkibi dəyişərək oksigen səviyyəsi kəskin azalmışdı. Həmin dövrdə okeanlarda yaşıl yosunlar sürətlə artmış, vulkanik külü emal etsələr də, eyni zamanda oksigen çatışmazlığını dərinləşdirmişdilər.

    Oksigen çatışmazlığı təxminən 500 min il davam etmiş və yalnız vulkanik fəallıq azaldıqdan sonra karbon və oksigen dövranı bərpa olunmuşdu. Həmin dövrdən xatirə olaraq dəniz dibində çoxlu əhəngdaşı çökmələri qalıb. Bu çöküntülər xüsusilə Qara dənizin dibi kimi bölgələrdə geniş yayılıb.

    Kaliforniya Texnologiya İnstitutunun professoru Fransua Tisso hesab edir ki, o dövrlə müqayisə edilə biləcək kimyəvi dəyişikliklər müasir okeanlarda da baş verə bilər. Dəniz ekoloqu Deniz Breytburqun sözlərinə görə, suyun tərkibində həll olmuş oksigen ehtiyatları 1960-cı ildən bəri 2 faiz azalıb.

    2024-cü ildə aparılmış tədqiqatlar göstərir ki, iqlim dəyişikliyi nəticəsində suyun oksigensizləşməsi prosesi sürətlənib. Bu templə davam edərsə, 2100-cü ilə qədər orta dərinlikdəki su qatlarında oksigen səviyyəsi 20 faizədək azala bilər. Bu isə bir çox dəniz canlısı və bitkiləri üçün ciddi təhlükə yaradır. Hazırda dünyada müxtəlif bölgələrdə “ölü zonalar” aşkarlanır. Belə zonalar əsasən 400-dən artıq estuari (çayla dənizin qovuşduğu bölgələr) ərazilərində qeydə alınıb və bu da açıq dənizlərdə də genişmiqyaslı dəyişikliklərin baş verdiyini göstərir.

    Alimlər bu prosesi dayandırmaq üçün istixana qazlarının emissiyasını azaltmağa, iqlim dəyişikliyini yavaşlatmağa çağırırlar. Onların fikrincə, müasir texnologiyalar – peyklər, avtonom suüstü qurğular və dəniz dibi sensorları artıq okeanlardakı oksigen səviyyəsini real vaxta yaxın dəqiqliklə izləyir. Bu baxımdan, oksigen itkisinin qarşısını almaq üçün əsas tədbirlər kimi, fosil yanacaqların istifadəsinin azaldılması, karbon toplayan ekosistemlərin qorunması və qida maddələrinin dənizə axınının məhdudlaşdırılması təklif olunur.

  • Andrey Bədəlov pəncərədən yıxılaraq öldü

    “Transneft” şirkətinin vitse-prezidenti Andrey Bədəlov vəfat edib.

    APA xəbər verir, bu barədə “Mash” məlumat yayıb.

    Bildirilib ki, o, bu gün səhər saatlarında Rublevskoye şossesində yaşadığı mənzilin pəncərəsindən yıxılaraq ölüb.

    Hadisə yerində müstəntiqlər işləyir.

    Bədəlov 2021-ci ildən bu vəzifədə çalışıb, o, bundan əvvəl Vosxod Elmi-Tədqiqat İnstitutunda işləyib.

  • Direktor yük maşınının altında qalıb öldü – TƏFƏRRÜAT (VİDEO)

    Ordubad rayonunun Nürgüt kəndindən təxminən 2 kilometr aralıda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə zamanı avtomobil dərəyə aşıb. Nəticədə, nəqliyyat vasitəsinin sahibi, 40 yaşlı Adim Yusibov dünyasını dəyişib.

    Məlumata görə, mərhum üç ildir ki, Ordubad rayonunun Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışırdı.

    Hadisənin təfərrüatı barədə kənd sakini bildirib:

    “Səhər tezdən otları maşına yığmağa gedib. Yəqin ki, əl əyləcini çəkməyi unudub, maşın arxaya yuvarlanıb. Həmin an o, maşının üst kuzovunda olub. Özünü yerə atmayıb. Bir qədər hərəkətdən sonra maşın aşıb. Bu zaman ayağından və başından ağır xəsarət alaraq həyatını itirib”.

    Qeyd edək ki, qəzada həlak olan Adim Yusibov Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın bibisi oğludur.

  • Faktiki hava açıqlandı

    İyulun 4-ü saat 19:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ölkə ərazisində küləkli hava şəraiti davam edir.

    Bildirilib ki, hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23, Culfada 22, Neftçala və Gəncədə 20, Goranboyda 19, Naftalanda 18, Şirvanda 16 m/s-yə çatır.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25, Aran rayonlarında və Naxçıvan MR-da 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.

  • İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri başa çatıb

    İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.

    Median.Az AZƏRTAC-a isitnadən xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    İran Prezidenti Məsud Pezeşkianı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər yola salıblar.

  • Завершился визит Президента Турции Реджепа Тайипа Эрдогана в Азербайджан

    4 июля завершился визит президента Турецкой Республики Реджепа Тайипа Эрдогана в Азербайджанскую Республику.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Физули в честь высокого гостя был выстроен почетный караул.

    Президента Турции Реджепа Тайипа Эрдогана провожали министр культуры Азербайджана Адиль Керимли и специальный представитель Президента Азербайджанской Республики в Агдамском, Физулинском и Ходжавендском районах Эмин Гусейнов.