Month: August 2025

  • “Qızımı pul qarşılığında manyak qaçırıb” – Bakıda ŞOK OLAY

    Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Afər Əhmədağa oğlu Əmirov hüquq-mühafizə orqanlarına və bütün aidiyyəti qurumlara açıq müraciət edib. Onun sözlərinə görə, avqustun 8-də tək övladı olan qızı – Aytac Əmirli Əfqan Əflat oğlu İmamməmmədov tərəfindən qaçırılıb.

    Şikayətçi Musavat.com-a bildirib ki, məsələ ilə bağlı dəfələrlə 102 qaynar xəttinə müraciət edib, təcili tədbirlər görülməsini istəyib:

    –Məni övladımla görüşdürmədilər. Xəzər rayon 1-ci Polis Bölməsindən ərizə verdim. Dedilər, bizlik məsələ deyil. Mən məcbur qalıb bu müraciəti KİV vasitəsilə ictimailəşdirirəm”.

    Əhmədağa Əmirov iddia edir ki, qızının qaçırılmasında maddi maraq da var:

    – Mənim torpağımı 30 ildən çoxdur əlimdən almaq istəyirlər. Mənə elə gəlir ki, qızımı Əfqana pul verib oğratdırıblar.

    O, Əfqanın əvvəllər də oxşar hərəkətlərə yol verdiyini bildirir:

    “Əfqan narkotik istifadəçisidir, onun çirkli əməlləri çoxdur. Beş il əvvəl indiki həyat yoldaşı Sevil adlı qadını da zorla qaçırmışdı. O vaxt Sevilin iki azyaşlı övladı atasının yanında qaldı. İndi isə Əfqanın Sevildən 4 uşağı var. Bununla belə, qızımı da qaçırıb. Özü isə açıq şəkildə deyir ki, mənə heç nə edə bilməzlər, çünki arxasında yüksək vəzifədə adam var”.

    Afər Əmirov həmçinin qeyd edir ki, Əfqanın həyat yoldaşı Sevil də onu və həyat yoldaşını təhdid edib:

    “Arvadı yoldaşım Balacaxanım Əmirovaya mesaj yazıb, deyib ki, sizi şərləyib həbs etdirəcəklər”.

    Şikayətçi hesab edir ki, baş verənlərə hüquqi qiymət verilməli, Cinayət Məcəlləsinin 230-cu maddəsi (çoxarvadlılıq) əsasında tədbirlər görülməlidir. Əks halda, onun sözlərinə görə, ailəsi intihar həddinə çatdırılıb:

    “Biz məcbur olub özümüzə qəsd etməyi düşünürük. Çünki nə torpaq problemimizə, nə də qızımın qaçırılması məsələsinə düzgün baxılmır. Mənim yeganə tələbim odur ki, qızım mənə qaytarılsın, məsuliyyət daşıyan şəxslər isə qanun qarşısında cavab versin”.

    Əmirovun ərizəsi Daxili İşlər naziri Vilayət Eyvazova, Respublika Prokuroru Kamran Əliyevə, Ailə və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ombudsman Səbinə Əliyevaya və bütün KİV-lərə ünvanlanıb.

  • Azərbaycanda traktor istehsalı 12 faizdən çox aşağı düşüb

    Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 309 ədəd traktor istehsal edilib.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

    Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə traktor istehsalı 43 ədəd və ya 12,2% azalıb. 2024-cü ilin yanvar-iyul ayları ərzində bu göstərici 352 ədəd təşkil edib. 1 avqust 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 9 ədəd təşkil edib ki, bu da illik müqayisədə 2 ədəd və ya 18,2% azdır. Ötən ilin eyni dövründə hazır traktor ehtiyatı 11 ədəd olub.

  • “OpenAI” “ChatGPT” mobil tətbiqindən nə qədər qazanır? – Açıqlandı

    “OpenAI”nın sahibi olduğu “ChatGPT” mobil tətbiqinin gəlirləri açıqlanıb.

    2023-cü ilin mayında istifadəyə verilən “ChatGPT” mobil tətbiqi indiyədək dünya üzrə 2 milyard dollar gəlir əldə edib.

    Bu göstərici “Claude”, “Copilot” və “Grok” kimi rəqiblərin ümumi gəlirindən təxminən 30 dəfə çoxdur.

    2025-ci ilin yanvar-iyul ayları ərzində tətbiqin gəliri 1,35 milyard dollar olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə %673 artım deməkdir. Aylıq orta gəlir 193 milyon dollar təşkil edir ki, bu da ən yaxın rəqibi “Grok”un (3,6 milyon dollar) düz 53 qatıdır.

    İstifadəçi xərcləri və bazar payı

    İstifadəçi başına gəlir: qlobal miqyasda 2,91 dollar, ABŞ-də isə 10 dollar hesablanıb.

    Regionlar üzrə pay: ABŞ ümumi gəlirin %38-ni, Almaniya isə %5,3-ünü təşkil edir.

    Yüklənmə göstəriciləri: Tətbiq ümumilikdə 690 milyon dəfə yüklənib. Onun ən yaxın izləyicisi “Grok” isə cəmi 39,5 milyon yükləmə ilə kifayətlənib.

    2025-ci ildə təkcə 7 ay ərzində “ChatGPT” 318 milyon yeni yükləmə toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur. Yüklənmə liderliyi isə %13,7 payla Hindistana, daha sonra %10,3 ilə ABŞ-yə məxsusdur.

    Analitiklərə görə, bu göstəricilər yalnız mobil tətbiq mağazalarından əldə edilən gəlirləri əhatə edir. “OpenAI” bundan əlavə, veb üzərindən abunəliklər və API istifadəsindən də gəlir qazanır. Bu isə “ChatGPT”nin rəqibləri ilə arasındakı fərqi daha da artırır.

  • “Amazon”da ən çox rast gəlinən 5 fırıldaq

    Elektron ticarət dünyası alıcıları aldatmağa çalışan fırıldaqçılarla doludur. Hər gün fırıldıqçılardan minlərlə insana müxtəlif tanınmış platformaların adlarından saxta mesajlar gəlir. Dünyanın ən böyük onlayn satış platformalarından biri olan “Amazon” da bu dələduzların əsas hədəflərindəndir. Onlar getdikcə daha inandırıcı üsullar icad edir, “Amazon” adı altında istifadəçiləri tələyə salmağa çalışırlar. 

    Valyuta.az ən çox yayılmış 5 fırıldaq üsulu və onlardan qorunma yollarını təqdim edir:

    1. “Hesabınız dayandırılıb!” bildirişi
    Bu fırıldaq adətən e-poçt vasitəsilə gəlir, mövzu sətiri isə istifadəçidə panika yaratmaq üçün seçilir. Mesajda “Amazon” loqosu və hesab məlumatlarını yeniləmək üçün link yerləşdirilir.
    Necə qorunmalı: “Amazon” kritik hesab məsələlərini e-poçtda göndərilən təsadüfi linklərlə həll etmir. Göndəricinin ünvanını yoxlayın, yazı səhvlərinə diqqət edin və linkə klikləmək əvəzinə birbaşa Amazon.com-a daxil olun.

    2. “Gözlənilməz geri ödəmə” SMS-i
    Fırıldaqçılar SMS-lə guya sifarişinizin standartlara uyğun olmadığı və tam məbləğdə geri ödəmə ediləcəyi barədə xəbər verir. Linkə keçid isə saxta “Amazon” giriş səhifəsinə aparır.
    Necə qorunmalı: “Amazon” bəzən SMS göndərir, lakin sifariş detallarını göstərmədən pul qaytarılması barədə bildiriş çox şübhəlidir. Linkə daxil olmayın, rəsmi sayt və ya tətbiqdən hesabınıza baxın.

    3. “Təsadüfi artıq geri ödəmə” hiyləsi
    Bu üsulda fırıldaqçılar guya sizə yanlışlıqla artıq məbləğdə geri ödəmə edildiyini deyərək, fərqi geri göndərməyinizi istəyir. Çox vaxt bunu hədiyyə kartı və ya pul köçürməsi ilə tələb edirlər.
    Necə qorunmalı: Bank hesabınızı və “Amazon” balansınızı yoxlayın. “Amazon” heç vaxt sizdən hədiyyə kartı və ya uzaqdan kompüterə giriş tələb etməz.

    4. “Sifarişiniz göndərildi!” – amma hansı sifariş?
    İstifadəçiyə sifariş etmədiyi çox vaxt baha qiymətli məhsul barədə təsdiq e-poçtu göndərilir. Məqsəd “Sifarişi ləğv et” linkinə klikləməyə məcbur etməkdir.
    Necə qorunmalı: Hesabınıza birbaşa daxil olub “Sifarişlər” bölməsini yoxlayın. Əgər həmin məhsul orada yoxdursa, bu, fırıldaqdır.

    5. “Gizli bağlama” fırıldağı
    Adınıza “Amazon”dan sifariş etmədiyiniz, dəyəri az və təsadüfi məhsul göndərilir. Satıcılar bu üsulla saxta müsbət rəylər yaradır.
    Necə qorunmalı: “Amazon” müştəri xidmətinə müraciət edərək belə bağlamaları bildirin. Ünvanınız istifadə edildiyi üçün kredit hesabatınızı da mütəmadi yoxlamağınız məsləhətdir.

  • Köhnə “İPhone” satmaq əvəzinə necə təhlükəsizlik kamerasına çevirə bilərik?

    Köhnə iPhone və ya Android telefonunuzu satmaq və ya təhvil vermək əvəzinə, ona yeni funksiya qazandıraraq təhlükəsizlik kamerasına çevirmək mümkündür. Bu, əlavə bahalı avadanlığa ehtiyac olmadan evinizin girişini, qarajı və ya digər əraziləri izləməyə imkan verir. Bunun üçün sadəcə kameradan görüntü və səsi başqa cihazınıza ötürən pulsuz tətbiq quraşdırmaq kifayətdir.

    Median.Az xarici mediayaya istinadən xəbər verir ki, burada ən populyar seçim Alfred tətbiqidir. Bu proqram həm Android, həm də iOS cihazlarda işləyir, real vaxt izləmə imkanı təqdim edir və pulsuzdur.

    Addım 1: Proqramı yükləyin və quraşdırın
    Alfred tətbiqini həm köhnə, həm də yeni telefonunuza yükləyin. İstəsəniz planşet və ya kompüterdən də istifadə edə bilərsiniz.
    Yeni telefonda proqramı açın, “İzləmə” (View) rejimini seçin və Google hesabınızla daxil olun.
    Köhnə telefonda eyni addımları edin, amma “Kamera” (Camera) rejimini seçin. Mütləq eyni Google hesabını istifadə edin.
    Ayarlardan hərəkət aşkarlanması, ön/arxa kamera seçimi, səsin açılıb-söndürülməsi və zəif işıq üçün filtr kimi funksiyaları aktivləşdirin.

    Addım 2: Kameranın yerini seçin
    Kameranı qapı girişi, uşaq otağı və ya həyət kimi izləmək istədiyiniz nöqtəyə yerləşdirin. Əgər bir neçə köhnə telefonunuz varsa, çoxkameralı izləmə sistemi də qura bilərsiniz.

    Addım 3: Qurğu və enerji təminatı
    Telefonu üçayaqlı stativ və ya avtomobil üçün şüşəyə yapışan tutacaq vasitəsilə sabitləyə bilərsiniz.
    Daha geniş görüntü üçün 5-20 ABŞ dollarına geniş bucaqlı linza əldə etmək olar.
    Telefon 24/7 işləyəcəyi üçün daim elektrik şəbəkəsinə və ya powerbank-a qoşulu qalmalıdır.
    //lent.az

  • На Камчатке произошло землетрясение магнитудой 5,3

    Землетрясение магнитудой 5,3 зарегистрировано в Камчатском крае РФ.

    Об этом сообщили в Камчатском филиале Единой геофизической службы РАН.

    Землетрясение произошло в 469 км от Петропавловска-Камчатского. Эпицентр залегал на глубине в 28,6 км.

    Сообщений о разрушениях и пострадавших не поступало.

  • Rusiyada 5,3 maqnitudada zəlzələ baş verib

    Rusiyanın Kamçatka diyarında 5,3 maqnitudada zəlzələ qeydə alınıb.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

    Təbiət hadisəsi Petropavlovsk-Kamçatskdan 469 km aralıda baş verib. Zəlzələ ocağı 28,6 km dərinlikdə yerləşib.

    Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

  • В Сумгайыте сбитый автомобилем пешеход скончался в больнице

    В Сумгайыте пешеход, пострадавший в результате дорожно-транспортного происшествия, скончался в больнице спустя девять дней.

    Инцидент произошел 7 августа на проспекте Кёроглу. Автомобиль марки Mercedes сбил переходившую дорогу Набиеву Мадину Фехруз гызы, 1953 года рождения.

    Женщина с тяжелыми травмами была доставлена в одну из столичных больниц, но, несмотря на усилия врачей, спасти ее жизнь не удалось.

    По факту проводится расследование.

  • Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

    Sumqayıtda yol qəzası nəticəsində xəsarət alan piyada 9 gün sonra xəstəxanada ölüb.

    Hadisə avqustun 7-də şəhərin Koroğlu prospektində baş verib. “Mercedes” markalı avtomobil yolu keçən 1953-cü il təvəllüdlü Mədinə Fehruz qızı Nəbiyevanı vurub.

    Ağır xəsarətlər alan qadın paytaxt xəstəxanalarından birinə yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq bu gün vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Şamaxı” klubu yeni məşqçilərlə anlaşıb

    “Şamaxı” komandasında məşqçi təyinatları olub.

    Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

    Məşqçi Anar Vəliyev və qapıçı hazırlığı üzrə mütəxəssis Əyyub Əliyev əsas komandanın texniki heyətində yer alacaqlar.