Month: August 2025

  • Пезешкиан на следующей неделе совершит официальный визит в Армению и Беларусь

    Президент Ирана Масуд Пезешкиан на следующей неделе совершит официальный визит в Армению и Беларусь.

    Как передает Median.Az, об этом сообщают армянские СМИ со ссылкой на советника президента Ирана Махди Санаи.

    “Президент Пезешкиан отправится с двухдневным визитом в Армению и Беларусь”. – сообщил он.

    По его словам, одной из целей поездки является укрепление двусторонних отношений с указанными странами, особенно в деловой сфере, а также подписание документов.
    Ранее сообщалось о том, что в рамках визита Пезешкиана в Ереване состоится бизнес-форум с участием представителей иранской промышленности, дорожного строительства, сельского хозяйства, поставок, фармацевтики, инженерных услуг и легкой промышленности.
    Санаи также отметил, что Пезешкиан получил приглашение для участия в саммите Шанхайской организации сотрудничества (ШОС) в Китае в конце августа.
    Отметим, что заседание ШОС состоится в Тяньцзине с 31 августа по 1 сентября.

  • Pezeşkian avqustun 18-də Ermənistana rəsmi səfər edəcək

    İran Prezidenti Məsud Pezeşkian avqustun 18-də Ermənistana rəsmi səfər edəcək.

    Bu barədə Ermənistan KİV-ləri İran Prezidentinin müşaviri Mehdi Sənaiyə istinadən məlumat yayıb.

    “Prezident Pezeşkianın Ermənistana səfəri iki gün davam edəcək”, – o bildirib.

    İran Prezidenti İrəvandan sonra Belarusa yollanacaq.

    Müşavirin sözlərinə görə, səfərin məqsədlərindən biri qeyd olunan ölkələrlə xüsusilə işgüzar sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, eləcə də sənədlərin imzalanmasıdır.

  • Путин провел совещание по итогам саммита с Трампом на Аляске

    Президент РФ Владимир Путин провел совещание по итогам саммита с американским коллегой Дональдом Трампом, состоявшегося 15 августа в Анкоридже (штат Аляска).

    Как передает Median.Az со ссылкой на ТАСС, в ходе встречи Путин выдвинул основные требования для завершения войны с Украиной.

    Отмечается, что на переговорах с Трампом была возможность спокойно и детально изложить позицию России относительно ситуации в Украине.

    По словам Путина, Россия хочет скорейшего прекращения боевых действий в Украине при устранении первопричин кризиса. В ходе переговоров с Трампом стороны обсудили практически все направления взаимодействия.

    “Разговор был очень откровенным, содержательным и, на мой взгляд, это приближает нас к нужным решениям”, – сказал Путин.

  • Putin Trampla Alyaskadakı sammitdən sonra iclas keçirib

    Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla avqustun 15-də Ankoricdə (Alyaska) baş tutan sammitdən sonra iclas keçirib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, görüş zamanı Putin Ukraynadakı müharibənin dayandırılması ilə bağlı əsas tələbləri irəli sürüb.

    Qeyd edilir ki, Trampla danışıqlar zamanı Rusiyanın Ukraynadakı vəziyyətlə bağlı mövqeyini sakit və təfərrüatlı şəkildə ifadə etmək imkanı olub.

    Putinin sözlərinə görə, Rusiya Ukraynada hərbi əməliyyatların tez bir zamanda dayandırılmasını istəyir. Trampla danışıqlar zamanı tərəflər əməkdaşlığın demək olar ki, bütün sahələrini müzakirə ediblər.

    “Söhbət çox səmimi, mənalı keçdi və fikrimcə, bu, bizi lazımi qərarlara yaxınlaşdırır”, – Putin bildirib.

  • Dünyanın ən gözəl qadınlarından biri qalmaqala səbəb oldu

    “Miss Universe Cuba 2025” gözəllik yarışmasının qalibi, yəni bu il Kubanı “Miss Universum” yarışmasında təmsil edəcək 22 yaşlı Lina Luases tənqidlərlə məruz qalıb.

    “Qafqazinfo” bu barədə “Latin Times”a istinadən xəbər verir.

    Nəşr yazır ki, Kuba 60 ildən çoxdur ki, beynəlxalq gözəllik yarışmalarına qatılmırdı. Ən gözəl kubalı qız yalnız 2024-cü ildə seçilməyə başlanıb.

    Bu seçimlər Kubada deyil, çox sayda Kuba əsilli insanın yaşadığı ABŞ-nin Mayami şəhərində keçirilib. Bu il qalib olan 22 yaşlı Lina Luases də ABŞ-də yaşayır.

    Qalmaqala onun mənşəyi səbəb olub. Kubada Luasesin ölkəni təmsil etmək hüququ olduğuna şübhə edirlər.

    Kuba qəzetləri onun Mayamidə doğulduğunu, heç vaxt təmsil olunduğu şəhərdə olmadığını və ispan dilini yaxşı bilmədiyini yazır.

    Tənqidçilər hesab edirlər ki, bu səbəbdən onun ölkəni təmsil etməsi düzgün sayılmır.

    Qeyd edək ki, “Miss Universe” beynəlxalq gözəllik müsabiqəsinin finalı noyabrın 21-də Banqkokda keçiriləcək.

  • Avropa liderləri Ukraynaya görə toplanır

    Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merts bazar günü “İstəkli Koalisiya” mövzusunda videokonfrans keçirəcəklər.

    Bu barədə AFP məlumat yayıb.

    Bildirilib ki, görüş avqustun 17-də saat 15:00-da keçiriləcək.

    Görüşdə Ukraynada sülh məsələsi ilə bağlı müzakirələrin növbəti mərhələsi gündəmdə olacaq.

  • “Qalatasaray” Ederson üçün təklif göndərdi

    Türkiyənin “Qalatasaray” klubu “Mançester Siti”nin və Braziliya millisinin qapıçısı Edersona rəsmi təklif göndərib.

    Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

    Məlumata görə, İstanbul təmsilçisi təcrübəli qolkiper üçün 10 milyon avro ödəməyə hazırdır.

    Qeyd edək ki, Edersonun İngiltərə klubu ilə müqaviləsi gələn ilin yayına kimidir.

  • Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

    Bakıda 36 yaşlı qadın liposaksiya (bədənin müxtəlif nahiyələrindən piyin çıxarılması) əməliyyatından sonra vəfat edib.

    Median.Az xəbər verir ki, bu barədə “Teleqraf”a onun yaxınları məlumat verib.

    Bildirilib ki, məşhur kouç (şəxsi inkişaf mütəxəssisi – red.) və psixoloq Nilufər Abdulla “Etalon” hospitalda plastik əməliyyat olunub. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və vəfat edib.

    1989-cu il təvəllüdlü Nilufər Abdulla 3 uşaq anasıdır.

    Qeyd edək ki, liposaksiya bədənin müxtəlif nahiyələrindən (üz, boyun, qolların yuxarı hissələri, qarın, bud nahiyələri, dizin iç tərəfləri, kürək) piylərin alınması deməkdir. Liposaksiya çəki azaltmaq əməliyyatı olmayıb, diet və idmanla çəkilməyən piylərin alınması məqsədilə edilir. Bu əməliyyat bədən şəkilləndirmədə tək və ya üz gərmə, abdominoplastika, ayaq gərmə ilə birgə mümkün olan hallarda edilə bilər.

  • Əri vasitəsilə Putinə məktub göndərdi

    ABŞ Prezidenti Donald Tramp dünən Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ona həyat yoldaşı Melania Trampdan məktub çatdırıb.

    Bu barədə məlumatı Ağ Evdə adı açıqlanmayan iki mənbəyə istinadən “Reuters” yayıb.

    Mənbələrin məktubun məzmununu detallı açıqlamasalar da, onun Ukraynadakı münaqişə zamanı qaçırılan uşaqlar barədə olduğu qeyd olunub.

    Agentlik bildirib ki, Melania Tramp özü səfər zamanı yoldaşını müşayiət etməyib.

  • Türkiyədə yanğına görə kənd sakinləri təxliyə edilib

    Türkiyənin Çanaqqala vilayətində meşəlik ərazisində yanğın başlayıb.

    Hadisə Gelibolu rayonunda qeydə alınıb.

    Vilayət valisi Ömer Toraman bildirib ki, hadisə ilə əlaqədar olaraq Eceabat və Yolağzı kəndlərinin sakinləri təxliyə edilib. Yanğının söndürülməsinə 12 helikopter, 12 təyyarə, texniki vasitələr və 560 nəfərlik şəxsi heyət cəlb edilib.