Month: August 2025

  • Пашинян рассказал Макрону о результатах переговоров в США

    Состоялся телефонный разговор премьер-министра Армении Никола Пашиняна с президентом Франции Эммануэлем Макроном.

    Как передает Median.Az, об этом сообщает пресс-служба правительства РА.

    Премьер-министр представил президенту Франции результаты состоявшихся 8 августа в столице США Вашингтоне переговоров, в частности, парафирование “Соглашения об установлении мира и межгосударственных отношений между Арменией и Азербайджаном”, совместное обращение в ОБСЕ о роспуске механизмов Минской группы ОБСЕ, разблокирование региональных коммуникаций в рамках принципов территориальной целостности, суверенитета и юрисдикции стран и на основе взаимности, а также проект “Маршрут Трампа во имя международного мира и процветания (TRIPP)”.

    Пашинян подчеркнул, что установившийся мир открывает новые инвестиционные возможности в Армении и в регионе.

  • Paşinyan indi də Markona zəng etdi

    Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makrona zəng edib.

    Median.Az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə N.Paşinyanın mətbuat xidməti məlumat yayıb.

    Qeyd olunur ki, telefon danışığının əsas mövzusu Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə avqustun 8-də Vaşinqtonda keçirilən görüş və əldə edilən razılaşmalar olub.

    N.Paşinyan və E.Makron ATƏT-in Minsk qrupu mexanizmlərinin ləğvi ilə bağlı birgə bəyanatı da müzakirə ediblər.

    Qeyd edək ki, bundan əvvəl Paşinyan İran Prezidenti Məsud Pezeşkian və Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.

  • Bakının Uluqbəy küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

    Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar bu gün saat 18:00-dan etibarən Uluqbəy küçəsinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    “Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

  • Ödənişli yolda yenilik: Balansı mobil tətbiq vasitəsilə artırmaq mümkün olacaq

    Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda istifadəçilərin rahatlığını təmin etmək məqsədilə daha bir yenilik tətbiq olunacaq. Yeni layihənin icrası sürücülərə yoldan istifadə zamanı nağd ödəniş etmək imkanı yaradacaq.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 20 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Mirqiyas Kazımov AZƏRTAC-a bildirib ki, hazırda avtomobil yolundan sürətli keçid kartları vasitəsilə (TEQ) və məntəqədə nağdsız ödəniş etməklə istifadə etmək mümkündür.

    “Ödənişli avtomobil yolunda istifadəçilər üçün yaxın gələcəkdə daha bir yeniliyin tətbiqi nəzərdə tutulub. Bildiyiniz kimi, əvvəllər yoldan yalnız nağdsız ödəniş etməklə istifadə etmək mümkün idi. 2024-cü ilin sonlarından başlayaraq sürətli keçid kartı da tətbiq olundu. TEQ əldə edən sürücülərin əlavə vaxt itirmədən yola xüsusi zolaqlardan giriş imkanı var. Tətbiq olunacaq yeni layihə istifadəçilərin ödəniş imkanlarını artıracaq. Layihəyə əsasən, keçid zolaqlarında yeni terminallar quraşdırılacaq. Vətəndaş yola giriş zamanı avtomobildən düşmədən zolaqda quraşdırılmış terminala yaxınlaşaraq xüsusi kart əldə edəcək. Çıxış nöqtəsində isə həmin kartı yenidən terminala daxil etdikdə ödənişin məbləği görünəcək. Bundan sonra istifadəçiyə həm nağd, həm də nağdsız ödəniş etmək üçün seçim imkanı veriləcək. Nağd ödənişi seçən sürücü vəsaiti birbaşa terminala daxil etməklə yoldan istifadə haqqını ödəyə biləcək. Yeni layihə ilə bağlı AAYDA-nın rəhbərliyi ödənişli yolun başlanğıc nöqtəsi – Yaşma keçid məntəqəsində olub, layihənin qısa müddətdə icra edilərək fəaliyyətə başlaması ilə bağlı tapşırıq verilib”, – deyə Mirqiyas Kazımov söyləyib.

    Ödənişli yoldan sürətli keçid kartları (TEQ) vasitəsilə istifadə edənlər üçün də yenilik var. Bundan sonra kartların balansını “BirBank” mobil bank tətbiqi vasitəsilə də artırmaq olacaq.

    “Sürətli keçid kartının balansını satış məntəqəsində və ya onlayn şəkildə www.odenisliyol.az rəsmi internet səhifəsinə daxil olmaqla artırmaq olar. Yaxın gələcəkdə isə “BirBank” bank tətbiqi vasitəsilə də TEQ balansını artırmaq olacaq. Vətəndaş tətbiqdə müvafiq ödəniş bölməsini seçərək, şəxsiyyət vəsiqəsinin FİN kodunu və avtomobilinin nömrəsini əlavə etməklə TEQ balansına vəsait köçürə biləcək”, – deyə Mirqiyas Kazımov bildirib.

    Sürətli keçid kartını almaq üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir. Kartın qiyməti 5.90 (ƏDV daxil) manatdır. Sürücülər kartları Yaşma, Giləzi, Siyəzən, Gəndov, Quba, SDK (Xudat) ödəniş-keçid məntəqələrindən əldə edə bilərlər. Bundan başqa, Bakı şəhəri üzrə 2, 5, 6, 7 saylı, Sumqayıt şəhəri 2 saylı və Quba “ASAN xidmət” mərkəzlərindən də sürətli keçid kartlarını almaq mümkündür. Kartları əldə etmək üçün cəmi bir neçə dəqiqə vaxt sərf olunur.

    Sürətli keçid kartının istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda satış məntəqələrinə, yaxud da aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.

    Bundan başqa, istifadəçilər onları maraqlandıran məsələlərlə bağlı *1009 nömrəli “Qaynar xətt”ə zəng etməklə və ya “WhatsApp”da (+994) 50 286-42-29 nömrəsinə yazılı, səsli mesaj göndərərək müraciət edə bilərlər. Həmçinin www.odenisliyol.az rəsmi internet səhifəsi üzərindən və ya info@tollroad.az imeyl ünvanına elektron məktubla müraciət etmək də mümkündür.

  • Пашинян проинформировал Путина о вашингтонской встрече

    Премьер-министр Армении Никол Пашинян проинформировал президента РФ Владимира Путина об итогах вашингтонской встречи.

    Об этом сообщает пресс-служба правительства РА.

    “Премьер-министр представил президенту России итоги переговоров, состоявшихся 8 августа в столице США Вашингтоне, в частности, парафирование “Соглашения о мире и межгосударственных отношениях между Арменией и Азербайджаном”, совместное обращение в ОБСЕ о роспуске механизмов МГ ОБСЕ, разблокирование региональных коммуникаций в рамках принципов территориальной целостности, суверенитета, юрисдикции стран и на основе взаимности, а также проект “Маршрут Трампа во имя международного мира и процветания (TRIPP)”, – говорится в сообщении.

  • Paşinyan Putinə zəng etdi

    Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi quraraq, bu il avqustun 8-də Vaşinqtonda keçirilən danışıqların nəticələrini ətraflı şəkildə bölüşüb.

    Bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilir ki, Paşinyan Putinə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanması barədə məlumat verib.

    Həmçinin, ATƏT-in Minsk qrupu mexanizmlərinin ləğv olunması ilə bağlı ATƏT-ə birgə müraciət, regional kommunikasiyaların ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri əsasında və qarşılıqlı razılıqla açılması məsələləri müzakirə olunub.

    Telefon danışığında həmçinin “Beynəlxalq sülh və rifah naminə Tramp Yolu” layihəsi də təqdim edilib.

  • Kürün sahilində xüsusi tunel hazırlayaraq çətənə bitkisi yetişdirdi – Video

    Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə Kür çayının rayonun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Fərrux İmanov saxlanılıb.

    DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilmiş 53 ədəd çətənə kolu və 8 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.

    F.İmanov həmin bitkilərə qulluq edən zaman ətraf ərazilərdən görünməməsi üçün xüsusi tunel hazırlayaq oradan istifadə edib.

    Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

  • UEFA “Qarabağ”ın rəqibinə xəbərdarlıq etdi

    UEFA “Qarabağ” klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi olan Şimali Makedoniyanın “Şkendiya” klubuna xəbərdarlıq edib.

    Buna komandanın evdə Rumıniya təmsilçisi FKSB-yə qalib gəldiyi (1:0) II təsnifat mərhələsinin ilk oyununda yaşananlar səbəb olub.

    Yerli azarkeşlər sözügedən qarşılaşmada meydana yad əşyalar atıblar. Ölkə çempionu bu səbəbdən xəbərdarlıq alıb. Bu hal növbəti dəfə təkrarlanacağı təqdirdə “Şkendiya” cərimələnəcək.

    Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsinin səfərdə baş tutan ilk görüşündə bir cavabsız qolla qələbə qazanıb. Cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.

  • Президент Ильхам Алиев наградил Владимира Фекете орденом “Достлуг” – Фото

    Президент Азербайджанской Республикой (АР) Ильхам Алиев подписал распоряжение о награждении Владимира Фекете орденом “Достлуг” за заслуги в укреплении дружественных связей и сотрудничества между АР и Святым Престолом.

    Текст документа опубликован АЗЕРТАДЖ.

  • Prezident Vladimir Feketeni “Dostluq” ordeni ilə təltif edib – FOTO

    Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Vladimir Fekete “Dostluq” ordeni ilə təltif edilib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.