Month: August 2025

  • Хэштеги Azerbaijan и Ilham Aliyev вошли в список трендов в соцсети X – Фото

    Во время встречи, состоявшейся 8 августа в США, в социальной сети X было сделано множество публикаций с хэштегами Azerbaijan и Ilham Aliyev.

    Оба хэштега вошли в список трендов в ряде стран.

    Кроме того, публикации под хэштегами Azerbaijan заняли второе место в категории новостей в социальных медиа в мировом масштабе.

    Отметим, что 8 августа в Вашингтоне прошла встреча Президента Азербайджана Ильхама Алиева, президента США Дональда Трампа и премьер-министра Армении Никола Пашиняна.

  • “Azerbaijan” və “Ilham Aliyev” həştəqləri “X” sosial şəbəkəsinin trendində – FOTO

    ABŞ-də avqustun 8-də baş tutan görüş zamanı “X” sosial şəbəkəsində “Azerbaijan” və “Ilham Aliyev” həştəqləri ilə çoxsaylı paylaşımlar edilib.

    Hər iki həştəq bir sıra ölkələrdə trend siyahısına yüksəlib.

    Bununla yanaşı, “Azerbaijan” adı altında paylaşımlar sosial mediada dünya miqyasında xəbər kateqoriyasında ikinci yeri tutub.

  • Бакинский метрополитен перейдет на усиленный режим в связи с матчем “Карабах” – “Шкендия”

    ЗАО “Бакинский Метрополитен” 12 августа перейдет на усиленный режим работы.

    Как сообщили в ЗАО, в работу Бакинского метрополитена будут внесены изменения в связи с матчем третьего квалификационного раунда Лиги чемпионов УЕФА между футбольным клубом “Карабах” и представителем Северной Македонии “Шкендия” .

    “Учитывая интерес болельщиков ко встрече, дополнительные меры будут приняты на станциях “Гянджлик”, “28 Мая” и “Нариман Нариманов”, расположенных вблизи Республиканского стадиона имени Тофика Бахрамова. Для удобства и безопасности пассажиров будет составлен специальный график дежурств, а также привлечены дополнительные сотрудники”, – говорится в информации.

    Поезда продолжат движение по летнему графику, но будут подготовлены резервные составы для оперативного выпуска на линию при необходимости.

  • Sabah Bakı metropoliteninin iş qrafikində DƏYİŞİKLİK ediləcək

    Avqustun 12-də metro gücləndirilmiş rejimdə işləyəcək.

    Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

    Bildirilib ki, Bakı metropoliteni “Qarabağ” futbol klubu və Şimali Makedoniya təmsilçisi “Şkendiya” arasında UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək matçla əlaqədar iş rejimində dəyişiklik edəcək.

    Qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik”, həmçinin “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək:

    “Sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişi üçün:

    – Xüsusi növbətçilik cədvəli tərtib olunacaq

    – Stansiyalarda əlavə işçi qüvvəsi ayrılacaq

    – Sərnişinlərin yönləndirilməsi və nizamlı hərəkəti təmin ediləcək

    Qatarların hərəkəti yay qrafikinə uyğun davam etdiriləcək, eyni zamanda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq”.

  • Pezeşkian jurnalistlə Azərbaycan dilində zarafat etdi – Video

    İran Prezidenti Məsud Pezeşkianın İranda jurnalistika günündə mətbuat işçiləri ilə görüşündə maraqlı an yaşanıb.

    “Azad İran” “Telegram” kanalı bu barədə İran KİV-ə istinadən xəbər verir.

    Belə ki, jurnalistlərdən biri ona yaxınlaşaraq – “bu dəfə jurnalist siz olun, müxbirlərə siz sual verin”, – deyib.

    M.Pezeşkian isə gülümsəyərək cavab verib: “Sual soruşum? Qarşımda mikrofon var da, əlavə mikrofonu nə edirəm?” – deyə ona mikrofon uzadan jurnalistə bildirib.

    Bu zarafatlı cavab sosial şəbəkələrdə maraqla qarşılanıb və jurnalistlər arasında gülüşə səbəb olub.

  • Bakıda heyvan sığınacağında dava: Könüllü qadın döyüldü

    Bakıda heyvanların sığınacağında dava düşüb.

    Hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən sığınacaqda baş verib. Sığınacağın rəhbəri Ülviyyə Məmmədovanın (soyadı şərtidir) rəfiqəsi Fəridə adlı xanım sığınacaqda könüllü olaraq yaralı heyvanlara xidmət göstərirmiş. O, sığınacaqda olarkən digər könüllü Leyanna adlı xanımla tanış olub və asudə vaxtlarında orada heyvanlara qulluq ediblər.

    Bir müddət əvvəl Leyanna xəsarət alan itlə bağlı Fəridəyə zəng vurub və onunla məsləhətləşmək istəyib. Bu vaxt onların arasında mübahisə yaranıb və Fəridə Leyannanın telefon nömrəsini bloklayıb.

    Bir neçə saatdan sonra Fəridə sığınacağa gələrkən Leyanna onun qarşısını kəsib və mübahisə yenidən davam edib. Mübahisə davaya çevrilib, nəticədə Leyanna Fəridəni döyüb.

    Faktla bağlı cinayət işi başlanıb və iş Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.
    //oxu.az

  • Anasına “pozğun” dediyinə görə 40 yaşlı şəxsi bıçaqlayan məktəbliyə şərti cəza verildi

    Şəki Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən, yetkinlik yaşına çatmayan Əhməd Cəfərovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Median.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Əhməd Cəfərova şərti cəza verilib.

    İttihama görə, hadisə 2024-cü ildə Qəbələ şəhərində qeydə alınıb.

    Belə ki, 2008-ci il təvəllüdlü Əhməd Cəfərov gecə saatlarında mobil nömrədən həmkəndlisi və əvvəlcədən anası ilə aralarında olan mübahisələr nəticəsində küsülü, habelə ailə üzvləri ilə ədavətli olan zərərçəkmiş Zamiq Qafarova (soyadı şərtidir) bir neçə dəfə zəng edərək onu görüşə çağırıb. O, 40 yaşlı zərərçəkmiş şəxsin digər şəxslərin, eləcə də onlardan torpaq almaq istəyən istintaqa məlum olmayan şəxsin yanında anası, həmçinin onun ailə üzvlərinin əxlaqsız və pozğun olması barədə danışmasını əsas gətirib, bu barədə ona iradını bildirib.

    Sərxoş vəziyyətdə olan Əhməd görüş zamanı Zamiqlə mübahisə edərkən üzərində götürdüyü mətbəx bıçağı ilə onun qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq bədən xəsarəti yetirib.

    Hadisədən sonra Əhməd Cəfərov saxlanılıb və barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Əhməd Cəfərov hadisəni törədən zaman məktəbin 11-ci sinfində oxuyurmuş.

  • В Анкаре произошло ощутимое землетрясение

    В понедельник утром в столице Турции Анкаре произошло ощутимое землетрясение.

    Об этом сообщили в управлении по ликвидации последствий стихийных бедствий (AFAD).

    По данным сейсмологов, толчки магнитудой 3.2 зафиксированы в районе Этимесгут на глубине 4.68 км. Жители нескольких домов в районе Чанкая, неподалеку от здания гостелевидения, почувствовали подземные колебания.

  • Ankarada zəlzələ baş verib

    Avqustun 11-də səhər Türkiyənin paytaxtı Ankarada zəlzələ baş verib.

    Bu barədə ölkənin Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib.

    Seysmoloqların məlumatına görə, 3.2 bal gücündə yeraltı təkanlar Etimesqut rayonunda, 4.68 km dərinlikdə qeydə alınıb.

    Çankaya bölgəsində, dövlət televiziyasının binasına yaxın yerləşən bəzi binaların sakinləri yeraltı titrəmələri hiss ediblər.

  • “Apple”dan yeni “iPhone”la bağlı xoşagəlməz qərar

    “Apple” şirkəti “iPhone 17” və “iPhone 17 Pro”nun qiymətlərini oxşar “iPhone 16” modelləri ilə müqayisədə 50 dollar qaldıra bilər.

    Bu barədə “Forbes” insayderlərı istinadəm məlumat yayıb.

    Bildirilib ki, “iPhone 17″nin sentyabrda təqdim ediləcəyi gözlənilir. Lakin “Apple”ın yeni smartfonlar seriyası üçün qiymətləri qaldırmaq qərarı onun “Android” əsaslı rəqiblərinin yanaşması ilə ziddiyyət təşkil edir.

    Belə ki, “Samsung” və “Google” yeni smartfonları üçün qiymətləri öncəki səviyyədə saxlayıblar.