Month: August 2025

  • “lnstagram”da tanış olduğu iranlı tərəfindən narkokuryerliyə cəlb olunan şəxs TUTULDU – Video

    Qaradağ Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 33 yaşlı Mirzə Mirzəyev saxlanılıb. Ondan ümumilikdə 16 kiloqram 145 qram narkotik vasitə olan marixuana aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, saxlanılan şəxs narkotikləri “Instagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib. M.Mirzəyevin bundan əvvəl də həmin şəxs tərəfindən kuryerliyə cəlb olunaraq paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.

    Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

    M.Mirzəyev ilə əlbir olan digər şəxslərin də tapılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

    Qeyd edək ki, son 3 ay ərzində polis əməkdaşlarının Qaradağ rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı 94 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

  • Из одной российской области депортировали 33 азербайджанцев

    Из Свердловской области России с января по июль на родину выдворили почти 1 000 мигрантов-нарушителей.

    Об этом пишет tagilcity.ru.

    Большинство из выдворенных составляют граждане стран Центральной Азии. Так, за указанный период было отправлено на родину более 400 человек из Таджикистана, почти 300 уроженцев Узбекистана и более 130 нелегалов из Кыргызстана. Также в списке депортированных – 33 азербайджанца. Небольшое количество иностранных граждан из Грузии, Египта и Китая (от 1 до 6 человек) также были вынуждены покинуть территорию региона.

    По данным ведомства, все выдворенные лица прибыли в Россию с целью трудоустройства, однако находились на территории страны без законных оснований. Ожидание процедуры выдворения или депортации они провели в специализированных центрах временного содержания иностранных граждан.

  • Rusiyanın bir vilayətindən 30-dan çox azərbaycanlı deportasiya olunub

    Rusiyanın Sverdlovsk vilayətindən 30-dan çox azərbaycanlı deportasiya olunub.

    Bu barədə Rusiyanın Federal Məhkəmə İcraçıları Xidmətinin hesabatından məlum olur.

    Bildirilir ki, yanvar-iyul ayından vilayətdən təxminən 1000 qanunsuz miqrant çıxarılıb. Onların əksəriyyətini Mərkəzi Asiya ölkələrinin (Tacikistan, Özbəkistan, Qırğızıstan) vətəndaşları təşkil edir. Deportasiya edilənlərin siyahısında həmçinin 33 azərbaycanlı var. Gürcüstan, Misir və Çindən olan az sayda xarici vətəndaş (1-6 nəfər) da regionun ərazisini tərk etməyə məcbur olublar.

    Qurumun məlumatına görə, onlar Rusiyaya işləməyə gəliblər, lakin ölkə ərazisində qanuni əsaslar olmadan qalıblar.

    O da vurğulanır ki, miqrantlar prosedur müddətində əcnəbi vətəndaşlar üçün xüsusi müvəqqəti saxlama mərkəzlərində saxlanılıblar.

  • Azərbaycanda məktəbli formaları UCUZLAŞDI

    İyulun ayının 1-dən etibarən Bakı Tikiş Evində istehsal olunan məktəbli formalarında endirimli qiymətlər tətbiq edilib.

    Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Bakı Tikiş Evindən məlumat verilib.

    Mərkəzin şöbə müdiri Etibar Əzimov qeyd edib ki, artıq valideynlər forma alışını daha sərfəli qiymətlərlə həyata keçirə bilərlər.

    Sorğumuza cavab olaraq bildirilib ki, qısaqol köynəklərin qiyməti 12 manatdan 8 manata endirilib ki, bu da təxminən 33 faizlik endirim deməkdir.

    Şöbə müdirinin sözlərinə görə, uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar və ətəklər 20 manatdan 15 manata, jaketlər isə əvvəlki 30 manat əvəzinə 20 manata təklif olunur:

    “Bütün geyimlər Bakı Tikiş Evinin rəsmi satış mərkəzlərində təqdim olunur. Valideynlər internet üzərindən özlərinə yaxın satış məntəqələrini müəyyən edərək məktəbli formalarını rahat şəkildə əldə edə bilərlər. Satılan bütün formalar 1 il zəmanətlə təklif olunur”.

    E.Əzimov həmçinin söyləyib ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli köynəkləri 100 faiz pambıqdan hazırlanıb:

    “Köynəklər üçün nəzərdə tutulmuş parça Özbəkistandan, digər geyimlərin materialları isə Türkiyə və Belarusdan gətirilir. Məhsullar sertifikatlıdır və keyfiyyətinə tam zəmanət verilir.

    Valideynlərə xəbərdarlıq edirik ki, mənşəyi məlum olmayan, sertifikatsız və təsadüfi satış mərkəzlərindən məktəbli forması almasınlar. Belə geyimlər uşaqlar üçün sağlamlıq baxımından təhlükəli olar bilər ki, bu da dəri xəstəliklərinə və digər problemlərə səbəb ola bilər”,- deyə BTE-dən bildirilib.

  • Azərbaycanda bu universitetlərin rus bölməsinə qəbul dayandırılıb? – AÇIQLAMA

    Bir sıra ali təhsil müəssisələrinin rus dili bölməsində ixtisasların ləğv olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) anews.az-ın sorğusuna cavab olaraq bildirilib.

    DİM-in açıqlamasında qeyd olunub ki, sözügedən yanlışlıq “Abituriyent” jurnalının 2025-ci il üçün 4-cü buraxılışında rus dili bölməsi üzrə ixtisasların yer almaması ilə bağlı yayılan xəbərlərdən qaynaqlanıb. Mərkəz bildirib ki, jurnalın rus dilində olan versiyası ilə Azərbaycan dilində olan versiyası fərqli qruplar üçün nəzərdə tutulub.

    “Rus bölməsi ilə bağlı məlumatlar jurnalın rus dilində dərc olunan variantında əks olunub. Jurnalın yalnız Azərbaycan dilində çıxan versiyasına əsaslanaraq yanlış nəticə çıxarılıb,” – DİM-in açıqlamasında bildirilib.

    Sİyahıda adı çəkilən bir neçə universitetdə bu xəbəri təkzib etdi. Bildiridilər ki, bu həqiqətə uyğun olmayan informasiyadır.

    Bu gün Modern.az saytı məlumat paylaşaraq qeyd edib ki, “Abituriyent” jurnalının 2025-ci ilin 4-cü nömrəsindəki bir sıra ali təhsil müəssisələrinin ixtisas siyahısında rus dili bölməsinə müsabiqə ləğv olunub.

  • TƏBİB: Metroda doğulan körpə süni tənəffüs aparatından ayrılıb, vəziyyəti yaxşılaşır

    Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gələn körpənin səhhətində müsbət dinamika müşahidə olunur.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

    Məlumata əsasən, yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən körpə CPAP cihazından ayrılaraq maska oksigenlə tənəffüs dəstəyinə keçirilib. Vəziyyətində yaxşılaşma müşahidə olunur:

    “Körpə ana südü ilə qidalanır, qidanı yaxşı həzm edir. Əlavə olaraq parenteral qidalanma davam etdirilir. Laborator analiz nəticəsində infeksion göstəricilərdə artım müşahidə olunduğuna görə, müvafiq intensiv müalicələr aparılır. Ananın vəziyyəti stabil qiymətləndirilir. Zahı qadının müalicəsi Hamiləliyin patologiyası şöbəsində davam etdirilir”,- bildirilib.

    Qeyd edək ki, avqustun 8-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında oğlan uşağı dünyaya gəlib.

  • Bu gündən ixtisas seçiminə start verilir

    Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə bu gündən avqustun 19-dək olan müddətdə aparılacaq.

    Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları nəşr olunub.

  • İordaniya kralı Prezident İlham Əliyevə zəng edib

    Avqustun 11-də İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    İordaniya Kralı Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi və əldə olunmuş tarixi nəticələr ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb, bu razılaşmaların regionda davamlı sülhün, təhlükəsizliyin və hərtərəfli əməkdaşlığın təmin olunmasına xidmət edəcəyinə ümidvarlığını bildirib.

    Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını ifadə edərək, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında imzalanmış birgə bəyannamənin, həmçinin sülh və dövlətlərarası münasibətlərin yaradılmasına dair sazişin paraflanmasının və digər sənədlərin regionda sülhün təmin olunması baxımından vacibliyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla Ermənistanla arasında münasibətlərin normallaşdırılmasında Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edib.

    Telefon danışığı zamanı Azərbaycanla İordaniya arasında ikitərəfli münasibətlərə toxunulub, siyasi əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

  • В Баку женщина утонула в море

    В поселке Шувелан Хазарского района Баку произошел случай утопления.

    Как сообщает lent.az, 62-летняя жительница столицы Зияфет Исмайылова утонула в море. После поисков ее тело было извлечено из воды.

    По данному факту проводится расследование.

  • Bakıda qadın dənizdə boğuldu

    Bakıda qadın dənizdə batıb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu Şüvəlan qəsəbəsində qeydə alınıb.

    Paytaxt sakini 62 yaşlı Ziyafət Əzimxan qızı İsmayılova çimərlikdə boğulub. Axtarışlardan sonra onun meyiti sudan çıxarılaraq, təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.